Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3599/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, X1 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)445/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı1, İddiaçı2 və X2 bacı-qardaşdırlar. Onların ataları X7 30 sentyabr 2017-ci ildə vəfat edib. Cavabdeh Namaz İsmayılovun ikinci arvadı olmuş, onlar 2014-cü ildə evlənmişlər.
2. X3 vəfatı tarixinə qanun üzrə vərəsələri - övladları İddiaçı1, İddiaçı2, X2 və ikinci arvadı Cavabdehdır. 3. 04.04.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3 vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsindən ¾ hissədə payı müəyyən edilmişdir. Əmlakın ¼ hissəsinə isə, Cavabdeh xx.xx.2018-ci il tarixdə 2v-329 reyestr nömr əli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
4. Namaz İsmayılov xx.xx.2012-ci il tarixdə 1999-cu il buraxılışlı, “OPEL VECTRA” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil də əldə etmişdir. Lakin tərəflərə 2018ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qalmış qalmış avtomobil bölünməmişdir. Həmin avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi əsasında X4 2000 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 məxsus «OPEL VECTRA» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin müəyyən edilərək və rəsələrin miras əmlakda paylarının bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilmiş, ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri 6500 manat müəyyən edilmiş, ** BB *** dövlət qeydiyyat nişanlı, “OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manatın vərəsələr Cavabdeh, İddiaçı1, İddiaçı2 və X2 arasında bərabər bölünməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-445/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
11. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrin in tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
15. Maddə 417.1.7. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasi ya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilərək iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
18. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
19. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikay ətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
20. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır.
21. Qətnamənin mübahisələndirilən hissəsində iddianın məbləği 5000 manatdan az olduğuna görə Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. İddiaçının kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, kassasiya instansiyası məhkəməsinin icraata qəbul qərardadı nı ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.
22. Çünki kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402.1, 417.1.7 və 408.1.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-445/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2(102)-3599 saylı qərardadı ləğv edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.