Məhkəmə qərarları › İş №2(102)-3606/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3606/2021

30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3606/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İlk iddia üzrə iddiaçı: "xxxx" MTK İlk iddia üzrə cavabdeh: Cavabdeh İlk iddia tələbi: kommunal xidmət haqları üzrə borc Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: "xxxx" MTK Qarşılıqlı iddia tələbi: pul Açar sözlər: öhdəliklərin yaranması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddiaçının kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 27 dekabr 2014-cü il tarixli iclasında MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillər üçün 01 yanvar 2015-ci il tarixdən 6-cı mərtəbəyə qədər 1 kv.m üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yerləşən mənzillərin 1 kv.m üçün 0,60 manat məbləğində pulun yığılması qərara alınmışdır. Həmin binanın 10-cu mərtəbəsində yerləşən 4 otaqdan və 187 kv.m-dən ibarət olan 100 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiy a məhkəməsində icraat 07 may 2018-ci il tarixdə "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradann iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən "xxxx" MTK-nın xeyrinə kommunal xərclərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-ya 31.05.2018-ci il tarixə qədər ödədiyi 6965 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) ilk və qarşılıqlı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məhkəmə ümumi yığıncağın səlahiyyətli olub-olmamasının müəyyən edilməsi üçün MTKnın Nizamnaməsinin və tərəflər arasında münasibətlərin yaranmasının hüquqi əsasını təşkil edən Kooperativ mənzil tikintisi haqqında 04 dekabr 2010-cu il tarixli müqavilənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməsi üçün ilk iddia üzrə iddiaçıya şərait yaratsa da, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, qarşılıqlı iddia ərizəsi əsassız olaraq ödənilmiş pul məbləğlərinin geri qaytarılması ilə bağlı olsa da, hər hansı pul məbləğlərinin ödənilməsini təsdiq edən sənədlər qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında kommunal xidmətlərə dair müqavilə imzalanmadığı halda cavabdehin üzərinə hər h ansı öhdəliyin qoyulmasının hüquqi əsası mövcud deyil. Belə ki, bu öhdəlik anlayışının ruhuna zidd olardı. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Eyni zamanda həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı da apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv ed ilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5313/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.Hüseyn, A.B.Nuriyeva, V.M.Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk i ddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Qarşılıqlı iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında ilk iddia tələbinə dair hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər arasındakı mübahisə yaşayış sahəsinin saxlanılmasına görə xərclər və kommunal xidmət haqları ilə bağlıdır. MTK üzvlərinin ümumi yığıncağının 27 dekabr 2014-cü il tarixli iclasında binanın 6-cı mərtəbəyə qədər yerləşən mənzillərinin 1 kv.m üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yerləşən mənzillərin 1 kv.m üçün 0,60 manat məbləğində kommunal haqqının müəyyən edildiyinə, buna əsasən Cavabdeh hər ay 112,20 manat ödəniş etməli olduğuna, bir müddət həmin ödənişi icra etdiyinə, lakin son 4 ay ərizndə kommunal xidmət haqqını istinad edərək həmin məbləğin Cavabdeh MTK-nın xeyrinə tutulması barədə iddia qaldırmışdır. Eyni zamanda, Cavabdeh “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarına 1 nömrəli əlavə olan “Mənzil xidməti tarifləri”nə əsasən, onun mənzil mülkiyyətçisi kimi mənzilin yerləşdiyi binanın saxlanılması üçün hər ay 1 kv.m üçün 0,015 manat ödəməli olduğu halda, heç bir əsas olmadan MTK-ya 01 noyabr 2012-ci il tarixdə 31 iyul 2015-ci il tarixə qədər 33 aylıq dövr ərizndə 3960 manat, 01 avqust 2015-ci il tarixdən 31 dekabr 2017-ci il tarixə qədər olan 29 aylıq dövr ərzində isə 3277 manat olmaqla, cəmi 7237 manat ödədiyini, ona görə də göstərilən tarif üzrə məbləğ çıxılmaqla, MTK-nın əsassız varlanan şəxs kimi qalan məbləği qaytarmalı ol duğuna istinad edərək, həmin vəsaitin MTK-dan onun xeyrinə tutulması barədə qarşılıqlı iddia qaldırmışdır. Göründüyü kimi, tərəflər arasındakı mübahisə kommunal xidmət haqqının məbləği ilə bağlıdır. Mənzil Məcəlləsinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi məsələlərini tənzimləyən 137-ci maddəsinin tələblərinə görə, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavi lələrə uyğun olaraq çəkirlər. Həmin maddədə təsbit edilmişdir ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Həmçinin maddədə göstərilmişdir ki, idarəetmə müqaviləsində digər müddət nəzərdə tutulmayıbsa, kirayəyə verən, idarəedici təşkilat müvafiq olaraq dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinin kirayəçilərini və çoxmənzilli binanın sahələrinin mülkiyyətçilərini yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqların miqdarının dəyişdirilməsi barədə həmin haqların digər miqdarda ödənilməsi üçün əsas olan ödəniş sənədlərini təqdim etməzdən otuz gün qabaq belə dəyişmənin qanuni əsaslarını göstərməklə məlumatlandırmağa borcludur. Sadalanan müddəaların müqayisəli təhlili onu deməyə əsas verir ki, yaşayış sahəsinin mülkiyyətçisi mənzilinin yerləşdiyi binanın saxlanılması üçün xidmət haqqını yazılı müqavilə əsasında ödəyir, lakin yazılı müqavilənin tərtib edilməməsi öz-özündə mənzil mülkiyyətçilərin kommunal haqqını ödəməkdən azad edilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Yuxarıda istinad edilən normada göstərildiyi kimi, hətta mənzilindən istifadə etməyən mülkiyyətçilər belə kommunal xidmətlərə görə haqqın ödənilməsi öhdəliyini daşıyırlar. Bununla belə, kommunal haqqı üçün məbləğ müəyyən edilərkən və ya məbləğ dəyişdirilərkən mənzil mülkiyyətçilərinə həmin qərarın qanuni əsasları göstərilməklə məlumatlandırmalıdırlar. Başqa sözlə, tələb edilən ödəniş konkret xidmətlərə əsaslanmaqla, ağlabatan məbləğlərdə müəyy ən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu halda MPMnin 77.1-ci maddəsinin tələblərinə görə sübut etmə yükü məhz xidmət haqqının ödənilməsini tələb edən iddiaçının üzərinə düşür. Apellyasiya məhkəməsi mübahisəyə qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə ilk iddianın ümumiyyətlə rədd edilməsi barədə nəticəyə gəlməklə, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və yeni apellyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəra ra aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilk iddia tələbinə dair hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar