Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3611/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan sayğacdankənar istifadə ilə bağlı mübahisələr, hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3457/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2024-cü i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abonentin saldosuna əsasən, abonent İddiaçı istifadəsində olan qaz xətti **********00000 saylı abonent kodu ilə (abonent İddiaçı) qeydiyyata alınmışdır.
2. Abonentə xx.xx.2022-ci il tarixdə Zenner tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə Zenner tipli smart sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdən 2022-ci il noyabr ayınadək abonentə qaz sərfinə görə sayğac üzrə 1049.72 manat borc hesablanmışdır. 3. “Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-cü il tarixdə ******* saylı təbii X1nın pozulması haqqında AKT tərtib edilmişdir. Həmin AKT-da qeyd edilmişdir ki, baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi, kənar xəttin ümumi dövriyyəyə qoşulduğu aşkar edilmişdir. Həmin AKT-da abonent tərəfindən imzalanmaqdan imtina edildiyi qeyd edilmişdir. 4. “Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən xx.xx.2022-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat orta günlük iş rejimi 24 s aat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlı qaz sərfi 1.4 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 55.728 kub.m hesablanmışdır.
5. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 6687.36 manat borc kimi 2022ci ilin noyabr ayında abonentə akt üzrə borc hesablanmışdır. Tədqiq edilən abonentin saldosu məlumatlarından görünür ki, abonentə 2022-ci ilin oktyabr ayında 4605 kub. m qaz sərfinə görə 552.6 manat və həmin ay üçün yeni tarifə keçid olaraq 486.98 manat borc hesablanmış və əvvəlki ayın 10.14 manat borcu toplanmaqla 2022-ci ilin noyabr ayınadək 1049.72 manat borc hesablanmışdır. Nəticədə noyabr ayının 3.75 manatlıq qaz sərfi və akta əsasən hesablanmış borc və 20 manat ödəniş nəzərə alınmaqla abonentin 7720.83 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB (bundan sonra – cavabdeh) tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 7.720 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov (d/yolu) 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evdə yaşamır. Evdə iddiaçının yaxın qohumları yaşayır. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan * ****** nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, iddiaçıya aid ünvanda təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə olunur. Qeyd edilən borc da məhz həmin akta əsasən hesablanmışdır. İddiaçı hesab edir ki, akt və akt əsasında hesablanmış borc əsassızdır. Çünki ona məxsus evdə sayğacdan kənar xətt mövcud olmamış, təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-576/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddianın qismən təmin edilməsi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akta əsasən iddiaçıya (abonent kodu:**********00000) hesablanmış 6.687,36 manat məbləğində borcun silinməsini, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 7720,83 manat borcun silinməsini tələb etsə də, tələbini yalnız tərtib edilən aktın əsassızlığı hissəsində əsaslandırmış, borcun digər hissəsi barədə hər hansı əsaslandırma aparmamış və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İşin hallarından müəyyən edilib ki, abonentə Zenner tipli mexaniki qaz sayğacı və smart sayğaclar quraşdırılmışdır. 10.Məhkəmə həmçinin qeyd etmişdir ki, abonentə xx.xx.2022-ci il tarixdə Zenner tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə Zenner tipli smart sayğac quraşdırılmışdır. Yəni iddiaçının da bildirdiyi kimi xx.xx.2022-ci il tarixdə quraşdırılan mexaniki sayğacdan iddiaçı və digər şəxs istifadə etmiş, daha sonra iddiaçının istifadəsi üçün smart sayğac quraşdırılmışdır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdən 2022-ci il noyabr ayınadək abonentə qaz sərfinə görə 1049.72 manat borc hesablanmışdır. Odur ki, abonentin 2022-ci ilin noyabr ayının əvvəlinə hesablanmamış borcu olmamışdır. Bu səbəbdən də abonentə noyabr ayının 4 günü üçün 6687.36 manat borc əsassız hesablanmışdır.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “X1nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8-1, 9, 13.8, 13.9-cu, Mülki Məcəllənin 385.1, 386.1, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 112.1.6, 112.1.7, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
12. Cavabdeh Birlik apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş ******* №-il, xx.xx.2022-ci il tarixli “Təbii X1nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunvericiliyin təl əblərinə uyğundur. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qaz xəttinə qanunsuz olaraq qoşulma mövcuddur. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək iddianın təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3457/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətn amə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, rayon məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçının qaz xəttinə qanunsuz qoşulma barədə etirafı nəzərə alınsa da, hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh Birlik qanunsuz qoşulmanın mövcudluğunu sübut etməyə çalışmış, hesablanmış borcun məbləği ilə bağlı hər hansı əsaslandırma təqdim etməmişdir. 16.Məhkəmə kollegiyası həmçinin qeyd etmişd ir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və “Təbii X1nın pozulması haqqında” aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi qeyd edildiyindən, Birlik istehlakçının təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsi, yəni təbii qazın talamasını sübuta yetirilmədən zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096-cı, “Enerji resurslarından istifadə haqqında” Qanunun 29-cu, “Qaz təchizatı haqqında” Qanunun 11.6, 13.8-1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9-cu, MPM-in 14.2, 77.1, 384, 385.2-ci maddələrinin göstərişlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sa yğacla təchiz olunmuşdur. Məhkəməyə tərəfimizdən təqdim edilmiş ödəniş cədvəlində hər şey aşkar sürətdə görünsə də, məhkəmə qətnamə qəbul edərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 11.6. Qaz paylayıcı sı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 24.Maddə 13.8.... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 25.Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəb əkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həc mi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq hə min şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin ve rilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
37. Belə ki, apellyasiya məhkəməsi iddianın təmin edilməmiş hissəsində qətnaməni qanuni hesab edərkən iddiaçının qaz xəttinə qanunsuz qoşulma barədə etirafını nəzərə almış, lakin fakt etiraf olunsa da, cavabdehin hesablanmış borcun məbləği ilə bağlı hər hansı əsaslandırma təqdim etməməsinə istinad edərək 6687,36 manat borcun silinməsini qanuni və əsaslı hesab etmişdir.
38. Halbuki dəymiş zərərin hesablanması barədə xx.xx.2022-ci il tarixli aktda ünvanda mövcud olan qaz işlədicilərinin maksimal saatl ıq qaz sərfi, orta günlük iş rejimi nəzərə alınmaqla 180 gün üçün itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 55.728 m3 sərfiyyat hesablanmışdır.
39. Məhkəmə iclasında verdiyi izahatında isə iddiaçı evdə 1 ədəd kolonkadan, 1 ədəd qaz sobasından və 1 ədəd kombidən istifadə edildiyini göstərmişdir.
40. Belə olan halda, cavabdehin təqdim etdiyi hesablama ilə razılaşmayan məhkəmə iddiaçının etiraf etdiyi qaz qurğuları üzrə “X1”na əsasən müvafiq sərfiyyatın hesablanmasının mümkünlüyünü, iddiaçının abonent saldosuna əsasən aktdan əvvəlki dövrün sərfiyyatı, qazdan istifadəyə görə aparılmış ödənişlərin məbləği nəzərə alınmaqla itirilmiş qaza görə vurulmuş ziyan məbləğinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, cavabdehin apellyasiya şikayətinin dəlilərini tam araşdırma mış, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “X1n”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz.
42. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır.
43. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
44. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiy mətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müda fiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
47. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.
48. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(103)3457/2024 saylı qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.