Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3626/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməs, müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qiymətləndirmə protokolunun və əmlakın hərracdan satılması barədə müqavilənin eti barsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6831/2023 nömrəli, 04 iyun 2024cü il tarixli qərardadından İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdehlər, yaxud Hərrac Mərkəzi, Bank) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 14-də yerləşən 8 nömrəli mənzilin qiymətləndirilməsinə dair cavabdeh Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli 264/22 nömrəli protokolunun və mənzilin həmin hərrac protokolu əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən cavabdeh Banka satılmasına dair “alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(103)-6831/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddianın təmin olunmaması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-6831/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski) apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, məhkəmənin 05 dekabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
6. Ərizəyə baxmış ape llyasiya instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadla ərizənin təmin edilməsini və apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2023-cü il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün iddiaçının dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini, qərardadın icrasının Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilməsini qərara almışdır.
7. Dövlət vəsaiti hesabına iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı Vəkil xx.xx.2024-cü il tarixdə “Order” verilmişdir. 8. 05 dekabr 2023-cü il tarixli qətnamədən iddiaçı (Vəkil) elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qə bul olunmasını xahiş etmiş, kassasiya şikayətinə prosessual müddətin bərpası barədə” ərizə əlavə etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6831/2023 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçının “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizəsi təmin olunmamış və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi müddətinin axımı məhkəmə qərarı tərəfə və ya onun nümayəndəsinə rəsmi, o cümlədən elektron kabinetə yerləşdirilməklə təqdim edildiyi vaxtdan başlayır və həmin tarixdən etibarən 2 ay keçdikdən sonra bitir. Məhkəmə kollegiyasının qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinet inə yerləşdirilməklə rəsmi qaydada ona təqdim edilmişdir. Bu baxımdan həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı iddiaçıya münasibətdə növbəti tarixdə - xx.xx.2023-cü il tarixdə başlanmış və xx.xx.2024-cü il tarixdə bitmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən 2 ay müddətində iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi üçün heç bir real hərəkət etməmiş, hətta “kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə” ərizəni prosessual müddət bitdikdən 26 gün sonra (xx.xx.2024-cü il tarixdə) vermişdir. Məhkəmə həmçinin bildirmişdir ki, qeyd edilən səbəbdən “kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə” ərizənin rədd edilməsi MPM-də nəzərdə tutulmamışdır. Buna görə də, Məhkə mə iddiaçının ərizəsini təmin etmişdir. Amma nəzərə alınmalıdır ki, “kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə” iddiaçının ərizənin təmin edilməsi, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin iddiaçıya münasibətdə bərpa etməmiş, nə də ki prosessual müddətin yenidən hesablanması üçün əsas yaratmamışdır, çünki bu kimi qayda MPM-də nəzərdə tutulmamışdır. Beləliklə də işin hallarından müəyyən edilir ki, iddiaçı, məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti məhz üzrlü səbəbdən ötürməsini sübuta yetirə bilmir.
11. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 134, 135, 40 2, 405 və 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
12. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilərək işin icraata qəbul edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-2859/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsini, şikayətin iddiaçıya qaytarılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini qərara almışdır.
14. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının adından qərardaddan verilmiş kassasiya şikayəti iddiaçının vəkili tərəfindən imzalansa da, vəkilə iddiaçının adından kassasiya şikayətini vermək səlahiyyətini ehtiva edən etibarnamə işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6831/2023 nömrəli, 23 avqust 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadında göstərilən əsasla) iddiaçıya qaytarılmışdır.
16. İş hələ Azərbaycan Respublikası Ali Məhkəmədə olduğu zaman, yəni xx.xx.2024-cü il tarixdə, iddiaçı və onun vəkili Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından yenidən kassasiya şikayəti vermişlər.
17. İddiaçı (Vəkil) eyni zamanda “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizə v ermişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərardaddan ilk dəfə kassasiya şikayəti verilən zaman iddiaçı, özünə məxsus olan “ASAN imzanı” itirmişdir. Bu səbəbdən də qərardaddan kassasiya şikayəti vəkilin elektron kabineti vasitəsi ilə verilmiş və şikayət yalnız vəkil tərəfindən elektron qaydada imzalanmışdır. Odur ki, onlar qeyd edilənləri üzürlü hal kimi qəbul edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və kassasiya şikayətinin qəbul edilərək, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6831/2023 nömrəli, 27 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçının “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilm əsi, apellyasiya instansiya məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddətin iddiaçıya münasibətdə bərpa edilməsi və həmin qərardaddan onun özü və vəkili tərəfindən birgə verilmiş kassasiya şikayətinin qəbul edilərək baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri: 20. 04 iyun 2024-cü il tarixli qərardaddan iddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətində, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunması və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilərək işin icraata qəbul edilməsi barədə yeni qərar qəbul olunması xahiş olunmuşdur.
21. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini əsassız olaraq təmin etməmişdir. Belə ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün vəkillə müqavilə bağlamaq imkanı olmamışdır. Bu hal apellyasiya instansiya məhkəməsinin qərardadında öz əksini tapmışdır. Həmin qərardada əsasən iddiaçıya dövlət hesabına vəkil təyin edilmişdir. Məhz maddi durumunun aşağı olması səbəbindən iddiaçı prosessual müddətləri ötürmüşdür. Hesab edir ki, bu hal nəzərə alınmalı və prosessual müddət bərpa edilməlidir. 22. “Kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, dövlət vəsaiti hesabına vəkillə xx.xx.2024-cü il tarixdə təmin edilmiş və vəkil qısa müddətdə iş materialları ilə tanış olaraq xx.xx.2024-cü il tarixdə kassasiya şikayət vermişdir. Bu səbəbdən də prosessual müddətin ötürülməsinin səbəbi üzrlü hesab edilməlidir. Lakin apellyasiya məhkəməsi ərizəni və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçının “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və bu səbəbdən də kassasiya şikayəti iddiaçıya qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
23. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azə rbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
24. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
25. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
26. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sən əd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
27. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
28. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
29. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
30. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti bu raxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
31. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
32. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min ma natdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
35. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
36. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı. 41....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanun ilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
42. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
43. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İddiaçının (vəkili Vəkil) apellyasiya in stansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
48. Qeyd olunmalıdır ki, iddiaçı (vəkili Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, iddiaçının qətnamədən kassasiya şikayətinin verilməsi üçün vəkillə müqavilə bağlamaq imkanının olmaması, bu halın apellyasiya instansiya məhkəməsinin qərardadında öz əksini tapması, həmin qərarda əsasən iddiaçıya dövlət hesabına vəkil təyin edilməsi, məhz maddi durumunun aşağı olması səbəbindən iddiaçının prosessual müddətləri ötürməsi ilə əsaslandırmışdır.
49. Halbuki, “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6831/2023 n ömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq iddiaçının elektron kabinetinə 07 dekabr 2023-cü il tarixdə saat 17:13-də yerləşdirilmişdir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.
51. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.
52. Həmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır.
53. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 07 dekabr 2023-cü il tarixdə iddiaçıa rəsmi qaydada verilmiş, yəni onun elektron kabinetinə yüklənmişdir. İddiaçı isə apellyasiya instansiyası məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq, qeyd edilən 2 ay müddətində iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi üçün heç bir real hərəkət etməmiş, hətta “kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə” ərizəni prosessual müddət bitdikdən 26 gün sonra (xx.xx.2024-cü il tarixdə) vermişdir. Qeyd edilən səbəbdən “kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə” ərizənin rədd edilməsi MPMdə nəzərdə tutul madığından, apellyasiya məhkəməsi iddiaçının ərizəsini təmin etmişdir. Bununla belə “kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə” iddiaçının ərizənin təmin edilməsi, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin iddiaçıya münasibətdə bərpa etməmiş, nə də ki prosessual müddətin yenidən hesablanması üçün əsas yaratmamışdır, çünki bu kimi qayda MPM-də nəzərdə tutulmamışdır. İddiaçı 05 dekabr 2023-cü il tarixli qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun iddiaçının elektron sisteminə yüklənməsindən 5 ay 6 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətna məsinin iddiaçıya 07 dekabr 2023-cü il tarixdə verilməsini, yəni onun elektron sisteminə yüklənməsini, iddiaçının, habelə onun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə müddət ötürülməklə verməsini, iddiaçının ərizəsində irəli sürdüyü halın onun müddəti ötürməsinin üzrlü səbəbi sayıla bilməməsi, 2 ay müddətində iddiaçının qətnamədən kassasiya şikayətinin verilməsi üçün heç bir real hərəkət etməməsi, hətta “kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə” ərizəni prosessual müddət bitdikdən 26 gün sonra xx.xx.2024-cü il tarixdə verməsini, qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və müddəti ötürməsinə haqq qazandıracaq digər hər hansı sübut təqdim etməməsini əsas gətirərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi, müddətin bərpasına dair iddiaçının ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
56. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 57. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Ko nstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələ blərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
58. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
59. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu s əbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçının isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin elektron sisteminə yüklənməsindən 12 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmışdır.
60. Məhkəmə kollegiyası iddiaçı (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının ərizəsində göstərdiyi hallar üzrlü səbəblər kimi qəbul edilə b ilməz. Bu faktlar isə keçən müddət ərzində iddiaçının hərəkətsizlik göstərməsi, vəkillə müqavilə bağlamağa maddi imkanının olmamasını qeyd etməklə kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət keçdikdən 26 gün sonra vəkillə təmin olunması üçün məhkəməyə müraciət etməsi, bununla da müddəti üzürsüz səbəbdən ötürməsini təsdiq etməklə, onu şikayəti verməsi üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir. Çünki iddiaçı vəkillə müqavilə bağlamağa özünün maddi imkanının olmamasını qətnamədən kassasiya şikayəti verilməsi üçün müddət ötürülmədən əvvəl də bilmiş, ona vəkil təyin edilməsi ilə bağlı qanunla müəyyən edilmiş 2 ay ərzində hər hansı addım atmamışdır. Halbuki iddiaçı bu müraciətini qətnamə ona təqdim edildikdən dərhal sonra da verə bilərdi. Odur ki, kassasiya şikayəti nin dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsassızdır.
61. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6831/2023 nömrəli, 04 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.