Məhkəmə qərarları › İş №2(102)-3626/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3626/2021

30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3626/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı Notariat Ofisi İddia tələbi: daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi Açar sözlər: müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi Vəkil2, İddiaçı, vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı və Cavabdeh1 22 iyul 1988-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 2 uşaqları doğulmuşdur. 02 sentyabr 2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”la Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir. 05 fеvrаl 2019-cu il tаriхli ƏN-İ 78 2192 sаylı еtibаrnаmə ilə Еyvаzоvа Gülşən Vəzir qızı hаrаdа yеrləşməsindən və nədən ibаrət оlmаsındаn аsılı оlmаyаrаq bütün əmlаkını idаrə еtməyi və оnun üzərində sərəncаm vеrməyi, bunа müvаfiq оlаrаq bütün hаllаrdа öz mülаhizəsi ilə məbləği, müddəti və digər şərtləri müəyyən еtməklə qаnunlа icаzə vеrilmiş bütün əqdləri bаğlаmаğı Еyvаzоv Tоfiq Şаbаn оğlunа еtibаr еtmişdir. 16 aprel 2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə Cavabdeh1 Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini bacısı oğlu Cavabdeh2 bağışlamışdır. Birinci instansiya məhkəməsində icraat 02 iyul 2019-cu il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Bakı şəhəri 16 saylı Notariat Ofisində qeydə alınmış 16 aprel 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2560/2019 saylı iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.M.Həsənov) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cаvаbdеh Еyvаzоv Tоfiq Şаbаn оğlu ilə digər cаvаbdеh Аğаkərimоv Rаmin Аrif оğlu аrаsındа bаğlаnmış 16 аprеl 2019-cu il tаriхli bаğışlаmа müqаviləsinin еtibаrsız hеsаb еdilməsinə səbəb оlаn əsаslаr müəyyən оlu nmаmışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiаçı tərəfindən Tоfiq Еyvаzоvа еtibаrnаmənin məhz Həzi Аslаnоv metrostansiyası yахınlığındа inşа еdilən yаşаyış binаsındаkı mənzilin sаtılmаsı üçün vеrilməsi аğlаbаtаn dеyildir. Belə ki, iddiаçı cаvаbdеhə hаrаdа yеrləşməsindən və nədən ibаrət оlmаsındаn аsılı оlmаyаrаq bütün əmlаkı ilə bаğlı əqdləri bаğlаmаsınа dаir еtibаrnаmə vеrmiş, həmçinin, еtibаrnаmə vеrərkən оnа hər hаnsı təzyiq, hədə-qоrхu оlmаsı ilə bаğlı məlumаt vеrməmişdir. Qəbələ rаyоnu Yеmişаnlı kəndində yеrləşən tərəflərə məхsus mübаhisəli tоrpаq sаhəsinin və оnun üzərində inşа еdilmiş еvin Tоfiq Еyvаzоv tərəfindən Rаmin Аğаkərimоvа bаğışlаnmаsı zаmаnı bu cür əqdlər üçün qаnunvеriciliklə müəyyən еdilmiş bütün tələblərə riаyət еdilmiş, Tоfiq Еyvаzо v həmin əmlаkın pаylı mülkiyyətçisi оlаn iddiаçının оnа vеrmiş оlduğu еtibаrnаmə əsаsındа hərəkət еdərək bu müqаviləni imzаlаmış, Rаmin Аğаkərimоv isə həmin hədiyyəni qəbul еtmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, işin faktiki hallarına düzgün qiymət verilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların obyektiv araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, nəticədə qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə əsaslandırmış dır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14477/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əqdin etibarsızlığına əsas ola biləcək halları məhkəmə araşdırılması zamanı sübut edə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslıdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul e dilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3724/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva, E.Y.Şamayev, A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kassasiya məhkəməsinin qərarında göstərilmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin əvvəllərində Cavabdeh1 ilə nikah müddətində aldıqları Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması və geniş mənzil alaraq həmin mənzilə köçmələri barədə razılaşmışlar. Bu məqsədlə, yəni Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması üçün Cavabdeh1 05.02.2019-cu il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədən istifadə edilməklə Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin baldızının oğluna bağışlanması onun iradə ifadəsi əsasında olmamışdır. Cavabdeh1 izahatında əmlakı mühafizə etmək və qızları yetkinlik yaşına çatdıqdan sonra onun adına keçirmək üçün bağışladığını, başqa sözlə, bağışlamanın formal əsaslarla olmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin (hədiyyə alanın) da izahatında ona bağışlanmış əmlakın mühafizəsini həyata keçirərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyət inin olmasını bildirməsinə işin faktiki araşdırılmış halları və mülki qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bunun üçün isə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaq əli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehin adına beş il müddətinə verdiyi etibarnamədə bütün əmlakının satılması, bağışlanması səlahiyyətlərinin göstərilməsinə baxmayaraq sonuncunun bu etibarnamə ilə hansı əmlak üzərində sərəncam vermək səlahiyyəti olmasını tam aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-889/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev, Ş.Ə.Məhərrəmova, E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmişdir. Apellyasiya məhkəməsi hes ab etmişdir ki, tərəflər arasında bağlanmış 16 aprel 2019cu il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmuş olmasa belə, birinci apellyasiya baxışında sual-cavab zamanı cavabdehlərin verdiyi izahatların məzmunundan görünür ki, Cavabdeh1 hədiyyə verən kimi öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alan Cavabdeh2 zənginləşdirmək niyyəti olmamış, hədiyyə alan isə mübahisəli əmlakı yalnız mühafizə etmək niyyəti ilə qəbul edərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olduğunu bildirməklə bu əqdin həqiqi bağışlanma niyyəti ilə bağlanmamasını təsdiq etmişdir. Həmçinin, təkrar apellyasiya baxışı zamanı da məhkəmə iclasında iştirak edən Cavabdeh2 sözügedən bağışlama müqaviləsinin formal bağlanmasını və mübahisəli əmlakın ona mü hafizə edilməsi üçün verilməsini etiraf etmişdir. Apellyasiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, Cavabdeh1 hədiyyə verən kimi öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alan Cavabdeh2 zənginləşdirmək niyyəti olmamış, hədiyyə alan isə mübahisəli əmlakı yalnız mühafizə etmək niyyəti ilə qəbul edərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olduğunu bildirməklə, bu əqdin həqiqi bağışlanma niyyəti ilə bağlanmamasını təsdiq etmişdir. Göründüyü kimi, daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan əhəmiyyətsiz əqddir və bu əqd heç bir hüquqi nəticə yarada bilməz. Buna görə də, iddiaçı həmin əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Gəldiyi nəticənin məntiqi davamı olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, sözügedə n müqavilə etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Eyni zamanda, etibarnamə verilərkən notarius tərəfindən onun məzmunu, mahiyyəti elecə də qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri iddiaçıya izah edildiyi üçün daşınmaz əmlakın bağışlanması müqaviləsi tamamilə qanuni və əsaslıdır. Məhkəmə kollegiyasın ın iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı, vəkili və nümayəndəsi isə kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hü quqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsi nə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar