Məhkəmə qərarları › İş №2(102)-3618/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3618/2022

19.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3618/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X21 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X21 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasdan imtina barədə ərizələrin etibarsız hesab olunması və vərəsə kimi tanınma” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 5)-3047/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən verilmiş X6 Reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" sahibkar, istehsal, ticarət, kommersiya müəssisəsi xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır, təsisçisi X17 olmuşdur. 10 may 2006-cı il tarixli müqaviləyə əsasən Sabir İskəndərov "xxxx" müəssisəsinin təsisçilik hüquqlarını X21 vermiş, 22 may 2006-cı il tarixdə isə müəssisə təşikilati hüquqi forması dəyişilmklə 100 faiz paya malik X18 adına "xxxx" məhdud məsuliyyətli cəmiyyəti kimi qeydiyyata alınmışdır.

2. Şamaxı rayonu XDS İcraiyyə Komitəsinin 30 sentyabr 1992-ci il tarixli 31 saylı iclasın protokol qərarı ilə Şamaxı rayon İctimai iaşə Müəssisələr Birliyinə içməli suyun qablaşdırılması sexinin inşası üçün Şamaxı rayonu Çuxuryurd kolxozu ərazisindən 0,5 ha torpaq sahəsi ayrılmışdır.

3. Şamaxı rayon İctimai iaşə Müəssisələr Birliyi ilə "xxxx" sahibkar müəssisə arasında 05 may 1993-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Birliyin məxsus tikilməkdə olan içməli suyun qablaşdırılması sexi yarımçıq tikili "xxxx" sahibkar müəssisəyə satılmışdır.

4. İçməli suyun qablaşdırılması sexinə aid tikililərə "xxxx" sahibkar müəssisəyə mülkiyyət hüququ 21 sentyabr 1999-cu il tarixdə verilmiş 05 saylı Qeydiyyat vəsiqəsinə əsasən dövlət qeydiyyatına alınmışdır.

5. Sexin yerləşdiyi 0,5 ha torpaq sahəsi isə Çuxuruyurd bələdiyyəsinin 03 mart 2001-ci il tarixli 03 saylı qərarına əsasən bələdiyyə ilə "xxxx" MMC-nin sədri arasında bağlanmış 26 noyabr 2001-ci il Torpaqların alqı-satqısına dair Aktla sonuncuya satlımış, alqı-satqı müqaviləsi Şamaxı rayon Torpaq şöbəsində 21 noyabr 2001-c il tarixdə 47 sayı ilə qeydə alınmışdır.

6. KOD 41017018 olan, JN 0458 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına görə Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 03 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə X1 0,50 ha torpaq sahəsi onun təsisçisi olduğu "xxxx" müəssisəsinin adına rəsmiləşdirilmişdir.

7. Şamaxı rayon Dövlət notariat kontorunda 07 dekabr 2004-cü il tarixdə təsdiq edilərək 4Ə/3/499 sayla reyestrdə qeydə alınmış müqaviləyə görə X17 yeganə təsisçisi olduğu "xxxx" müəssisəsinə məxsu s Şamaxı rayonu Çuxuryurd kəndində 4928 kv metr torpaq sahəsində yerləşən, 1994-cü ildə tikilimiş, ümumi sahəsi 167,8 kv metr, yaşayış sahəsi 99,8 kv metr olan doqquz otaqlı, divarı mişar daşı, üst örtüyü şiferdən ibarət olan qeyri yaşayış binaları olan su qablaşdırma sexinin binasını və donuz damının binasını X21 bağışlamışdır.

8. Sabirabad Cavabdeh2riusu tərəfindən 15 avqust 2020-ci il tarixdə təsdiqlənmiş müqaviləyə əsasən X24 özünə məxsus olan "xxxx" MMC-nin 2 paydan ibarət 100 faizlik təsisçilik payını arvadı X4 bağışlamışdır.

9. KOD 41017018 olan, JN 0434 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına görə Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 27 fevral 2001-ci il tarixli, 02 saylı qərarı ilə satılmış 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 adına 16 may 2006-cı il ta rixdə dövlət qeydiyyatına alınmışdır.

10. ƏMDK yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 30 yanvar 2014-cü il tarixldə verilmiş RX Seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi ev 17, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsində istifadədə olan 0,024340 ha torpaq sahəsində yerləşən 39 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X12 adına dövlət qeydiyyatına alınmışdır. 11. 16 sentyabr 1058-ci ildə verilmiş 1-İE 149352 nömrəli Nikahın bağlanması haqqıında Şəhadətnaməyə görə X17 ilə İsgəndərova(Sədirova) Fəridə Əbil qızının nikahı qeydiyyata alınmışdır.

12. Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinə görə 1992-ci il buraxılışlı, VAZ-2121 markalı **-EP-*** markalı avtomaşın X13 adına qeydiyyata alınmışdır.

13. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X17 xx.xx.2007-ci il tarixdə, X22 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür.

14. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı xx.xx.1959cu il tarixdə anadan olmuşdur, X5, anası X15r, X24 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur, X5, anası X15r.

15. İddiaçı Şamaxı rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 31 iyul 2013-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş atası X2 qalan miras payından ibarət olan əmlakı qəbul etməmiş və etmək fikrində deyildir, odur ki, bütün əmlakdan əl çəkir, mirasın qəbulu müddətinin uzadılması barədə müraciət etməyəcəkdir.

16. Şamaxı rayon Dövlət notariat kontorunda 20 fevral 2014-cü il t arixdə rəsmiləşdirilmiş 2v-26 saylı Notariat işindən görünür ki, miras qoyan X14r, onun 3 nəfər birinci növbədə vərəsəsi-arvadı Fəridə İsgəndərova, qızı İddiaçı və oğlu Əbil İskəndərov qalmışdır, miras əmlak Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi ev 17, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsində istifadədə olan 0,024340 ha torpaq sahəsində yerləşən 39 saylı fərdi yaşayış evidir. X10 və İddiaçı mirası qəbul etməmələri və etmək fikrində olmamaları, bütün əmlakdan əl çəkmələri barədə notariusa ərizə vermişdir. Miras qoyana məxsus olmuş Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsində istifadədə olan 0,024340 ha torpaq sahəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dair vərəsə X19 20 fevral 2014-cü ildə Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmişdir.

18. ƏMDK yanında D aşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 27 dekabr 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi ev 17, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsində istifadədə olan 0,024340 ha torpaq sahəsində yerləşən 39 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X18 adına dövlət qeydiyyatına alınmışdır

19. Şamaxı rayon Dövlət notariat kontorunda 16 sentyabr 2013-cü il tarixdə rəsmiləşdirilmiş 2v-176 saylı Notariat işindən görünür ki, miras qoyan X14r, onun 3 nəfər birinci növbədə vərəsəsi-arvadı Fəridə İsgəndərova, qızı İddiaçı və oğlu Əbil İskəndərov qalmışdır, miras əmlak KOD 41017018 olan, JN 0434 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasə n 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. X10 və İddiaçı mirası qəbul etməmələri və etmək fikrində olmamaları, bütün əmlakdan əl çəkmələri barədə notariusa ərizə vermişdir. Miras qoyana məxsus olmuş Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsinə dair vərəsə X19 16 sentyabr 2013-cü ildə Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmişdir.

20. Şamaxı rayon Dövlət notariat kontorunda 07 fevral 2018-ci il tarixdə rəsmiləşdirilmiş 2v-46 saylı Notariat işindən görünür ki, miras qoyan X20r, onun 2 nəfər birinci növbədə vərəsəsi- qızı İddiaçı və oğlu Əbil İskəndərov qalmışdır, miras əmlak 1992ci il buraxılışlı, VAZ-2121 markalı **-EP-*** markalı avtomaşındır. Vərəsə İddiaçı mirası qəbul etməməsi və etmək fikrində olmaması, bütün əmlakdan əl çəkməsi barədə no tariusa ərizə vermişdir. Miras qoyana məxsus olmuş VAZ-2121 markalı **-EP-*** markalı avtomaşına dair vərəsə X19 07 fevral 2018-ci ildə Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş mirasdan imtina barədə ərizələrinin etibarsız hesab edilməsi, X5ndan və anası X9 miras qalan Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı evə və xx.xx.1993-cü il tarixli Şamaxı rayon İctimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən Suyun qablaşdırılması sexi və həmin sexin tikintisi üçün ayrılmış və son radan Çuxuryurd bələdiyyəsi ilə X17 arasında bağlanmış 03 mart 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsinin adına sənədləşdirilmiş 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2007-ci il tarixdə vəfat etmiş X5nun və xx.xx.2016-cı il tarixdə vəfat etmiş anası X13 tam hüquqlu vərəsəsi kimi tanınması, Şamaxı rayon Dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş İddiaçı atasından və anasından miras qalmış əmlakdan imtina etməsi barədə ərizələrinin etibarsız hesab edilməsi, 07 dekabr 2004-cü il tarixdə bağlanmış Şamaxı rayon Dövlət notariat kontorunda 4Ə/3 /499 reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun hüquqi nəticələrinin ləğv edilməsi, Sabirabad rayonunun Cavabdeh2riat ofisində 15 avqust 2020-ci il tarixli, 3M-249 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, Su qablaşdırılan sex kimi fəaliyyət göstərən "xxxx" müəssisəsiyə, onun ətrafında olan torpaq sahələrinə, üzərində olan tikililərə və xx.xx.2016-cı il tarixdə vəfat etmiş anası X9 miras qalmış ünvan 1 evə münasibətdə İddiaçı iki də bir hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X5 və anası X13 yeganə övladı olmuşdur. Atası və anası onun oğlu Əbili övladlığa götürmüş və bundan sonra qanuni olaraq oğlu Əbil və özü valideynlərinin yeganə vərəsələri olmuşlar. X3 məxsus əmlaklar Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı ev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, xx.xx.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 1,5142 ha torpaq sahəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, xx.xx.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 3,4866 ha torpaq sahəsi, xx.xx.1993-cü il tarixli Şamaxı rayon ictimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsi arasında bağla nmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış, sonradan Şamaxı rayonu "xxxx" sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X17 arasında bağlanmış 03 mart 200-ci il tarixli, 03 nömrəli “Torpaqların alqı-satqısına” dair akta əsasən isə sonnucuya aid edilmiş 0,5 ha torpaq sahəsindən ibarət olmuşdur. Bütün əmlakların idarə edilməsində atasının yeganə övladı olaraq şəxsən iştirak etmiş və maliyyəçi olduğundan atası müəssisənin idarə edilməsini belə ona həvalə etmişdir. ünvan 1 ünvanda iki ev yerləşir, indiyədək də həmin evdə qeydiyyatda olmaqla yaşayır. O, bir evdə, oğlu və sənəd üzrə qardaşı Əbil isə həmin həyətdə digər evdə qalır. X5 01 iyul 2007-ci il tarixdə vəfat etmiş, bundan sonra atasından miras qalan əmlaklardan sənədi o lan torpaq sahəsini satmaq qərarına gəlmişlər. O, notariusa zəng edərək məsləhətləşmiş və belə məsləhət olmuşdur ki, sənədləşmədə get-gəl olmaması üçün o, mirasdan imtina etsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, xx.xx.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 1,5142 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, xx.xx.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 3,4866 ha torpaq sahəsini satmaq üçün o, notariusda miras əmlakdan imtina etmiş, vərəsəliyin qəbulundan sonra torpaq sahəsi satılmış və satışdan əldə olunan məbləğ 4 hissəyə ayrılaraq anası Fəridə, o biri oğlu Sabir, o və Əbilin arasında bölünmüşdür. Yaşadıqları həyət evinin torpaq sahəsinin sənədi olsa da, evin sənədi olmamışdır. O, atasından qalan evi faktiki olaraq qəbul edərək, daim evdən istifadə etmişdir. Həmin həyətdə biri oğluna (sənəd üzərində qardaşına) aid ev və ona məxsus ev mövcuddur, bu qaydada indiyədək də həmin evlərdən istifadə edilmişdir. 16 sentyabr 2013-cü ildə atası vəfat etdikdən 6 il sonra kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmaq qərarına gəlmiş və bu işlərin tez həyata keçirilməsi üçün anası X28 Ehtibarnamə vermiş, o isə mövcud sənədlə olan miras əmlakdan imtina etmişdir ki, Əbil İskəndərov torpaq sahəsini satsın. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satıldıqdan sonra əldə edilən pul məbləği vərəsələr arası nda bölünmüşdür. Digər torpaq sahəsi üzərində olan evlər isə qarşılıqlı razılıq əsasında hərəyə biri olmaqla faktiki olaraq aralarında bölmüşlər. Bundan əlavə, Çuxuryurdda olan su sexləri yerləşən torpaq sahəsi və restoranın çıxarışı olmadığından faktiki olaraq onun tərəfindən qəbul edilərək işlədilmişdir. Onun su sexini işlətməyinə dair VÖEN-də mövcuddur, yəni atasından qalan əmlaklardan faktiki olaraq imtina etməmiş, həm ona düşən payda olan ev qəbul etmiş, həmçinin Çuxuryurdda olan su sexi yerləşən torpaq sahəsi və restoranı qəbul etmişdir. Atasından qalan və anası ölməmişdən əvvəl ona şifahi şəkildə vəsiyyət etdiyi evə yenidən getmək istəyərkən evinin oğlu Əbil İskəndərov tərəfindən söküldüyünü görmüşdür. Bunun səbəbini soruşduqda Əbil İskəndərov evləri öz adına rəsmiləşdirəcəyini, onu isə faktiki qəbul etdiyi miras qalmış əmlakdan çıxardacağı ilə hədələmişdir. Bundan sonra araşdırma apararkən müəyyən etmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satarkən, atasından qalan digər torpaq sahəsinin də vərəsəliyini bütöv qəbulu və imtinası prinsipinə əsasən Cavabdeh1 adına keçirilməsinə razılıq vermişlər. Bu razılığın formal olması digər evin faktiki olaraq onun tərəfindən qəbul edilməsi və istifadə edilməsi ilə öz təsdiqini tapır. Eyni zamanda o, rəsmi olaraq həmin evdə qeydiyyatdadır və bu da evin onun əsas yaşayış yeri olmasına dələlət edir. Bundan sonra uzun müddət heç bir mübahisə olmadan həmin evdən və Çuxuryurdda olan su sexi yerləşən torpaq sahəsi və restorandan istifadə etmişlər. Notariusda vəkil sorğusu ilə digər iki vərəsəlik işinə aid olan sənədləri ala rkən məlum olmuşdur ki, Əbil İskəndərov atasının adından Ehtibarnamədə vərəsəlik işi üzrə miras əmlakın qəbul edilməsi və ya imtina edilməsinə dair xüsusi qeyd olmadan torpaq sahəsindən imtina edilməsinə dair ərizə yazmışdır. Bundan əlavə, ona artıq başqa şəxslərə çoxdan satılmış VAZ-2121 markalı avtomobili əsil sahibinin adına rəsmiləşdirmək üçün Əbil İskəndərov tərəfindən o, notariusa çağırılmış və avtomobilin həmin şəxsə satıldığı adı ilə ona bir neçə sənədə imza etdirmişlər. Göründüyü kimi, həm ilk vərəsəlik işində, həm də ikinci vərəsəlik işində onun iradə ifadəsinin ziddinə olaraq, ona ətraflı izah edilmədən vərəsəlik işi açılmış və o, faktiki qəbul etdiyi əmlaklardan oğlu tərəfindən aldadılaraq uzaqlaşıdırılma təhlükəsi ilə üzləşmişdir. İki vərəsəlik işi onun faktiki qəbul etdiyi əm lakların əlindən məqsədli şəkildə almaq üçün açıldığının göstəricisidir.

24. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ehtibar Hümbətov) İddiaçı cavabdeh X21 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizələrinin etibarsız hesab edilməsi, vərəsə kimi tanınma və miras əmlakdan ikidə bir payının müəyyən olunması barədə iddiası rədd edilmişdir.

25. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halları kimi müəyyən etmişdir ki, miras qoyan X17 ilə X13 birgə nikahından xx.xx.1959-cu il tarixdə İddiaçı anadan olmuşdur. X17 xx.xx.2007-ci il tarixdə ölmüş, ölümündən sonra qanun üzrə vərəsələri kimi arvadı X22, uşaqları İddiaçı və X24 qalmışlar. İddiaçı 31 iyul 2013-cü il t arixdə Şamaxı rayon Dövlət notariat kontorunda təsdiq edilmiş ərizə ilə müraciət edərək xx.xx.2007-ci ildə vəfat etmiş atası X2 qalan miras payından ibarət olan əmlakı qəbul etmədiyini, etmək fikrində olmadığını, bütün əmlakdan əl çəkdiyini, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəyini göstərmişdir.

26. Məhkəmə hesab etmişdir ki, iddiaçının həm xx.xx.2007-ci ldə ölmüş atası Sabir İsgəndərovdan, həm də xx.xx.2016-cı ildə ölmüş anası Fəridə İsgəndərovadan qalmış mirasdan imtina barədə yazdığı və notarial qaydada təsdiqlənmiş ərizələrin onun iradəsinə zidd olması, həmin ərizələrin mirasdan tamamilə imtina üçün deyil, miras əmlaka daxil olan torpaq sahələrinin satılmasının sadələşdirilməsi, bunun üçün artıq zaman və vəsait sərf olunmaması üçün edilməsi, mirasdan imtina bar ədə ərizələrinin hüquqi nəticələrinin ona bəlli olmaması, digər vərəsə Əbil İskəndərov tərəfindən aldadılması, atasından qalmış mirası faktiki qəbul etməsi və hal-hazırda həmin əmlakların bir hissəsinin onun sahbliyində və istifadəsində olması barədə göstərdiyi dəlilləri inandırıcı deyildir, iddiaçının iddia tələblərinin əsası kimi irəli sürdüyü dəlillər işdə olan sübutlarla öz təsdiqini tapmır, iddiaçı iddia tələblərinin əsaslarını sübuta yetirə bilməmişdir. Ona görə də İddiaçı atasından və anasından miras qalmış əmlakdan imtina etməsi barədə notarial qaydada təsdiqlənmiş ərizələrinin etibarsız hesab edilməsi, miras əmlaka, o cümlədən ünvan 1 evə münasibətdə iki də bir hissədə payının müəyyən edilməsi iddia tələbləri təmin oluna bilməz.

27. Miras qoyan X17 yeganə təsisçisi olduğu "xxxx" m üəssisəsinə məxsus Şamaxı rayonu Çuxuryurd kəndində 4928 kv metr torpaq sahəsində yerləşən, 1994-cü ildə tikilimiş, ümumi sahəsi 167,8 kv metr, yaşayış sahəsi 99,8 kv metr olan doqquz otaqlı, divarı mişar daşı, üst örtüyü şiferdən ibarət olan qeyri yaşayış binaları olan su qablaşdırma sexinin binasını və donuz damının binasını X21 bağışlaması barədə Şamaxı rayon Dövlət notariat kontorunda 07 dekabr 2004-cü il tarixdə təsdiq edilərək 4Ə/3/499 sayla reyestrdə qeydə alınmış müqavilənin və həmin müqavilədən irəli gələn nəticələrin etibarsızlığı tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin müqavilənin qanunla müəyyən edmlmiş forma və məzmununa riayət edilmiş, miras qoyan hələ sağlığında bu əmlaka dair sərəncam vermiş, aidiyyəti şəxslərin həmin sərəncama heç bir etirazı olmamışdır. İddiaçının həmin müqavilənin və müqavilənin nəticələri ilə bağlı cavabdeh Əbil İskəndərovun hərəkətləri etibarsız sayılması barədə subyektiv hüququ olmamışdır.

28. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı həm ərizələrinin, həm də notariat əməliyyatları və həmin əməliyyatların nəticələri barədə rəsmiləşdirmələri, habelə 07 fevral 2004-cü il tarixli bağışlama müqaviləsini məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddətləri üzrlü səbəblər olmadan ötürmüşdür, təkcə bu fakt iddianın rədd olunması kifayət hesab olunmalıdır.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3, 339.3, 354.2 və 375.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkə məsindəki icraat

30. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandıılrmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Qətnamə iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və iş üçün əhəmiyyətli faktlar və bunları təsdiq edən sübutlar tam və düzgün şəkildə məcmu halında mövcud qanunvericiliyə uyğun hüquqi qiymət verilməməsi ilə qəbul edilmişdir.

32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-3047/22 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər –T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov, S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X7 və X9 miras qalmış əmlakları qəbul etməkdən imtina etməsi barədə İddiaçı ərizələri tərtib edilərkən və 07 dekabr 2004-cü il tarixdə Şamaxı rayon Dövlət notariat kontorunda təsdiq edilərək 4Ə/3/499 sayla reyestrdə qeydə alınmış və 15 avqust 2020-ci il tarixdə Sabirabad rayonunun Cavabdeh2riat ofisində təsdiq edilərək 3M-249 sayla reyestrdə qeydə alınmış bağışlama müqavilələləri bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. 34.İddiaçı mirasdan imtina barədə ərizələrə, 07 dekabr 2004-cü il tarixli bağışlama müqaviləsinə dair uzun müddət hər hansı bir mübahisə açmamış, ancaq xx.xx.2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, bununla da məhkəmə qaydasında mübahisələndirmə üçün qanunla müəyyən edilmiş müddətləri də üzrlu səbəblər olmadan ötürmüşdür. 35.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 144, 178, 324.3, 339.3, 354.2, 372, 375.2, 666, 668, 1133.1, 1133.2, 1159.1.1, 1243, 1246, 1256, 125 və 1268.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 36.İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. 37.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sübutlara məhkəm ə tərəfindən tam qiymət verilməmiş, onlara istinad edilməmiş, ziddiyyətlər müəyyən edilsə də, onları obyektiv araşdırıb aradan qaldırmamış, məhkəmə araşdırmaları natamam aparılmışdır. 38.Məhkəmə proses iştirakçılarının hüquqi statusunu düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı yalnız X23 cavabdeh kimi qoymuşdur. X29 Asan Xidmət Mərkəzinin Notariat Ofisi və ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi prosesə maraqlı şəxslər kimi yox, cavabdehlər kimi cəlb edilməli idilər.

39. İş materiallarında 3 ədəd vərəsəlik dosyesində olan sənədlərdən məlum olur ki, notarius və cavabdeh Əbil İskəndərov kobud qanun pozuntuları ilə vərəsəlik işini aparmışlar və bu yolla ilə İskəndərov Əbil mirasa daxil olmayan əmlakları miras əmlakı kimi tam ələ keçirdib. Notarius bu işdə bilavasitə maraqlı olu b. Belə ki, məlum olmuşdur ki, vərəsə X13 adından cavabdeh notariusa rəsmi müraciət edib bildirib ki, anası Fəridə həyat yoldaşı miras qoyandan sonra qalan irs paydan ibarət olan əmlakı qəbul etməmişdir. Ərizənin iddiaçı tərəfindən imzalanması şübhəlidir. İddiaçıya məxsus şəxsiyyət vəsiqələrindən aydın olur ki, iddiaçının soyadı İskəndərovadır, lakin ərizədə İskəndərova yazılıb. Notarial ərizələr heç bir halda eyni nömrə ilə reyestrdə qeydiyyata alınmır. Ərizələrdən aydındır ki, yazı xətti eyni olduğundan bunları 1 nəfər hazırlamışdır və əl yazısı ilə əlavələr edib qeydlər edilmişdir. 40.Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, guya iddiaçı etiraf edib və iddia ərizəsində yazılıb ki, xx.xx.2018-ci il ərizə iddiaçı tərəfindən öz iradəsinə uyğun verilmişdir. Lakin bu tarixdə ərizə mövcüd dey ildir. Mövcüd olmayan sənəd barədə məhkəmə qətnaməsinin qəbul edilməsi qanun pozuntusudur. 41.Məhkəmə iddiaçı tərəfindən təqdim edilən notarial sənədlərin, üzərindəki yazı və imzaların saxta olub-olmaması ilə bağlı məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatəti təmin etməli idi. 42.Əlavə olaraq, baxmayaraq ki, mirasın açılması və qəbul edilməsi tarixindən artıq müddət keçsə də, iddiaçı öz miras qalmış mülkiyyəti ilə bağlı və ona gələcək gözləntiləri ilə bağlı iddia müddətini ötürməmişdir. Çünki hüququnun pozulduğunu bildiyi gün rəsmi şəkildə vəkil sorğusu əsasında vərəsəlik dosyesinin əldə etdiyi gün müəyyən edilir. Belə ki, həmin gün rəsmi şəkildə notariusdan vərəsəlik qaydasında yaşayış evinin ələ keçirilməsi müəyyən edilmişdir. Qanunvericiliyə əsasən etibarsızlıq ilə ba ğlı müüddət nəticələrin aşkar olunduğu vaxtdan hesablanır. 43.İddiaçı kassasiya şikayətini xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1, 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına, xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 2 hissələrinə, 29-cu maddəsinin 1, 2, 3 hissələrinə uyğunluğunun yoxlanılmasına dair”, xx.x x.2011-ci il tarixli “Azərbaycan Respublikası MM-nin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134, 1159 və 1246, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 55, 57, 88, 97,102, 385, 389, 414, 416, 417 və 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 44.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi 45.Maddə 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. 46.Maddə 139.1. Mülkiyyət hüququ v ə daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 47.Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanu nauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 49.Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 50.Maddə 152.4. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 51.Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 52.Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd Ehtibarsızdır. 53.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd Ehtibarsızdır. Ehtibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 54.Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq e dilir. 55.Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin Ehtibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 56.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 57.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddə tinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 58.Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 59.Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. 60.Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquq ların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə Ehtibarlıdır. 61.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 62.Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 63.Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanını ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər. 64.Maddələr 1243.1, 1243.2 və 1243.3. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığ ı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 65.Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 66.Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə b u müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 67.Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 68.Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 69.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 70.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 71.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 72.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 73.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 74.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 75.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 76.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 77.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 78.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 79.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 80.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 81.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 82.Məhkəmə proses iştirakçılarının hüquqi statusunu düzgün müəyyən edilməməsi, X34 Xidmət Mərkəzinin Notariat Ofisi və ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi prosesə maraqlı şəxslər kimi yox, cavabdehlər kimi cəlb edilməli olması barədə iddiaçının dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər, yaxud 3-cü şəxslərin cavabbeh kimi göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verə bilər. İşdən görünür ki, iddiaçının belə bir ərizəsi və ya yazılı vəsatəti olmamışdır. 83.Miras qoyan Sabir İskəndərovun vərəsəsi olan arvadı Fəridə İskəndərovanın həyat yoldaşından qalmış miras paydan imtina etməsi barədə ərizənin Fəridə İskəndərova tərəfindən yazılmaması ilə bağlı dəlilə gəldikdə isə, Fəridə İskəndərova sağlığında bu məsələni mübahisələndirməmişdir, ona görə də iddiaçının həmin hala istinad etməklə tələblərinin əsaslandırması istisna olunur. 84.Mirasın açılması və qəbul edilməsi tarixindən uzun müddət keçsə də, iddiaçının iddia müddətini ötürməməsi, vəkil sorğusu əsasında vərəsəlik işini rəsmi şəkildə əldə etdiyi tarixdən cavabdehin miras əmlak olan yaşayış evini öz adına sənədləşdirməsini bilməsi, həmin vaxtdan da hüququnun pozulduğunu bilməsi və müddətlərin axımının həmin tarixdən hesablanmalı olması barədə kassasiya şikayətinin dəlili bağlı məhkəmə kollegiyası qeyd edir ki, ididaçının özü iddia ərizəsində göstərmişdir ki, atasından qalmış torpaqların satılması zamanı mirasın həmin hissəsindən imtina barədə notariusa ərizə yazmış, bunu sənədləşmənin sadələşdirilməsi üçün etmişdir. Nəzərə alınmalıdır ki, hər hansı şərtlə və ya hər hansı müddətə mirasdan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan tamamilə imtina etmişdir. Belə olan halda kassasiya şikayətinin iddia müddətinin axımının başlanması tarixi ilə bağlı dəlili də əsassız hesab olunmalıdır. 85.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3047/2021 nömrəli mülki iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar