Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3610/2022 14.07.2022 ALİ MƏHKƏMƏ `Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6 cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoru, Bakı şəhəri 53 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı notariat ofisi və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakda məcburi pay, ərarvadın birgə əmlakı, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoru, Bakı şəhəri 53 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı notariat ofisi və Cavabdeh5 qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7693/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar, Cavabdeh5 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X47 ilə Əbdülova (Balayeva) Gövhər İmanbala qızı arasında xx.xx.1974-cü il tarixdə nikah qeydə alınmış, onların xx.xx.1967-ci il tarixdə X28, xx.xx.1969-cu il tarixdə X40, xx.xx.1970-ci il tarixdə X29, xx.xx.1973-cü il tarixdə X48, xx.xx.1974-cü il tarixdə X41, xx.xx.1978-ci il tarixdə X22, xx.xx.1984-cü il tarixdə X42 adlı övladları doğulmuşdur.
2. X21 xx.xx.2001-ci ildə vəfat etmişdir.
3. X47 ilə Əbdülova (Kazımova) Ruhiyə Camaləddin qızı arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, onların Hacıəbdül (2010-cu il təvəllüdlü), Pikə (2011-ci il təvəllüdlü), Cəvahir (2012-ci il təvəllüdlü), Əzizə (2016-cı il təvəllüdlü) və Əbdülhüseyn (2018-ci il təvəllüdlü) adlı uşaqları doğulmuşdur.
4. X47 18 avqust 2016-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan oğlu X16 vəsiyyət etmişdir.
5. X47 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
6. X30 adında aşağıdakı əmlakları olmuşdur: 6.1. “Azsamand” markalı, 90CX227 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2008); 6.2. “Mitsubushi-200” markalı, 99CA899 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); 6.3. “UAZ-31513” markalı, 90OE499 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2015); 6.4. “QAZ-13” markalı, 10BS023 dövlət qeydiyyat nişanlı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); 6.5. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsi (1952-ci ildə X30 atasının adına, xx.xx.2016-cı il tarixdə sonuncunun öz adına qeydiyyata alınmışdı r); 6.6. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m. olan 65 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 6.7. Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır); 6.8. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsi (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır).
7. Cavabdeh5 adına aşağıdakı əmlaklar qeydə alınmışdır: 7.1. Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi (xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır); 7.2. ünvan 5 ünvanında yerləşən 38 saylı mənzil (xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat
8. İddiaçılar iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, X30 X13 adına qoyduğu vəsiyyətnaməsinin və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X13 adına aparılmış qeydlərin ləğv edilməsi, X47 ilə cavabdeh “Yasamal-M’' MMC arasında, Bakı şəhəri 53 nömrəli notariat ofisində bağlanmış 1 aprel 2020-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X9 payının, X31 adına olan ünvan 6 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X30 vəfatından iki ay sonra, cavabdeh "Yasamal-M” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mö vcud olmadığından X9 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və Cavabdeh1-nin və miras qoyan X30 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X30 vəfatı ilə əlaqədar ona münasibətdə ödənişin ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X23 miras qalan **-CA-***, **-CX-***, **-BS-***, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 8 6A, 65 saylı mənzilə, X3 adına Yasamal rayonu, H.Cavid bina 4, 38 saylı mənzilin 1/2 payına, X4 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçılar ın hər birinin 1/13 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bir hissəsi aşkar edilməli və müvafiq şəxslərə verilməlidir. Ana payları müəyyən edildikdən və miras əmlakdan çıxıldıqdan sonra isə mirasın yerdə qalan hissəsinə də iddiaçıların iddia tələblərindən olan üçüncü tələbləri, yəni X23 miras qalmış əmlaka digər vərəsələrə münasibətdə bərabər paylar üzrə payları müəyyən edilməlidir. İddiaçılar X30 adından miras qalmış əmlakda analarına məxsus olan payın müəyyən edilib analarının vərəsələri kimi faktiki qəbul etdiklərini iddia etdikləri mirasın onlara verilməsini, qalan əmlakın X30 mirası kimi vərəsələr arasında bərabər bölünməsini xah iş etmişlər.
10. Cavabdeh X4 vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etmədiyini göstərmiş və bildirmişdir ki, vəsiyyətnamənin ləğvi üçün qanun 2 halı nəzərdə tutur, şəxs psixi xəstə olsun və ya öz hərəkətlərini idarə edə bilməsin, amma Əbdülü heç kim məcbur etməyib ki, öz adını qoyduğu oğluna vəsiyyətnaməni versin. İddiaçıların hər birinin payı açıqdır. Öhdəlik müqaviləsi miras əmlak toplusuna daxil deyil, Gövhərin payından söhbət gedə bilməz. O, bunu sağlığında mübahisələndirməli idi. Gövhər xanımın nə payı olub, nə də birgə nikah dövründə əldə olunmuş əmlak sayıla bilməz, çünki əmlak hal-hazırda mövcud deyildir, vəsiyyətnamə var, 50 faiz, 45/52 Ruhiyyənin payıdır. Belə ki, iddiaçılar notariusdan paylarını qəbul edə bilərlər, məcburi payları açıq saxl anılmışdır.
11. Cavabdeh1-nin nümayəndəsi də iddianı qəbul etməmiş və bildirmişdir ki, X47 ilə Cavabdeh1 arasında beh müqaviləsi bağlanmışdır. Müqavilədə əmlakları götürmələri üçün bir həftə vaxt verilmişdir. Köçürülmə ilə bağlı təxminən bir il söhbət olmuş, lakin uşaqlar onlarla danışıqda iştirak etməmişdir. İddiaçı2 Abdul qızına 70 kv.m. əvəzinə 150 kv.m. mənzil veriblər, o cümlədən Ağayev 72-nin, üstəlik 10 evin mebel pulun veriblər. X47 110 kv.m. sahəsi olan mənzili kiçik oğluna, 140 kv.m. sahəsi olan mənzili vəsiyyətnamədəki uşağın adına rəsmiləşdirmək istəyib. Xədicə, Mətanət, Əsmər və Bikəyə baba evlərinə görə 4 ev və üstəlik 300 min manat pul veriblər. Sahəsi 120 kv.m. olan mənzili həyat yoldaşına, sahəsi 140 kv.m. olan mənzili kiçik oğluna, sahəsi 170 kv.m. olan mənzili böyük oğlu na və sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi də veriblər. Cavabdehin nümayəndəsi, həmçinin qeyd etmişdir ki, Əbdülün onlarda kimə hansı mənzili verəcəyi ilə bağlı əl yazısı var. Onlar depozitə 140 min manat pul qoymayıblar. Kim onlardan 140 min manat pulu tələb etsə, onlar da 700 min manat pulu tələb edəcəklər.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2021-ci il tarixli, 2(004)-1660/2021 nömrəli qətnaməsi (hakim Fərid Əyyubov) ilə iddia tələbi rədd edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən daşınmaz əmlak üzərində X13 14/26 hissədə pay hüququ vardır, 12/26 hissə açıqdır. Bundan başqa, ünvan 12 65 saylı mənzil üzərində X4 27/52 hissə, X13 14/52 hissədə, X32, X8, X24, X17, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 hər birinin 1/52 hissədə payı vardır.
14. İş materiallarında olan X47 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsinin surətinə əsasən müəyyən olunmuşdur ki, X47 xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evini Cavabdeh1-yə xx.xx.2020-ci il tarixədək satmağı, Cavabdeh1 isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürmüş və beh verən gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 360000 (üç yüz altmış min) manat pulu notariusun depozit hesabı vasitəsilə satıcıya ödəmiş və alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 140000 (yüz qırx min) manat pul vəsaitini s atıcı X37 ödəməlidir.
15. Məhkəmə tərəfindən X47 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən olunmuşdur ki, əmlak mülkiyyətçisi Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, ev 78 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 129.7 kv.m olan fərdi yaşayış evinin 3/6 hissəsinin sökülməsi üçün tikinti şirkətinə vermişdir. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin özünə məxsus hissəsini sökülmək üçün Tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə “Tikinti Şirkəti” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının “E” blokunun 16-cı mərtəbəs indəki ümumi sahəsi 170,0 kv.m olan 4 otaqlı mənzili, ümumi sahəsi 141,0 kv.m. olan 3 otaqlı mənzili, ümumi sahəsi 120,0 kv.m. olan qeyri-yaşayış sahəsini, ümumi sahəsi 40,0 kv.m. olan anbar sahəsini və 2 ədəd avtodayanacaq sahəsini və notariusun depozit vasitəsilə 90000 (doxsan min) manat məbləği qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan notariat tərəfindən təsdiq olunmuş ərizəyə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh5 Cəmaləddin qızı ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin X37 məxsus hissəsinin satılması ilə əlaqədar əri tərəfindən behin alınmasına etiraz etməmişdir.
16. İş materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, vəfat etm iş X12 qalmış arvadı X4 onların birgə nikah dövründə əldə etdikləri ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X37 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 65 saylı mənzilə, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X37 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququ vardır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 13 ünvanında yerləşən mənzilin ½ hissəsindən, ünvan 14aq sahəsinin ½ hissəsindən ibarətdir.
17. Məhkəmə xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən etmişdir ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsd iq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X30 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X18r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X37 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsi, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X37 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 15 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilin ½ hissəsindən ibarətdir. xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X30 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 16 ünvanında qeydiyyatda olan oğlu X18r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X37 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsindən ibarətdir və miras əmlakın qalan 12/26 hissəsinə məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.
18. İş materiallarında olan qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X30 əmlakının 12/26 hissəsinə arvadı Cavabdeh5, övladları X50, X19, X43, X33, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 vərəsədir.
19. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsinin 14/26 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən əmlaklar ünvan 15 ünvanında yerləşən 88,86 kv.m. olan 65 saylı mənzilin mərhuma məxsus ½ hissəsindən, Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin mərhuma məxsus ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan miras əmlakın 14/26 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olm uşdur ki, iddiaçılar vəsiyyətnamənin ləğv edilməsini və xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsələr də, bu tələblərin əsaslandırıldığı sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd etmişdir ki, vəsiyyətnamə birtərəfli əqd olmaqla, şəxsin iradəsini ifadə edir və vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Həmçinin, xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilənin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlaması sübuta yetirilmir və iş materialları ilə müəyyən edilmir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X47 ilə Cavabdeh5 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olduqlarından ünvan 6 ünvanında yerləşən fərdi y aşayış evi onların nikah dövründə əldə etdikləri əmlaka daxildir. Həmin əmlakda X9 payının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də tam əsassızdır, belə ki, X23 miras qalan nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 8 6A, 65 saylı mənzilə, X3 adına Yasamal rayonu, H. Cavid bina 4, 38 saylı mənzilin 1/2 payına, X3 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın 1/2 payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, bu tələb vəsiyyətnamənin etibarsızlığından doğan tələbdir, həmin tələb əsa ssız olduğundan qeyd edilən əmlaklara 1/13 payın müəyyən edilməsinin əsası məhkəmə tərəfindən müəyyən edilməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1158, 1166, 1193, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 9, 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7693/2021 saylı mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi (hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı6, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 anaları X9 və ataları X30 vərəsəsi olmaları və onlardan miras qalmış əmlakda vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair 12 saylı notariat ofisi tərəfindən verilmiş, X13 əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-95 № ilə qeydə alınmış və Cavabdeh5 və digərlərinin əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestr də 2V-96 № ilə qeydə alınmış “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlərin (çıxarışlar) ləğv edilməsi, iddiaçıların hər birinin anaları X6 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/7 hissəsini faktiki olaraq miras kimi qəbul etmələri və həmin 1/2 hissəsinin 1/7 hissəsi üzərində mülkiyyət hüquqlarının tanınması, onların hər birinin ataları X23 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m olan 65 saylı mənzilinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsin in 1/26 hissəsi üzərində, Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 4, 38 saylı mənzilin (Cavabdeh5 Cəmaləddin qızının adına qeydə alınmış) 1/2 hissəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin 1/26 hissəsi üzərində mülkiyyət hüququna uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin 1/26 hissəsi üzərində, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin 1/26 hissəsi üzərində, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəl i yaşayış binasında iki ədəd avtodayanacaq sahəsinin 1/26 hissəsi üzərində, ”Yasamal-M” MMC ilə X47 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış öhdəlik müqaviləsi üzrə Əbdül Əbdülova ödənilmiş 360.000 manat və ödənilməli olan 140.000 manatın 1/26 hissəsi üzərində, Cavabdeh1 ilə X47 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə Əbdül Əbdülova ödənilmiş 90.000 manatın 1/26 hissəsi üzərində, ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində, ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomaşının 1/26 hissəsi üzərində, ** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşının 1/2 hissəsinin 1/26 hissəsi üzərində, ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşının 1/2 hissəsinin 1/2 6 hissəsi üzərində mülkiyyət hüququnun tanınması qət edilmiş, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin olaraq X30 vərəsələrinin dairəsi və ondan miras qalan əmlakın kütləsi, həmçinin X30 adında olan əmlakda onun birinci arvadı X20 və ikinci arvadı Cavabdeh5 Cəmaləddin qızının gizli əmlakları müəyyən edilməlidir.
26. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, X30 vərəsələri İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6, X25, X19, X50, X43, X33, X14 olmaqla 13 nəfərdən ibarətdir. X30 vərəsələri eyni zamanda anaları X10 vərəsələri olmaqla ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. X30 özünün və arvadı Cavabdeh5 adında olan əmlaklarda n: -ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m olan 65 saylı mənzil; -ünvan 17erləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi; -ünvan 17erləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsi; -ünvan 18 ünvanında yerləşən 38 saylı mənzil (Cavabdeh5 adına qeydə alınmış) ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşın (şəhadətnamə verilmə tarixixx.xx.2015); -** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşın (şəhadətnamə verilmə tarixi xx.xx.2016); - ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşın (şəhadətnamə verilmə tarixi - xx.xx.2015) X47 ilə Cavabdeh5 birgə nikahda olduqları dövrdə əldə edildiyinə görə X23 miras qalan əmlakın kütləsinə onların hər birinin 1/2 hissəsi daxil edilməlidir. ** CX *** dövlət qeydi yyat nişanlı “Azsamand“ markalı avtomaşın (şəhadətnamə verilmə tarixi 07.05. 2008) Əbdül Əbdülovun evli olmadığı vaxt alındığına görə mirasın kütləsinə tam daxil edilməlidir. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsi X47 ilə iddiaçıların anaları X10 birgə nikahı dövründə, yəni 8 aprel 2005-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş şəhadətnamə əsasında X1 görə X47 ilə iddiaçıların anaları X10 bərabər paylı mülkiyyəti kimi hesab olunmaqla əmlakda X30 payı 1/2 hissədə, X10 payı 1/2 hissədə hesab olunmalıdır. 27. ünvan 19 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi ilə bağlı məhkəmə k ollegiyası qeyd etmişdir ki, həmin ev miras kimi X47 tərəfindən qəbul edilmiş və xx.xx.2016-cı il tarixdə adına mülkiyyət kimi qeyd olunmuş və bu xüsusatı o ölənə qədər heç kəs mübahisələndirməmişdir. Məhkəmə kollegiyası həmin əmlakın tam şəkildə X30 mülkiyyəti olması faktını qəbul etmiş, iddiaçıların həmin əmlakda X10 payı olması ilə bağlı tələblərini rədd etmişdir. Birinci instansiya məhkəməsi həmin ünvanda olan fərdi yaşayış evi ilə bağlı tələbi rədd edərkən X30 vəfatından iki ay sonra Cavabdeh1 tərəfindən həmin evin qeyri – qanuni söküldüyünə və mövcud olmadığına əsaslanmışdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 ilə X47 arasında iki müqavilə bağlanmış və X47 tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam, Cavabdeh1 tərəfindən isə qismən yerinə yetirilmişdir.
29. X30 xx.xx.2020-ci il tarixdə ölməsi, yəni onun yüksək məbləğdə pulu alması ilə ölümü arasındakı müddətin çox olmamasını nəzərə almaqla məhkəmə kollegiyası onun tərəfindən bankdan alınmış 360.000 manat və 90.000 manat vəsaiti, həmçinin notariusun depozit hesabından alınmamış 140.000 manat vəsaiti X23 qalan mirasın kütləsinə daxil edilməsini düzgün hesab etmişdir.
30. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin əvəzində Cavabdeh1 tərəfindən müqavilələr əsasında X37 verilməli olan aşağıdakı əmlaklar da X23 qalan mirasın kütləsinə daxil edilməlidir: a) Bak ı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzili; b) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzili; c) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi; d) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.m. olan anbar sahəsi; e) Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında iki ədəd avtodayanacaq sahəsi.
31. Məhkəmə kollegiyası iddia tələbinin X30 X16 qoyduğu vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini əsaslı hesab etməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, X30 on üç vərəsəsi olması nəzərə alınmaqla iddiaçıların hər birinin X23 miras qalmış əmlakda payı 1/26 hissədə müəyyən edilməlidir.
33. Məhkəmə kollegiyası iddiaçıların anaları X7 qalmış mirası faktiki olaraq qəbul etmələrini əsas tutaraq hesab etmişdir ki, onların Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıların anaları X11 məxsus 1/2 hissəsi üzərində hər birinin 1/7 hissədə mülkiyyət hüququ t anınmalıdır.
34. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1162, 1166, 1193, 1196 və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
35. İddiaçılar (vəkil X34) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddia tələblərindən olan X6 qalan mirasa ünvan 6 ünvanında yerləşmiş tikililərin 1/2 hissəsinin də aid edilməsi tələblərinin də təmin edilməsi və həmin miras əmlakın Cavabdeh1 tərəfindən söküldüyü üçün artıq mövcud olmadığından, sökülmüş miras əmlakın əvəzinə Cavabdeh1 tərəfindən verilməli olduğunu hesab etdikləri cəmi əmlakların 1/2 hissəsinin X6 qala n miras olaraq müəyyən edilməsi və həmin miras üzərində də hər birinin payının 1/7 olmaqla mülkiyyət hüquqlarının tanınması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
36. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən mübahisələndirilən hissədə Mülki Məcəllənin 225.1 və 225.3-cü maddələrinin, Ailə Məcəlləsinin 32.1 və 35-ci maddələrinin tələbləri baxımdan düzgün hesab edilə bilməz, çünki ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi miras kimi ataları tərəfindən qəbul edildiyi dövrdə, anaları ilə birgə nikahda olmuş, və miras olaraq qəbul edilən həmin fərdi ev sökülüb yenidən inşa edilib, və nəticə etibarı ilə kiçik daxmadan ibarət olmuş həmin fərdi tikilinin dəyəri bir neçə yüz minlər həddinə gəlmişdir.
37. Kassator, həmçinin kassasiya şikayətinin dəlilinin qanuni əsası kimi Mülki Məcəllənin 1158.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
38. Cavabdeh5 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
39. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1162-ci maddəsinin tələblərini pozaraq qanunsuz olaraq vərəsəlik qaydasında və birgə mülkiyyətdə olan əmlaklarına dair öz adına aldığı çıxarışları da ləğv etmiş, o cümlədən həmin məcəllənin 1133.2-ci maddəsi nin tələblərini pozaraq məcburi pay hüququ olan şəxslərin məcburi payları notariusda açıq qaldığı halda vəsiyyətnaməni nəzərə almadan, iddiaçılar 1/13 hissədə tələb etdiyi halda ondan kənara çıxaraq tələb olunmayan pay bölgüsü müəyyən etmişdir. Qətnamənin qət hissəsinin 1-ci səhifəsinin son abzası və 5-ci bəndi birbiri ilə ziddiyyət təşkil edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir əmlakla bağlı iki dəfə iddiaçılara mülkiyyət hüququ tanımışdır. 5-ci bənddəki bölgü tam qanunidir və iddiaçıların payları notariat ofisində açıqdır. O da öz paylarına çıxarışı almışdır. Həmin çıxarışların ləğv edilməsi tam qanunsuzdur. Bundan başqa hesab edirlər ki, Neftçala rayonu, Xəzər kəndindəki 0.12 ha torpaq sahəsinə birgə nikah dövründə aldıqları öz mülkiyyətində olan 27/52 hissədə olan çıxarış ını, Yasamal rayonu, Mətbuat prospekti, ev 6a, mənzil 65-ə aldığı çıxarışını və digərlərini apellyasiya məhkəməsi qanunsuz və əsassız olaraq ləğv etmişdir. Məhkəmə miras qoyanın ölümü anında mövcud olmayan ünvan 20 ünvanında yerləşən yaşayış evinə 1/26 hissədə iddiaçıların mülkiyyət hüququnu tanımışdır. Bundan başqa, məhkəmə Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən 224.2 kv.m. qeyri-yaşayış sahəsinin 8 aprel 2005-ci ildə miras qoyan tərəfindən subay vaxtı alındığına məhəl qoymayaraq həmin qeyri-yaşayış sahəsinə dair qətnamədə iki dəfə mirasdan vərəsələrə pay hüququ tanımaqla əsassız və qanunsuz bölgü aparmışdır. Məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmaqla maddi və prosessual hüquq normalarını kobud surətdə pozulmuş, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxılmamış, iş üzrə sübutlar kifayət qədər əsaslı şəkildə qiymətləndirilməmiş, qanunsuz qətnamə qəbul edilmişdir.
40. Cavabdeh1 (vəkil X45) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini Cavabdeh1 ilə X47 arasında xx.xx.2019-ci il tarixdə bağlanmış müqavilə üzrə Ə.A.Əbdülova ödənilməli olan 140000.00 (bir yüz qırx min) manat pul vəsaitini miras kütləsinə daxil edilməsi və həmin pul vəsaiti üzərində iddiaçıların hər birinin həmin məbləğin 1/26 hissəsi üzərində mülkiyyət hüquqlarının tanınması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
41. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyin tələblərinə əməl etməyərək, Cavabdeh1 ilə X47 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 500000 (beş yüz min) manat dəyərində qiymətləndirilmiş əmlakın əvəzinə Cavabdeh1 tərəfindən X37 cəmi 450000 manat pul vəsaitinin, ümumi sahəsi 311 kv.m. olan iki mənzilin, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin, sahəsi 40 kv.m. olan anbar sahəsinin və 2 ədəd avtodayanacaq sahəsinin verilməsini nəzərə almayaraq heç bir əsas və ya səbəb olmadan 140000 manat pul vəsaitini miras kütləsinə daxil edərək, vərəsələrin hər birinin 1/26 hissədə mülkiyyət hüququnu tanımışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Cavabdeh X5 vəkili və nümayəndəsi iddiaçılar və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə qarşı etiraz göndərərək, kassasiya şikayətlərinin bəzi hissələrini qəbul etdiklərini, bəzi hissələrinə etiraz etdiklərini və kassasiya şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. İddiaçı1 cavabdeh X15 tərəfindən göndərilmiş kassasiya şikayətinə etiraz ilə bağlı öz kassasiya şikayəti ilə oxşar məzmunlu mülahizə göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirdikləri hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
45. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmla kın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
46. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
47. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
48. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərd ə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəs lində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
49. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
50. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
51. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
52. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibars ız sayılır.
53. Maddə 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
54. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
55. Maddə 1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.
56. Maddə 1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
57. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.
58. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
59. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
60. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
61. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
62. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə v ərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
63. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
65. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
66. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çə kişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
67. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
73. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
74. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya d igər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 75. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 76....392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.
77. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamən in dəyişdirildiyini göstərməyə borcludur.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansi yası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Kassasiya şikayətlərində qətnamə qarşılıqlı olaraq iddia tələblərinin təmin olunan və təmin olunmayan hissələrində mübahisələndirildiyindən, habelə şikayətlərin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia qismən təmin olunmuşdur.
85. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
86. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).
87. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməl i, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu əsaslandırılmalıdır.
88. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
89. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdir ə bilsin.
90. Baxılan iş üzrə iddia tələbi bir neçə hissədən ibarət olmuşdur. Tələbin birinci hissəsində iddiaçılar X30 X13 adına qoyduğu vəsiyyətnamənin və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X13 adına aparılmış qeydlərin ləğv edilməsini xahiş etmişlər.
91. Tələbin bu hissəsində iddiaçılar hər hansı digər hüquq müəyyənedici sənədlərin, o cümlədən bəzi əmlaklar üzrə məcburi pay kimi notariat qaydada onların özləri üçün müəyyən edilmiş hüquqları təsdiq edən sənədlərin ləğv olunması barədə tələb irəli sürməmişlər. Eyni zamanda iddiaçıların X30 və mərhum analarının vərəsəsi olmaları barədə hər hansı mübahisə olmamışdır.
92. Buna baxmayaraq apelly asiya instansiyası məhkəməsi hakimin yalnız işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmaq – iddia tələblərindən kənara çıxmamaq barədə mülki prosesin əsas prinsiplərindən birini əks etdirən 218.3-cü maddəsinin tələblərini pozaraq, iddiaçıların anaları X9 və ataları X30 vərəsəsi olmaları və onlardan miras qalmış əmlakda vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarmış, notarius tərəfindən bəzi əmlaklar üzərində iddiaçıların mirasda məcburi paylarını müəyyən edən şəhadətnamələri də ləğv edərək, iddiaçıların həmin əmlaklar üzərində eyni qaydada və həcmdə mirasda məcburi paylarını müəyyən etmişdir.
93. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması kimi ümumi şəkildə (konkret sənədlər və şəxslər) göstərilmədən vəsiyyətnamə üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlərin (çıxarışlar) ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki qətnamənin nəticə hissəsinin bu şəkildə tərtib olunması prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə uyğun hesab edilə bilməz.
94. Bununla yanaşı işə baxan məhkəmələr tərəfindən iş materiallarında olan sənədlər və işin mübahisəsiz halları əsasında müəyyən edilmişdir ki, iddiaçıların anaları X20 xx.xx.2001-ci ildə ölüb, X47 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m. olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu xx.xx.2005-ci il tarixdə əldə edib.
95. Mülki Məcəllənin 225-ci maddəsinə əsasən hər hansı əmlakın ər-arvadın birgə əmlakı hesab edilməsi üçün həmin əmlak onların nikahda olduqları dövrdə və birgə vəsaitləri hesabına əldə edilmiş (qazanılmış) olmalıdır.
96. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normasını düzgün tətbiq etməyərək, X30 xx.xx.2005-ci il tarixdə əvəzli qaydada əldə etdiyi əmlakı sonucunun xx.xx.2001-ci ildə ölmüş arvadı ilə birgə əmlakı hesab etmiş və həmin əmlaka da ər-arvadın əmlakının hüquqi rejimini tətbiq etmişdir.
97. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
98. Mülki Məcəllənin 146 və 178-ci maddələrinə mənasına görə daşınmaz əmlak əşya kimi miras aktivinə o h alda daxil olur ki, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Lakin əşyanın dövlət reyestrində qeydə alınmaması daşınmaz əşyaya miras qoyanın hüquqlarının vərəsəlik qaydasında keçməsini və vərəsələrin hüquqlarının tanınmasını istisna etmir. Bu baxımdan əgər daşınmaz əşya olan miras əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıbsa və miras qoyanın həmin əmlaka mülkiyyət hüququ əldə etməklə bağlı qanuni gözləntisi olubsa əşyanın özü deyil, həmin əşyaya olan əmlak hüququ (qanuni gözlənti) miras aktivi kimi bölgü predmeti olur.
99. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X2 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hissəsinin əvəzində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrinin, habelə pul məbləğinin əldə edilməsi barədə müqavilələr bağlamışdır. Qeyd olunan yeni tikilidə yaşayış və qeyri-yaşayış sahələrinin hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı işin mübahisəsiz halıdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərinə zidd olaraq X30 vərəsələrinin Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, ümumiyyətlə mövcud hüquqi statusu və faktiki vəziyyəti aydınlaşdırılmamış yaşayış və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarını tanımışdır.
100. Apellya siya instansiyası məhkəməsi Cavabdeh1 ilə X47 arasında xx.xx.2019-ci il tarixdə bağlanmış müqavilə üzrə sonuncuya ödənilməli olan 140000 manat pul vəsaitini də miras kütləsinə daxil edərək, iddiaçıların hər birinin həmin məbləğ üzərində mülkiyyət hüquqlarının tanınması barədə nəticəyə gəlsə də, bununla bağlı gəldiyi qənaəti tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
101. Məhkəmə kollegiyası qeyd olunanları, habelə kassasiya şikayətlərinin dəlillərinə və mübahisənin özünün mahiyyətinə əsasən mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
102. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7693/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına