Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3619/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh2ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvafiq dərs yükü ilə təmin edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı X2 Cavabdeh2ə qarşı “müvafiq dərs yükü ilə təmin edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1236/2*23 saylı iş üzrə, 3 may 2*23-cü il tarixli qətnaməsindən iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Azərbaycan Beynəlxalq Universiteti tərəfindən 2**7-ci ildə “riyaziyyat və informatika ” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmiş, *1 mart 2**9-cu ul tarixdə Cavabdeh2 riyaziyyat və informatika müəllimi təyin edilmişdir.
2. İddiaçı oölu Cavabdeh2 müddətsiz əmək müqaviləsi əsasında riyaziyyat müəllimi vəzifəsində işləyir.
3. İddiaçı məcburi köçkün olmaqla Goranboy rayonunun Qaxtutu kəndində müvəqqəti qeydiyyatdadır. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə şamil edilən imtiyazlardan istifadə etmək hüququna malikdir.
4. Hazırda tərəflər arasında iddiaçının dərs saatlarının müəyyən edilməsi ilə bağlı mübahisə vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi və iddia tələbinni dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumtəhsil məktəblərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat müəyyən edildiyinə görə Cavabdeh2 üzrə tarifləşmə cədvəlinə əşasən 2*22/2*23-cü tədris ili üçün mövcud olan 3* (otuz) saat riyaziyyat dərsindən 15 (on beş) saat dərs yükü ilə təmin edilməsi, növbəti tədris illərində ixtisasına görə riyaziyyat-informatika fənni üzrə ümumi dərs saatlarının miqdarı nəzərə alınmaqla 1 (bir) stavka (18 saat) dərs yükünə münasibətdə dərs saatları ilə təmin edilməsi, tədris ilinin əvvəlindən qətnamə qanuni qüvvəyə mindiyi vaxtadək ona dəymiş maddi ziyanın əvəzi olaraq qanunsuz azaldılmış 1* (on) saat riyaziyyat dərsinə görə əmək haqqının hesablanıb ona ödənilməsi və 5* (əlli) manat mediasiya xərcinin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmaqla qeyd etmişdir ki, onun işlədiyi Goranboy rayonu Yuxarı Ağcakənd kəndində fəaliyyət göstərən Kəlbəcər rayonu 91 nömrəli tam orta məktəbində 2*17/2*18-ci tədris ilində 27 saat (fizika və riyaziyyat fənləri üzrə), 2*18/2*19-cu tədris ilində 24 saat (riyaziyyat və informatika fənləri üzrə), 2*19/2*2*ci tədris ilində 23 saat (riyaziyyat və informatika fənləri üzrə), 2*2*/2*21-ci tədris ilində 23 saat (riyaziyyat və informatika fənnləri üzrə), 2*21/2*22-ci tədris ilində *1 fevral 2*22-ci ilədək 2* saat (riyaziyyat fənni üzrə), *1 fevral 2*22-ci ildən 22 saat (riyaziyyat və informatika fənnləri üzrə) dərs yükü olmuşdur. Həmin dərs yükü məktəb direktorunun həmin illər üzrə müvafiq olaraq 1*7, 16*, 2*4, 1* və 43 nömrəli əmrləri ilə təsdiq edilmişdir. Lakin çox təəssüf ki, 2*22/2*23-cü tədris ilində onun dərs yükü məktəb direktoru tərəfindən qanunsuz azaldılaraq ona cəmi 6 (altı) saat dərs yükü verilmişdir. Bundan 5 (beş) saat ixtisası üzrə riyaziyyat dərsi, 1 (bir) saat isə fakultativ dərsdənkənar məşğələdir. 2*22/2*23-cü tədris ilində məktəbin tarif cədvəli üzrə 5-11-ci siniflərdə 6 (altı) sinif komplektləşdirilmişdir ki, hər sinif üzrə riyaziyyat dərsi 5 (beş) saat olmaqla məktəb üzrə cəmi 3* (otuz) saat riyaziyyat dərsi təsdiq edilmişdir. Məktəbdə isə cəmi 2 (iki) riyaziyyat müəllimi vardır- o və digər bir müəllim. Lakin cari dər s ilində ona cəmi 5 (beş) saat riyaziyyat dərsi verildiyi halda, digər riyaziyyat müəlliminə 25 (iyirmi beş) saat riyaziyyat dərsi verilmişdir. Bu, tamamilə qanunsuz və ədalətsiz dərs bölgüsü olmaqla onun konstitusion hüquqlarının kobud surətdə pozulmasıdır. Bu qanunsuz bölgü ilə bağlı məktəb direktoru onu bəhanə gətirmişdir ki, onun diaqnostik qiymətləndirmə balı digər riyaziyyat müəlliminin diaqnostik qiymətləndirmə balından aşağıdır. Qanunvericilikdə isə diaqnostik qiymətləndirməyə görə əsas dərs yükünün müəyyənləşdirilməsi nəzərdə tutulmamışdır. Ona verilmiş dərs yükünə görə isə əmək haqqı: 5 (beş) saat riyaziyyat dərsinə görə - 185 manat və 1 (bir) saat dərsdənkənar məşğələyə görə 37 (otuz yeddi) manat olmaqla cəmi 222 (iki yüz iyirmi iki) manat təşkil edir. Bu da ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından aşağıdır. Halbuki, onun 2*17-2*21-ci tədris ilində əmək haqqı 8** (səkkiz yüz)-13** (min üç yüz) manat civarında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2*1*-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin üçüncü abzasına əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Qərar normativ hüquqi aktdır və icrası bütün işəgötürənlər tərəfindən məcburidir. Həmin Qərarda dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnosti k qiymətləndirilməsi aparılmış müəllimlərin istisna edilməsi öz əksini tapmır, yəni diaqnostik qiymətləndirmədə iştirak etməyən və ya iştirak edən, habelə qiymətləndirmə balı çox və ya az olan müəllimlərə dərs yükü ilə bağlı fərq nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əgər o, 5 (beş) saat dərs yükü ilə təmin olunursa və əlavə olaraq ona 1 (bir) saat dərsdənkənar məşğələ verilirsə, onun aylıq əmək haqqı 222 (iki yüz iyirmi iki) manat təşkil edir. Halbuki, ölkə üzrə minimum əmək haqqı 3** (üç yüz) manatdır. “Fakultativ, fərdi və qrup məşğələləri üçün ayrılmış saatlardan istifadə barədə” Azərbaycan Respu blikası Təhsil Nazirliyinin 16 avqust 2*22-ci il tarixli 4618-43*6/16 nömrəli Təlimatının 5-ci bəndinin tələbinə görə, bütün hallarda fakultativ, fərdi və qrup məşğələləri üçün ayrılmış saatlardan müəllimlərin dərs yükü ilə təminat vasitəsi kimi istifadə olunmamalıdır. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarının tələblərinə müvafiq olaraq işlədiyi Cavabdeh2 2*22/2*23cü tədris ili üçün müəyyən edilmiş 3* (otuz) saat riyaziyyat dərsi onunla digər bir nəfər həmin riyaziyyat müəllimi arasında 1 stavka (18 saat) dərs yükünə münasibətdə bərabər bölünməli və hər biri 15 (on beş) saat dərs yükü ilə təmin edilməlidir.
3. İş materiallarında olan Cavabdeh2 direktoru tərəfindən 27 oktyabr 2*22-ci il tarixdə tərtib olunmuş cədvəlli arayışına əsasən, Kəlbəc ər rayonu 91 nömrəli tam orta məktəbə *1 mart 2**9-cu il tarixdə 63 nömrəli əmrlə riyaziyyat və informatika ixtisası üzrə müəllim təyin olunan İddiaçı müəllim vəzifəsi üzrə 2*17-2*22-ci illər üzrə məktəbdə çalışdığı dövr ərzində aşağıda göstərilən dərs saatları ilə təmin edilmişdir: 15 sentyabr 2*17-ci il 27 saat, 15 sentyabr 2*18-ci il 24 saat, 16 sentyabr 2*19-cu il 23 saat, 15 sentyabr 2*2*-ci il 23 saat, 15 sentyabr 2*21-ci ildə 2* saat, *1 fevral 2*22-ci il tarixdən 22 saat, 15 sentyabr 2*22-ci il tarixdən 6 saat.
4. Kəlbəcər rayon 91 nömrəli tam orta məktəbin direktoru tərəfindən tərtib olunmuş və möhürlə təsdiq edilmiş yazılı “Məlumat”ında məktəbin riyaziyyat-informatika müəllimlərinin diaqnostik qiymətləndirmə balı nəzərə alınaraq, İddiaçı 2*22-2*23-cü tədris ili üzrə 5 (beş) saat riyaziyyat dərsi və 1 (bir) saat dərsdənkənar məşğələ saatı verilməsi qeyd olunmuşdur. Həmçinin, 2*22/2*23-cü tədris ilində məktəbin tarif cədvəli üzrə 5-11-ci siniflərdə 6 (altı) sinif komplektləşdirilmiş, bunlardan hər sinif üzrə riyaziyyat dərsi 5 (beş) saat olmaqla, məktəb üzrə cəmi 3* (otuz) saat dərs təsdiq edilmiş, həmin dərslər məktəbin ixtisas müəllimlərinin diaqnostik qiymətləndirmə balı nəzərə alınaraq X1 (DQ balı ümumi 56, ixtisas 38) – 25 saat, İddiaçı (DQ balı ümumi 16, ixtisas 6) – 5 (beş) saat dərs və əlavə 1 (bir) saat dərsdənkənar məşğələ saatı verilmişdir.
5. Kəlbəcər Rayon Məhkəməsinin 2(*62)-168/2*23 nömrəli, 16 fevral 2*23-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Həsən Qəniyev)
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaç ının dərs yükünü əsassız olaraq azaltmaqla qanunsuzluğa yol vermişdir.
7. Belə ki, ümumtəhsil məktəblərində müəllimlərin ən azı 1 (bir) stavka, yəni həftəlik 18 (on səkkiz) saat dərs yükü ilə təmin edilməli olması “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2*1*-cu il tarixli 215 nömrəli qərarında birmənalı olaraq təsbit edilmişdir. Məktəb rəhbərliyi tərəfindən iddiaçının 2*22/2*23-cü tədris ilində mövcud imkanlar daxilində ən azı həftəlik 15 (on beş) saat dərs yükü əvəzinə qanunsuz olaraq 5 (beş) saat dərs yükü və 1(bir) saat dərsdənkənar məşğələ ilə işləməyə vadar edilməsi və bunun nəticəsində iddiaçının təhsilinə və tutduğu vəzifəyə uyğun olmayan həddə-hətta ölkə üzrə müəyyən edil miş minimum əmək haqqından aşağı həddə əmək haqqı alması qanunvericiliyin, o cümlədən Konstitusiyanın, Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin 24 noyabr 2*1*-ci il tarixli 215 nömrəli qərarının tələblərinə ziddir. Bundan başqa, işəgötürən işçiyə əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada (Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsi) xəbərdarlıq da etməmişdir. Cavabdeh tərəfin iddiaçıya qarşı qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2*22/2*23-cü tədris ilinin əvvəlindən hal-hazıradək həftəlik ən azı 1* (on) saat dərs yükündən və həmin dərs yükünün tədrisinə görə əmək haqqından məhrum olmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 6*-cı maddələrinə, “Ümumi təhsil” haqqında Azərbayca n Respublikası Qanunun 2*.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24 noyabr 2*1*-cu il tarixli 215 nömrəli qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1, 13.2, 14.2, 77.1 və 88-ci maddələri ə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilk növbədə mülki mübahisəyə uyğun olaraq deyil, inzibati orqanın üzərinə məcburi olaraq vəzifənin qoyulması ilə çıxarılmışdır. Məhkəmə həmçinin, mübahisəyə qiymət verərkə n iddiaçıya dərs saatının hansı əsasla 6 saat verilməsinə qiymət verməmişdir. “Ümumtəhsil müəssisələrində müəllimlərin, psixoloqların və digər pedoqoji heyətin bilik və bacarıqların diaqnostiq qiymətləndirilməsinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin *4.1*.2*19-cu il tarixli, F-595 nömrəli əmrinin 5.5-ci bəndinə əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 1* faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin ixtisas üzrə 1* baldan aşağı nəticə göstərmiş müəllimlər üçün dərs yükü *6 saat müəyyənləşdirilir. Hazırki işdə iddiaçı diaqnostik qiymətləndirmədə iştirak edərək ümumi olaraq 16 bal, ixtisası olan riyaziyyat fənni üzrə *6 ba l, metodika üzrə isə 1* bal toplamışdır. Göründüyü kimi iddiaçı öz ixtisası üzrə 6 bal toplamışdır ki, bununla da ona 6 saatdan artıq dərs yükünün verilməsi müvafiq əmrə ziddir. İddiaçı diaqnostik qiymətləndirilmədən sonra əvvəlki qayda ilə dərs yükü ilə təmin edilmiş, qeyd olunan əmrin tələblərinə zidd olaraq iddiaçıya 6 saatdan artıq dərs yükünün verilməsi əsas gətirilərək Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdirinin 16.*3.2*22-ci il tarixli, K-44 saylı əmrinə əsasən 91 saylı məktəbin rəhbər heyətinə intizam tənbehi olaraq töhmət verilmişdir. Göründüyü kimi qətnamə qanunsuz və əsassızdır. Məhkəmə yalnız iddiaçının dediklərini əsas gətirərək iddianı təmin etmiş, cavabdeh tərəfin sübutlarına qiymət verməmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1236/2*23 nömrəli, 3 may 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Afiq Hüseynzadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, Azərbaycan Respublikası Təhsil nazirinin 4 oktyabr 2*19-cu il tarixli F-595 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5.5-ci bəndinə istinad edərək qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı diaqnostik qiymətləndirmədən az bal topladığından Təh sil nazirinin müvafiq əmrinə əsasən Cavabdeh2 direktoru Cavabdeh1 haqlı olaraq ona *6 saat dərs yükü vermişdir.
13. Məhkəmə kollegiyası iddianın ona 6 saat dərs yükü müəyyən edilməklə aldığı əmək haqqının Respublika üzrə müəyyən edilmiş normadan aşağı olmasına dair dəlilinə münasibətdə qeyd etmdir ki, iddiaçıya hesablanan aylıq əmək haqqı 3** manatdan yuxarı olduğuna görə iddianın həmin dəlili əsassızdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Təhsil nazirinin 4 oktyabr 2*19-cu il tarixli F-595 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5.5-ci bəndinə istinadən ə saslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində icraat
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin və cavabdehin apellyasiya şikayətinə olan etirazının dəlillərinə qiymət verməmiş, işdə olan sübutlara düzgün qiymətləndirməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 33.3.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək təhsilverənin vəzifəsidir.
19. Maddə 36.1. dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. Azərbaycan Respublikası Təhsil nazirinin 4 oktyabr 2*19-cu il tarixli F-595 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5.5-ci bəndi:
20. Ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölm ə üzrə 1* faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, ixtisas üzrə 1* baldan aşağı nəticə göstərmiş müəllimlər üçün dərs yükü 6 (altı) saat müəyyənləşdirilmişdir. Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutla rla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən təm mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
34. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1236/2*23 saylı iş üzrə, *3 may 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.