Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3601/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı“daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verməyən tərəfin kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili X1, Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-77/2020nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-10126/2017 nömrəli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) İddiaçı1 iddiası təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış, Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı1 məxsus 40 kv.m. torpaq sahəsinin ona qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli,2(105)-1884/2018 nömrəli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov - sədrlik edən və məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(102)-6956/2018 nömrəli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov - sədrlik edən və məruzəçi, Ə.A.Əhmədov və İ.K.Dəmirov) İddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin qismən – 40 kv.m. torpaq sahəsinin qaytarılması tələbinin rədd olunması hissəsində ləğv edilməsi, işə həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Sumq ayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-77/2020 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari - sədrlik edən və məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin 40 kv.metr torpaq sahəsinin iddiaçıya qaytarılması hissəsində dəyişdirilmədən saxlanılması və Cavabdeh1 apellyasiya şikayətinin həmin hissədə təmin edilməməsi qət etmişdir. Cavabdeh3 və vəkili Qasımlı Gülnur Elman oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-77/2020qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsin in xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tam, o cümlədən hazırki kassator olan Cavabdeh3 münasibətdə təmin olunsa da, sonuncu apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini iş üzrə digər Cavabdeh1 vermiş və yuxarı instansiya məhkəmələri tərəfindən həmin apellyasiya şikayətinə hüquqi qiymət verilmişdir. Hazırda isə Cavabdeh3 qətnaməni apellyasiya qaydasında mübahisələndirmədiyi halda kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qər ardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək, Cavabdeh3 kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)3601/2020 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh3 Sumqa yıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-77/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3601/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3601/2020
08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver