Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3619/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Heydər Əliyev adına X4 Cavabdeh Tofiq oğluna (Abşeron rayon icra hakimiyyəti - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(103)-952/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməs inin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Heydər Əliyev adına X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş500 mm, (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft voru kəmərləri 1993-cü ildə, “Azərkimya” İB-nin EtilenPolietilen Zavoduna neft məhsulları nəql olunan Dş200 mm.(quru qaz), Dş-250 mm.(nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır; 3. 26.09.2021-ci il tarixdə 4 saylı qaravulun İ iş növbəsi zamanı 35 saylı (H.Əliyev adına NEZ-nin neft xəttinin 15-22 km-də zavoda məxsus paralel kəmərlərin mühafizəsi, avtomobildə səyyar) postun ərazisində, Abşeron rayonu, Masazır qəs əbəsi, Azadlıq prospektində, NEZ-ə məxsus yerüstü DŞ-300 mm-lik, TC-1 reaktiv mühərrik yanacağı xəttinin təqribən 21.5-ci km-də, xətdən təxminən 30-35 metr aralı məsafədə, 1-ci sırada, xəttə paralel köhnədən hesablanmış mövcud olan obyektin ərazisindəki anbar tikilisinin üzərində pəncərə yeri qoyulmaqla 1*4 metr ölçüdə yeni tikinti işlərinin aparılması faktı tərəflərindən aşkarlanmış, əraziyə BNEZ-in mühafizəsi üzrə polis əməkdaşları dəvət olunmuş, onların iştirakı ilə özünü obyektin sahibi kimi təqdim edən Elşən adlı şəxslə tərəflərindən profilaktik söhbətlər aparılmış, mühafizə zolağında aparılan yenidənqurma işlərinin qanunazidd olduğu bildirilərək aparılan işlər saxlanılmışdır. Adıkeçən vətəndaşdan ərazinin ona məxsus olması barədə hüquqi sənədlər və şəxsiyyətini təsdiq edən sənəd tələ b olunmuşdur. O, hüquqi sənəd olaraq həmin ərazinin onun mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim etmişdir. Növbəti günlərdə isə şəxsiyyət vəsiqəsini təqdim edəcəyini bildirmişdir. Həmin şəxsə mühafizə ərazisində tikinti işlərinin aparılmaması barədə şifahi xəbərdarlıq olunmuşdur. Bu barədə Tİ-nin növbətçi hissəsinə məlumat verilmişdir;
4. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 66 saylı reyestr kitabının 183 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır;
5. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi X1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon Masazır bələdiyyəsi, xx.xx.2008-ci il tarixli 330/08 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Abşeron rayon Masazır bələdiyyəsi xx.xx.2008-ci il tarixli 02 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı olmuşdur; 6. xx.xx.2022-ci il tarixli № ******* saylı torpaq alqı-satqısına dair müqaviləsinə əsasən, X2 ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 8764 nömrəli arayışına əsasən, mülkiyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsini Cavabdeh 78700 manata satmışdır;
7. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2022-ci il tarixli, 4Ə-3699 saylı alqı-satqı müqa viləsi olmuşdur;
8. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 66 saylı reyestr kitabının 183 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Heydər Əliyev adına X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Azadlıq küçəsində yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X6 məxsus neft mahsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru k əmərinin "Mühafizə Zonası"nın 35 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu Masazır kəndi, Azadlıq küçəsində mişar daşından tamamlanmamış qeyri-yaşayış obyekti, anbar inşa edilmişdir. Bundan başqa həmin Dş250 mm neft boru kəmərində paralel Dş300 mm (nafta), Dş-300 mm (reaktiv mühərrik yanacağı) və Dş-500 mm (dizel) neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X7 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyə nləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonasına”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu d a həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneə yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq boru kəmərləri və ne ft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneə törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Ona görə də özbaşına aparılmış tikili sökülməlidir.
11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon icra hakimiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı iddia edir ki, onlara aid torpaqdan hər hansı bir torpaq sahəsi keçmişdir. İş materiallarına cavabdeh tərəfindən Abşeron rayon icra hakimiyyətinə dair heç bir icazə sənədi daxil edilməmişdir. Abşeron rayon icra hakimiyyətinin məlumatlandırılma icraatında bu barədə hər hansı məktub, sənəd, göndəriş yoxdur. Tikilinin aparılmasına dair onlara heç bir məlumat verilməmişdir. Tikilinin aparılması üçün tikinti icazə sənədi olsaydı, o zaman bu məsələ barədə mübahisələndirmək mümkün olardı.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/27653/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nö mrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsi Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru kəmərinin mühafizə zonasında yerləşir. Neft boru kəmərinin mühafizə zonasından Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsində yerləşən köməkçi tikililəri (ofis və gözətçi otağı) mövcuddur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli3-16-16/2-10/6127 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2-7653/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsi Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru kəmərinin mühafizə zonasında yerləşir. Neft boru kəmərinin mühafizə zonasından Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli **********98 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsində yerləşən köməkçi tikililəri (ofis və gözətçi otağı) mövcuddur.
14. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 29 yanvar 2024-cü il tarixli, 2(012)-34/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (quru qaz) neft boru kəmərinin mühafizə zonasında yerləş ən, Abşeron rayonu, Masazır kəndində Cavabdeh mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin 0,08 ha hissəsində yerləşən köməkçi tikililərinin (ofis və gözətçi otağı) Cavabdeh Tofiq oğlunun hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pulun Cavabdeh Tofiq oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ cavabdehə məxsus olsa da, torpaq sahəsinin 0,08 ha hissəsində tikililər xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə iddia tələbi təmin olunmalıdır. B elə ki, hazırki iş üzrə cavabdeh mülkiyyətində olan, lakin tikinti məqsədləri üçün ayılmayan torpaq sahəsində nəinki lazımi icazələr almadan, həm də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikililər inşa etmişdir. Abşeron rayon icra hakimiyyətinin nümayəndəsinin izahatından məlum olur ki, həmin tikililər barədə məlumatlandırma icraatı qaydasında xəbər verilməmiş, hər hansı icazə onlar tərəfindən cavabdehə verilməmişdir. Cavabdeh tikililəri mülkiyyətində olan torpaq sahəsinin digər tərəfində yəni mühafizə zonasından kənar tərəfdə inşa edə bilərdi. Hazırda isə tikililər mühafizə zonasına düşdüyündən və yüksək təhlükə mənbəyində yerləşdiyindən, təhlükəsizlik qaydalarına uyğun olaraq həmin ərazidən sökülməlidir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Şəhə rsalma və Tikinti Məcəlləsinin 95.3-cü, Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 9, 22.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün Abşeron rayonu, Masazır kəndi, Azadlıq küçəsində yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülməsi barədə iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Həmin ərazidə hələ 2008-ci ildə xüsusi mülkiyyət ilə olan tiki lilər və sahibkarlıq fəaliyyəti üçün müəssisələr mövcud idi, o cümlədən ona məxsus tikililər. Borular isə həmin əraziyə 2011-2012-ci ildən sonra çəkilmişdir. Yəni iddiaçı həmin ərazinin yaşayış məntəqələrinin torpaqları olduğunu bilə-bilə orada boruları çəkmişdir. Ora sahibkarlıq fəaliyyəti üçün verilmiş xüsusi mülkiyyətdə olmuş, lakin buna baxmayaraq məhkəmə iddianı tam rədd etmək əvəzinə, iddianı qismən təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinin isə tətbiqini bu işdə yolverilməz hesab edir. Məhkəmə tərəfindən qətnamə çıxarılan zaman işə onun iştirakı olmadan baxılmışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İlqar Də mirov – sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Lalə Rəhimli) 13 iyun 2024-cü il tarixli, 2(105)-952/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə cavabdeh arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı razılaşma mövcud olmamışdır. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda cavabdehin mülkiyyətində olsa da, yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarına əsasən özbaşına tikili sayılır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6127 saylı ekspert rəyi və Azərbaycan Respubli kası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-7653/2023 nömrəli mütəxəssis rəyində qeyd olunanlara əsasən, mübahisəli torpaq sahəsinin 0.08 ha hissəsi birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin fəaliyyət göstərməsi onların həyatı üçün real təhlükə sayılmaqla həmin kəmərdə baş verə biləcək kiçik bir hadisə insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdehin neft kəmərinin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm ailə üzvlərinin, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət təqsirli şəxs kimi onun üzərinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının hüquqdan suiistifadə etmə faktına hüquqi qiymət verməmiş və bununla da cavabdehin mülkiyyət hüququnu pozmuşdur.
23. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 180.4-cü maddəsinin düzgün tətbiq etməmişdir. İş üzrə sözügedən tikililər özbaşına tikili hesab edilmir, apellyasiya instans iyası Məhkəməsi həmin tikililəri özbaşına tikili kimi qeyd etməsi hüquq pozuntusudur. Lakin əgər iş üzrə iddiaçı maraqlı şəxsdirsə, yəni mərkəzi rayon icra hakimiyyəti deyildirsə, o zaman maraqlı fiziki və ya hüquqi şəxs iddia edilən özbaşına tikililərin onun mülkiyyət hüququna maneə yaratdığını və ya onun mülkiyyət hüququnu pozduğunu sübuta yetirməlidir. Həmin məsələlər xüsusi bilik tələb edən məqamlar olduğundan məhkəmə tərəfindən texniki-tikinti ekspertizası təyin edilərək cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsində ucaldılan tikililərin iddiaçının mülkiyyət hüququnu pozmaması barədə sual ekspert qarşısında qoyulmalıdır. Məhkəmə Mülki Məcəllənin 180.4-cü maddəsinin yalnış tətbiq etmiş, həmin maddə üzrə eskpertizanın təyin edilməsi və cavabdeh tərəfindən ucadılmış tikililərin iddiaçının mülkiyyət hüququ pozması halları sübuta yetirilməsi üçün müvafiq eskpetiza təyin etməmiş və ekspert qarşısında həmin sualları qoymamışdır.
24. Apellyasiya instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan heç bir hallı araşdırmamışdır və bunun nəticəsində cavabdehin çıxarış əsasında ona aid olan və onun xüsusi mülkiyyətində olan torpaq sahəsi daxilində ucaldılmış və heç bir tikinti və şəhərsalma normalarını pozmayan tikililərin sökülməsi barədə qeyri-qanuni qətnamə çıxarmışdır. İddiaçının tələbində sözügedən tikililərin özbaşına tikili olduğu faktının tanınması barədə tələb mövcud olmadığından məhkəmə qətnaməsi tamamilə qanunvericilik normalına zidd şəkildə qəbul edilmişdir.
25. Kassasiya şikayəti Mülki Məcəllənin 16.1, 152.6, 560.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 57, 9 7.1, 217, 218-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə e tmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya ins tansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(103)-952/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.