Məhkəmə qərarları › İş №2(102)-3613/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3613/2022

16.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3613/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payın müəyyən edilməsi) Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarix li, 2(106)-413/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X9 X25 ilə birgə nikahından X8, X10, Cavabdeh2 və X16 adlı uşaqları anadan olmuş, X17 miras açılanadək 01 aprel 1983-cü ildə öldüyündən, miras qoyan X13 qanun üzrə vərəsəlik zamanı 4 vərəsəsi olmuşdur.

2. Miras əmlakın qəbulu ilə əlaqədar X23 şəhər Notariat Kontoruna müraciət etmişdir. X2 miras qalmış ünvan 1 evin 34 saylı ünvanda yerləşən mənzilinə X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən müəyyən edilmiş mirasın qəbulu müddəti buraxıldığından imtina edilmişdir. 3. 16 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, qonşular Şirvan şəhəri, ünvan nın sakinləri: Şirvan şəhəri, ünvandə qeydiyyatda olan və yaşayan X34, Şirvan şəhəri, ünvandə qeydiyyatda olan və yaşayan X14, Şirvan şəhəri, ünvanldə qeydiyyatda olan və yaşayan X21, ünvandə qeydiyyatda olan və yaşayan X30 təsdiq etmişlər ki, Şirvan şəhəri, ünvanin sahibi olmuş və həmin mənzildə qeydiyyatda olmaqla yaşamış mərhum X25 uzun müddət xəstə olduğu üçün ona həmin mənzildə yaşamış, lakin Şirvan şəhəri, L-NT. ünvandə qeydiyyatda olan X8 vəfat etdiyi günə kimi qulluq etmişdir. X4 oğlu olan Cavabdeh2 ünvandə qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə heç vaxt yaşamamışdır. X4 bütün dəfn xərclərini və yas mərasimini qızı X8 vermişdir.

4. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X39 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05 noyabr 2020-ci il tarixli arayışından görünür ki, X1 şəhər i, L.İbrahimov küçəsi, ev 24, mənzil 11 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 3anında yaşayır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X39 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən Cavabdeh2 1992-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq bu ünvanda yaşamır.

5. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X39 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X39 Ərazi Dairəsi üzrə Nümayəndəliyi xx.xx.2013-cü il tarixindən fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı tarixdən Nümayəndəliydə olan məlumata əsasən Cavabdeh2 və X8 az müddətdə ünvan ünvanında yaşamışdır. ünvan 7 kirayədə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat

6. İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum nənəsi X12 miras qalmış Şirvan şəhəri, ünvanin qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payının müəyyən edilməsini tələb etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum nənəsi X25 xx.xx.2007-ci il tarixdə “beyin qan dövranı” xəstəliyindən vəfat etmişdir. Babası mərhum X18 xx.xx.1983-cü il tarixdə “xərçəng” xəstəliyindən vəfat etmişdir. Mərhum nənəsi X19 Əli Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 538 b №-li sərancamına əsasən “aztəminatlı ailələrə” dövlət fondunda olan ünvan bağışlanmışdır. Həmin mənzil mərhum nənəsi X13 adına Əli Bayramlı (indiki Şirvan) Texniki İnventarlaşdırma Bürosunda (indiki daşınm az Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsi) xx.xx.1993-cü il tarixdə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Miras qalmış mənzildə mərhum nənəsi X25 vəfat etdiyi tarixə kimi yaşamışdır. Mərhum nənəsinə mərhum anası X8 vəfat etdiyi günə kimi xəstəliyi dövrdə qulluq etmişdir və bütün dəfn və yas mərasimini vermişdir. Miras qalmış mənzildə dayısı Cavabdeh2 qeydiyyatda olsa da, lakin həmin mənzildə 1992ci il tarixdən yaşamamışdır. Həmçinin Şirvan şəhər İHB-nin 1 saylı inzibati ərazi nümayəndəliyinin 2020-ci il tarixli məktubunda da dayısı Cavabdeh2 1992-ci il tarixdən ünvandə yaşamadığı qeyd edilir. Xalası Cavabdeh1 isə ailə həyatı qurduqdan sonra miras əmlakda yaşamamış və mərhum nənəsi X13 vəfat etdiyi günə kimi heç bir xidmət etməmiş, hüzr və dəfn mərasimin belə ve rməmişdir. Bunu miras əmlakın yerləşdiyi ünvanda qonşular olan şəxslərin iştirakı ilə xx.xx.2020-ci il tarixli tərtib edilmiş və təsdiq edilmiş aktı göstərmək olar. Hal-hazırda dayısı Cavabdeh2 Rusiya Federasiyasında cinayət törətdiyindən cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq hökm əsasında məhkum olunmuş və hal-hazırda da məhkumluq həyatını yaşayır. Mərhum anası X8 anasından, yəni mərhum nənəsindən miras qalmış ünvanin miras əmlak qismində onun tərəfindən qəbul edilməsi faktının tanınması və həmin mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsinə dair ərizə ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)1353/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş və mərhum nənəsi X12 miras qalmış ünvanin əmlak qismində qəbul edilməsi faktının tanınması və həmin mənzilə mərhum anası X5 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. Lakin mərhum anası X8 xx.xx.2020-ci il tarixdə “kəskin respirator çatışmamazlıq” xəstəliyindən vəfat etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)-1353/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o, mərhum anası X3 miras qalmış ünvanə irsi transmissiya qismində vərəsəlik hüququnun tanınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Lakin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Of isinin xx.xx.2021-ci il tarixli, 35 saylı məktubuna əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi yalnız vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mümkün ola bilməsi bildirməklə imtina verilmişdir. O miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Kontoruna həvalə edilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Cavabdeh1 maraqlı tərəf olaraq ərizə ilə məhkəməyə müraciət etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi miras qalmış əmlakda dayısı olan maraqlı tərəfin qeydiyyatı formal xarakter daşıyır və mərhum nənəsindən miras qalmış mənzilə, həmçinin xalası Cavabdeh1 mərhum nənəsi vəfat edən günə vərəsəliyi faktiki qəbul etmədiyi ndən, lakin istər vəfat etdiyi günə kimi, istər də vəfat etdikdən sonrada mərhum anası X8 tərəfindən bütün dəfn və yas mərasiminin xərcləri ödənilmiş və vəfat etdiyi günə kimi mərhum nənəsindən miras qalmış mənzildə yaşamışdır. Bu səbəbdən də ilk olaraq maraqlı tərəf Şirvan şəhəri 1 saylı Notariat Ofisinə mərhum anası X8 müraciət etmiş, lakin mirasın açılma müddətini buraxdığına görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin bu günə kimi istər dayısı Cavabdeh2, istər də xalası Cavabdeh1 mirası qəbul etməmişlər. Hər ikisi də mərhum anası mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə və məhkəməyə müraciət etdikdən sonra miras əmlaka dair tələb irəli sürmək fikrində olmuşla r. Halbuki, mərhum anası miras əmlakın sənədləşdirilməsini aparmamışdan öncə mənzilin sənədləşdirmə işlərinin aparılmasına onun xəstəliyi əl vermədiyindən qızı olaraq o iddiaçıya köməklik edilməsinə və sonradan mənzilin satışından əldə edilmiş məbləğin sənədləşmə xərcləri çıxarıldıqdan sonra yerdə qalan məbləğin yarıya bölünməsi və müəyyən miqdarda da hər iki tərəf qoymaqla dayısı maraqlı tərəfə göndərməyi təklif etmişdir. Lakin xalası Cavabdeh1 yaxın gəlməmişdir.

8. Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı bildirdiyi bütün məlumatlar yalandır. O, nə mənzilin təmirinə, nə də ki, sənədləşmə işinə pul xərcləməyib. Mərhum bacısı xxx ilə miras əmlakla bağlı heç bir danışıq olmamışdır. Yalnız anaları Sevil vəfat edəndə bircə danışıq olub ki, “ Aydın qayıtsın ondan sonra əmlak məsələsi həll ediləcək.” Başqa heç bir danışıq olmamışdır. Anasının guya mənzil satıldıqdan sonra pulun bölünməsi və sonradan hər ikisi müəyyən məbləğ düzəldərək, Aydına göndərməkləri barədə razılaşma da həqiqətə uyğun deyil. Bu hal xxxnın mirasın qəbulu ilə əlaqədar olan qətnamədən verdiyi apelyasiya şikayəti ilə tamamilə sübuta yetirilmişdir. Ümumiyyətlə həm mərhum xxx, həm də Ellada miras əmlakın qəbulu ilə əlaqədar etdikləri müraciət zamanı Ellada məhkəmələri anasının guya cəmi iki vərəsəsi xxx və Aydın olması ilə aldatmışlar. Onun və digər qardaşı Yəhyanın olması barədə bir kəlmə belə olsun nə demiş, nə də ki, bu barədə ərizələrdə qeyd etmişlər. Hazırkı iş üzrə də məhkəməyə təqdim edilmiş ərizədə Yəhyanın olması da gizlədilmişdir. İddia ərizəsində guya onun mərhum anası Sevil ilə maraqlanmamağı, ona xərc çəkməməyi, miras əmlakı faktiki xxx və Ellada tərəfindən qəbul olunmasına gəldikdə isə bildirir ki, bütün bunlarda yalandır. Belə ki, bacısı xxx 1996-cı ildən mübahisəli mənzildən çıxmış, 1997-ci ildə isə Ellada da ərə getdiyi üçün anası ilə o qalmışdır. 2001-ci ildə xxx boşandığı üçün qayıtmış və 2007-ci ilədək əsasən mübahisəli mənzildə yaşamışdır. Qeyd edilən müddət ərzində, yəni 1996-cı ildən 2001-ci ilədək o anası Sevil Əfəndiyeva ilə Şirvan şəhəri, Nərimanov küçəsi ev 9, 34 saylı mənzildə yaşamışdır. Anası vəfat edənədək son bir-iki il xxx Əfəndiyeva demək olar ki, işi və həyət evində olan təsərrüfatı ilə əlaqədar anası ilə qalmamışdır. Bu müddət ərzində xxx işləmişdir. Onun bir həyət evi və qeydiyyatda olduğu Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 24, 11 saylı mənzili vardı. Buna görə də anasına çox vaxt o qulluq etmiş, baxmayaraq ki, bacısının orada yaşadığı hesab edilirdi. Mənzilləri bir-birinə yaxın olduğu üçün demək olar ki, o hər gecə səhərədək anasının yanında qalmışdır. Onun bütün lazımı ehtiyaclarını ödəmişdir. Geyim, ərzaq almış, kommunal xidmətlərin ödənilməsi üçün ona daim pul vermişdir. Anasının son illərində demək olar ki, xxx onun yanına işi ilə və həyət evində gördüyü işlərlə bağlı gələ bilməmiş, buna görə də o daim həmin məzildə qalaraq xəstə anasına qulluq etmişdir. 2007-ci ildə anası Sevil Əfəndiyeva vəfat edəndə onun dəfn və yas mərasimlərini demək olar ki, tamamilə onun vəsaiti hesabına həyata keçirmişlər. Anasının vəfatından sonra xxx ilə o razılığa gəlmişlər ki, miras qalan Şirvan şəhəri Nər imanov küçəsi ev 9, 34 saylı mənzil qardaşı Cavabdeh2 Rusiya Federasiyasından qayıdanadək rəsmiləşdirilməsin. Bu razılaşma Aydınla da telefon vasitəsi ilə müzakirə edilmiş və onun da bu fikirlə razı olduğu məlum olmuşdur. Nəticə etibarı ilə xxx anasının vəfatından sonra mübahisəli mənzilə qayıtmamış və ümumi razılıq əsasında mənzil 2007-ci ildən kirayə verilmişdir. Mənzildə onlardan başqa heç kimin yaşamaması və kirayədə olması son günədək davam edir. Bu müddət ərzində mənzil onun və xxx tərəfindən idarə edilmişdir. Son dövrlərdə isə xxx xəstə olduğu üçün mənzili demək olar ki, tamamilə o idarə etmişdir. Mənzilin vəziyyəti ilə, kirayəşinlərin mənzilə münasibəti, onların qonşularla münasibəti, kommunal xidmətlərin vaxtı- vaxtında və bütövlükdə ödənilməsi və sair məişət işləri ilə o maraqlan mışdır. Mənzil kirayəsindən gələn gəlir isə aralarında bölünürdü. Hətta o vəsaitdən Aydın üçün də pay ayrılaraq, onun üçün yığılırdı. Məhz buna görə də övladlardan heç biri 14 il ərzində mənzilin rəsmiləşdirilməsi üçün heç bir tədbir görməmişdir. Digər qardaşı Yəhyanın isə bütün bunlardan məlumatı olmuşdur. Onunla keçən bu müddət ərzində aparılmış telefon danışıqlarında Yəhya bir dəfə də olsun mübahisəli mənzildən pay istəməsini bildirməmişdir əksinə payından onların hamısının xeyrinə imtina etdiyini bildirmişdir. Mərhum anası Sevil vəfat etdikdən sonra onun yas mərasiminin keçirilməsi və xəstə olduğu dövrdə ona qulluq etməkdə o və qardaşı Aydın yaxından iştirak etmişlər. Belə ki, anaları Sevil xəstə olduğu dövrdə və ümumiyyətlə vəfat etməmişdən əvvəl xxx işlədiyi üçün anasının qulluğunda o durmuş, ona hərtərəfli həm fiziki həm də maddi yardım göstərmişdir. Aydın isə anası vəfat etdikdən sonra onun yas mərasimin keçirilməsində maddi cəhətdən iştirak etmişdir. Beləliklə də mərhum xxx mirası faktiki qəbul etməmiş hesab olunur, miras əmlak hələ də Sevil Əfəndiyevanındır və hazırkı iddia üzrə X36 Əfəndiyevanın yalnız miras açıldığı vaxt anası xxxnın sağ olmayacağı təqdirdə vərəsəsi ola bildiyindən onun bu miras əmlakdan, yəni, ünvandən pay almaq hüququ yoxdur. Lakin, hazırkı mübahisə üzrə miras açılan vaxt yy nın anası, miras qoyan Sevil Əfəndiyevanın qızı və vərəsəsi xxx Əfəndiyeva sağ olmuş və bundan da sonra 14 il yaşamışdır. Belə olan halda da bu miras əmlak sağ qalan və mirasdan imtina etməyən iki vərəsə o və qardaşı Cavabdeh2 arasında bərabər hissələrlə bölünməlidir. On a görə də iddianın təmin edilməməsini xahiş edir.

9. Şirvan Şəhər Məhkəməsinin ilə (hakim E.F.Qurbanov) 07 oktyabr 2021-ci il tarixli 2(032)-1279/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən Şirvan şəhəri, ünvanin miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş, İddiaçı adına Şirvan şəhəri, ünvandə 1/2 payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan X13 xx.xx.2007-ci ildə vəfat etməsi ilə miras açıl dığından birinci növbədə qanun üzrə vərəsəlik zamanı X8 və Əfəndiyeva (Qruşina) z İsmayıl qızının hərəkətləri ilə miras əmlakın faktiki qəbulu müəyyən edilmişdir.Digər vərəsələr Cavabdeh2 və X16 miras açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 ay müddət ərzində öz hüquqlarından istifadə edərək mirası əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməmişlər və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməsi iş materialları ilə sübut olunmur.

11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 və X16 miras açıldıqdan sonra Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində nə mirası qəbul etdiyindən, nə də ki, ondan imtina etdiyindən Mülki Məcəllənin 1262-ci maddəsi maddəsi tətbiq edilməklə onlara çatası pay (hər birinə ¼ pay) qanun üzrə vərəsəliyə çağırılmış digər vərəsələr X8 və Əfən diyeva (Qruşina) z İsmayıl qızının paylarına əlavə edilməklə onların miras əmlakda hər birisinin ½ payı müəyyən edilməlidir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı anası X8 xx.xx.2020-ci ildə vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müraciət etdiyindən, Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbi baxımından miras əmlakı (1/2 payı) qəbul etmiş sayılmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1146, 1159.1.1, 1243.2, 1255, 1262, 1273-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsi qəbul edilərkən düzgün araşdırma aparılmamış, iddia əsassız olaraq təmin edilmişdir. Belə ki, İddiaçı və anası, onun isə bacısı olan xxx mirası qəbul e tməmişlər. Anası hal hazırda ondan miras qalmış mənzildə yaşayarkən o, tez-tez onun yanına gəlib getmiş, xxxnın isə özünün evi, təsərrüfatı və işləri olduğundan onun anasının yanına gəlməyə imkanı olmamışdır. Anaları vəfat edəndən sonra o bacısı ilə razılaşmışdır ki, hal hazırda Rusiyada olan qardaşları Aydın gəldikdən sonra mirasın sənədləşdirilməsi ilə məşğul olarlar. Elladanın mənzilə heç bir aidiyyəti olmamışdır. O 1997-ci ildə ərə getdikdən sonra həmin evə gəlməmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-413/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-c i il tarixli 2(032)1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, Cavabdeh2 və X16 miras açıldıqdan sonra Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində nə mirası qəbul etdiyindən, nədə ki,ondan imtina etdiyindən Mülki Məcəllənin 1262-ci maddəsi maddəsi tətbiq edilməklə onlara çatası pay (hər birinə 1/4pay) qanun üzrə vərəsəliyə çağırılmış digər vərəsələr X8 və Əfəndiyeva (Qruşina) z İsmayıl qızının paylarına əlavə edilməklə onların miras əmlakda hər birisinin ½ payı müəyyən edilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdi kləri, yəni iddiaçının və anası xxxnın mirası qəbul etməmələri iş materialları, işdə olan sübutlarla təsdiq olunmur. İddiaçı anası X11 xx.xx.2020-ci ildə vəfat edəndən sonra qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müracət etmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1146, 1159.1.1, 1243.2, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras əmlakın qəbulu ilə əlaqədar həm mərhum Sevtlana Əfəndiyeava, həm də X29 şəhər Notariat Kontoruna müraciət etmişlər. Notariat Kontoru tərəfindən hər ikisinə imtina verilmişdir. Hər iki imtina məhkəmə qaydasında mübahisələndirilmişdir. Lakin hüquq üzrə mübahisə yarandığından Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinin tələblərinə uyğun olaraq hər iki iddia baxılmamış saxlanılmışdır. Belə olan halda Şirvan şəhər Notariat Kontorunun imtinaları qanuni qüvvədə olduqlarından hazırkı iddia ilə mübahisəli əmlakın tələb olunması istisna olunur. Lakin işə baxan məhkəmələr bu halı, həmçinin Mülki Məcəllənin 1243.2-ci maddəsində göstərilən hərəkətlərin heç birinin iddiaçının anası Svetalana Əfəndiyeva tərəfindən 14 il ərzində edilməməsini nəzərə almamışlar. Məhkəmələr qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, m übahisə Cavabdeh2 hüquqlarına toxunduğu halda onun iştirakı olmadan işə baxmış, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(106)-413/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik ( ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

26. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

27. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

28. Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

32. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

33. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər d axilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262ci və 1263-cü maddələri tətbiq edilir.

34. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

35. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnaməni n qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, qanunverici mirasın qəbulunun iki qaydasını müəyyən etmişdir: mirasın faktiki qəbulu və mirasın notariat orqanına ərizə verməklə qəbul edilməsi. Mirasın fakitiki qəbulu vərəsənin mirasa faktiki sahiblik etməsi ilə qəbul edilmiş sayılır.

47. Apellyasiya instansiyası məhkəməsi mirasın qəbulu ilə bağlı işin hallarını araşdırarkən qeyd etmişdir ki, miras qoyan X13 xx.xx.2007-ci ildə vəfat etməsi ilə miras açıldığından sonra birinci növbədə qanun üzrə vərəsə lik zamanı X8 və X7 hərəkətləri ilə miras əmlakı faktiki qəbul etdikləri müəyyən olunur.

48. Qeyd edilməlidir ki, cavabdehin özünün apellyasiya şikayətində göstərdikləri də iddiaçının anasının miras açıldıqdan sonra miras əmlaka sahibləndiyini, bir müddət sonra miras əmlakın kirayə verildiyini və kirayədən əldə olunan məbləğin onlar arasında bölündüyünü qeyd etmşdir. İddiaçının özünün isə anasının vəfatından sonra miras əmlakın qəbul edilməsi ilə rəsmi olaraq müraciət etməsi işin mübahisəsiz halıdır.

49. Kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının anası miras açıldıqdan sonra miras əmlakdan istifadə etməklə sahibliyinə almış və Mülki Məcəllənin 1255-ci maddəsinin tələbi baxımından qəbul edilmiş mirasın ona düşən pay hissəsi açıldığı gündən onun mülkiyyəti s ayılır. İddiaçı isə öz anasının vərəsəsidir və o da mirasın qəbulu üçün rəsmi müraciət etmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, miras qoyanın baxılan iş üzrə mübahisə tərəfləri olan vərəsələri miras açıldıqdan sonra müəyyən olunmuş müddətlər daxilində mirası faktiki qəbul etmişlər, bu halda miras əmlak qəbul edilən həddə onlara məxsus hesab edilir. Bu vəziyyətdə isə mirasının qəbulu ilə bağlı müddətlərin hazırkı mübahisəyə tətbiqi yolverilən hesab edilə bilməz. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər ziddiyyətli olmaqla işin araşdırılmış halları ilə təkzib olunur.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındak ı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 4N, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-413/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar