Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3616/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı “Torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(107)-167/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Zaqatala rayon Aqrar islahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X7, İddiaçı1 və İddiaçı2a 9113 kv metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmış, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla əsasən həmin torpaq sahəsi payları bərabər olmaqla mülkiyyət hüququ üzrə onların adına dövlət qeydiyyatına alınmışdır.
2. AN-İ ******* nömrəli, 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7, İddiaçı1 və İddiaçı2 verdikləri etibarnamə əsasında onlanı adından çıxış edən Nümayəndə ümum i mülkiyyətdə olan Zaqatala rayonun Aşağı Tala kəndi ərazisində yerləşən 0,9113 ha torpaq sahəsini öz arvadı Cavabdeh2 satmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestridə dövlət qeydiyyatına alınmamış və adına reyestrdən çıxarış verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı “Torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla Cavabdeh2 arasında bağlanmış AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddiaçılar tələbi ni onunla əsaslandırmışdır ki, 2021-ci ildə mübahisəli torpaq sahəsinin naturada bölünməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, lakin ekspertlər X5 gəlib ölçü işlərini aparmaq istədikdə onlara həmkəndliləri Cavabdeh2 yaxınlaşaraq həmin torpaq sahəsini 1500 manata aldığını bildirmiş və Daşınmaz Əmlakın alqı-satqısına dair müqaviləni göstərmişdir. Onlar özlərinə məxsus torpaq sahəsini heç kimə satmamış, onu cavabdehə icarəyə vermişlər. Cavabdeh isə qannusuz olaraq torpaq sahəsini adına sənədləşdirmişdir. Alqı-satqı müqaviləsində onlara məxsus torpaq sahəsinin 2017-ci ildə 1500 manata satılması qeyd olunur. 0,9113 ha torpaq sahəsinin qiyməti 15000 (on beş min) manat təşkil edir. Ona görə də, tərəflərindən həmin torpaq sahəsinin satılması inandırıcı deyil. İddiaçı1 həmin torpa q sahəsinin icarəyə verilməsi məqsədi ilə qardaşı olan Cavabdeh3 etibarnamə vermişdir, lakin həmin torpaq sahəsinin alqı-satqısına razılıq verməmişdir. Əgər alqı-satqı müqaviləsi qanuni və əsaslı olsaydı, 1500 manat pul banka depozit hesabına köçürülməli idi və onlar pulu bankdan almalı idilər. Alqı-satqı müqaviləsi 13 iyul 2017-ci il tarixdə baş tutsa da, onlar həmin torpaq sahəsinə 2020-ci ildə DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsindən X6 çıxarış almışlar. Halbuki, alqı-satqı müqaviləsində qeyd olunur ki, alqı-satqı müqaviləsinin 1 nüsxəsi DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilir.
5. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, X7, İddiaçı1 və İddiaçı2 verdikləri etibarnamə əsas ında X2 adından etibarnamə əsasında Nümayəndə, İddiaçı1 Mövlud qızının adından Cavabdeh3 və İddiaçı2 adından Nümayəndə notariat ofisinə gələrək iddiaçıların və X3 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9113 ha torpaq sahəsini Cavabdeh2 satmaq istədiklərini bildirmişlər və o, sənədləri araşdıraraq buna razılıq vermişdir. Mübahisələndirilən AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi notariat kontorunda bağlanaraq notarial qaydada təsdiq edilmiş və o müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etmişdir. İddiaçıların tələbləri əsassızdır. Notariat əməliyyatı qanunvericiliyə uyğun olaraq düzgün aparmışdır.
6. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərə k göstərmişdir ki, o, iddiaçılara məxsus torpaq sahəsini 2017ci ildə satın almış və bu barədə Zaqatala rayonu 2 saylı Notariat Ofisində alqı-satı müqaviləsi bağlnamışdır. Həmin torpaq sahəsini o, 2500 manata almış və həmin puldan 1500 manatı X4, 1000 manatı isə İddiaçı1 vermişdir.
7. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərmişdir ki, İddiaçı1 onun bacısı, İddiaçı2 isə bacısı qızıdır. İddiaçılara məxsus torpaq sahəsi Cavabdeh2 icarəyə verilmişdir. İddiaçılar həmin torpaq sahəsini satmaq niyyətində olmamışlar. 1 hektar torpaq sahəsinin qiyməti 1500 manata olmur. Cavabdeh3 oxuya və yaza bilmir və o, notariat ofisində müqavilənin məzmununu başa düşmədən imzalayıb. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin 2(033)-765/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia rədd edilmişdir.
9. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilməmiş, həmin müqavilə iştirakçıların iradə ifadəsinin müvafiqliyinə, habelə müqavilənin formasına riayət etməklə bağlanmış və bu müqavilənin etibarlığını şübhə altına alacaq hal müəyyən edilməmişdir.
10. Məhkəmə iş üzrə Cavabdeh3 nümayəndəsi X9 ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, Cavabdeh3 Mövlud oğlu notariat kontorunda alqı-satqı müqaviləsini imzalayarkən notarius tərəfindən səlahiyyətləri yoxlanıldıqdan sonra nəyə imza atdığı barədə xəbərdar edilmiş, müqavilənin üzə rində daşınmaz əmlakın alqı-satqısı müqaviləsi yazıldığını aşkar surətdə görmüşdür, belə ki, müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi bütün proses iştirakçılarına təqdim edilir. İcarə müqavilə bağlamaq istəyən şəxsin notariat kontorunda aldadılaraq alqı-satqı müqaviləsinə imza etdirmək məhkəmə tərəfindən inandırıcı hesab olunmur. Bundan başqa, iddiaçı aldadılaraq alqı-satqı müqaviləsinə imza etdiyini bildirsə də, 2017-ci ildən bir dəfə də olsun özünə məxsus torpaq sahəsinə getməmiş, icarə haqqının ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etməmişdir, bu barədə tərəflər arasında hər hansı bir söhbətin olmasını təsdiq edən şahid göstərə bilməmişdir.
11. Məhkəmə iddiaçının alqı-satqı müqaviləsi bağlanarkən pulun mütləq olaraq depozitə qoyulmalı olmasına dair dəlilinə də tənqidi yanaşara q qeyd etmişdir ki, bu barədə notariusa yazılı surətdə heç bir müraciət olmamış, notariat hərəkətlərinin aparılmasına dair təlimata əsasən isə 5500 manatdan yuxarı məbləğdə aparılan alqı-satqı müqavilələrinə dair işlər üzrə pulun depozitə qoyulması nəzərdə tutulmuşdur.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2 və 354.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti belə əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi hüquq və prosessual hüquq normaları pozulmuşdur, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Qətnamə qəbul edilərkən 2017-ci ildə və hal-hazırda 0,9113 ha kən d təsərüfatı təyinatlı torpaq sahəsinin içərisində fındıq topaları olan bağın faktiki satış qiyməti 2017-ci ildə 15000 manat, 2021-ci ildə isə 20000 manat olmasının, alqı-satqı müqaviləsində həmin torpaq sahəsinin və fındıq bağının 2000 manata satılmasına dair cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin dəlillərini yoxlamadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin tərəflərin izahatlarında göstərdikləri hallar məhkəmə tərəfindən araşdırılmamış, iddiaçıların izahatlarına düzgün hüquqi qiymət verilməmiş, torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarış olduğu halda əsassız olaraq hüquqları bərpa olunmamışdır.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəç i), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin olunmuş, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab olunması, etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatının İddiaçı1, 500 manatının isə üçüncü şəxs X1 alınaraq Cavabdeh2 ödənilməsi, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə X7, İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış 0,9113 ha torpaq sahəsinin Cavabdeh2 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X4 qaytarılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə X3 və İddiaçı2 verdiyi etibarnamə ilə Nümayəndə ididaçılara məxsus torpaq sahəsini arvadı Cavabdeh2 satmaqla özü-özünə müqavilə bağlamış ki, bu da yol verilməzdir, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmiş, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 2017-ci ildən iddiaçılar bilirdilər ki, torpaq sahəsi etibarnamə əsasında satılmışdır. 2017-ci ildən də iddia qaldırılana qədər də mübahisəli torpaq sahəsindən o istifadə etmişdir. Lakin buna baxmayaraq id diaçılar 4 il sonra hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, Nümayəndə Rafael oğlunun cavabdeh qismində prosesə cəlb olunmadığını nəzərə almamış və hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Nümayəndə bütün mülkiyyətçilərin razılığı ilə əqdə imza etmişdir. Mülkiyyətçilərdən X7 məhkəmədə dindirilmiş, həmçinin məhkəməyə məktub vasitəsilə müraciət edərək bildirmişdir ki, o və digər mülkiyyətçilər torpaq sahəsini Cavabdeh2 satmışdır, bu barədə iddiaçıların 2017-ci ildən məlumatı var. Cavabdeh2 qarşı heç bir tələbi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
19. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
20. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
21. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
22. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
23. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
24. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən ə qdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində məhkəmə aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. İddiaçıların verdiyi etibarnamə əsasında Nümayəndə arvadı Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsini arvadına satması işin mübahisəsiz halıdır.
42. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin müqavilə Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinə zidd olaraq, təmsilçinin şəxsən özü barəsində bağladığı əqddir.
43. Mülki Məcəlləyə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz (§21). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (§25).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlər in etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
45. Odur ki, formal mülahizələrdən ibarət kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.