Məhkəmə qərarları › İş №2(102)-3617/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3617/2022

09.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3617/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: cavabdehin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Şirkəti Cavabdeh qarşı “cavabdehin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməs i və ərazinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-245/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 1107 saylı, 03 avqust 2000-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prokurorluğunun 18/49 saylı, xx.xx.2000-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7 mk/rayon, ev 12, mənzil 3-də yaşayan vətəndaş Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Sulu-Təpə qəsəbəsi ərazisində, əlavə edilmiş cizgi əsasında 600 kv/metr ölçüdə torpaq sahəsi ayr ılmışdır.

2. Cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evini inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin vaxtdan həmin tikilidə yaşamışdır.

3. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-58/2017 saylı, 15 mart 2017-ci il tarixli qərardadına əsasən İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Cavabdeh işə cəlb edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin Cavabdeh istifadəsinə torpaq sahəsinin ayrılması barədə 1107, xx.xx.2000-ci il tarixli sərəncamın etibarsızlığı və sərəncamda qeyd edilən torpaq sahəsinə dair Cavabdeh bütün hüquqlarının ləğv olunduğunun tanınmasına dair iddia tələbi qeyri-mümkün sayılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2017ci il tarixli, 21(103)-1312/2017 sayl ı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)56/2017 saylı, iş üzrə 15 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmış, İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Şirkəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxardılaraq, cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh şirkətin saziş ərazisi hüdudları daxilində iddia tələbində göstərilən ünvan da lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti inşa etmişdir. Halbuki, həmin torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 901-İİQD №li, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004cü il tarixli, 296 №-li Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququ vardır. Həmin tikinti şirkətin qanunla qorunan hüquqlarını pozur.

7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, həmin torpaq sahəsi ona uzun müddət prokurorluqda texniki işdə qüsursuz fəaliyyətinə görə Azərbaycan Respublikası prokurorluğunun müraciəti əsasında Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə ayrılmışdır. O, öz ailəsi ilə birgə 18 ilə yaxındır ki, mübahisəsiz qaydada həmin ünvanda yaşayır. Həmçinin, iddiaçı həmin sərəncamın ləğv olunması barədə məhkəmədə iddia qaldırsa da müvafiq İnzibati İqtisad Məhkəməsi həmin sərəncamın ləğvi barədə iddianı qeyri-mümkün hesab etmişdir. Beləliklə, o, hesab edir ki, həmin torpaq sahəsi ona qanuni əsaslarla ayrıldığından və torpağın ayrılmasına dair sərəncam qüvvədə olduğundan iddia rədd olunmalıdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Rzayev) iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

9. Məhkəmə müəyyən etmişdir ki, həmin torpaq sahəsi cavabdehə sərəncam əsasında 2000ci ildə ayrılmışdır. Həmin vaxtdan, 5 il sonra iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 901-İİQD №-li, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 №-li Sərəncamı əsasında iddiaçıya ayrılmışdır. Həmin qanunla torpaqların yalnız İddiaçı şirk ətinin müstəsna istifadə hüququ verildiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin torpaq sahəsi daha əvvəl iddiaçının istifadəsinə verildiyindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektik hüququ mövcud deyildir.

10. Məhkəmə hesab etmişdir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Qeyd edilənlərdən əlavə olaraq məhkəmə nəzərə alır ki, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin cavabdeh ailə üzvləri il ə birgə özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin orada yaşamalarına nəinki maneçilik törədilməmişdir, əksinə ondan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafıq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafıq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur. Vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki o laraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi məhkəməyə görə Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir.

11. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4, 158., 164.1, 164.2, 165.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 49.2, Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev) 31 yanvar 2019-cu il tarixli 2(103)1474/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehin iddiaçının saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması qət edilmişdir.

14. İşin müəyyən edilmiş halına görə, Cavabdeh Sulu Təpə qəsəbəsində (Xocahəsən-Lökbatan yolu) fərdi yaşayış evi inşa etmişdir və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi koordinatları iddiaçının istifadəsinə ayrılmış sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin hüdudları daxilindədir.

15. Bu xüsusat apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyi, həm də iş materiallarındakı digər sənədlərlə təsdiq olunmuşdur; mübahisəsi gedən tikilinin yerləşdiyi torpaq sahəsinin ona Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında verildiyi barədə cavabdehin arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X2.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Bu o deməkdir ki, sözügedən sərəncam artıq hüquqi qüvvəsini itirmişdir və ona istinadən iddiaçı şirkətin iddia tələbini təmin etməmək mümkün deyildir.

16. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, yuxarıda da göstərildiyi kimi, apellyasiya baxışı zamanı cavabdehin inşa etdiyi fərdi yaşayış evinin qanunsuz tikili olmaqla onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahələrinin sərhədi daxilində yerləşdiyi müəyyən edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 68, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rəd d edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər G.Quliyev - sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və T.Qoldman) 2(102)-6815/2019 saylı, 05 dekabr 2019cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir.

21. Qərarda göstərilmişdir ki, işin mübahisələndirilməyən hallarına əsasən mübahisəli torpaq sahəsi cavabdehə Binəqədi rayon İcra Hak imiyyətinin 03 avqust 2000-ci il tarixli sərəncamı əsasında ayrılmışdır. Cavabdeh torpaq sahəsi ona ayrıldığı vaxt iddiaçının hazırda sökülməsini mübahisələndirdiyi fərdi yaşayış evini inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin vaxtdan həmin tikilidə yaşamışdır. Cavabdeh həmin torpaq sahəsindən uzun müddət maneəsiz şəkildə istifadə etmiş, inşa etdiyi tikiliyə su, qaz və elektrik xətləri çəkdirməklə həmin xidmətlərə görə ödənişlər etmişdir. Ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci səhifəsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Kon stitusiyasının 43, Mülki Məcəlləsinin 27-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Tanrıverdiyev sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) 14 avqust 2020-ci il tarixli 2(103)2720/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. İşə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə istinad edərək kollegiya müəyyən etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinin daha əvvəl iddiaçının istifadəsinə verilməsi səbəbindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir.

25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Bu da cavabdehi həmin yaşayış sahəsindən iddiaçı tərəfindən məcburi çıxarılmasını istisna edir.

26. Məhkəmə hesab etmişdir ki, cavabdehin sözügedən yaşayış sahəsindən çıxması maddi hüquq normaların tələblərinə zidd olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilməməl i və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2, Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4, 158, 164.1, 164.2, 165.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 49.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirkətin qanuni iddia tələbinin təmin edilməsi üçün Şirkət tərəfindən əsaslı dəlillər təqdim edilsə də, iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən Şirkətin xeyrinə müvafiq rəy verilsə də və bütün instansiyalarda iddianın təmin edilməsi üçün zəruri olan hallar sübuta yetirilsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyri-qanuni əməlinə hüquqi don geyindirməklə qərəzli olaraq Şirkətin ziyanına qətnamə qəbul etmişdir. Həmçinin, işə apellyasiya məhkəməsi tərəfindən baxılarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iddianın əsaslılığına dair təqdim etdiyi rəyini nəzərə alınmamışdır. Halbuki, rəydə qeyd olunur ki, “elektron baza məlumatlarına əsasən iddia olunan mişar daşı ilə hasarlanmış mübahisələndirilən torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla ARDNŞ-nin daimi istifadəsində olan (İddiaçı əməliyyat şirkətinə aid) ərazinin hüdudları daxilində yerləşir və sözügedən torpaq sahəsi Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir”. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinin ona məxsus olmasını əsaslandırdırğı yeganə dəlili olan Binəqədi Rayon İcra Hakimiyyətinin 1107 saylı, xx.xx.2000-ci il tarixli sərəncamının da müvafiq məhkəmə aktı əsasında öz hüquqi qüvvəsini itirməsinə göz yummuş və İcra Hakimiyyətinin həmin sərəncamına istinad etməklə mübahisəli torpaq sahəsinin Cavabdeh sahibliyi və istifadəsində olmasını bildirmişdir. Halbuki, Şirkət tərəfindən iş materialına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103) 1312/2017 saylı qərardadından da gö ründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin 1107 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-11 QD nömrəli Qanununun 4 və 5-ci bəndlərinə əsasən öz qüvvəsini itirmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva - sədrlik edən və məruzəçi, E.Şamayev və A.Abbasov) 2(102)-1438/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

31. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin daha əvvəl iddiaçının istifadəsinə verilməsi səbəbindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun möv cud olmaması barədə apellyasiya məhkəməsinin qənaəti əsassız olmuşdur.

32. Həmçinin, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqlarının olması, cavabdehin həmin yaşayış sahəsindən iddiaçı tərəfindən məcburi çıxarılmasını istisna etməsi ilə bağlı mövqeyini məhkəmə kollegiyası əsassız hesab edir.

33. Belə ki, bu mövqe Mülki Məcəllənin 180.4-cü maddəsinə ziddir. Cavabdehin inşa etdiyi fərdi yaşayış evi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma v ə tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğu hesab olunur. Həmin evin inşa edildiyi torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsidir və neft-qaz əməliyyatlarının aparılması üçün iddiaçının istifadəsinə verilmişdir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində cavabdehin və onun ailə üzvlərinin yaşaması da təhlükəli olub-olmamsı məhkəmələr tərəfindən araşdırılmamışdır.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 68, Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, N.Cəfərov və X.Sarıyev) 08 fevral 2022-ci il tarixli 2(1 03)-245/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin olunması qət edilmişdir.

36. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin daha əvvəl cavabdehin istifadəsinə verilməsi səbəbindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verildiyindən, cavabdeh həmin sahədən faktiki olaraq istifadə etdiyindən, orada tikili inşa etdiyindən iddiaçının qanuni hüquq və mənafeyinin uyğun deyildir, bu səbəbdən də iddiaçı hazırki iddi anı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

37. Hazırkı apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/29935 nömrəli ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan tikilinin yerləşdiyi ərazidə qaz kəmərinin mövcud olduğu və həmin qaz kəmərindən mübahisəli tikiliyə qədər olan məsafənin 15,80 metr olduğu müəyyən olunur, mübahisəli predmeti olan tikilinin inşa edildiyi ərazinin hüdudları daxilində neft quyusu aşkar olunmamışdır, mübahisəli predmeti olan yarımçıq tikilinin uzunluğu 11,30 metr, eni 10,50 metr təşkil edir.

38. Belə ki, ekspert rəyi ilə təsdiq olunur ki, mübahisəli tikili qaz kəmərinin mühafizə zonasında yerləşir, orada tikilmiş yarımçıq tikili qanunvericili yin tələblərinə əsasən özbaşına tikili hesab edilir.

39. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Torpaq Məcəlləsinin 46, 68, Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmadığını qeyd etsə də, öz qətnaməsini əsaslandıra bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin coğrafi koordinatları i ddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olduğunu qeyd etməklə və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad etməklə heç bir hüquqi mövqeyi göstərməmişdir.

42. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29, 33, Mülki Məcəllənin 152.1, 152.3, 152.4, 152.5, Mülki Prosessual Məcəlləsinin 9.3, 390, 392.2, 416.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi

44. Maddə

46. Dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, d övlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

45. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

47. Maddə 180.2. Öz başına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

48. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Mə hkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhk əmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol vermə mişdir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)245/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar