Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-36/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Məhkəməsi nin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov) İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesablanmış 5285 ( beş min iki yüz səksən beş) manat məbləğində borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər Ş.Məhərrəmova və E.Şamayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandır mışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia verərək, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən cavabdeh Birlik tərəfindən ona əlavə sərfiyyat kimi əsassız olaraq hesablanmış 5.285 manat məbləğind ə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus və Bakı şəhəri, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Birliyin əməkdaşları tərəfindən həmin sayğacın guya xx.xx.2018-ci il tarixdə yoxlanılması barədə xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilir ki, iddiaçının yaşadığı ünvanda sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı hesab edir ki, Birliyin həmin aktında qeyd olunanlar həqiqəti əks etdirmir. Çünki, sayğac küçədə yerləşir və sayğacdan kənar təbii qazdan isifadə ed ilməmişdir. İddiaçının özü və ailə üzvləri qaz sayğacına heç bir müdaxilə etməmişlər. Bu baxımdan Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən əlavə sərfiyyat kimi hesablanmış borc ləğv edilməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı ev cavabdeh Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. İstifadə olunmuş təbii qazın həcmi Birlik tərəfindən evd ə quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanır. Sayğac küçədə yerləşir. İş materiallarında olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********10000 sayla qeydiyyata alınmış, 2016-2018-ci illər ərzində qalıq və aktlar üzrə 4.095,30 manat məbləğində borcun olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatlarından görünür ki, iddiaçının yaşadığı ünvanda müxtəlif tarixlərdə sayğacdan kənar qaz xətti aşkar olunmuş və itirilmiş qazın bərpası üçün xx.xx.2016-cı il tarixə 1.728 kub.metr, xx.xx.2016-cı il tarixə 2.246 kub.metr, xx.xx.2016-cı il tarixə 1.615 kub.metr, xx.xx.2017-ci il tarixə 2.262 kub.metr, xx.xx.2017-ci il tarixə 1.138 kub.metr, xx.xx.2018-ci il tarixə 5.091 kub.metr, xx.x x.2018-ci il tarixə 2.276 kub.metr, xx.xx.2018-ci il tarixə 2.039 kub.metr, xx.xx.2018-ci il tarixə 666 kub.metr, xx.xx.2018-ci il tarixə 666 kub.metr, xx.xx.2018-ci il tarixə 666 kub.metr qaz hesablanmışdır. İşə məhkəmə baxışları zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi S.Yesenin küşəsində təzə xətlər çəkilib, xətlərin arasında metal dayaqlar olub. Metal dayaqların içərisində qeyri-qanuni birləşmə aşkarlanmışdır. Baxış zamanı rezin borunun birləşməsi, sayğacdan kənar xəttin çəkilməsi aşkar edilmişdir, həmin vaxt iddiaçı orada iştirak etməmişdir, dayaqdan götürülən rezin borunun birləşməsi isə 2-3 ünvana paylanması, həmin qanunsuz xəttin 4-5 il bundan əvvəl qoşulduğu aşkar edilmişdir. Həmin birləşmə və metal dayaq qaynaq vasitəsilə ləğv olunmuş, lakin digər metal dayağın içərisindən həmin qeyri-qanuni birləşmə iddiaçı tərəfindən yenidən bərpa olunmuşdur. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh birlik yuxarıda qeyd edilən “Aktı” qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, aktın tərtib olunmasında hal şahidlərinin iştirakını təmin etməmişdir. Həmçinin işin hallarından müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaztəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh Birlik daşıyır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdeh lik daşıya bilməz. Yuxarıda qeyd edilən “Aktda” göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktın” etibarlı hesab edilməsini və “Aktda” əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qeyd edilən “Aktdan” görünür ki, sayğaca və sayğacın quraşdırıldığı yerə keçirilmiş baxışda, “Aktın” tərtib edilməsi zamanı hal-şahidləri iştirak etməmişlər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-36/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-36/2020
10.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver