Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3594/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı “qərarın etibarsız hesab edilməsi və borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın qərarının mübahisələndirilməsi, abonent borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi, vəkil xxxoğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il t arixli, 2(105)-494/2020 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərar əsasında hesablanmış 3030 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-7844/2019 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddianın təmi n edilməsi, ünvan 1 ünvanında yerləşən həyət evinə dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 3030 manat borcun silinməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-494/2020 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari - sədrlik edən və məruzəçi, F.Ə.Məmmədov və L.M.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İB-nin etibarnamə əsasında nümayəndəsi, vəkili X1kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il t arixli 2(105)-494/2020 nömrəli qətnaməsinin ləğv edilməsinə və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, İddiaçı məxsus yaşayış sahəsinə Birliyin nümayəndələri tərəfindən baxış keçirilmiş və sayğacdan kənar qaz xəttindən istifadə etdiyi müəyyən olunmuşdur. Akt əsasında iddiaçıya hesablanmış ziyanın məbləği 3030 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən işin halları araşdırılarkən iddiaçının qanunsuz qoşulma dövründə pul ödəyib-ödəməməsi araşdırılmamış, qərarın ləğv edilməsinin əsası kimi iştirak etməyən komissiya üzvlə rinin hansı səbəbdən imza etmədikləri aydınlaşdırılmamışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin etibarnamə əsasında nümayəndəsi, vəkil xxxoğlunun kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ev Cavabdeh İB tərəfindən təbii qazla təchiz edilir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş Təbii X2nın pozulması haqqında xx xxxxx 2018-ci il tarixli, ******* saylı Akta əsasən həmin ünvanda baxış keçirilərkən sayğacdan kənar qaz xəttinin arxasından kənar xəttin istifadə edilməsi aşkar olunmuşdur. Akt iddiaçı tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarında olan Cavabdeh İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri xxx tərəfindən xx xxxxx 2018-ci il tarixdə təsdiq olunmuş Qərara görə xx xxxxx 2018-ci il tarixli, ******* saylı Akta əsasən ünvan 1 saylı evə 15150 kb.m. qazın itirilməsi hesablanmışdır. İş materiallarında olan abonent saldosuna əsasən ünvan 1 saylı evə 3030 manat borc hesablanmışdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır kit, cav abdeh təşkilatın mübahisələndirilən qərarı qəbul edilməsinə xx xxxxx 2018-ci il tarixli ******* saylı akt əsas olmuşdur. Halbuki həmin akt xx xxxxx 2018-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa qərar qəbul olunan zaman komissiyanın üzvləri kimi xxxvun və xxxun adları qeyd olunsa da, onlar qərarı imzalamamışlar. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instanasiyası məhkəməsi həmin qətnaməni dəyişdirilmədən saxlamış və mövqeyini əlavə olaraq onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib olunmuş akt Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xx xxx 2011-ci il tarixli “X2”nın tələblərinin pozulması ilə qəbul edilmiş, akt komissiyanın bütün üzvləri tərəfindən imzalanmamışdır. Bununla da qərar əsassız qəbul edildiyindən, həmin qərar əsasında hesablanmış bo rcun silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qaydaların 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin day andırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən tərtib olunmuş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“X2”nın tələblərinin pozulması ilə qəbul edildiyini qeyd etsə də, bu mövqeyini əsaslandırmamışdır. Belə ki, iddiaçı tərəfindən hazırki iddiada həmin akt mübahisələndirilməmiş, mü bahisə predmetini akt əsasında qəbul edilən qərar olmuşdur. Əksinə iş materiallarından görünür ki, iddiaçı əvvəllər Cavabdeh İB-nin Təbii X2nın pozulması haqqında xx xxxxx 2018-ci il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, həmin aktın etibarsız hesab edilməsi və akt əsasında İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsi, 34 saylı fərdi yaşayış evinə hesablanmış 3030 manat məbləğində borcun ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ciil tarixli qətnaməsi ilə Cavabdeh İB-nin apellyasiya şikayətinin təmin olunmaması, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdi rilmədən saxlanılması qət edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı həmin iddasının rədd edilməsi qət edilmişdir. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinin düzgün hüquqi qiymət verilməsi üçün iddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halının baş verilib-verilməməsi məsələsi araşdırılmalıdır ki, işə mahiyyəti üzrə baxan məhkəmələr həmin hallara hüquqi qiym ət verməmişlər. Bundan əlavə qeyd olunmalıdır ki, Təbii X2nın pozulması haqqında xx xxxxx 2018ci il tarixli, ******* saylı Akt xx xxxxx 2018-ci il tarixdə təsdiq olunsa da, aktın məzmunundan müəyyən olunur ki, iddiaçının ünvanında baxış xx xxxxx 2018-ci il tarixdə, saat 10.52-də keçirilmişdir. Odur ki, mübahisələndirilən qərarda aktın tarixinin düzgün qeyd olunmamasına dair məhkəmələrin mövqeyi əsassızdır. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə komissiya üzvləri tərəfindən qərarın imzalanmaması əsası ilə onun ləğv edilməsi üçün ilk olaraq Cavabdeh İB-nin Sumqayıt QİS-in İtirilmiş təbii qazın dəyərinin hesablaması komissiyasının tərkibinin kimlərdən ibarət olması, həmin komissiya üzvlərinin bir hissəsinin qərarı imzalanmamasının səbəbləri araşdırılmalı, müvafiq normativ hüquqi aktlara istinad edilməklə qərarın qüvvəyə minməsi üçün komissiyanın üzvlərinin hansı hissəsinin qərarla razılıqlarını bildirmələrinin tələb olunması araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mə hkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, məhkəmə kollegiyası hes ab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının sahibliyində olan yaşayış sahəsinin qazpaylayıcı xəttinə qanunsuz qoşulmanın olub-olmaması, bununla bağlı qazla təchiz edən təşkilatın sənədləşmənin düzgün aparılıb-aparılmaması araşdırılmalı, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsas ən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-494/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3594/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3594/2020
08.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver