Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3606/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya: Təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3731/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali M əhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən İddiaçı məxsus Binəqədi rayonu, Nizami küçəsində İtron tipli G-4 markalı, 1502AZ**********44 nömrəli sayğac çıxarılmış və İtron tipli, G-4 markalı, 1802AZ**********96 sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi texniki baxış qeyd edilmişdir. Aktda əlavə olaraq əməkdaşlar tərəfindən qeyd aparılmış və qeyddə göstərilmişdir ki, sayğacın daxilinə kamera vasitəsilə baxış keçirildi, çıxış plastmas borusu deşikdir.
2. Cavabdeh Qaz Sayğaclarına Nəzarət komissiyası tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, QSN 29/1710-01546/4-19 saylı akta görə İtron tipli G-4 markalı, 1502AZ**********44 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Yoxlama zamanı mexaniki göstəricisi isə 3272 kub.m olmuşdur.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018ci il tarixli akta görə istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 1 ünvanında G-4 markalı, 1802AZ**********96 sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Nəticədə dəymiş ziyanın hesablanması qeyd edilmişdir.
4. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 21 sentyabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə istehlakçı kimi İddiaçı məxsus Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən və abonent kod u **********10000 olan sayğacda aşkar edilmiş nöqsan kimi İTRİ “Sənaye və məişət qaz sayğaclarının yoxlanması laboratoriyası”nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və istehlakçının vəsaiti hesabına sərfiyyatına uyğun yeni qaz sayğacının quraşdırılması göstərilməklə, 21 sentyabr 2018-ci il tarixli ******* saylı akta əsaslanmaqla dəymiş ziyan 9720 kub.m məbləğində hesablanmış və oktyabr ayından 1944 manat borc abonent hesabına yazılmışdır.
5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* s aylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli aktlara əsasən istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Nizami küçəsi, ev 9A ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Müvafiq olaraq aktların hər birinə əsasən kənar qeyri-qanuni birləşmə ləğv edilmiş və dəymiş ziyan hesablanmışdır.
6. GASREP adlı proqramdan olan çıxarışa əsasən sayğac üzrə sərfiyyat 13550 kub.m, 2899 manat ödəniş edilmiş, 1319,16 manat borca görə silinmə olmuşdur.
7. Cavabdeh İB tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı 2013-cü il, 2018-ci il, 2022-ci il, 2023-cü il tarixlərində olan 67894 kub.m sərfiyyata görə 8809,72 manat dəymiş ziyan hesablanmışdır. 202 4-cü ilin mart ayı tarixinə İddiaçı saldo üzrə 2899 manat ödənişi, 1319,16 manat borca görə tutulması olmuşdur. Hal-hazırda GASREP programı üzrə cəmi 7799,92 manat borcu vardır. 8809,72 manat borc müdaxilə nəticəsində yaranmış borcdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, istehlakçı kimi hüquqlarının bərpa edilməsi və hesablanmış 12529 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, onun mülkiyyətindədir. Lakin buna baxmayaraq Binəqədi rayon X2 tərəfindən 30 noyabr 2022-cü il tarixində ******* nömrəli akt tərtib edilmiş və a ktda əsasən mənzilə baxış zamanı Abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. Həmin vaxt isə ona ümumilikdə 3939 manat borc tərtib edilmişdir. Bundan sonra hər ay ərzində buna bənzər aktlarla yenidən akt tərtib edilmiş və hər ay üçün istifadə etmədiyi müddətdə belə ortalama 293 manat borc hesablanmışdır. Bildirir ki, adətən qeyd olunan ünvanda daimi yaşamır. Buna baxmayaraq, abonent saldosuna diqqət yetirdikdə görmək olar ki, hər ay üçün qazdan istifadə etməsə belə ümumilikdə hər ay üçün 293 manat borc yazılmağa davam etmişdir. Ona qarşı tərtib edilmiş bugünə kimi olan aktların hamısı əsassız və qanunsuzdur. Belə ki, abonent saldosuna nəzər yetirdikdə görmək olar ki, ortalama həmin qaz sərfiyyatından istifadə etməmiş və bundan əlavə olaraq sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman heç birində nə o, nə də ki, aiə üzvlərindən biri iştirak etməmişdir. X4 əməkdaşları hər ay üçün akt tərtib etdikdə belə həmin yerdə olmamışdır.
10. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında göstərmişdir ki, aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, iddiaçının məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, iddiaçının uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə "Azəriqaz” İB-yə saldo üzrə 7799.92 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və təbii qazdan qeyriqanuni kənar xətlə istifadə olunması aşkar olmuşdur. Nəticədə "Azəriqaz” İB ümumil ikdə 7799.92 manat həcmində ziyan vurmuşdur: faktla bağlı aktlar tərtib edilərək foto şəkillər çəkilmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyriqanuni istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 7799.92 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3 Tədbirlər Planının 4.1.4.-cü bəndində "Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi" təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(001)1159/2024 nömrəli qətnaməsi ilə (hakim-İlkin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********10000) hesablanmış 8233.92 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 102.33 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, göründüyü kimi sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi üst-üstə düşmüş və sayğacın keçən qaz sərfiyyatını qeydə almaması halı olmamışdır. Yəni sayğacda olan qüsur nəticəsində qazın talanması halı sübut olunmur. O ki, qaldı sayğacın çıxış plastmas borusunun deşilməsi məsələsinə, burada abonentin təqs iri birbaşa sübutlarla təsdiq olunmur. Hansı ki, həmin qüsur istənilən kənar təsir nəticəsində yarana bilər. Qanunsuz qoşulmaya görə tərtib edilmiş aktların əsasında abonentə hesablanmış borcun silinməsi hissəsində isə məhkəmə qeyd etmişdir ki, istehsalçının 2022-ci ilin noyabr ayından başlayaraq 10 ay müddətdə hər ay qanunsuz qoşulmaya görə akt tərtib etməsi, həmin aktların mötəbərliyini şübhə altına alır və onların formal tərtibi ilə bağlı qənaət formalaşdırır. Belə ki, bütün aktlar abonentin iştirakı olmadan tərtib edilmiş və bir dəfə də olsun abonentə bu barədə məlumat verilməmişdir. Eyni zamanda aktlara əlavə edilmiş fotoşəkillərdən qeyri-qanuni qoşulmanın məhz akt tərtib edilən abonentin ünvanına daxil olması görünmür. Halbuki istehsalçı 10 ay müddətində aktların doğruluğunu təsdiq etmək üçün qanunsuz qoşulma xəttinin evə daxil olduğunu təsvir edən fotoşəkillər, videoçəkiliş apara bilər və abonentin iştirakı ilə həmin qeyri-qanuni hərəkətlər barədə təqzibolunmaz faktlar yarada bilərdi. Bu səbəbdən də məhkəmə iddiaçının dəlillərini inandırıcı hesab etmiş və aktlar əsasında hesablanmış borcun silinməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə iddiaçının tələbini ona görə qismən əsaslı hesab etmişdir ki, tədqiq edilmiş sübutlar əsasında istehsalçı tərəfindən abonentə 12529 manat borc hesablanması müəyyən edilmir. Belə ki, təqdim edilmiş aktlardan və abonentin saldosundan müəyyən edilmişdir ki, abonentə 2018-ci ilin oktyabr ayında 1944 manat, 2022-ci ilin noyabr ayında 3939.84 manat, 2022-ci ilin dekabr ayında 293.76 manat, 2023-cü ilin yanvar ayında 293.76 manat, 2023-cü ilin fevral ayında 293.76 manat, 2023-cü ilin mart ayında 293.76 manat, 2023-cü ilin aprel ayında 293.76 manat, 2023-cü ilin may ayında 293.76 manat, 2023-cü ilin iyun ayında 293.76 manat, 2023-cü ilin iyul ayında 146.88 manat, 2023-cü ilin avqust ayında 146.88 manat akta görə borc hesablanmışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.5, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 112.1.6, 112.1.7, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməklə Birliyə böyük məbləğdə ziyan vurmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3731/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus ünvan üzrə birinci dəfə sayğaca müdaxilə əsası ilə 2018-ci ildə akt tərtib edilmişdir. Həmin akta görə sayğacın çıxış plastmas borusu deşilmişdir. Eyni zamanda akta əsasən müəyyən edilmişdir ki, sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi üst-üstə düşür, yəni sayğacın keçən qaz sərfiyyatını qeydə almaması halı olmamışdır.
19. Beləliklə, iddiaçının sayğaca müdaxiləsi nəticəsində qaz itkisinin yaranması halı müəyyən edilməmişdir. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi məsələsində abonentin təqsiri birbaşa sübutlarla təsdiq olunmur. Hansı ki, həmin qüsur istənilən kənar təsir nəticəsində yarana bilər. 20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın t alanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
21. Baxılan iş üzrə isə tərtib edilmiş digər 10 akt xx.xx.2022-ci il tarixdən sonraki dövrə aiddir və qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda həmin aktlara əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.
22. Həmçinin bütün aktlar abonentin iştirakı olmadan tərtib edilmişdir. Eyni zamanda aktlara əlavə edilmiş fotoşəkillərdən qeyri-qanuni qoşulmanın məhz akt tərtib edilən abonentin ünvanına daxil olması görünmür.
23. Tərtib edilmiş aktlara əsasən hesablanmış borc məbləği 8233.92 manat olduğundan məhkəmə haqlı olaraq, hesablanmış borc məbləğinin silinməsi qənaətinə gəlmişdir.
24. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 4.6, 4.7, 4.8-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14. 2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3731/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edildiyi, h əmçinin də müxtəlif vaxtlarda qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Xüsusi olaraq qeyd etmək istəyir ki, Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin Aktlar əsası nda “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, abonent saldosu və s ) iddiaçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilm əsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
28. İş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.
29. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, iddiaçıya məxsus ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halları aşkar edilən zaman çəkilmiş fotoşəkillər tərəflərindən məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Lakin apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəmə si kimi sübutlara düzgün hüquqi qiymət verməmiş, hesablanmış dəymiş ziyan məbləğinin silinməsinə dair əsassız qərar qəbul etmişdir. İş materiallarında yer almış və tərəflərindənimizdən təqdim olunmuş sübutlar apellyasiya şikayətinin əsaslı və iddia tələbinin isə tamamilə əsassız olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş və səhv nəticəyə gələrək şikayəti təmin etməmişdir.
30. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdiyimiz halda, həmçinin də iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti təmin etməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəmə si prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir.
31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 77, 88, 217.1ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə
3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və m əhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
34. Maddə
18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
35. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
36. Maddə
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşu lma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 37. 13-cü maddənin xx.xx.2022-ci il tarixindən qüvvədə olan 8-1-ci hissəsi: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqınd a iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qa z sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2024-cü il tarixli 2(103)3731/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.