Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3628/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13571/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)3663/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna və m übahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X2 qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13571/2019 saylı qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3663/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13571/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmi şlər. Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı kassasiya şikayətinə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. Məcəllənin 408.1.3-cü maddə sinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.1-ci maddələrinə əsasən apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). İddiaçı kassasiya şikayətinə dövlət rüs umunun ödənilməsinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli mədaxil qəbzini əlavə etsə də, həmin qəbzin məzmumundan müəyyən olunur ki, 110 manat təşkil edən ödəniş “FİDES” Vəkil Bürosuna hüquq xidmət haqqı kimi həyata keçirilmişdir. Bu səbəbdən, kassasiya şikayətinə əlavə edilmiş mədaxil qəbzi kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı digər sübut isə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansi yası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən, kassasiya kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 20 19-cu il tarixli 2(103)13571/2019 nömrəli qətnaməsindən İddiaçı oğlu və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3628/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3628/2020
05.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver