Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3597/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin cavabdehlər Cavabdeh və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, inzibati aktın qüvvəsi, preyudisiallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X8 ibarət tərkibdə, İddiaçı Şirkətinin cavabdehlər Cavabdeh və X3 qarşı özbaşına tikilidən çıxarılma, tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-512/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 1035/1 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncam və torpaqların alqı-satqısına dair akta əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində faktiki istifadəsində olan 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 mülkiyyətinə ayrılmışdır.
2. X6 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin büdcəsinə 2005ci ildə ******* manat ödəmişdir.
3. X6 xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsinə dair bütün hüquqlarla bağlı X7 80 il müddətinə etibarnamə vermiş və torpaq sahəsini həmin şəxsin faktiki istifadəsinə vermişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Şirkəti (bundan sonra – iddiaçı və ya Şirkət) cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212644, 217012, 212534, 211835, 217003 və 217008 saylı neft quyularının mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsa slandırmışdır ki, Cavabdeh tərəfindən Şirkətin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212644, 217012, 212534, 211835, 217003, 217008 saylı neft quyularının mühafizə zolağı daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla, özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqı nda” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X15 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra – Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökumət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəa larından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X15 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və İddiaçı Şirkətləri arasında imzalanmış X9 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərb aycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, tələbin rədd olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, tələbin rədd olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçının cavabdeh tərə findən özbaşına tikili inşa etməsini iddia etdiyi torpaq sahəsinin Şirkətə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 4 may 2021-ci il tarixli mütəxəssis rəyi ilə Şirkət tərəfindən məhkəməyə təqdim olunmuş koordinatlar əsasında mütəxəssis qarşısında qoyulmuş suallar elektron kadastr məlumatlarına əsasən araşdırılmış və müəyyən edilmişdir ki, Şirkətin Cavabdeh tərəfindən özbaşına tikili inşa etməsini iddia etdiyi torpaq sahəsi Şirkətə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhk əmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/6363 saylı ekspert rəyinə əsasən Cavabdeh tərəfindən inşa olunan tikili ilə iddiaçının mübahisələndirdiyi 212644 nömrəli quyu arasındakı məsafənin 8 metr olduğu müəyyən olunmuşdur. Habelə, baxış zamanı bildirilən məlumata görə, sözügedən quyunun əvvəl neft quyusu olsa da, hal-hazırda su vurucu quyu olaraq fəaliyyət göstərməsi müəyyən olunmuşdur.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-153/2022 nömrəli iş üzrə 9 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müva fiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təhlükəsizlik zonasında yerləşməsi barədə həmin torpaq sahəsi üzərində sərəncam verən orqanlara məlumat verilməmişdir. Həmin torpaq sahəsində tikili 2004-cü ildən sonra inşa edilmiş, tikili müvafiq icazə alınmaqla inşa edilmiş və cavabdeh X3 məxsus olan torpaq sahəsində yerləşmiş (xx.xx.2017-ci il tarixli, AR-İ 548274 nömrəli etibarnamə əsasında həmin torpaq sahəsi X5 istifadəsinə verilmişdir) və 2004-cü ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir. İşdən göründüyü kimi cavabdeh X6 ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmiş və cavabdehlər tərəfindən orada özbaşına tikinti işləri aparılmamışdır.
12. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutduğundan məhkəmə hesab etmişdir ki, belə vəziyyətdə həmin tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə olduqda cavabdehə məxsus tikilinin ona müvafiq kompensasiya ödənilmədən sökülməsi üçün əsaslar olmamışdır.
13. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6363 saylı ekspert rəyinə əsasən Cavabdeh tərəfində n inşa olunan tikilidən 8 metr məsafədə yerləşən 212644 nömrəli quyu əvvəl neft quyusu olsa da, hal-hazırda su vurucu quyu olaraq fəaliyyət göstərir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14, 139, 139-1, 146, 152, 157, 158, 180-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ndə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Şirkətə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinin mütəxəssis rəyinə əsasən təsdiq edildiyini vurğulasa da, rəyin mötəbərliyinə önəm verməmiş, mütəxəssis rəyini sübut qismində qəbul etməmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspertizaya dair ekspert rəyinə əsasən tikili ilə Şirkətə məxsus quyu arasındakı məsafənin 8 metr olmasının müəyyən edilməsinə baxmayaraq, məhkəmə bu dəfə də ekspert rəyinin vacibliyini nəzərə almamış, həmçinin cavabdeh tərəfindən texniki təhlükəsizlik qaydalarının tələblərinin də pozulmasına hüquqi qiymət verməmişdir. Yəni həm mütəxəssis rəyi, həm də ekspert rəyi ilə cavabdehin inşa etdiyi tikilinin qanunsuz olduğu, eləcə də Şirkətə məxsus ərazidə inşa edildiyi müəyyən edilsə də, birinci instansiya məhkəməs i bu faktlara önəm verməmiş, əksinə tikilinin özbaşına olmaması qənaətinə gəlmişdir. Məhkəmə qətnamədə qanunvericiliyin tələblərini sadalayaraq, özbaşına tikililərə dair 3 əsas hüquqi tənzimləmə qaydasını diqqətə çatdırmış, lakin nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olmamış, onun özbaşına tikili inşa etməsi ilə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatları pozulmuş və eyni zamanda sənaye təyinatlı ərazidə və quyu yaxınlığında inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəli olmuşdur. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, cavabdehin arqument olaraq təqdim etdiyi Binəqədi qəsəbə Bələdiyyəsinin 1035/1 saylı, xx.xx.20 04-cü il tarixli sərəncamı öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, həmin Bələdiyyə sərəncamı Şirkət tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirilmiş və məhkəmənin 2-1(112)-7574/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Şirkətin iddia tələbi aşağıdakı əsaslarla mümkün sayılmamışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, "Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən Binəqədi qəsəbə Bələdiyyəsinin 1035/1 saylı, xx.xx.2004cü il tarixli sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür.” Beləliklə də, məhkə mə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh arqumenti olan Binəqədi qəsəbə Bələdiyyəsinin müvafiq sərəncamı dair hər hansı öz qüvvəsini itirdiyi üçün onun mübahisəli torpaq sahəsinə hüquq müəyyənedici sənədi mövcud olmamışdır və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusunda olmuşdur. Məhkəmə Bakı İnzibati Məhkəməsinin bu qərardadının mahiyyətini nəzərə almamış və cavabdehin dəlili olan Bələdiyyə sərəncamının öz qüvvəsini itirməsinə əhəmiyyət verməmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsinin mülkiyyətində olub-olmamasını araşdırmamışdır. Halbuki, həmin torpaq sahəsi ümumiyyətlə Bələdiyyənin mülkiyyətində olmamış və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə 908 saylı, xx.xx.2000-ci il tari xli sərəncamla ayrılmış torpaq sahəsi tam fərqli ərazidə yerləşmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-512/2023 nömrəli mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi uzun müddətdir cavabdehin istifadəsində olmuş, həmin mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada yaşamış və həmin torpaq sahəsi və fərdi yaşayış evi uzun müddətdir onun istifadəsində olmuşdur. Keçən m üddət ərzində iddiaçı tərəfindən bununla bağlı cavabdehlərə hər hansı bir etiraz və ya tələb bildirilməmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin qanunsuz olması və sökülməsi barədə hər hansı bir xəbərdarlıq edilməmişdir.
19. Məhkəmə mübahisəli torpaq sahəsi və üzərində yerləşən tikili 2 saylı mədənin 1ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilinə düşsə də, həmin tikilinin cavabdeh tərəfindən uzun müddət öncə inşa edildiyini, onun həmin tikilidən uzun müddətdir istifadə etdiyini və bununla bağlı iddiaçı tərəfindən hər hansı bir etiraz və xəbərdarlıq edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdeh(lər)in həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə k ompensasiya verilməklə təmin edilə bilər.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 180-ci, Torpaq Məcəlləsinin 4, 22, 49, 50, 55, 67, 68, 111-ci maddələrinə, X2 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 2
4. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
25. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
26. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvaf iq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi
27. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
28. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
29. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
30. Maddə
50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.
31. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq s ahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
32. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
33. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
34. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmu ş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
35. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır Mülki Prosessual Məcəllə
36. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası işə şikayət həddində baxaraq hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şikayətin dəlillərindən asılı olmayaraq q ətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulması halları müəyyən edilmir.
46. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 1035/1 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı və torpaqların alqı-satqısına dair akt əsasında fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış, sonuncu xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsinə dair bütün hüquqlarla bağlı X7 80 il müddətinə etibarnamə vermiş və torpaq sahəsini həmin şəxsin faktiki istifadəsinə vermişdir.
47. İddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7547/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində adıçəkilən bələdiyyə qərarının qüvvədən düşdüyünün qeyd olunması ilə bağlı dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, həmin qərardadla mübahisə mahiyyəti üzrə həll edilməmiş, bələdiyyə qərarının ləğv olunması barədə iddia qeyri-mümkün sayılmışdır.
48. Həmçinin MPM-in 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və bununla bağlı gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır.
49. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının son dövrlərdə qəbul olunmuş qərarlarında (misal üçün, 2-1(102)-1286/2023 nömrəli iş üzrə xx.x x.2023-cü il tarixli, 2-1(102)-2073/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar) da belə bələdiyyə qərarlarının iddiaçı ilə bağlanmış Saziş qüvvəyə mindikdən sonra avtomatik qüvvədən düşmədiyi istiqamətində formalaşmış və bu cür iddialar mübahisələndirmə müddətinin ötürülməsi əsası ilə qeyrimümkün sayılmışdır. 50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.2-ci maddəsinə müvafiq olaraq isə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv e dilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
51. Beləliklə, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış Binəqədi qəsəbə Bələdiyyəsinin 1035/1 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı hal-hazırda da qüvvədədir.
52. Bununla yanaşı, baxılan iş üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu əsaslandırmamış, əksinə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, sökülməsi tələb edilən tikilidən 8 metr məsafədə yerləşən 212644 nömrəli quyu əvvəl neft quyusu olsa da, hal-hazırda su vurucu quyu olaraq fəaliyyət göst ərir.
53. İstinad olunan hallar iddianın rədd olunması üçün kifayətedici əsas olduğundan Məhkəmə kollegiyası prosessual qənaət prinsipini rəhbər tutaraq kassasiya şikayətinin digər dəlilləri üzrə araşdırma aparılmasına və apellyasiya instansiyası məhkəməsinin aktının həmin dəlillər üzrə əlavə qiymətləndirilməsinə zərurət görmür.
54. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-512/2023 nömrəli, 1 7 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.