Məhkəmə qərarları › İş №2(102)-3612/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3612/2022

20.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3612/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı hüquqi varisi X1 Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(105)-267/2022 saylı qətnaməsindən İddiaçı hüquqi varisi X2 və Cavabdeh2 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə İddiaçı 23 oktyabr 1949-cu ildə rəsmi nikah əsasında X3 ilə ailə qurub və 24 may 1978-ci ildə sonuncu ölüb. İddiaçı oğlu X4 isə 19 may 1979-cu ildə rəsmi nikah əsasında Cavabdeh4 ilə ailə qurub. 18 iyul 2006-cı il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109-saylı ev daşımaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. 16 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən X sözügedən evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsini övladları Cavabdeh1 və Cavabdeh2 vəsiyyət edib. 27 iyun 2010-cu ildə Xv ölüb. Bundan sonra, notariat orqanı tərəfindən X miras qalmış sözügedən evdə hər birinin payı 7/2 0 hissədə olmaqla övladları Cavabdeh2 və Cavabdeh1 adına 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, hər birinin payı 1/10 hissədə olmaqla arvadı Cavabdeh4, qızları İX və İX adına 13 noyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. 21 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, X və X miras evdən onlara çatan paylarını anaları Cavabdeh4 bağışlayıblar. 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-cı məhəllədə, istifadədə olan 0.0116 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 90,1 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 7/20 hissədə Cavabdeh1, 7/20 hissədə Cavabdeh2 və 6/20 hissədə Cavabdeh4 adlarına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı hüquqi vasiri X (bundan sonra iddiaçı) Cavabdeh1 və digərlərinə (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evinə dair cavabdehlərin adlarına verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamələrin, miras payın bağışlanmasına dair müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlak üzərində vərəsəlik payının tanınması və cavabdehlərin adlarına verilmiş Çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, mübahisəli ev Sumqayıt şəhər İHB-nın 14 aprel 20 06-cı il tarixli, 174 saylı sərəncamına əsasən onun mərhum oğlu X adına qeydə alınıb və sonuncunun adına 18 iyul 2006-cı il tarixli Çıxarış verilib. O, həmin evdə 1971-ci ildən yaşayır və oğlu X 27 iyul 2010-cu ildə ölüb. Miras evin vərəsəlik əsasında cavabdehlərin adına rəsmiləşdirilməsindən məlumatsız olub. Belə ki, artıq o, uzun illərdir ki, yataq xəstəsidir və oğlu X ölümündən sonra da həmin evdə fasiləsiz yaşamaqla mirası faktiki qəbul edib. Lakin, cavabdehlər onun xəbəri olmadan miras evə dair notarial qaydada təsdiq edilməklə 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” və “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr alıblar. 21 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, İX və Xa miras evdən onlar a çatan paylarını anaları Cavabdeh4 bağışlayıblar. 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, miras ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 7/20 hissədə Cavabdeh1, 7/20 hissədə Cavabdeh2 və 6/20 hissədə Cavabdeh4 adlarına qeydə alınıb. Halbuki notariat orqanı sənədləşdirmə apararkən, onu da Xn qanun üzrə birinci növbəli vərəsəsi kimi cəlb etməli idi. Çünki, o da digər vərəsələr kimi həmin miras evdən pay tələb etmək hüququna malikdir. 02 avqust 2021-ci il tarixdə iddiaçı öldüyü üçün, Sumqayıt şəhər məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə GX ərizəsinə əsasən, mərhum İddiaçı hüquqi varisi kimi qızı X tanınıb. Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2021-ci il tarixli ekspert rəyinə görə, ekspertizaya təqdim edilmiş X adına olan 16 oktyabr 2006-cı il tari xli vəsiyyətnamənin kserosurətində “imza: X” yazıları qarşısında əks olunmuş imzanın x tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmadını müəyyən etmək mümkün deyil. Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, miras ev X mülkiyyətində olub və sonunucu həmin evi övladları Cavabdeh2 və Cavabdeh1 vəsiyyət edib. ƏX öldükdən sonra notariat orqanında açılmış vərəsəlik işi üzrə Cavabdeh2 və Cavabdeh1 hər biri mirasdan 7/20 hissədə, Cavabdeh4 isə 6/20 hissədə pay alıblar. Göründüyü kimi, vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyi istisna edir. Ona görə də iddiaçının qanun üzrə vərəsə kimi cəlb edilməsinə zərurət olmayıb. Sözügedən vəsiyyətnaməd ə olan imzanın mirası qoyan X məxsus olmaması ilə bağlı mülki iş materiallarında heç bir sübut yoxur. Ekspert tərəfindən də vəsiyyətnamədəki imzanın mərhum X məxsus olub-olmadığının müəyyən edilməsi mümkün olmayıb. İddiaçının miras evdə məcburi payının olması barədə dəlilinə gəlincə isə, vərəsəlik işi 2012-ci ildə açılsa da, iddiaçı həmin mirasdan ona çatmalı olan məcburi payı tələb etməyib və miras ev üzərində artıq paylar müəyyən edilib. Qanuna görə, vərəsələr məcburi pay hüququ olan şəxslər qarşısında birgə borclu kimi çıxış edirlər. Belə olan halda, iddiaçı cavabdehlərə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla ona çatmalı olan məcburi payı tələb edə bilər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146-cı maddələri nin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçının hüquqi varisi X apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi- miras evə dair 13 noyabr 2012-ci il tarixli vəsiyyətnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payların bağışlanması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilənin, m iras əmlaka dair daşınmaz əmlakın dövlət reyesterində aparılmış 13 dekabr 2012-ci il tarixli qeydiyyatın və verilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilib, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllə, 0.08 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 90,1 kv.metr olan 109 saylı fərdi yaşayış evinə dair vəsiyyətnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında 13 noyabr 2012-ci il tarixli şəhadətnamələrin, miras payın bağışlanması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilənin, miras əmlaka dair daşınmaz əmlakın dövlət reyesterində aparılmış 13 dekabr 2012-ci il tarixli qeydin və verilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi və qalan his sədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mirası qoyan X miras evi vəsiyyətnamə üzrə övladları Cavabdeh2 və Cavabdeh1 vəsiyyət etsə də, iddiaçı mirası qoyan X birinci növbəli vərəsəsi kimi miras əmlakdan məcburi pay almaq hüququ olub. Lakin, cavabdehlər bu faktı notariusdan gizlədib və özlərindən başqa digər vərəsənin, yəni iddiaçının olması barədə məlumat verməyiblər. Halbuki, iddiaçı miras evdə 1971-ci ildən yaşamaqla mirası faktiki qəbul edib və o, uzun illər yataq xəstəsi olmaqla, mirası qoyan oğlu X 27 iyul 2010-cu ildə ölümündən sonra da həmin evdə fasiləsiz olaraq yaşamaqda davam edib. Beləliklə, iddiaçının vərəsə olmaqla, miras evdə məcburi pay hüququna malik olması işin mübahisəsiz halıdır. Bu ndan əlavə, notarius, mirası qoyan X digər vərəsələrinin olub-olmadığını və vərəsələrin dairəsinin müəyyən edilməsi üçün heç bir tədbir görməyib. Nəticədə vəsiyyət edilən miras üzrə mərhum X arvadı və iki qızı məcburi paylarını almağa müvəffəq olsalar da, anası İddiaçı məcburi paydan məhrum olub. Həmçinin, vəsiyyətnamənin etibarsızlığı üçün əsaslar yoxdur. Belə ki, mərhum X özünə məxsus torpaq sahəsini və orada yerləşən evi övladları Cavabdeh1 və Cavabdeh2 vəsiyyət edib və bu akt notariat orqanı tərəfindən qeydə alınıb. İddiaçı, vəsiyyətnamədəki imzanın oğluna məxsus olmadığını, oradakı imzanın saxta olduğunu iddia etsə də, bu dəlillərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməyib. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları t am aydınlaşdırmayıb, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməyib, iddiaçının oğlu X məxsus miras əmlakdan məcburi pay almaq hüququnu tanımamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozub. Bu da qətnamənin qeyd olunan hissədə ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 1133, 1145, 1159.1, 1193, 1194, 1196, 1243, 1318-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barəd ə yeni qərar qəbul edilməsini xahiş edib. Kassator, kassasiya şikayətini onunla əsaslandırıb ki, mirası qoyan tərəfindən vəsiyyətnamə qoyulduğu üçün, iddiaçının iddia tələbləri təmin edilə bilməz və apellyasiya instansiyası məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə Mülki Məcəllənin 1133.2-ci maddəsinin tələblərini pozub. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində payların bağışlanmasına dair müqavilənin Mülki Məcəllənin “əqdlərin etibarsızlığı”na dair 14-cü fəsildə göstərilən hansı əsaslara görə mübahisə edilən əqd olduğu göstərilməyib. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.1-ci maddəsinin tələblərini tətbiq etməməklə apellyasiya i nstansiyası məhkəməsi qanunun tələblərini pozub. Daha sonra, iddiaçı məcburi payın müəyyən edilməsi və ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyib. Vərəsə tərəfindən eyni miras əmlakdan eyni vaxtda qanun üzrə vərəsələr arasında payın müəyyən edilməsi, həm də eyni əmlakdan məcburi payın müəyyənləşdirilərək ödənilməsi barədə iddia tələbi verməsi yolverilməzdir. Belə ki, məcburi payı əldə etmə qaydasına, subyektlərin dairəsinə, eləcə də hüquqi nəticəsinə görə qanun və vəsiyyətnamə üzrə vərəsəlik zamanı müəyyən edilən payla fərqli anlayışlardır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu hala əhəmiyyət verməyib və qətnamə qəbul edirkən, iddia tələbindən kənara çıxıb. İddiaçının hüquqi varisi X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhk əməsinin qətnaməsinə qismən dəyişiklik edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassator, kassasiya şikayətini onunla əsaslandırıb ki, apelliyasiya instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmayıb, onun tərəfindən verilmiş vəsatəti təmin etməyib və zərurət yarandığı halda iş üzrə xətşünaslıq ekspertizası keçirməyib, vəsiyyətnamənin əslini notariat kontorundan tələb etməyib. Vəsiyyətnamənin həqiqilini yoxlamamaqla mülki prosessual normalarının tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatlar ı dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əml aka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər; 1273-cü maddəsində göstərilir ki, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir; 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar o lduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır; 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsində göstərilir ki, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində iddianın təmin olunmayan hissəsində, Cavabdeh2 kassasiya şikayətində isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlə rinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Əvvəla, kassasiya instansiyası məhkəməsi tərəflərin kassasiya şikayətlərində göstərdikləri dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (mira s passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit edib. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay t ələb etmək hüququ ilə məhdudlaşdırılıb. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Mülki qanunvericilik normalarında mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilib göstərilib. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəf indən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib. Həmçinin, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik e tmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olur. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öh dəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. İşə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı 23 oktyabr 1949-cu ildə rəsmi nikah əsasında X ailə qurub və 24 may 1978-ci ildə sonuncu ölüb. İddiaçının oğlu X isə 19 may 1979-cu ildə rəsmi nikah əsasında Cavabdeh4 ilə ailə qurub. 18 iyul 2006-cı il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109-saylı ev daşımaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. 16 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən X sözügedən evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsini övladları Cavabdeh1 və Cavabdeh2 vəsiyyət edib. 27 iyun 2010-cu ildə X ölüb. Bundan sonra, notariat orqanı tərəfindən X miras qalmış sözügedən evdə hər birinin payı 7/20 hissədə olmaqla övladları Cavabdeh2 və Cavabdeh1 adına 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında”, hər birinin payı 1/10 hissədə olmaqla arvadı Cavabdeh4, qızları İx vəX adına 13 noyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib. 21 noyabr 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən,X və X miras evdən onlara çatan paylarını anaları Cavabdeh4 bağışlayıblar. 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-cı məhəllədə, istifadədə olan 0.0116 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 90,1 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 7/20 hissədə Cavabdeh1, 7/20 hissədə Cavabdeh2 və 6/20 hissədə Cavabdeh4 adlarına qeydə alınıb. Göründüyü kimi, X 27 iyun 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açıldığı və cavabdehlərin adlarına həmin əmlaka dair 13 noyabr 2012-ci il tarixli “Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüquq haqqında” Şəhadətnamələr verildiyi halda, iddiaçı həmin Şəhadətnamələrin etibarsızlığına dair iddia ilə məhkəməyə 7 ildən sonra, yəni 20 avqust 2020-ci il tarixdə müraciət edib. Kassasiya instansiyası məhkəməsi “Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsinə dair hazırki mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəx s mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, iddiaçının iddia tələblərini sözügedən “Vəsiyy ətnamə və Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində təmin edərkən, Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.1-ci maddəsinə müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Digər tərəfdən, tərəflər arasında miras əmlakın qəbul edi lməsi, miras əmlakdan payların müəyyən edilməsi, başqa sözlə miras əmlakla bağlı artıq tərəflər arasında məhkəmə mübahisəsi yarandığı halda, apellyasiya instaniyası məhkəməsi bir tərəfdən bu hissədə iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, digər tərəfdən isə tərəflərə miras əmlakdan paylarının müəyyən edilməsi və paylara uyğun “Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin verilməsi ilə bağlı notariusa müraciət etməli olmalarını qeyd etməklə ziddiyyətli nəticəyə gəlib. Belə ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın böl üşdürülməsi dedikdə- mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olun ur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o, halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulub. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşd ürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmçinin, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçiril mirsə, Mülki Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir müddəasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsaslanmaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi kimi mübahisələrin həllinin notariat orqanlarına həvalə edilməsi qanunvericiliyin təməl prinsiplərinə uyğun gəlmir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir və miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar var, yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq yoxdur. Belə olan halda mirasın bölgüsü mütləq qaydada məhkəmə icraatı qaydasında aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütü n tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı hüquqi varisi X2 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(105)-267/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar