Məhkəmə qərarları › İş №2(102)-361/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-361/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-361/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(104)642/2023 nö mrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi 86, ev 2, 13 saylı mənzil İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və X1 paylı mülkiyyətindədir.

2. Cavabdeh1 İddiaçı1 keçmiş arvadı, X5 və Cavabdeh3 isə övladlarıdır.

3. Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi 86, ev 2, 13 saylı mənzil bir otaqdan ibarət olmaqda, hazırda həmin mənzildə cavabdehlər yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü mad dəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə ümumilikdə 5000 manat kompensasiya ödənilməklə, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi 86, ev 2, 13 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil bir otaqdan ibarətdir və hazırda həmin mənzildə cavabdehlər yaşayırlar. Cavabdehlərin iddiaçıların mənzilində istifadə hüquqları vardır və bu hüquqları məhkəmə qaydasında tanınmışdır. Cavabdehlər iddiaçılara mənzildən istifadə etmələrinə imkan vermirlər. Mübahisəli mənzil “Xruşovka” layihəli binada yerləşməklə, dəyəri təxminən 21000 - 23000 manat həddindədir. Mənzilin yerləşdiyi ərazidə bir otaqlı, eyni layihə li mənzilin kirayə haqqı 120-150 manat həddindədir.

6. Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(125)-1278/2022 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Səfərli) iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 tərəfindən 5000 manat kompensasiya verilməklə, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi 86, 2 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi 86, 2 nömrəli evin 13 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, istifadə hüququna xitam verilməsi ödəniləcək kompensasiya məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub -olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Təqdim olunmuş mütəxəssis rəyinə əsasən məhkəmə hesab etmişdir ki, bir otaqlı evlərin aylıq kirayə haqqı orta hesabla 100-150 manatdan götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 2004-cü ildən həmin mənzildə 2 övladı ilə birlikdə yaşamaqda davam edir və tərəflər keçmiş ailə üzvləri olsa da, ailə daxili münasibətləri münaqişəlidir. Eyni zamanda tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış binas ının tərkib hissəsi olan mənzildən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçilərin öz əmlakından istədikləri kimi istifadə etmək hüquqlarını məhdudlaşdırır. Bundan başqa, iddiaçıların təklif etdiyi kompensasiya məbləği cavabdehlərin eyni inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən, həmin məbləğ ədalətli olmaqla cavabdehlərin hüquqlarının qorunması baxımından qəbul ediləndir.

10. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaya etiraz kimi təqdim edilmiş rəy, iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, texniki göstəricilərinə əsasən, “Xruşovka” layihə növündə tikilmiş beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 29,2 kv.m olan və yaşayış sahəsi 16,6 kv.m ibarət olan bir otaqlı mənzillə oxşar ərazidə yerləşən mənzillər üçün aylıq kirayə haqqının 250300 manat təşkil etməsi ağlabatan deyil.

11. İddiaçılar tərəfdən təklif olunan məbləğin az olması və cavabdehlər tərəfindən ayrıca yaşayış sahəsinin satın alınmasına dair kifayət etməyəcəyi barədə dəlillərə münasibətdə isə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına al ınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

12. Məhkəmə nəzərə almışdır ki, cavabdehlərdən hər hansı birinin səhhəti ilə bağlı vəziyyət özü-özlüyündə iddianın birmənalı rədd olunmasına əsas vermir. İşdən görünür ki, iddiaçılar ilkin iddia ərizəsində cavabdehlərə 2400 manat kompensasiya təklif etsələr də sonra əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhz cavabdehlər keçmiş ailə üzvü olduğundan və onlardan biri əlil olduğundan təklif edilən kompensasiyanın məbləğini 5000 manata artırmışlar.

13. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərin təxminən üç il ərzində baş qa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, iddiaçılar tərəfindən cəmi 5000 manat kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(125)-1278/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(104)-642/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(125)-1278/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə raz ılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçıların xüsusi mülkiyyətində olduğundan, iddiaçıların xüsusi mülkiyyətində olan həmin mənzilə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüquqlarıdır. Buna görə də, mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün mübahisəli mənzildə istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin istifadə hüququna xitam vermək hüququnu həyata keçirməkdə haqlıdır.

18. Kompensasiya məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda cavabdeh tərəfin məhrum olduğu hüquq qismində mənzildən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya da bu hüquqa mütənasib olmalıdır. Cavabdeh tərəfin ailə üzvü olan İddiaçı1 həmin mənzil üzərində olan payı mənzilin 1/5 hissəsi qədərdir. Göründüyü kimi, mənzilin bazar dəyərinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sübut əsasinda 35000 manat məbləğində olması qəbul edildiyi və bu məbləğdən 5000 manatın çıxıldığı halda, mülkiyyətçilərdən hər birinin, o cümlədən İddiaçı1 payına düşən hissə (30000:5)=6000 manat məbləğini təşkil edər. Ona görə də, apellyasiya kollegiyası mənzildən istifadə etmək hüququ olan cavabdehlərə bu hüququn əvəzi kimi verilən kompensasiyanın 5000 manat məbləğində müəyyən edilməsini əmlakın bazar qiymətinə uyğun olan məbləğ hesa b etmişdir.

19. Məhkəmə kollegiyası iddiaçılarla cavabdehlərin qeyri-normal münasibətlərinə qiymət verərək hesab etmişdir ki, belə bir şəraitdə istər iddiaçıların, istərsə də cavabdehlərin birlikdə yaşaması mümkün deyildir. Buna görə də, iddiaçılar tərəfindən cavabdehlərə 5000 manat məbləğində kompensasiya verilməsi yolu ilə cavabdehlərin mübahisəli mənzildə olan istifadə hüququna xitam verilməsi ədalətli və əsaslı hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(104)-642/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 82, 88, 97-101 və 218.3-cü maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməmiş, cavabdehlərin təqdim etdiyi rəy nəzərə alınmamış, ekspertizanın təyin edilməsi ilə bağlı vəsatət verməkdən məhrum olmuşdur. 3 nəfər şəxsə 5000 manat kompensasiya verməklə onların istifadə hüquqlarına xitam verilməsi müəyyən müddət da xilində başqa yerdə yaşamaq üçün yetərli, ağlabatan və ədalətli deyildir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstü nlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 28. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğun un yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mül ki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün d aha imtiyazlı hüquqi rejim yaradır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüqu q normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdi m olunmuş sübutlara hüquqi qiymət verərək, cavabdehlərə istifadə hüquqlarının xitamı üçün verilməli olan kompensasiyanın məbləğini müəyyən etmişdir.

32. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçıların xüsusi mülkiyyətində olması və cavabdehlərin həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır.

33. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etmiş və həmin maddələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişdir ki, iddiaçıların təklif etdiyi kompensasiya cavabdehlərin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı veri r.

34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin daha yüksək məbləğdə kompensasiya tələb etmək hüququ yoxdur.

35. Belə ki, ilk olaraq qanunvericiliyə əsasən kompensasiya məbləğini mülkiyyətçi təklif edir və məhkəmə yalnız təklif olunan məbləğlə razılaşaraq iddianı təmin edə və ya razılaşmayaraq iddianı rədd edə bilər. İstifadə hüququ olan şəxsin isə özünün kompensasiya məbləğini müəyyən etmək hüququ yoxdur.

36. Digər tərəfdən kompensasiya institutu mülkiyyətçinin mülkiyyətindən hər hansı payın istifadəçiyə verilməsi kimi qiymətləndirilməməlidir. Həmin məbləğ istifadəçiyə mülkiyyətçinin hesabına yalnız müəyyən davamlı müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu səbəbdən daşı nmaz əmlakın hazırki dəyərinin kompensasiya məbləğinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir.

37. Mübahisəli daşınmaz əmlaka oxşar yaşayış sahəsinin aylıq kirayə haqqının düzgün müəyyən edilməməsinə dair kassasiya şikayətinin dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin eyni dəlili üzrə araşdırma aparılmış və bu dəlilin keçərli olmaması yuxarıda qeyd olunduğu kimi əsaslandırılmışdır.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səb əbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(104)-642/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar