Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3611/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşılıqlı iddia tələbinə dair qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3611/22 Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi Bakı şəhəri, 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı onunla Cavabdeh1 ilə arasında bağlanmış 01 avqust 2019cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini n etibarsız hesab edilməsi və Qax rayonu Güllük kəndində yerləşən 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 178.9 kv.m olan fərdi yaşayış evinin qanuni mülkiyyətçisi İddiaçı qaytarılması tələbinə dair ilk iddiasına və qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin şəxsi əşyaları ilə birlikdə alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair qarşılıqlı tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3147/2021 nömrəli mülki iş üzrə 16 mart 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1 qarşı aralarında bağlanmış 01 avqust 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Qax rayonu Güllük kəndində yerləşən 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 178.9 kv.m olan fərdi yaşayış evinin qanuni mülkiyyətçisi İddiaçı qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh1 qarşılıqlı iddia verərək cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 şəxsi əşyaları ilə birlikdə alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1580/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmrəliyev) ilk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı onunla Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Qax rayonu Güllük kəndində yerləşən 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 178.9 kv.m olan fərdi yaşayış evinin qanuni mülkiyyətçisi İddiaçı qaytarılmasına dair iddiasının təmin edilməməsi, ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 şəxsi əşyaları ilə birlikdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evind ən və torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir.
4. Məhkəmə tələblərə Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1,157.2, 390.1, 567, 324.1, 324.2, 329.1 və 334.2-ci maddələrini tətbiq etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İlk İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(106)-3147/2021 nömrəli qətnaməsi ilə (hakimlər T.Heydərov – sədrlik edən və məruz əçi, T.Kərimov və İ.Əhmədov) ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1580/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddianın təmin edilərək, ilkin İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 4Ə1303 reyestr nömrəsi ilə təsdiq olunmuş ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(106)3147/2021 nömrəli qərardadı ilə (hakimlər T.Heydərov - sədrlik edən və məruzəçi, T.Kərimov və İ.Əhmədov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayəti qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay 15 gün sonra apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
10. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixdə məktubla tərəflərə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti 11 mart 2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
11. Məhkəmə tələblərə Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 130.1, 130.3, 400, 402.2, 402.3, 408.1.4-ci maddələrini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2022-ci ildə cavabdehin yaxın qohumuna poçt vasitəsi ilə təqdim edilmişdir. Həmin xəbərnaməli məktubun cavabdehə yaxud cavabdehin ailə üzvlərinə təqdim edilməsini təsdiq edən heç bir sübut yoxdur. Bu hal apellyasiya instansiyası məhkəməsinin X1 filialına göndərdiyi xx.xx.2022-ci il tarixli sorğusundan da görsənir. Əgər məktubun çatdırılması barədə ünvan sahibi onu qəbul etmə tarixi göstərilməklə imzalamış olsaydı, məhkəmənin belə bir sorğusuna ehtiyac qalmazdı. Cavabdehə verilən xəbərnaməli məktubun üzərində göndərən poçtun möhürü olsa da, alan və çatdırılmasına məsul olan poçtun möhürü, cavabdehin, yaxud digərinin xəbərnamədə imzası olmamışdır.
14. Həmçinin, cavabdehə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı xəbərnaməli məktubla xx.xx.2022-ci il tarixdə alıb və ona heç bir qəbzə, xəbərnaməyə imza etdirilməmişdir. İddiaçının vəkilinə isə göndərilən məktubda həm qəbul edib göndərən poçtun (xx.xx.2022-ci il), həm də məktubu çatdırmağa məsul olan poçtun (xx.xx.2022-ci il) möhürləri vardır.
15. Cavabdeh məhkəmə qətnaməsini xx.xx.2022-ci il tarixdə alıb və müddət gözlənilməklə xx.xx.2022-ci il tarixdə sifarişli məktubla poçt vasitəsi ilə məhkəməyə göndərib. Həmin məktubun apellyasiya instansiyası məhkəməsinə nə vaxt daxil olmasının cavabdehin şikayət vermə müddətini pozmağı kimi qiymətləndiril ə bilməz.
16. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3, 134.1, 134.1.5, 135.6, 135.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
19. Maddə 405. və 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər.
20. Maddələr 408.1 və 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
23. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş kassasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Belə ki, məktubun tərəflərə təqdim edilməsini təsdiq edən qəbzlər (xəbərnamələr) mövcud olmadığından, mək tubun kassatora verilmə tarixini aydınlaşdırmaq üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən poçt şöbəsinə sorğu ünvanlanmışdır. X1 Filialının 16 mart 2022-ci il tarixli faksına (mülki iş, səhifə 282) əsasən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu xx.xx.2021-ci il tarixdə Cavabdeh1 kənddə yaşamadığından onun kürəkəni Qoçabəy Əbişova təhvil verilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin faksa əsaslanmaqla hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür.
29. Cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə edilmiş X1 Filialının 14 aprel 2022-ci il tarixli məktubuna (səhifə 291) əsasən isə, apellyasiya instansiyası məhkəməsinin məktubu xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ərazidə yaşamadığından onun kürəkəni Qoçabəy Əbişov a təhvil verilmişdir.
30. Qeyd edilməlidir ki, hər iki sənəd (həm faks, həm də məktub) X1 Filialının rəisi V.A.Kazımov tərəfindən imzalanmışdır.
31. Göründüyü kimi, eyni şəxs tərəfindən imzalanmaqla eyni poçt filialı tərəfindən verilmiş sənədlər arasında ziddiyyət mövcuddur ki, bu halda, apellyasiya instansiya məhkəməsinin həmin sənədə əsaslanmaqla qəbul edilmiş qərardadı əsaslı hesab edilə bilməz.
32. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yanlışlığa yol verərək kassasiya şikayətinin verilmə tarixini kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə daxil olduğu – 11 mart 2022-ci il kimi müəyyən etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin verilmə tarixi onun poçt şöbəsinə təhvil verildiyi, bilavasitə məhkəmənin dəftərxanasına təqdim edildiy i, elektron kabinet vasitəsilə elektron məhkəmə sisteminə yerləşdirildiyi tarixlə müəyyən olunur. Hazırkı halda isə, kassatorun kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə poçt şöbəsinə təhvil verməsi iş materiallarında olan zərflə (səhifə 289) təsdiq olunur.
34. Odur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin mümkünlüyünə yenidən baxarkən poçt filialının sənədləri arasındakı ziddiyyətləri araşdırmaqla aradan qaldırmalı, bundan sonra prosessual müddətin ötürülübötürülməməsi məsələsinə bu qərarda qeyd olunanlar əsasında qiymət verməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3147/2021 nömr əli mülki iş üzrə 16 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş kassasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Ələsgər Əliyev İsmayıl Xəlilov Mehparə Əhmədova