Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3595/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 18 saylı Notariat Ofisi və 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 18 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış evinin qaytarılması, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3703/2024 nömrəli 25 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış və bununla bağlı müvafiq reyestr çıxarışı verilmişdir.
2. İddiaçı tərəfindən Cavabdeh1 qüvvədə olma müddəti 1 il olan Bakı şəhəri 15 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E28218 reyestr nömrəli etibarnamə verilmişdir.
3. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-211 reyestr nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə görə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququ onun adından hərəkət edən Cavabdeh1 tərəfindən 4500 (dörd min beş yüz) manata Cavabdeh3 satılmışd ır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-211 reyestr nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh3 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində Cavabdeh3 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ ilə ona məxsus olmuş Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən götürülərək ona qaytarılması, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, Abşeron rayo nunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində X3 adına icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyatının bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq, ona ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2015-ci ilədək ailə üzvləri ilə birlikd ə Rusiya Federasiyasında yaşamış, 2015-ci ildə Azərbaycana gəlmiş və burada işləyərək yaşamışdır. 2017-ci ildə Cavabdeh1 ilə tanış olaraq bir müddətdən sonra onunla birlikdə yaşamağa başlamışlar. Bir müddət kirayədə yaşadıqdan sonra 2018-ci ilin may ayında Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində icarə hüququnu alqı-satqı yolu ilə əldə etmiş və həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. Bu məqsədlə həm Rusiya Federasiyasından gələrkən özü ilə gətirdiyi, həm də Azərbaycanda işləyərək qazandığı pul vəsaitini xərcləyərək, eyni zamanda, anası X1 ona göndərdiyi pul vəsaitlərindən istifadə edərək 2018-ci ilin ortalarında sözügedən torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamış və 2 019-cu ildə həmin evin tikintisini başa çatdırmışdır. Fərdi yaşayış evinin əşyalarını da alaraq, evi yaşamaq üçün tam yararlı vəziyyətə gətirdikdən sonra 2020-ci ilin yay aylarında Cavabdeh1 ilə birlikdə həmin evə köçüb yaşamağa başlamışdır. Lakin həmin vaxtlarda o, Cavabdeh1 ümumi tanışları olan şəxslər vasitəsi ilə narkotik vasitələrin qəbuluna başlamış və tədricən narkotik vasitələrdən asılı vəziyyətə düşmüşdür. Narkotik vasitələrdən asılı olduğuna görə, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmamasından istifadə edən Cavabdeh1 onun pul vəsaiti ilə inşa edilmiş fərdi yaşayış evini ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə onu Bakı şəhəri 15 saylı notariat ofisinə aparmış, orada xx.xx.2021-ci il tarixdə öz adına etibarnamə əldə etmiş və bu etibarnamə əsasında üzərində fərdi y aşayış evi olan torpaq sahəsinin icarə hüququnun formal şəkildə alqı-satqısını həyata keçirərək torpağı onun adından çıxarmışdır. Belə ki, həmin etibarnamə əsasında Cavabdeh1 ilə onun qardaşı Cavabdeh3 arasında Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanılmışdır ki, həmin müqaviləyə əsasən onun adından hərəkət edən Cavabdeh1 Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində ona məxsus icarə hüququnu guya 4500 manata digər Cavabdeh3 satmışdır. Halbuki o, sözügedən fərdi yaşayış evini satmaq niyyətində olmamış və Cavabdeh1 onun köməksiz vəziyyətindən istifadə edərək “torpaq sahəsi üzərində icarə hüququ” adı altında faktiki olaraq fərdi yaşayış evini özününküləşdirmişdir. Belə ki, adı çəkilən alqı-satqı müqaviləsinin bağlanılmasından bir müddət keçdikdən sonra Cavabdeh1 onu evdən qovaraq, həmin fərdi yaşayış evinə yiyələnmiş və hal-hazırda da sözügedən evdə yaşamaqdadır. Onun narkotik vasitələrə qurşandığından xəbər tutduqdan sonra anası 2023-cü ilin əvvəllərində Azərbaycana gəlmiş və bundan sonra reabilitasiya mərkəzinə yerləşdirilərək müalicəsinə başlanılmışdır. Yalnız müalicəsinə başlanıldıqdan sonra o, icarəsində olmuş torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən aldadılaraq əlindən alındığını bilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsız sayılmalıdır, çünki Cavabdeh1 bu əqdi bağlamaq səlahiyyəti daşınmaz ə mlakın sahibi olaraq onun razılığını şərtləndirir ki, onun da belə razılığı olmamışdır. Cavabdeh1 heç vaxt pulu olmamamış, tanış olduqları vaxt Cavabdeh1 taksi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş, Ruslanın bütün xərclərini o, çəkmişdir. Sadəcə olaraq onun narkotik vasitələridən istifadə etməsi səbəbindən özündə olmamasından və hərəkətlərinin mənasını başa düşməməsindən istifadə edən Cavabdeh1 və qardaşı Cavabdeh3 üzərində fərdi yaşayış evi tikdirdiyi ona məxsus torpaq sahəsini formal alqı-satqı müqaviləsi bağlayaraq ələ keçirmişlər.
7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı Rusiya Federasiyasında yaşasa da, qızıllarını sata-sata başqa oğlana görə Azərbaycana gəlmiş, həmçinin burada başqa tanışları da olmuşdur. İddiaçı ilə tanış olduğu vaxt özünün avtomobili olmuş, maddi vəziyyəti yaxşı olmuşdur. İddiaçı narkotik vasitəni evə özü gətirmişdir. Bundan sonra polis əməkdaşları onu saxlamışlar. Bu kimi səbəblərə görə iddiaçını evə buraxmamışdır. Sözügedən evi qardaşı Cavabdeh3 olan borcu qarşılığında ona vermişdir. Qardaşı öz pulu ilə yarımt ikili şəklində evi almış, həmçinin 12.000 manata torpaq sahəsini almışdır. İddiaçı ilə faktiki nikah münasibətlərində olsalar da, nikahlarını rəsmiləşdirməmişlər. Etibarnamə verilən vaxt iddiaçıya hədə-qorxu gəlməmişdir. İddiaçı könüllü surətdə onunla birgə notariat ofisinə gedərək xx.xx.2021-ci il tarixli etibarnamə vermişdir. Etibarnamənin verilməsindən təxminən 4-5 ay sonra evi qardaşının adına keçirmişdir. Sözügedən evdə hal-hazırda özü yaşamağa davam edir. Həmin fərdi yaşayış evi iddiaçının pulu ilə tikilməmiş, ümumiyyətlə iddiaçı evin tikintisində heç bir formada iştirak etməmişdir. Əksinə, həmin ev onun maddi vəsaiti və zəhməti hesabına tikilmişdir.
8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə hədə-qorxu ilə verilməmişdir. Elə hallarla bağlı iddiaçı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Həmçinin iddiaçının dediyi qədər pulunun olması o evi həmin pulla tikdirməsi mənasına gəlməməlidir. Çünki iddiaçı narkotik vasitə aludəçisi olmuşdur. İddiaçı öz pulları ilə nə evi tikməsinə dair çəkdiyi xərclərlə, nə də Cavabdeh1 pul verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilm iş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı xalasıdır, Bakı şəhərində yaşayır. İddiaçı Azərbaycana qayıtdıqdan sonra tez-tez onunla görüşmüş, bəzən də faktiki nikah münasibətlərində olduğu Cavabdeh1 ilə birlikdə onlara qonaq gəlmişdir. Günelin ev tikdiyindən, evinə mebel almasından xəbəri olmuşdur. O, Güneldən borc pul istəyən zaman ona məlum olmuşdur ki, Günelin bankda pulu var. Lakin Günel ona bildirmişdir ki, hesabındakı pulları müəyyən müddətə çıxara bilməz. 2020-ci ilin noyabr-dekabr aylarında onlara gəldiyi vaxt Günelin narkotik maddə qəbul etdiyindən şübhələnmiş, lakin anasına bu barədə məlumat verəndə inanmamışdır. Ruslan onlara heç vaxt Günelin narkotik vasitə qəbul etdiyini bildirməmişdir. Ruslan Günellə rəsmi nikaha daxil olmaq istəsə də, Günel münasibətlərini rəsmiləşdirməyə t ələsməmişdir. Ruslan tez-tez Güneli hədələyib, qorxutmuşdur.
10. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, narkotik asılılıqdan müalicəsi aparılan xanımlar üçün nəzərdə tutulmuş reabilitasiya mərkəzinin rəhbəridir. Reabilitasiya mərkəzi Sumqayıt şəhərində fəaliyyət göstərmiş, lakin hazırda fəaliyyətini dayandırmışdır. İddiaçı 2023-cü ilin əvvəllərində valideynləri tərəfindən gətirilərək mərkəzə yerləşdirilmişdir. Mərkəzə gətirilərkən ağır narkotik asılılıq vəziyyətində olmuş, özünü və hərəkətlərini idarə edə bilməmişdir. Özünün deməsinə görə o, “sol”, “kakos” və “şüşə” növlərində narkotik vasitələr qəbul etmişdir.
11. Şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1la qonşu olmaqla yanaşı, sözügedən evin tikintisində usta kimi iştirak etmişdir. İdd iaçı da tanıyır, onu sonradan görmüşdür. 2019-cu ildə evin tikintisi başlamış və evin bünövrəsinin qoyulmasından tikintisinə kimi o işləmişdir. Evin tikilməsinə pulu ona Ruslan vermiş, təmirtikinti materiallarını Ruslanın aldığını bilmişdir. Evin tikintisi zamanı Ruslanın qardaşı Əlzamini görmüşdür.
12. Şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 qonşusudur. 8 ildir ki, qonşuluqda yaşayır, Ruslangil isə sonradan köçmüşlər. İddiaçı əvvəllər görmüşdür və tanıyır. Evə başqa qadınlar da gəlib-getmişdir. Ruslanın deməsinə görə, evin tikintisinin pulunu qardaşından almışdır. Evin tikilməyə başlanılma tarixi dəqiq yadında deyildir, təxminən 2019-2020-ci illərdir. Evin tikintisində Ruslanın qohumlarının işlədiklərini görmüşdür. Ruslanın qardaşı Əlzamini, əmisi uşaqları Elşad və Şöşü adlı qohumlarını da evin tikilməsində görmüşdür. Ev bir mərtəbə, bir mansarddan ibarət olmaqla, aşağı mərtəbədə üç otaq, mətbəx, mansardda bir otaq və sanuzel yerləşir. Xatırlayır ki, Cavabdeh1 hamam otağı ləvazimatlarını ona məxsus mağazadan almış və axşam özü gedib quraşdırmışdır.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 noyabr 2023-cü il tarixli 2(008)-4258/2023 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilmiş, İddiaçı icarəsində olmuş Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən götürülərək İddiaçı qaytarılması, Bakı şə həri 18 saylı notariat müqaviləsi ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin (onun doğurduğu hüquqi nəticələr) etibarsız sayılması, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində cavabdeh X3 adına icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) nömrə ilə aparılmış reyestr qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydiyyatının bərpa edilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət r üsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsi İddiaçı icarə hüququ əsasında məxsus olmuş, həmin torpaq sahəsi üzərində iddiaçının maddi vəsaiti hesabına fərdi yaşayış evi inşa edilmişdir. Lakin Bakı şəhəri 18 saylı notariat ofisində mülki qanunvericilik normaları pozulmaqla rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən, qeyd edilən əmlak qanunsuz şəkildə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı sahibliyindən alınmışdır. Mübahisələndirilən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilsə də, həmin torpaq sa həsi Maraqlı şəxs mülkiyyətində olan dövlət mülkiyyətinə aid edilmiş məqsədli təyinatı sahibkarlıq olan ehtiyat fondunun torpaqlarına aid edilmişdir. Məhz bu səbəbdən mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, icarəsində olmuşdur ki, həmin icarə hüququ da Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin predmeti olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarından görünür ki, müqavilə bağlanılarkən torpağın mülkiyyətçisi olan Maraqlı şəxs yazılı razılığı alınmamışdır. Halbuki mülki qanunvericilik normalarına (Mülki Məcəllənin 242.2-ci maddəsi) əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Həmçinin işin mübahisəsiz halıdır ki, İddiaçı bəhs edilən dövrdə narkotik vasitə aludəçisi olmuş, xx.xx.2021-ci il tarixli etibarnaməni verdiyi dövrdə də narkotik vasitələrdən istifadə etməsi Cavabdeh1 tərəfindən inkar olunmamışdır
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 242.2, 337.1, 337.3-337.4, 337.5, 339.1-339.6, 340.1-340.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3703/2024 nömrəli 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X11) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(008)-4258/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəm əsinin gəldiyi nəticə və hüquqi əsaslandılrma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsi İddiaçı icarə hüququ əsasında məxsus olmuşdur. 20. xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 qüvvədə olma müddəti 1 il olan etibarnamə verilmişdir. 21. xx.xx.2022-ci il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi ilə Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququ onun adından hərəkət edən Cavabdeh1 tərəfindən 4500 manata Cavabdeh3 satılmışdır.
22. İddaçı, narkotik vasitələrdən asılı olduğuna görə öz hərəkətlərinin mənas ını dərk etmək iqtidarında olmamasından istifadə edən Cavabdeh1 onun pul vəsaiti ilə inşa edilmiş fərdi yaşayış evini ələ keçirmək qərarına gəldiyini və bu məqsədlə xx.xx.2021-ci il tarixdə öz adına etibarnamə əldə etdiyini və etibarnamə əsasında üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin icarə hüququnun formal şəkildə alqı-satqısını həyata keçirərək torpağı onun adından çıxardığını iddia edərək, hazırki iddianı qaldırmışdır.
23. Cavabdeh1 birinci instansiya məhkəməsində bildirmişdir ki, sözügedən evi qardaşı Cavabdeh3 olan borcu qarşılığında vermişdir. Qardaşı öz pulu ilə yarımtikili şəklində evi almış, həmçini 12000 manata torpaq sahəsini almışdır....Həmin fərdi yaşayış evi iddiaçının pulu ilə tikilməmiş, ümumiyyətlə iddiaçı evin tikintisində heç bir formada iştirak etməmişdir. Ək sinə həmin ev onun maddi vəsaiti və zəhməti hesabına tikilmişdir.
24. Mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir.
25. Məhkəmə haqlı olaraq göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilsə də, həmin torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində olan dövlət mülkiyyətinə aid edilmiş məqsədli təyinatı sahibkarlıq olan ehtiyat fondunun torpaqlarına aid edilmişdir. Məhz bu səbəbdən mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, icarəsində olmuşdur ki, həmin icarə hüququ da Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin predmeti olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-s atqı müqaviləsinə dair notariat işinin materiallarından görünür ki, müqavilə bağlanılarkən torpağın mülkiyyətçisi olan Maraqlı şəxs yazılı razılığı alınmamışdır. Halbuki, mülki qanunvericilik normalarına (Mülki Məcəllənin 242.2-ci maddəsi) əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.
26. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin.
27. İddiaçının bəhs edilən dövrdə narkotik vasitə aludəçisi olması, xx.xx.2021-ci il tarixli etibarnaməni verdiyi dövrdə də narkotik vasitələrdən istifadə etməsi birinci instansiya məhkəməsi zamanı Cavabdeh1 tərəfindən inkar olunmamışdır.
28. İş materiallarında olan CD diskə baxış keçirdikdə məlum olur ki, videonu lentə alan şəxs (iddiaçı videonun Cavabdeh1 tərəfindən lentə alındığını qeyd etdi) evi göstərərək bildirir ki, “hə, Rəna xanım, bu İddiaçı evidir, dəqiqliklə onun evidir”, sonra isə ətraflı şəkildə evi, həyəti və s. göstərir.
29. Bundan başqa digər CD diskdə olan fayllara baxış keçirdikdə görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 ad günündə müxtəlif məbləğlərdə - bir dəfə 6000 manat, ikinci dəfə dəqiq məbləği qeyd edilmir, lakin qutuda bağlama şəklində pullar və üzük hədiyyə edilmişdir.
30. Aydın olur ki, iddiaçının maddi təminatı kifayət qədər yaxşı olmuşdur.
31. Müəyyən edilir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddiaçının vəsaiti hesabına və məhz iddiaçı üçün tikil mişdir.
32. Kollegiya qeyd edir ki, iddiaçının onun vəsaiti hesabına tikilmiş fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsi üzərində icarə hüququnu 4500 manata başqa şəxsə satması onun iradəsinə uyğun olmamışdır, belə ki, videoçəkilişlərdən görünür ki, tikilmiş fərdi yaşayış evi ikimərtəbəlidir, həmin evin iddiaçının öz iradəsi ilə torpaq sahəsi üzərində icarə hüququ ilə birlikdə 4500 manata satılması inandırıcı deyildir.
33. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 iddiaçının düşdüyü ağır vəziyyətdən (narkotik asılılığından) sui-istifadə edərək, sonuncudan etibarnamə alıb, mübahisəli torpaq sahəsinin icarə hüquqlarını qardaşının adına keçirtmiş, bununla da faktik olaraq həmin torpaqda iddiaçı tərəfindən onun vəsaiti hesabına və istifadəsi üçün inşa edilmiş evə yiyələnmişdir. Bu əqd isə et ibarsızdır.
34. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,157.8, 242.2. 337, 339.1-339.6, 712.1.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh3 kassasiya şikayəti verərək (vəkil X5) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisə predmetinə mülkiyyət hüqu qu tanınmamışdır, tikili özbaşına tikilidir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir.
38. Apellyasiya şikayətinə əlavə edilən sənəddən də məlum olur ki, İcra Hakimiyyəti bağlanmış müqavilə ilə razı olduğunu və onu bəyəndiyini bəyan etmişdir.
39. Məhkəmə alqı-satqı müqaviləsini uydurma və ya pərdələnmiş əqd kimi təqdim etməsi mülki işin faktiki halları ilə qətiyyən uyğunluq təşkil etmir.
40. Məhkəmə maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Qətnamədə onları şərh etməmiş, işin hansı hallarına görə tətbiq edilməsini əsaslandırmamışdır.
41. Məhkəmə Mülki Məcəllənin 343-cü, 357-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
42. Məhkəmə işin təxirə salınması barədə ərizəyə əhəmiyyət verməmiş və işə onun iştirakı olmadan baxaraq prose ssual hüquq normasının tələblərini pozmuşdur.
43. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Ona görə ki, həmin nəticəni təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülahizələrə əsaslanmaqla qətnamə qəbul edərək iddianı rədd etmişdir.
44. Məhkəmə birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 izahatlarını da qətnamədə göstərməmişdir.
45. Apellyasiya instansiya məhkəməsi MPM-in normalarının tələblərini açıqdanaşkar pozaraq, Cavabdeh3 apellyasiya şikayətinin məzmununu qətnamədə göstərməkdən imtina etmişdir.
46. Məhkəmə Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərsə də, onun prosessual statusu və hüquqi vəziyyəti aydınlaşdırmamışdır. Maraqlı şəxs iddiaçı, yoxsa cavabdehlər tərəfindən prosesə mü stəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, tələbinin iddiaçıya, yoxsa cavabdehlərə qarşı irəli sürüldüyü, ən nəhayət isə irəli sürülən tələbin nədən ibarət olduğu müəyyən edilməmişdir.
47. Fərdi yaşayış evinin tikintisinə çəkilən xərcin mənbəyi ilə bağlı məhkəmənin gəldiyi nəticə də əsaslı deyildir.
48. Torpaq sahəsinin mülkiyyətçisi olan Maraqlı şəxs qeyd edilən müqavilənin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmayıbdır.Bundan əlavə, Maraqlı şəxs mülkiyyətində olan həmin torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz sayılması barədə prokuror da məhkəmədə iddia qaldırmayıbdır (MPM-nin 50.2-ci maddəsi). Belə vəziyyətlə bağlı mülkiyyətçinin iradə ifadəsini tənzimləyən Mülki Məcəllənin 357-ci maddəsində göstərilir ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Qanunun bu norması mənası baxımından qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyim Cavabdeh3 ərizəsinə Maraqlı şəxs Başçısının birinci müavini Yusif Sadıqov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 5-29/2-c4-523-051/2023 nömrəli məktubla cavab verilmişdir. Məktubda Maraqlı şəxs mülkiyyətində olan, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində icarə hüququnun İddiaçı tərəfindən Cavabdeh3 satılmasına dair Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu C.B.Məlikov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-211 reyestr nömrəli “Torpağın icarə hüquqlarının alqı-sat qısı” müqaviləsinin bəyənildiyi və bu müqavilənin bağlanmasına sonradan razılıq verildiyi bildirilmişdir. Bununla da adı çəkilən müqavilənin bağlanmasında qadağanedici hal sonradan aradan qalxmış hesab edilir. Yenə də apellyasiya şikayətində bildirilir ki, məhkəmənin gəldiyi başqa bir nəticəyə görə Abşeron rayonunun Ramana “Südçülük sovxozu” adlanan ərazisində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində fərdi yaşayış evi İddiaçı maddi vəsaiti hesabına inşa edilmişdir. Lakin məhkəmənin bu qənaəti ilə də razılaşmaq olmaz. Çünki, iddiasını müdafiə edən İddiaçı izahatında Cavabdeh1la aralarında yaxın münasibətlərinin yarandığını, birlikdə yaşamağa başladıqlarını, ev tikməyə qərar verdiklərini, "xxxx" ASC-də 114.000 manat pulunun olduğunu, Cavabdeh1 isə heç yerdə işləmədiyini, evin tik intisində fiziki olaraq əziyyət çəkdiyini, 2019-cu ilədək Cavabdeh1la mehriban yaşadıqlarını, sonra narkotik vasitələrdən istifadə etməyə başladığını, 2021-ci ildə məcburiyyət qarşısında Cavabdeh1 etibarnamə verdiyini, 2023-cü ilin yanvar ayında valideynlərinin köməyi ilə Sumqayıt şəhərində yerləşən reabilitasiya mərkəzində müalicə olunduğunu, uzun müddətdir ki, narkotik vasitə qəbul etmədiyini və hal-hazırda vəziyyətinin yaxşı olduğunu bildirmişdir. İddiaçı xalası şahidƏntiqə Məmmədova isə ifadəsində Günelin ev tikməsindən, evinə mebel almasından xəbərinin olduğunu, Güneldən borca pul istəyəndə Günelin bankda pulunun olmasının ona məlum olduğunu, lakin hesabındakı pulları müəyyən müddətə çıxara bilməyəcəyini Günelin ona bildirdiyini, 2020-ci ilinnoyabr-dekabr aylarında onlara gələndə Güne lin narkotik maddə qəbul etdiyindən şübhələndiyini və bu barədə anasına məlumat verdiyini göstərmişdir. Sumqayıt şəhərində yerləşən narkotik asılılıqdan müalicəsi aparılan qadınlar üçün nəzərdə tutulmuş reabilitasiya mərkəzinin rəhbəri şahid Şəhriyar Məmmədov ifadəsində İddiaçı 2023-cü ilinəvvəllərində valideynləri tərəfindən gətirilərək Mərkəzə yerləşdirildiyini, Mərkəzə gətiriləndə Günelin ağır narkotik asılılıq vəziyyətində olduğunu, özünü və hərəkətlərini idarə edə bilmədiyini, deməsinə görə “sol”, “kakos” və “şüşə” növlərində narkotik vasitələr qəbul etdiyini bildirmişdir. İddianın bu hissəsini də qəbul etmyən Cavabdeh1 izahatında İddiaçı ilə tanış olanda özünün avtomobilinin olduğunu, maddi vəziyyətinin yaxşı olduğunu, iddiaçı narkotik vasitəni evə gətirdiyinə görə polis əməkdaşların ın onu saxladığını, bu səbəblərə görə iddiaçını evə buraxmadığını, sözügedən evi qardaşı Cavabdeh3 olan borcunun qarşılığında ona verdiyini, qardaşı Əlzamin evi öz pulu ilə yarımtikili şəklində aldığını, bu məqsədlə 12.000 manata torpaq sahəsini satdığını, həmin fərdi yaşayış evinin iddiaçının pulu ilə tikilmədiyini, ümumiyyətlə iddiaçının evin tikintisində heç bir formada iştirak etmədiyini, əksinə, həmin evin onun maddi vəsaiti və zəhməti hesabına tikildiyini bildirmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 da izahatında iddiaçının dediyi qədər pulunun olmasının onun evi həmin pulla tikdirməsi mənasına gəlinməli olmadığını, iddiaçının narkotik vasitə aludəçisi olduğunun nəzərə alınmasını, onun öz pulları ilə nə evi tikməsinə dair çəkdiyi xərclərlə, nə də cavabdeh Rulan Məmmədova pul verməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyini göstərmişdir. X24 şahid qismində verdiyi ifadəsində sözügedən evin tikintisinə 2019-cu ildə başlanıldığını, evin bünövrəsinin qoyulmasından tikintisinə kimi orada usta kimi işlədiyini, evin tikilməsinə pulu ona Cavabdeh1 verdiyini, təmir-tikinti materiallarını Cavabdeh1 aldığını və evintikintisi zamanı Ruslanın qardaşı Əlzamini gördüyünü bildirmişdir. Digər qonşu Vüsal Namazov da şahid qismində verdiyi ifadəsində 8 ildir ki, qonşuluqda yaşadığını, Ruslangilin ora sonradan köçdüklərini, İddiaçı əvvəllər gördüyünü və tanıdığını, Ruslanın deməsinə görə, evin tikintisinin pulunu qardaşından aldığını, evin tikintisinə təxminən 2019-2020-ci illərdə başlandığını, evin tikintisində Ruslanın qohumlarının işlədiklərini gördüyünü, evin tikilm əsində Ruslanın qardaşı Əlzamini, əmisi uşaqları Elşad və “Şöşü” adlı qohumlarını dagördüyünü, Cavabdeh1 hamam otağı ləvazimatlarını ona məxsus mağazadan aldığını və axşam özünün gedib onları quraşdırdığını bildirmişdir. Beləliklə, iddiaçının özünün izahatının və onun təqdim etdiyi şahidlərin ifadələrinin, həmçinin Cavabdeh1 izahatının və onun təqdim etdiyi şahidlərin ifadələrinin müqayisəli təhlili nəticəsində fərdi yaşayış evinin tikintisi və ona çəkilən xərclərin mənbəyi ilə bağlı belə nəticəyə gəlmək olur ki, 2015-ci ildə Azərbaycana gələndə bank hesabında 114.000 manat pul olmuşdursa, o vaxtdan indiyədək Azərbaycanda yaşayan, lakin heç bir yerdə işləməyən(bu barədə heç bir sübut təqdim edilməyib) və heç bir gəliri olmayan, anasının ona pul göndərdiyini bildirsə də, bu barədə də heç bi r sübut təqdim etməyən, eyni zamanda, “sol”, “kakos” və “şüşə” növlərində narkotik vasitələrin qəbulundan ağır asılılıq vəziyyətində olan İddiaçı 2019-cu ildən başlayaraq, adıçəkilən fərdi yaşayış evinin tikintisi xərclərini ödəməsi ağılabatan və inandırıcı deyildir. Əksinə, Cavabdeh1 avtomobilini satmasından əldə etdiyi pulu və qardaşı Əlizaminin torpaq sahəsini satması nəticəsində əldə etdiyi 12.000 manat pulu adıçəkilən fərdi yaşayış evinin tikintisinə xərcləməsi ağılabatan və inandırıcıdır. Ona görə də fərdi yaşayış evinin tikintisinə çəkilən xərcin mənbəyi ilə bağlı məhkəmənin gəldiyi bu nəticə də əsaslı deyildir. Həmçinin nəzərə alınmalıdır ki, adıçəkilən fərdi yaşayış evi Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, qanunsuz tikinti sayılır və bununla bağlı münasibətlərə həmin normanın tələbləri baxımından qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Cavabdeh3 apellyasiya şikayətinin məzmunu ona görə göstərilməmişdir ki, orada göstərilən dəlillərin təkzib olunmasının mümkün olmayacağı aydın olmuşdur.
49. Belə qənaətə gəlmək olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində yalnız iddiaçı tərəfin tələbi, onun hüquqi mövqeyi və xeyrinə olan sübutlar göstərildiyinə, cavabdeh tərəfin isə iddia ərizəsinə etirazı, hüquqlarını müdafiə etdiyim Cavabdeh3 apellyasiya şikayətinin isə məzmunu orada əksini tapmadığına görə işə qərəzli və tərəflərin hüquq bərabərliyi pozulmaqla baxılmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, apellyasiya şikayəti vermiş tərəf olmaqla, məhkəmə ic lasında iştiraklarının mümkün olmaması səbəbindən işin başqa vaxta təxirə salınmasına dair vəsatət verilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almayıb, işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı ilə baxaraq, apellyasiya şikayətimizin rədd edilməsi barədə qətnamə çıxarmışdır.
50. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştiraklarına imkanın yaradılmaması da prosessual hüquq və imkanlarımızın məhdudlaşdırılması ilə nəticələnmişdir. Ən nəhayət, apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini iş materiallarında olan CD disklərdə olan məlumatlarla da əsaslandırmışdır. Belə ki, iş materiallarında olan CD diskə baxış keçirdikdə məlum olur ki, videonu lentə alan şəxs (iddiaçı videonun Cavabdeh1 tərəfindən lentə alındığını qeyd etdi) evi göstərə rək bildirir ki, “hə, Rəna xanım, bu İddiaçı evidir, dəqiqliklə onun evidir”, sonra isə ətraflı şəkildə evi, həyəti və s. göstərir. Bundan başqa digər CD diskdə olan fayllara baxış keçirdikdə görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 ad günündə müxtəlif məbləğlərdə - bir dəfə 6000 manat, ikinci dəfə dəqiq məbləği qeyd edilmir, lakin qutuda bağlama şəklində pullar və üzük hədiyyə edilmişdir. Qeyd edirəm ki, işə birinci instansiya məhkəməsində baxılanda belə sübutlar nə məhkəməyə təqdim edilməmiş, nə onlar məhkəmədə tədqiq edilməmişdir.
51. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 242.2, 337.1, 337.3-337.5, 339.1-339.6, 340.1-340.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 57.1, 217-ci maddələrinə, A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar 13 may 2007-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
53. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
55. Maddə 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvə zsiz istifadəyə verə bilər.
56. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 57. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 58. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 59. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 60. 337.5. Əqd etibarsız olduq da, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
61. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
62. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
63. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmal ı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
64. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdi n mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
65. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
66. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
67. Maddə 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 68. 712.1.1. torpağı üçüncü ş əxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində t əqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş CD disklərdəki məlumatlara istinad etməsi, işə birinci instansiya məhkəməsində baxılanda belə sübutların nə məhkəməyə təqdim edilmədiyi, nə onların məhkəmədə tədqiq edilmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə təsdiq edilir ki apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş CD disklər apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş yeni sübut deyil, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmişdir.Birinci instansiya məhkəməsində iş materiallarına əlavə ed ilmiş sübutun həmin məhkəmə tərəfindən tədqiq edilməməsi, müvafiq sübutun apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilməsini istisna etmir.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müvafiq CD diskləri tədqiq edərək oradakı məlumatlara istinad edərkən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
82. Məhkəmə kollegiyası, kassasiya şikayətinin məhkəmənin Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərsə də, onun prosessual statusu və hüquqi vəziyyətinin aydınlaşdırmadığı, Maraqlı şəxs iddiaçı, yoxsa cavabdehlər tərəfindən prosesə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, tələbinin iddiaçıya, yoxsa cavabdehlərə qarşı irəli sürüldüyü, ən nəhayət isə irəli sürülən tələbin nədən ibarət olduğunun müəyyən edilmədiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, “müstəqil tələb irəli sürməyən üçüncü şəxslər”in adından da göründüyü kimi hər hansı bir tələbləri olmur ki həmin tələb müəyyənləşdirilsin.Digər tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddiaçı və ya cavabdeh tərəfdən cəlb edildiyinin göstərilməməsi məhkəmə qətnaməsinin ləğvinə əsas olan prosessual pozuntu kimi qiymətləndirilə bilməz.
83. Kassasiya şikayətinin bir sıra dəlili sübutlara qiymət verilməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası bildirir ki, kasasiya instansiyası məhkəməsi sübutların qiymətləndirməsini həyata keçirmir.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə ra zılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin mülki prosessual hüquq normalarının tələblərinə uyğun təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(103)3703/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.