Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-361/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9049/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti 10 saylı region üzrə X17 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti 4 saylı region üzrə X17 cəlb edilməklə) “istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması öhdəliyinin cavabdeh "xxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı rayon Elektrik Şəbəkəsi idarəsində nəzarətçi-mühəndis işləyirdi. Nəzarətçi işlədiyi ərazi evindən 48 km məsafədə yerləşmiş, r egion üzrə cəmi 3 ədəd terminalla işləmiş, işinə həmişə məsuliyyətlə yanaşmışdır. Hər gün işə vaxtında getmiş, heç vaxt işə gecikməmiş və rəhbərlik tərəfindən belə bir irad almamışdır. Rəhbərliklə razılşamaya əsasən məsafənin uzaq olması ilə əlaqədar, nəqliyyat təminatı olmadığından uzun illərdir şəxsi atından nəqliyyat vasitəsi kimi xidməti əraziyə getmək üçün istifadə edir. 2017-ci ilin aprel ayının 11-də həmişəki kimi səhər işə gedirdi, “Battaqlı” dərə adlanan yerdən keçərkən atdan yıxılmış və ayağı sınmışdır. Ağır xəsarət aldı. İlkin olaraq icra nümayəndəsinə özünə məxsus telefonla əlaqə saxladı və ona yıxılması ərazini bildirdi. Sonradan baş verənlər yadında qalmamışdır. Sonradan ona danışdılar ki, icra nümayəndəsinin və kənd camaatının köməyi ilə Biləsuvar rayon xəstəxanasına aparılm ışlar. Orada əməliyat olduqdan sonra məlum olub ki, ayağında 12 yerdən qəlpə sınığı olmuşdur. Hazırda ayağına mil qoyulmuşdur, nəticədə 2-ci qrup əlillik almışdır. Məsələ ilə bağlı iş yerinə mobil telefon vasitəsi ilə dərhal məlumat vemişdir. Bütün bunlara baxmayaraq işlədiyi idarədən ona heç bir yardım göstərilməyib, hətta xəstəlik vərəqəsinə əsasən vəsait ödəməkdən belə imtina edirdilər. 20 aprel tarixində idarəyə gedərək, istehsalatda baş venmiş bədbəxt hadisə ilə bağlı aktın verilməsini xahiş etmiş, lakin, ona aktın verilməsindən imtina edilmişdir. Bildirilmişdir ki, güya o, işə gedərkən deyil bazara gedərkən yıxıldığı üçün xəsarət almış, halbuki, iş vaxtı səhər saat 8-00-da başlayır, hadisə isə 8-30-da baş vermişdir.Dəfələrlə baş vermiş hadisənin araşdırıması üçün şifahi və yazılı mür aciətlər edilsə də müxtəlif əsas olmayan bəhanələrlə baş vermiş hadisə nəinki araşdırılır, hətta bazara gedərkən yıxılması, digər məktubda isə ümumiyyətlə 22.00 da hadisənin baş verdiyi barədə cavablar yazılır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-758/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsi ilə (hakimlər X13, X5 və X19) İİddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-758/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, xx.xx.2017-ci il tarixdə baş vermiş bədbəxt hadisə faktının müəyyən olunsun və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9049/2019 nömrəli qətnaməsindan cavabdeh “xxxx” ASC kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9049/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş materialla rında olan sənədlərdəki ziddiyətli halları nəzərə almamışdır. Belə ki, iddiaçı Yardımlı rayon Polis Şöbəsində verdiyi verdiyi izahatda xx.xx.2017-ci il tarixdə saat 07:20 radələrində şəxsi təsərrüfatında olan atını minib işə gedən zaman yıxıldığını, sol qıçından xəsarət aldığını, qonşusu Zaur Behbudpva zəng edərək köməyə çağırdığını, 15-20 dəq sonra qonşuların gələrək onu Biləsuvar MR-na apardığını qeyd etmişdir. Öz növbəsində Zaur Behbudov izahatında iddiaçının ona zəng edərək Almabulaq adlanan sahədə atdan yıxıldığını, onu köməyə çağırdığını, təxminən 15-20 dəq sonra iddiaçının yanına çatdığını və xəstəxanaya apardığını, orada iddiaçıya tibbi yardım göstərildikdən sonra evə qayıtdıqlarını bildirmişdir. Halbuki, xx.xx.2017-ci il tarixdə Zevin kənd ərazi nümayəndəsi Simran Məmişov, kənd sa kinləri tərəfindən tərtib edilmiş akta əsasən xx.xx.2017-ci il tarixdə səhər saat 08:30 radələrində iddiaçı Battaqlı dərə adlanan ərazidə yıxılmış və bir ayağı sınmış vəziyyətdə tapılmışdır. O Səxavət Ağayevə məxsus maşınla Biləsuvar xəstəxanasına yola salınmışdır. Göründüyü kimi məhkəmənin istinad etdiyi akt və izahatlarda hadisənin baş vermə vaxtı, yeri və iddiaçını xəstəxanaya aparan şəxs barəsindəki məlumatlarda ziddiyyətlər var. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh “xxxx” ASC, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti 10 saylı region üzrə X17 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti 4 saylı region üzrə X17 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinin 2(006)758/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbini təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx xxxxxxxx 2017-ci il tarixdə Zevin ərazi nümayəndəsi X14, Zevin kənd sakini X12, Zevin kənd sakini X15, Zevin kənd sakini X2 və Zevin kənd sakini X7 tərəfindən tərtib edilmiş aktla xx xxxxx 2017-ci il tarixdə səhər saat 8:30 radələrində Zevin kənd sakini İddiaçı Ərus kəndinə işə gedərkən Battaqlı dərə adlanan ərazidə yıxılmış və bir ayağı sınmış vəziyyətdə tapmışlar. Kənd sakini X8 məxsus “Niva” markalı maşınla Biləsuvar şəhər xəstəxanasına yola salmışlar. Hadisə nin necə baş verdiyini soruşarkən İddiaçı bildirmişdir ki, Ərus kəndinə işə gedərkən narahat yerdə atın ayaqları çəmənlikdə sürüşmüş və yıxılmışdır. At yıxılarkən isə İddiaçı ayağı atın altında qalmış və zərbədən sınmışdır. Yardımlı RİH Başçısının Zevin İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxxx 2017-ci il tarixdə at ilə işə gedərkən atın büdrəməsi nəticəsində kənddən 1,2 km aralı məsafədə çöllük sahədə yıxılaraq ayağı sınmışdır. Baş vermiş hadisə barəsində məlumat vəzifə səlahiyyətlərinə aid olduğu üçün həm Yardımlı Rayon İcra Hakimiyyətinə, həm də Yardımlı Rayon Elektrik Şəbəkəsinə verilmişdir. Məlumat hadisə yerinə kənddən adam toplayaraq şəxsən öz maşını ilə aparıb lazım olan ilkin yardımı göstərdikdən və Biləsuvar rayonuna müalicə üçün yola saldıqdan sonra verilmişdir (təqribən səhər saat 09:30-da). “xxxx” ASC-nin X22 Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə ünvanlanmış, araşdırılması üçün “xxxx” ASC-yə daxil olmuş xx.xx.2017-ci il tarixli müraciəti araşdırılmışdır. Araşdırma zamanı aydın olunmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə bildirdiyinə görə naməlum səbəbdən kənd camaatının köməkliyi ilə Biləsuvar rayon xəstəxanasına aparmışlar. xx.xx.2017-ci il tarixdən mobil telefonla məlumat vermişdir ki, işə gələrkən atdan yıxılıb ayağını sındırmışdır. Hadisə iş vaxtından sonra, yəni saat 22:00-da olmuşdur. Buna baxmayaraq, ailə vəziyyəti ağır olduğu üçün "xxxx” ASC tərəfindən ona maddi yardım edil mişdir. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, onun atdan yıxılaraq xəsarət alması ilə əlaqədar istehsalat zədəsi aktının verilməsinə görə Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı xx.xx.2017-ci il tarixli 5248 saylı ərizəsi “xxxx” ASC-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası idarəsinin və X22 Təchizatı və Satışı İdarəsinin Yardımlı Elektrik Şəbəkəsinin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli 27 №-li qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir, işəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə il kin tibbi yardım göstərilməsinə, onun tibb sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa borcludur. Həmin qərarın 1.7-ci bəndinə əsasən tibbi müəssisəsi tibbi yardım üçün müraciət etmiş istehsalatda xəsarət almış işçilər barəsində X11 məlumat verməlidir. Qeyd olunanlara əsasən atdan yıxılaraq xəsarət alması əmək funksiyasının yerinə yetirməsi ilə əlaqədar olmadığından istehsalat zədəsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Lənkəran filialı tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı şikayət ərizəsi tərəflərindən araşdırılmışdır. Araşdırma komissi yası tərəfindən mobil telefon (tel **********) vasitəsi ilə araşdırmada iştirak etməyi xahiş olunduğu zaman, İddiaçı hal-hazırda Sumqayıt şəhərində həkim nəzarətində səhəti ilə bağlı müalicə aldığı üçün araşdırma prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. "xxxx” ASC-nin Cənub RETSİ-nin araşdırma komissiyasına təqdim etdiyi məlumatlarda, İddiaçı şikayət ərizələrinin araşdırılması ilə bağlı "xxxx” ASC-yə ünvanlanmış sorğulara verilmiş xx/xx-1295 saylı xx.xx.2017-ci il tarixli, 01/C-0064 saylı xx.xx.2018-ci il tarixli və 01/C-0321 saylı xx.xx.2018-ci il tarixli cavab məktublarında, işə gedərkən deyil, işdən sonrakı vaxtda atdan yıxılaraq xəsarət aldığı qeyd edilmişdir. İddiaçı elektron formada EMTA-nən Lənkəran filialına göndərdiyi sənədlərin surətinə baxış zamanı, səhər saatlarında i şə gedərkən yolda atdan yıxılaraq xəsarət alması barədə qeyd etdiyi hallar öz təsdiqini tapmışdır. İşçinin əmək fəaliyyətinin icrası zamanı xəsarət alması, işə götürənlə işçi arasında əmək münasibətlərinin tənzimlənməsi və digər əmək intizamı ilə bağlı mübahisəli məsələlərin araşdırılması X3 Agentliyinin Lənkəran filialının səlahiyyətləri xaricində olduğuna görə qeyd olunan şikayətin ətraflı araşdırılmasında mövcud qaydaların və təqdim edilən sənədlərin, hal şahidlərinin ifadələrinin alınması və bunun əsasında müvafiq qərar verilməsinin mümkün olmadığı İddiaçı bildirilmişdir. Ərizədə qeyd olunan məsələlərin ətraflı araşdırılması X3 Agentliyinin səlahiyyətləri xaricində olduğuna görə “X1” Azərbaycan Respublikasının Qanununun 7.10-cu bəndinin tələblərinə müvafiq olaraq, müraciətin araşdırı lması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Ərazi X11 göndərildiyi və nəticəsi barədə məlumat verilməsi İddiaçı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti 4 saylı region üzrə X17 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə, saat 24:00 radələrində X6 gedərkən atdan yıxılaraq xəsarət almasına baxmayaraq, hadisənin tətqiq olunmaması və İZ formalı aktın tərtib edilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və X17 Xidmətinə ünvanladığı eyni məzmunlu teleqramlara baxılmışdır. Nəzərə çatdırılmışdır ki, X17 Xidmətində əvvəllər daxil olmuş eyni məzmunlu ərizələrə baxılmış və İddiaçı xx.xx.2018-ci il tarixli, 93 n ömrəli məktubla cavablandırılmışdır. Bir daha bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin tələblərinə əsasən müəssisəyə məxsus və müəssisənin müqaviləsi əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud qayıdarkən, həmçinin müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla işçi işə başlamazdan əvvəlki və ya işçi işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, həmçinin müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən və s. bu kimi hallarda işçilərin səhhətinin pozulması halları təhqiq edilir. Səhhətinin pozulması halı yuxarıda qeyd e dilən Qaydaların 1.2-ci bəndində göstərilən hallara uyğun gəlmədiyindən onunla baş vermiş hadisə X17 Xidməti tərəfindən tətqiq edilmir. Biləsuvar MRX tərəfindən verilmiş xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışın surətindən görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə stasionar üzrə sol baldırın orta 1/3 hissə yerdəyişmiş sınığı açıq diaqnozu ilə daxil olmuş və xx.xx.2017-ci il tarixdə stasionar üzrə çıxmışdır.Yardımlı Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, Yardımlı rayonu Zevin kənd sakini, 1969-cu il təvəllüdlü İddiaçı "sol baldırının 1/3 hissəsinin sınığı” diaqnozu ilə xx.xx.2017-ci il tarixdə Biləsuvar MRX-na müraciət etməsi barədə telefon məlumatı əsasında Yardımlı RPŞ-də ara şdırma aparılmış, araşdırma zamanı vətəndaş İddiaçı izahat verərək xx.xx.2017-ci il tarixdə saat 07:20 radələrində şəxsi təsərrüfatında olan atını minib işə gedən zaman “Almabulaq” adlanan sahədə gedən zaman atın nadincliyi səbəbindən onu saxlaya bilmədiyini, atın yerində təpik ataraq onu yerə yıxdığını, sol qıçında xəsarət aldığını, qonşusu X9 zəng edərək hadisəni ona danışaraq köməyə çağırdığını, 15-20 dəqiqədən sonra gələrək onu Biləsuvar MRX-na apardığını qeyd etmişdir. Araşdırma zamanı Yardımlı rayon Zevin kənd sakini X16 da izahat verərək xx.xx.2017-ci il tarixdə saat 07:25 radələrində qonşusu İddiaçı ona zəng edərək “Almabulaq” adlanan sahədə atdan yıxıldığını, onu köməyə çağırdığını, təxminən 15-20 dəqiqədən sonra Maqsudun yanına çatdığını, Maqsudun yerdə uzanıq vəziyyətdə qaldığın ı, ona kömək edərək Biləsuvar rayon Mərkəzi Xəstəxanasına apardığını, orada Maqsuda tibbi yardım göstərildikdən sonra evə qayıtdıqlarını bildirmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 217-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 217-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlu mat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. 217-ci maddəsinin 3-cü hissəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-cü il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın: 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərə rkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənl ər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infa rkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. 1.4-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən, təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixo trop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr halları müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən sə bəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X17 Xidməti həyata keçirir. 1.9-cu bəndinə əsasən, bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, istinad edilən Qaydalar istehsalatda baş vermiş bədbəxt hadisə sayılan və sayılmayan h alları konkret olaraq müəyyənləşdirmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2017-ci il tarixdə şəxsi atından istifadə etməklə işə götürənin mənafeyinə uyğun olaraq, iş vaxtı ərzində, iş yerinə gedən zaman atdan yıxılaraq, bədən xəsarətləri almış və bu barədə müvafiq orqanlara məlumat vermişdir. Qeyd olunan hallar iş materialları ilə təstiq edilmişdir. Hadisənin istehsalatda baş vermiş hadisə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən təkzib edilməmiş və buna dair hər-hansı sübut təqdim edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tət biq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi hallar ın və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi hallara dair (polisdə aparılan araşdırma zamanı iddiaçının özünün təsərrüfat yerinə getməsi zamanı xəsart alması kimi) üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, hətta hadisənin baş vermə vaxtı və yeri və iddiaçını xəstəxanaya aparan şəxs barəsindəki məlumatlarda ziddiyyətlərin olması onun işə gedən zaman xəsarət alması faktını istisna etmədiyi ndən hazırki iddianın təmin edilməsinin qarşısını almır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9049/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-361/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-361/2020
27.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver