Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3598/2023 14.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ iş № 2(102)-3598/2023 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 14 iyul tarixli, 2(105)-986/2023 nömrəli qərardadından Ərizəçi adından verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edi lmiş məhkəmə aktları
1. Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-225/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir.
3. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Həmin qərardaddan ərizəçi kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə rədd edilmi şdir.
7. Həmin qərardaddan ərizəçi kassasiya şikayəti vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti ərizəçinin vəkili tərəfindən elektron kabinet vasitəsilə verilsə də, elektron imza ilə imzalamadığına görə geri qaytarılmışdır.
9. Hazırda ərizəçinin adından həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılma sı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icras ı tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilm əlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərd ən keçirərək, aşağıdakıları qeyd edir.
12. Kassasiya şikayəti ərizəçi tərəfindən imzalanmamışdır.
13. Şikayət xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizəçinin vəkili Vəkil tərəfindən imzalansa da, ona ərizəçinin adından kassasiya şikayəti vermək hüququnu ehtiva edən etibarnamənin verilməsi iş materialları ilə təsdiqini tapmır.
14. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qanunun imperativ tələblərini nəzərə almayaraq, ərizəçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış kassasiya şikayətini geri qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və həmin şikayət onu verən tərəfə qaytarı lması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 14 iyul tarixli, 2(105)-986/2023 nömrəli qərardadından Ərizəçi adından verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət qaytarılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.