Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3597/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: enerji ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-183/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx oğlu, habel ə Cavabdeh1 ASC-nin vəkili xxxqızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi ziyanın müqabilində Xaçmaz işıq idarəsinin nəzarətçi mühəndisi xxxdən 3000 manat, “xxxx” ASC-dən 5000 manat təzminat alınaraq bank hesabına köçürülməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(067)-654/2019 nömrəli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-183/2020 nömrəli qətnaməsi ilə (hakim E.G.Rəhimov sədrlik edən və m əruzəçi, hakimlər G.F.Tağızadədən və T.O.Quliyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(067)-654/2019 nömrəli qətnaməsi qismən, borc tələbinin rədd olunması hissəsində ləğv edilmiş və iddia həmin hissədə qismən təmin edilərək, İddiaçı hesablanmış 580 manat dəyərində əlavə işıq sərfiyyatının silinməsi, qətnamənin qalan hissəsini dəyişdirilmədən saxlanılması qət etmişdir. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-183/2020 nömrəli qətnaməsinin dəyişdirilərək, hesablanmış əlavə enerji sərfiyyatının dəyəri 580 manatı “xxxx” ASC-dən alınaraq iddiaçıya verilməsi, “xxxx” ASC-nin hesabına köçürülm üş 490 manatdan 250 manatın “xxxx” ASC tərəfindən qeyri-qanuni mənimsənildiyi üçün “xxxx” ASC-dən 250 manatın alınaraq qaytarılması və Cavabdeh1 ASC tərəfindən vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin cavabdeh “xxxx” ASC-nin vəkili xxxqızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-183/2020 nömrəli qətnaməsini qismən ləğv olunması və iddia tələbinin tam təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçının kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC-i tərəfindən xx xxxxxxxx 2018- ci il tarixdə obyektdə yeni elektrik hesabat sayğacı quraşdırılmasını etiraf etsədə, bunu hec bir rəsmi sənədlə təsdiqləməmişdir. xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi “Smart-kart” sayğacın vasitəsi ilə köçürülmüş 490 manatdan 250 manatı “xxxx” ASC-i qeyri-qanuni borc qismində tutaraq mənimsənilməsi ekspert rəyində müəyyən edilməsinə baxmayaraq, məhkəmə buna münasibət bildirməmişdir. Eyni zamanda apellyasiya məhkəməsi maddi və mənəvi zərərin alınmasına dair düzgün qiymət verməmiş, işi tam araşdırmamışdır. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, qətnamə əsaslandırılmamış və maddi hüquq normalarına istinad olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazı mi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və nümayəndələri məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktla ra hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “xxxx” ASC İddiaçı istifadəsində olan obyektə xx xxxxxxxx 2018-ci il tarixdə yeni elektrik hesabat sayğacı quraşdırmış və elektrik enerjisindən istifadəyə görə hesablaşma həmin elektrik hesabat sayğacı əsasında aparılmışdır. Müvafiq tarixlərdə sayğacın göstəriciləri oxunarkən xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək (45 gün müddətində) 112,86 manat, xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək (13 gün müddətində) 15,84 manat, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (101 gün müddətində) 112,59 manat dəyərində enerji sərfiyyatı qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı abonent saldosu cədvəli məlumatlarına əsasən “xxxx” ASC xx xxxx 2016-cı ildən xx xxxxxx 2018-ci il tarixə kimi faktiki enerji sərfiyyatından əlavə artıq 560,00 manat dəyərində enerji sərfiyya tı hesablamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan ekspert rəyini əsas kimi götürərək, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi nöqtəyi nəzərdən qanuni olmuşdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Mülki Prosessual Məcəlləsinin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutla rla yanaşı qiymətləndirilir. Məcəllənin 103.1 və 103.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” ASC-nin iddia tələbinin tam əsassızlığına dair dəlilləri qanuni sayıla bilməz və həmin dəlillər ekspert rəyi ilə təkzib olunur. Belə ki, ekspertiza rəyində cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya 580 manat əlavə işıq sərfiyyatı yazıldığı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssi səsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Elektrik enerjisindən istifadə Qayd alarının 9.10-cu bəndinə əsasən isə istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq ekspert rəyini iş üzrə mötəbər sübut qismində qiymətləndirərək, ona istinad etməklə mübahisələndirilən qətnaməni qəbul etmiş və cavabdehin bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçının kassasiya şikayətinin dəlillərinə isə məhkəmə kollegiyası qeyd edir ki, onun əlavə tələblərinə də məhkəmələr tərəfindən prosessual hüquq normalarına uyğun hüquqi qiymət verilmiş və bu tələblərlə bağlı sübut təqdim edilmədiyindən təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqim olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, idd ia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddə sinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların ver diyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Nəhayət qeyd olunmalıdır ki, həm iddiaçı, həm də cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işin bütün faktiki hallarının araşdırmamasına və sübutlara düzgün hüquqi qiymət verilməməsinə istinad etsələr də, Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. B eləliklə də, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə müəyyən olunan işin faktiki hallarına uyğun olaraq tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlu, habelə Cavabdeh1 ASC-nin vəkili xxxqızı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-183/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3597/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3597/2020
08.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver