Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3613/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3613/21 (Açar sözlər: ipoteka müqaviləsinə əlavəyə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi, kredit öhdəliklərinin tam ödənilməməsi) Bakı şəhəri, 30 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh ASC -nin vəkili xxx iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1234/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC-nin cavabdehlər X2, X8, X9 və X7 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi Xətai rayon Məhkəməsinin 2(011)1015/2017 saylı, 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 2,881.949.08 manat məbləğində əsas, 152,133.04 manat məbləğində faiz, 5000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3.039.082,12 manat məbləğində kredit borcu, həmçin in məhkəmə xərcləri də nəzərə alınmaqla, ümumilikdə 3.039.563,12 manat məbləğində pul vəsaitinin X1, X5, X6 və X3 müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tələbin X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.900.000 manat məbləğində olması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-5771 /2017 saylı, 30.10.2017- ci il tarixli qətnaməsi ilə cərimə borcu 50000 manat məbləğində müəyyən edilmişdir.
3. Qətnamə qanuni qüvvəyə minmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh ASC-yə qarşı Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 03.09.2014-cü il tarixli ipoteka müqaviləsinə 01 nömrəli əlavəyə xitam verilməsi və mülkiy yətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə tutulmalı olan borc məbləğinin 2.000.000 manatdan çox hissəsi işə məhkəmədə baxılan zaman və sonradan tərəflərindən ödənilmiş, 1.340.380 manat məbləğində qalıq borc qalmışdır ki, həmin borc məbləğini də ödəməyə hazırdırlar.
6. Borcun əksər qismini ödədiklərinə görə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası ipoteka ilə yüklülüyündən azad edilməlidir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 527.1-ci və “İpoteka haqqında” Qanunun 46.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdehin nümayəndəsi iddiaya etiraz ed ib və etirazı belə əsaslandırıb ki, iddiaçı məhkəmə qətnaməsi ilə ondan tutulmuş borcu tam bağlamamışdır. Sözügedən ipoteka predmeti isə həmin borcun təminatı üçün bağlanıb.
9. Səbail Rayon Məhkəməsinin 2(009)-1346/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlkin Rüstəmli)
10. Birinci instansiya məhkəməsi işdəki sübutları qiymətləndirib müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı borcun çox hissəsini ödədiyini əsas gətirərək, cavabdeh ilə aralarında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, öhdəlik institutunun tələblərinə görə müqavilənin hər iki tərəfi öz üzəri nə düşən öhdəliklərini tam şəkildə vicdanla yerinə yetirməlidir. Hal-hazırda isə iddiaçının cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyini təsdiq edə biləcək hər hansı bir hala rast gəlinmir.
11. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh əsas borc müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq ipoteka müqaviləsini bağlamış və həmin müqavilə ilə öz risklərini təminat altına almışdır. Hazırki halda ipoteka müqaviləsinin vaxtından əvvəl xitamı cavabdehin hüquqlarının pozulmasına səbəb ola bilər, buna görə də iddia təmin olunmamalıdır.
12. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 279, 295, 319.1-319.6, 337.1, 385.1, 386.1, 739-cu, “İpoteka haqqında” Qanunun 10.4 və 34.1.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verib.
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılıb.
15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(009)- 1346/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Emin Mehdiyev, Xəyal Sarıyev)
16. Apellyasiya məhkəməsi də işdəki sübutlara əsasən müəyyən edib ki, iddiaçıdan məhkəmə qətnaməsi ilə tutulan borc məbləği tam bağlanmamış və iddiaçının hazırki durumda cavabdeh qarşısında yerinə yetirilməmiş öhdəliyi qalmaqda davam edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkili Vəkil2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilib, işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tetirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. c) Kassasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC -nin vəkili xxx kassasiya şikayətinə etiraz edərək, ipoteka ilə təmin edilən öhdəliyin tam icra edilməməməsini bildirdi və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçı və o nun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Qanun Maddə 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində q ətnamə iş üzrə iddiaçı tərəfindən tam, mübahisələndirildiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
26. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən t am qiymət verilib.
27. İddia tələbi ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmetinin yüklülükdən azad edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan borc məbləğinin əksər hissəsini ödəməsinə, hüquqi əsası kimi isə Mülki Məcəllənin 527.1-ci (öhdəliyə icra nəticəsində xitam verilməsi), “İpoteka haqqında” Qanunun 46.1.-ci maddələrinə istinad etmişdir.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə odur ki, iddiaçı ipoteka ilə təmin edilən kredit öhdəliklərini tam icra etməmişdir. 29. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə görə ipotekaya o halda xitam verilir ki, əsas öhdəliyə xitam verilmiş olsun. Hazırki işdə isə iddiaçının əsas öhdəliyinə xitam verilməsi müəyyən edilməyib, əksinə, iddiaçının özünün bil dirdiyinə görə əsas öhdəlik qismən ödənilib.
30. Bundan başqa, “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.
31. Hazırki iddiaya Mülki Məcəllənin 527.1 və “İpoteka haqqında” Qanunun 46.1-ci maddələrinin tətbiqi edilməli olması barədə kassasiya şikayətinin dəlilləri də əsasızdır. Çünki “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə görə də ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər.
32. Həmçinin Mülki Məcəllənin 527.1-ci maddəsinə görə öhdəliyə icra.... nəticəsində tam və ya qismən xitam verilə bilər. İddiaçının əsas öhdəliyi tam icra olunmadığından həmin ödəliyin təminatı olan ipoteka predmetinə xitam verilməsi üçün qeyd edilən normaya istinad edilməsi əsaslı sayıla bilməz.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1234/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.