Məhkəmə qərarları › İş №2(102)-3628/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3628/2023

18.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3628/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3628/2023 (Açar sözlər: pul kompensasiyası ödənilməklə mülkiyyət hüququna xitam verilməsi və alqısatqı müqaviləsinin etibarsızlığı) 18 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 (bundan sonra iddiaçı) cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və X1 (bundan sonra cavabdehlər) qarşı “pul vəsaiti ödənilməklə mülki yyət hüququna xitam verilməsi və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/23 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin (əvvəlki adı “İnteks MMC) (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli 430 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtə bəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədi ilə 3,82 ha torpaq sahəsi Cavabdeh1 daimi istifadəsinə verilmişdir.

2. Qeyd edilən ərazidə yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9, mənzil 2 açıq hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 89.250 manata İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə əlaqədar Cavabdeh1 MMC 2018-ci il tarixdə həmin ərazidə çoxmərtəbəli yeni yaşayış binalarının tikintisinə başlamaq məqsədilə söküntü işləri aparmış və qeyd edilən mənzil də sökülmüşdür.

4. Mübahisəli ünvanda söküntü işləri aparıldıqdan sonra X2 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə sökülmüş mənzilə (mövcud olmaya n əmlak) dair alqı-satqı müqaviləsi bağlanmış və mənzil X1 130.000 manata satılmışdır.

5. Cavabdeh2 ilə X2 xx.xx.2004-cü il tarixdən rəsmi nikahdadırlar.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli Çıxarışına əsasən "xxxx" MMC-nin Cavabdeh1 MMC-dən ayrılması nəticəsində yaranması və onun hüquqi varisi olması qeyd olunmuşdur.

7. İddiaçı "xxxx" MMC apellyasiya instansiya məhkəməsinə ərizə ilə müraciət edərək təklif etdiyi kompensasiyanın məbləğini 130.000 manata qaldırdığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6138/2014 nömrəli icra sənədi üzrə tutma obyekti olan mübahisəli mənzilinin satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından mərkəz qeyd edilən əmlakı banka təklif etmiş və təklif qəbul edilmişdir. Bununla bağlı 18 yanvar 2018-ci il tarixdə Hərrac Mərkəzi hərracın nəticələri haqqında yekun protokol və müvafiq qaydada “hərracın yekunları üzrə əmlakın alqısatqısı” barədə müqavilə bağlamışdır. Mənzil Bankın xüsusi mülkiyyətinə keçmişdir. Həmin mənzilin söküntü zonasına düşdüyünü nəzərə alaraq ödəniləcək təzminatın köhnə mülkiyyətçiyə deyil, yeni mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyətinə və Cavabdeh1nə 22 noyabr 2018- ci il tarixli xx.xx-4078 nömrəli məktub göndərilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən banka iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə 01 mart 2019-cu il tarixli, 2(005)-1185/2019 nömrəli məhkəmə bildirişi göndərilmişdir. Sözügedən iddia ərizəsi və ərizəyə verilmiş etirazla tanış olarkən, iddiaçıya məlum olmuşd ur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında 16 noyabr 2017-ci il tarixli, 164 nömrəli müqavilə bağlanmışdır. Halbuki mübahisəli mənzil bankla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq həmin tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh2 məlumatı olmasına baxmayaraq, müqavilə bağlandığı zaman sözügedən mənzilin özəlləşdirilmədiyini, həmin mənzilə çıxarışın alınmadığını bildirməsi səbəbindən ondan əmlakın yüklü olmaması barədə arayış tələb edilməmişdir. Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 nömrəli qətnaməsinin icrasını ləngitmək məqsədilə əsassız iddialar və şikayətlər vermişdir. Bu səbəbdən də, qətnamənin icraya yönəldilməsi prosesi uzanmışdır.

10. Məh kəmə iclasında Cavabdeh1 MMC də İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və X1 qarşı “pul vəsaiti ödənilməklə mülkiyyət hüququna xitam verilməsi və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə verərək, “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89.250 manat məbləğində pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mənzilə mülkiyyət hüquqlarının itirilməsi, eyni zamanda “Azər-Türk Bank» ASC ilə X2 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası nəti cəsində qəzalı və yaşamaq üçün yararsız vəziyyətdə olan mübahisəli mənzil 2017-ci ilin noyabr ayında sökülmüş və İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli məktubu Cavabdeh1 MMC-yə daxil olandan sonra Cavabdeh1 MMC Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2lə bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mənzil 2017-ci ilin noyabr ayında sökülmüş və hal-hazırda həmin mənzil mövcud deyildir. Belə olan halda, qanunvericiliyin tələbinə müvafiq olaraq mənzilə İddiaçı ASC tərəfindən mülkiyyət hüququ itirilmişdir. Hazırkı işə baxılarkən məhkəmənin iclası zamanı məlum olmuşdur ki, “Azər-T ürk Bank» ASC qanunvericiliyin tələblərini kobud surətdə pozaraq xx.xx.2022-ci il tarixdə mövcud olmayan, sökülmüş mənzilə dair X2 ilə alqı- satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticəsi yoxdur. İddiaçı ASC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı mübahəsili mənzili xx.xx.2022-ci il tarixinədək alıcının faktiki sahibliyinə verilməsini öz öhdəsinə götürmüşdür. Açıq-aydın görünür ki, satıcı tərəfindən mövcud olmayan, sökülmüş mənzilin alıcının faktiki sahibliyinə verilməs qeyri-mümkündür. Belə olan halda, mənzil mövcud olmadığından, İddiaçı ASCnin həmin mənzilə mülkiyyət hüququ itirilmişdir və mübahisəli mənzil “Əmlak İxtisaslaşdırılmış Hərrac Mdrkəzi’ MMC tərəfindən müəyyən olunmuş 89.250 manat məbləğ ində satış qiymətinə “Azər-Türk Bank’ ASC-yə verildiyindən, həmin məbləğ banka ödənilməklə, daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarına xitam verilməli, eyni zamanda, mövcud olmayan mənzilə İddiaçı ASC-nin mülkiyyət hüququ itirildiyindən, həmin mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi və onun əsasında 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarış etibarsız hesab edilməlidir.

12. Başqa mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5669/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 MMC və üçüncü şəxs İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 (İddiaçı ASC 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur.

13. Hazırki iş üzrə İddiaçı ASC-nin nümayəndəsi 17 fevral 1922-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair 16 noyabr 2017-ci il tarixli müqavilənin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız hesab edilməsini göstərmiş, iddia tələblərindən imtina etmələrini bildirərək, iş üzrə icraata xitam verilməsini xahil etmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməs inin 2(005)-34/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim Gültəkin Əsədova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilk iddiadan imtinası qəbul edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia üzrə icraata xitam verilməsi qərara alınmışdır.

15. Bundan sonra ilk iddia üzrə iddiaçı və cavabdehlər, həmçinin qarşılıqlı iddia sıradan çıxdığından, məhkəmənin icraatında iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və X1 qarşı “pul vəsaiti ödənilməklə mülkiyyət hüququna xitam verilməsi və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası qalmışdır.

16. Həmin iddia üzrə - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi i lə (hakim Gültəkin Əsədova) “qarşılıqlı” iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 (bir yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, İddiaçı ASC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, qalan hissədə “qarşılıqlı” iddia təmin olunmamışdır.

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qeyd edilən ünvanda söküntü işləri aparıldıqdan sonra X2 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə sökülmüş mənzilə (mövcud olmayan əmlaka) dair müqavilə bağlanmış və mənzil X1 130.000 manata satılm ışdır.

18. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, qeyd olunan alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəf olmasa belə, bağlanmış müqavilə birbaşa MMC-nin maraqlarına toxunduğundan, həmin əmlakın yerləşdiyi ərazi tikinti üçün onlara ayrıldığı və həmin ərazidə yeni bina inşa etdiklərindən sökülmüş əmlakın dəyəri mülkiyyətçiyə ödənilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 203.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 354.2, 560, 568.1, 646.1, 646.2-ci, Mənzil Məcəlləsinin 5.3, 18, 152.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. Qətnamədən iddiaçı Cavabdeh1 MMC və cavabdehlər İddiaçı ASC və X2 ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər.

21. İddiaçı Cavabdeh1 MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 130.000 manat pulun tutulması hissəsində ləğv edilməsini, MMC-dən İddiaçı ASC-nin xeyrinə 89.250 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən mənzilin 89.250 manat satış qiyməti müəyyən olunmuşdur. Mənzilin 89.250 manata satılması nəzərə alınmamışdır.

23. Cavabdeh İddiaçı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə “qarşılıqlı” iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsinə, mənzilin hansı tarixdə sökülməsinə dair sübut təqdim edə bilməmişdir. İş üzrə 10 məhkəmə iclası keçirildikdən sonra cavabdeh qarşılıqlı iddia təqdim etmişdir. Məhkəmə prosessual pozuntuya yol verərək qarşılıqlı iddianı icraata götürmüşdür. Məhkəmə əmlakın real qiymətinin müəyyən edi lməsi üçün heç bir tədbiri görməmiş, habelə Bank tərəfindən eyni şərtlərlə mənzilin alınmasına dair Müqavilənin bağlanmasının tələb edilməsinə münasibət bildirməmişdir.

25. Cavabdeh Aidə Babayeva apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, “qarşılıqlı” iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “dəyərini ödəyərək aldığı əmlakının onun iradəsi ziddinə əlindən alınıb Cavabdeh1 MMC-yə verilməsinin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, ondan əvvəlki mülkiyyətçi onu qanuni əsaslarla əldə etmiş və qanunvericiliyə uyğun olaraq ona satmışdır. İddiaçı ASC-nin öz mülkiyyətində olan əmlakını ona satması Cavabdeh1 MMC-nin hüquqlarını qətiyyən pozmur. Çünki, Cavabdeh1 MMC-yə istinad edilən Nazirlər Kabinetinin Qərarında və Rayon İcra Hakimiyyətinin Sərəncamında ayrılmış sahədəki mülkiyyətçilərin öz mülkiyyətlərini satmasına hər hansı bir formada qadağa qoyulmamışdır. Nə də iddiaçı şəhərin mərkəzində ayrılmış həmin sahədə mülkiyyətçilərə öz mülkiyyətləri üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdıran maddi hüquq norması tapıb istinad edə bilməmişdir. İddiaçının istinad etdiyi Mülki Məcəllənin 203-cü maddəsini hazırkı mübahisəyə tətbiq edilməsi üçün ilk əvvəl iddiaçı Cavabdeh1 MMC-nin subyektiv hüququ olmalıdır. Cavabdeh1 MMC-nin isə subyektiv hüququ yoxdur. Əmlak “X6” ASC-nin istəyi olmadan Banka qaytarılıb, bu dəfə də Bankın əvəzində Cavabdeh1 MMC-yə 130.000 manat müqabilində satılması barədə q ətnamə qəbul edilmişdir. “X6” ASC-nin nümayəndəsinin mənzili 130.000 manat qarşılığında Cavabdeh1 MMC-yə satmayacaqları barədə fikrini aydın bildirməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmişdir.

27. İşə apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən mənzilin real bazar dəyərinin müəyyən edilməsi məqsədilə 16 iyun 2022-ci il tarixli qərardadla qiymətləndimə təyin etmiş, mütəxəssis qarşısında mənzilin söküldüyü 2017-ci il tarixinə və sökülməsəydi hazırki dövrə real bazar dəyərinin nə qədər olması barədə suallar qoymuşdur. 28. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə real dəyəri 182.000 manat, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri 205.000 mana tdır.

29. İddiaçının sifarişi əsasında apellyasiya instansiyasına təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə real bazar dəyəri 89.000 manat, sökülmədiyi halda 09 sentyabr 2022-ci il tarixinə real bazar dəyəri 123.000 manatdır.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4425/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissəd ə dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəf olmasa belə, bağlanmış müqavilə birbaşa onun maraqlarına toxunur. Belə ki, sökülmüş əmlakın yerləşdiyi ərazi tikinti üçün MMC-yə ayrılmış və həmin ərazidə MMC tərəfindən yeni bina inşa olunmuşdur. Bu baxımdan MMC hazırkı iddianı irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddianın mahiyyəti üzrə göstərmişdir ki, alqısatqı müqaviləsinin etibarsızlığı tələbinə aid hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 203.1-ci maddəsi çıxış edir. Maddənin məzmununa görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv old uqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Baxılan iş üzrə mübahisəli mənzilin söküldüyü, mövcud olmadığı işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisə alqısatqı müqaviləsi bağlanan anda mənzilin mövcud olub-olmadığı ilə bağlıdır.

33. Apellyasiya instansiyası məhkəməsinin “Azər-Türk Bank» ASC-nin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsinə dair işdə hər hansı sübut olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, rəsmi reyestrdə qeydiyyat yazısının ləğv edilməsi ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməsə də, işdə olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 164 №-li müqaviləyə əsasən Cavabdeh2 mübahisəli mənzili sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Aidə Babayeva xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında mənzilin 2-3 il əvvəl söküldüyünü, alqı-satqı zamanı mənzilin söküldüyünü bildiyini, söküntü işləri aparıldıqdan sonra onunla Bank arasında müqavilə bağlandığını, mövcud olmayan mənzili almağının səbəbinin əvəzinə təzə mənzil verilməsi olduğunu bildirmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 106.3-cü maddəsinə müvafiq olaraq tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mübahisə üzrə birinci instansiya məhkəməsindəki icraat, həmçinn apellyasiya baxışı zamanı cavabdeh Aidə Babayeva həmin məzmunda iz ahatını mübahisələndirməmiş, protokola qeyd verməmişdir. Buna görə də alqı-satqı müqaviləsi bağlandığı vaxt mübahisəli mənzilin söküldüyü həmin müqavilənin tərəfi olan cavabdeh Aidə Babayeva tərəfindən etiraf olunduğundan qarşılıqlı iddiaçı olan Cavabdeh1 MMC qanunun tələbinə əsasən bu faktları sübut etmə vəzifəsindən azaddır.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərlə əsasən İddiaçı ASC ilə Aidə Babayeva arasında alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, Aidə Babayeva alqısatqı müqaviləsi bağlanan zaman mənzilin mövcud olmamasından xəbərdar olmuş, mənzilə dair mülkiyyət hüququ, çıxarış əldə edə bilməmişdir.

36. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya mə hkəməsinin iddianın təmin olunan digər hissəsində, yəni Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmayarq göstərib ki, Cavabdeh1 MMC-nin həmin hissədə tələbi 89.250 manat pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi barədədir. Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun itirilməsinin əvəzi kimi İddiaçı ASCyə təklif etdiyi 89.250 manat mübahisəli mənzilin hərrac baş tutmadıqdan sonra İddiaçı ASC-yə təklif olunan və əldə olunan qiymətidir. Mənzilin hərracda ilkin satış qiyməti 140.000 manat olmuşdur. Birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə kompensasiya məbləğini 130.000 manat müəyyən etsə də, bu q ənaətini, yəni nəyə görə məhz 130.000 manat ödənilməli olmasını qanunla müəyyən olunmuş qaydada əsaslandırmamışdır. Cavabdeh İddiaçı ASC isə nə 89.250 manat, nə də 140.000 manat kompensasiya məbləği ilə razılaşmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi özünün aldığı qiymətləndirmə hesabatına istinadən qeyd etmişdir ki, mənzilin 2017-ci ilə olan real bazar qiymətini aydınlaşdırarkən onun həmin dövrdəki qiymətinin təxminən 182.000 manat olduğu, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri isə 205.000 manat olduğu müəyyən edilmişdir ki, bu da iddiaçı tərəfindən təklif olunan 89.250 manat mübahisəli mənzilin real bazar qiymətini əks etdirmir. Halbuki Mülki Məcəllənin 211-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdib ki, mübahisəli mənzil 2017-ci ildə sökülmüş olsa da İddiaçı ASC mənzilin mülkiyyətçisi kimi onun sökülməsi nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmamışdır.

38. Məhkəmə kollegiyası sonda belə qənaətə gəlmişdir ki, Cavabdeh1 MMC göstərilən hissədə tələbini sübuta yetirə bilməyib və buna görə də "İnteks” MMC-nin İddiaçı ASC-yə qarşı iddiası 89.250 manat məbləğində pul vəsaiti ödənilməklə mülkiyyət hüququnun itirilməsi hissəsində əsaslı seyil.

39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 203.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 354.2, 560, 568.1, 646.1, 646.2-ci və Mənzil Məcəlləsinin 5.3, 18, 1 52.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

40. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsinin qismən “İnteks MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsi” hissəsində ləğv olunması, “qarşılıqlı” iddianın tam təmin edilməsi, yəni “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89.250 manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İd diaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmış ki, Bakı şəhərində köhnə evlərdə satılan mənzillərin 1 kvadrat metrinin qiyməti 1.300-1.500 manat təşkil edir və belə olan halda 87 kvadrat metrlik mübahisəli mənzilin qiyməti maksimum 130.000 manat təşkil edə bilər. Hətta bu gün Cavabdeh1 MMC tərəfindən inşa edilib sakinlərə təhvil verilmiş təmirli mənzillər sahibləri tərəfindən 1 (bir) kvadrat metri 1.500-1.600 manatdan satışa çıxarılmışdır. Belə olan halda, "xxxx" MMC tərəfindən qəzalı və istismar üçün yararsız olan mənzilə dair verilmiş arayış həqiqəti əks etdirmir və apellyasiya instansiyası məhkəməsinin həmin arayışa əsasla nması prosessual qanunvericiliyin kobud surətdə pozulması deməkdir. Apellyasiya instansiya məhkəməsinə həm elektron məhkəmə sistemi vasitəsi ilə, həm də məhkəmə prosesi zamanı təqdim edilmiş və ekspert rəyləri arasında ziddiyətlər olduğundan, sökülmüş mənzilin 2017-ci il tarixə və bügünkü dövr üçün real bazar qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın keçirilməsi barədə Cavabdeh1 MMC vəsatət vermiş, lakin vəsatət məhkəmə tərəfindən heç bir əsas göstərilmədən təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin əsaslandırılmamış və şişirdilmiş qiymətləri əks etdirən rəyə istinad etməklə çıxardığı qətnaməsi ləğv olunma hissəsində tam qanunsuz və əsassızdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin M ülki Kollegiyasının 2(102)466/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89.250 manat məbləğində pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mənzilə mülkiyyət hüquqlarının itirilməsi barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

43. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsinə düzgün nəticəyə gəlməmişdir.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 MMC-nin 89.250 manat pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi barədə qarşılıqlı iddiasını təmin etməyərkən özünün təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq ona istinad edib ki, mənzilin 2017-ci ilə olan real bazar qiyməti 182.000 manat olduğu, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri isə 205.000 manatdır. Bu da iddiaçı tərəfindən təklif olunan 89.250 manat mübahisəli mənzilin real bazar qiymətini əks etdirmir.

45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin dəyəri ilə bağlı bu nəticəyə gələrkən artıq etibarsız hesab edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC-nin həmin mənzili X1 130.000 manata satmasına diqqət yetirməmiş, Bankın özünün mənzili 130.000 m anat qiymətləndirməsi ilə bağlı işin hallarına qiymət verməmişdir. Başqa sözlə, həmin mənzili 130.000 manata satmasının, mənzilin mülkiyyətçi olaraq İddiaçı ASC-nin qeyd edilən məbləği mənzilə mülkiyyət hüququnu itirməsi müqabilində adekvat qiymət olubolmamasına qiymət verilməyib.

46. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qərardadla mübahisədə adı keçən mənzilin real bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndimə təyin etmişdir. Həmin qərardad əsasında verilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə real dəyəri 182.000 manat, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri 205.000 manatdır.

47. Qarşılıqlı iddiaçının sifarişi əsasında apellyasiya instansiyasına təqdim edilmiş "xxxx" MMC- nin qiymətləndirmə hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə real bazar dəyəri 89.000 manat, sökülmədiyi halda 09 sentyabr 2022-ci il tarixinə real bazar dəyəri 123.000 manatdır.

48. Qarşılıqlı iddiaçının nümayəndəsi "xxxx" MMC-nin qiymətləndirmə hesabatına istinadən vəsatət verərək, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatında müəyyən edilən qiymətləri mübahisələndirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının nümayəndəsinin təkrar ekspertiza barədə vəsatətini protokol qaydasında rədd etsə də, vəsatəti nəyə görə rədd etməsini əsaslandırmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

50. Apellyasiya instansiyası məhkəməsi həmçinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına istinad etməklə kifayətlənmiş, həmin hesabatı Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələbi baxımından qiymətləndirməmişdir. Halbuki prosessual qanunvericiliyin qeyd edilən normalarına görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

51. Bir halda ki, qarşılıqlı iddianın rədd edilən hissəsində apellyasiya instansiyası məhkəməsi təklif edilən məbləğin mübahisəli mənzilin real bazar qiymətini əks etdirməməsinə istinad etmiş və bu nəticəyə gəlmək üçün "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına əsaslanmışdır, belə olan halda, mənzilin real bazar dəyərinin müəyyən edilməsi üçün qarşılıqlı iddiaçının dəlillərinə də qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

52. İşə ikinci dəfə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 MMC-nin yenidən təşkil olunması nəticəsində "xxxx" MMC-nin yaranmasını, hal-hazırki mübahisənin Cavabdeh1 MMC-nin hüquqi varisi olan "xxxx" MMC-yə aid olduğunu qeyd etmiş, ona görə də hazırki iş üzrə Cavabdeh1 MMC-nin "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir.

53. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mrt 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin "xxxx" MMC ilə əvəz edilməsini qərara alınmışdır.

54. İddiaçı "xxxx" MMC apellyasiya instansiya məhkəməsinə ərizə ilə müraciət edərək təklif etdiyi kompensasiyanın məbləğini 130.000 manata qaldırdığını bildirmişdir.

55. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Cahangir Yusifov) "xxxx" MMC-nin apellyasiya şikayəti rədd olunmuş, İddiaçı ASC-nin apellyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi "xxxx" MMC (əvvəlki Cavabdeh1 MMC) tərəfindən 130.000 manat ödənilməklə İddiaçı ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev № 9-da yerləşən 2 №-li mənzil üzərində mülkiyyət hüququna xitam veril məsi (itirilməsi) hissəsində ləğv olunmuş, "xxxx" MMC-nin (əvvəlki Cavabdeh1 MMC) həmin tələbi rədd olunmuş, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə apellyasiya qaydasında yoxlanılan hissədə, yəni birinci tələbə aid hissədə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və maddi hüquq normasını səhv tətbiq etmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırmışdır:

58. Birinci, "xxxx" MMC-nin iddia ərizəsində təklif etdiyi 89.250 manat kompensasiya mənzilin dəyərini ifadə etm ir. MMC 89.250 manatı ona görə təklif edir ki, İddiaçı ASC mənzili hərracdan həmin qiymətə əldə edib. Bu qiymət ipoteka predmetinə tutma yönəldilməsi proseduru daxilində formalaşmış qiymətdir. Belə ki, mənzil 140.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb, daha sonra 140.000 manatdan 15 faiz (21.000 manat) aşağı qiymətlə, yəni 119.000 manat qiymətlə təkrar hərraca çıxarılıb, daha sonra isə 119.000 manatdan 25 faiz (29.750 manat) aşağı qiymətlə, yəni 89.250 manatla banka təklif olunub və bank həmin qiymətə mənzili əldə edib. Mənzili 89.250 manata (dəyərindən aşağı qiymətə) əldə etmək ipoteka saxlayan kimi banka məxsus olan xüsusi hüquqdur. Bu hüquq “İpoteka haqqında” Qanunda müəyyən edilib. Həmin Qanunun 43.5 və 43.7-ci maddələrinə görə, hərracın təşkilatçısı ipoteka predmetini hər racın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, 43.1.1-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göründüyü kimi, bu hüquq yalnız ipoteka saxlayana məxsus olan hüquqdur, "xxxx" MMC isə ipoteka saxlayan deyil. Ona görə də MMC banka həmin məbləğdə kompensasiya təklif edə bilməz. Əgər iddia təmin olunarsa, bu, onunla nəticələnəcək ki, "xxxx" MMC ipoteka saxlayan olmadığı halda ipoteka saxlayana məxsus olan hüquqdan istifadə edib, yəni mənzili dəyərindən aşağı qiymətə əldə edib. Bu baxımdan, 89.250 manat kompensasiya verilməklə mülkiyy ət hüququna xitam verilməsi barədə tələb təmin oluna bilməz.

59. İkinci, apellyasiya icraatı zamanı "xxxx" MMC ərizə ilə müraciət edərək təklif etdiyi kompensasiyanın məbləğini 130.000 manata qaldırdığını bildirmişdir. Lakin qanuni qüvvədə olan qətnamə (ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamə) ilə müəyyən edilib ki, mənzilin ilkin satış qiyməti 140.000 manatdır. Göründüyü kimi, ilkin satış qiyməti MMC-nin təklif etdiyi məbləğdən yüksəkdir. Bundan başqa, nəzərə alınmalıdır ki, ilkin satış qiyməti likvid qiymət olduğuna görə bazar qiymətindən aşağı olur (“İpoteka haqqında” Qanun, maddə 1.0.9). Likvid qimət 140.000 manat olduğu halda, 130.000 manat kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilə bilməz. "xxxx" MMC 130.000 manat təklif edərkən ona əsaslana bilər ki, bank s atıcı kimi mənzilin 130.000 manata satılmasına dair alıcı (özündən əvvəlki mülkiyyətçinin arvadı) Aidə Babayeva ilə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayıb, bununla da mənzilin dəyərinin 130.000 manat olması ilə razılaşıb. Məhkəmə qeyd edir ki, birinci, həmin müqavilə etibarsız hesab olunub, ikinci, müqavilədəki qiymət mənzilin bazar dəyərini ifadə etməyə bilər, çünki müqavilə azadlığı tərəflərə imkan verir ki, qiymətə dair şərti azad surətdə (bazar dəyərindən aşağı və ya yuxarı) müəyyən etsinlər. Bu baxımdan, 130.000 manat kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə tələb də təmin oluna bilməz.

60. Üçüncü, "xxxx" MMC ümumi sahəsi 87,13 kv.m təşkil edən mənzili o şərtlə söküb ki, bunun əvəzində mənzilin yerində inşa ediləcək yeni yaşayış binasının 7, 8,9 və ya 10-cu mərtəbəsində ümumi sahəsi 125 kv.m. təşkil edən təmirli mənzili verəcək. O, bu barədə əvvəlki mülkiyyətçi Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixli müqavilə bağlayıb. Müqavilə etibarsız hesab olunsa da, etibarsızlığın səbəbi sökülmənin şərti ilə bağlı deyil. Etibarsızlığın səbəbi odur ki, müqavilə bankın xeyrinə ipoteka ilə yüklü olan mənzilə dair bağlanıb və buna bankın razılığı alınmayıb. Odur ki, bu fakt təkzib oluna bilməz ki, həmin mənzil ümumi sahəsi 125 kv.m. təşkil edən yeni mənzil verilməsi şərti ilə sökülüb. Hazırda "xxxx" MMC-yə bu şərti yerinə yetirməyə mane olan hal yoxdur. Yəni MMC yeni inşa olunmuş yaşayış binasının 7,8,9 və ya 10-cu mərtəbəsində ümumi sahəsi 125 kv.m. təşkil edən təmirli mənzili banka (mənzilin yeni mülkiyyətçisinə) təklif edə bilər, əgər bu mü mkün deyilsə, eyni mənzilin bazar dəyərini banka təklif edə bilər. Lakin MMC bu təklifi etmir, əvvəlki mənzilin (ümumi sahəsi 87,13 kv.m. təşkil edən sökülmüş köhnə mənzilin) bazar dəyərini kompensasiya kimi verməklə, bankın həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməsini tələb edir. Bu isə işin həqiqi halına (mənzilin sökülmə şərtinə) görə ədalətli kompensasiya hesab olunmur. Odur ki, ümumi sahəsi 87,13 kv.m. təşkil edən sökülmüş könhə mənzilin bazar dəyərinin nə qədər (130.000 manat və ya daha çox) olmasının hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. İddianın əsasını “sökülmüş köhnə mənzilin bazar dəyərinin verilməsi” təşkil etdiyinə görə, iddia təmin oluna bilməz.

61. Dördüncü, "xxxx" MMC bankın mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsini tələb edə bilməz. Belə ki, MMC bankın hüququnu pozub, yəni bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mənzili onun razılığı olmadan söküb. MMC mənzili sökməmişdən əvvəl onun ipoteka ilə yüklülüyünə dair dövlət reyestrindən məlumat ala bilərdi, lakin bunu etməyib. Artıq mənzil üzərində bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Bu qeydin hər hansı əsasla (daşınmaz əmlakın məhv olmasına görə və s.) ləğvi tələb olunmayıb. Odur ki, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə, maddə 140). Mülkiyyətçinin iradəsinə zidd olaraq onun mülkiyyət hüququna xitam verilməsi üçün Mülki Məcəllədə müəyyən edilmiş əsaslar hazırkı işdə mövcud deyil. Mülki Məcəllənin 203.3-cü maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən, bu maddədə nəzərdə tutulan tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Həmin maddədə 6 tədbir nəzərdə tutulub, onların heç biri hazırkı işdə mövcud deyil. Ona görə də kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə tələb təmin edilə bilməz. Bank MMC-yə qarşı iddia qaldıra və mənzilin qanunsuz sökülməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

62. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, "xxxx" MMC-nin iddia tələbinin təmin olunaraq, 130.000 manat məbləğində kompensasiya verilməklə faktiki sökülmüş və mövcud olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilmiş hesab edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

63. Kassasiya şikayəti əvvəlki şikayətin məzmununa uyğun onunla əsaslandırılmış əlavə olaraq qeyd olunmuşdur ki, hamıya bəlli olan haldı ki, bu gün Bakı şəhərində köhnə evlərdə satılan mənzillərin 1 kvadrat metrin qiyməti 1.300-1.500 manat təşkil edir və belə olan halda 87 kvadrat metrlik mübahisəli mənzilin qiyməti maksimum 130.000 manat təşkil edə bilər. Hətta bu gün Cavabdeh1 MMC tərəfindən inşa eilib sakinlərə təhvil verilmiş təmirli mənzillər sahibləri tərəfindən 1 (bir) kvadrat metri 1.500-1.600 manatdan satışa çıxarılmışdır. Belə olan halda, "xxxx" MMC tərəfindən qəzalı və istismar üçün yararsız olan mənzilə dair verilmiş arayış həqiqəti əks etdirmir və Bakı Apellyasiya Məhkəməsinini həmin arayısa əsaslanması prosessual qanunvericiliyin kobud surətdə pozulması deməkdir.

64. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırarkən bir tərəfdən qeyd edir ki, müqavilə etibarsız hesab edilib və nəzərə alına bilməz, digər tərəfdən isə etibarsız hesab edilmiş müqavilənin şərtləri ilə qətnaməsini əsaslandırır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi mübahisəli mənzilin İddiaçı ASC tərəfindən Aidə Babayeva satılması barədə müqvilənin artıq etibarsız olduğunu göstərərək, həmin müqavilədə mənzilin 130.000 manata satılmasını dəlil, sübüt kimi qəbul etmir, digər tərəfdən isə Cavabdeh2lə bağlanan və artıq etibarsız hesab edilmiş müqaviləni əsas tutaraq hesab edir ki, İddiaçı ASC-yə ya 125 kv.m. mənzil verilməli, yaxud daki 125 kv.m. mənzilin bazar qiyməti.

65. Qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli yaşayış binasının inşaasına başlamışlar və hazırki mülki işin mübahisə predmeti olan mənzil söküləndən sonra dövlət reyestri məlumatlarına görə onun yeni mülkiyyətçisi olan İddiaçı ASC-nin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Nazirlər Kabinetinin Qərarında öz əksini tapmamışdır.

66. Qeyd olunmalıdır ki, mübahisəli mənzilin İddiaçı ASC-yə məxsus olması barədə yazılı məktub onlara daxil olandan sonra, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında şifahi razılıq əldə olunmuş və şifahi razılığa əsasən Cavabdeh2lə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə xitam verilir və sökülmüş mənzilə görə kompensasiya kimi 100.000 manat məbləğində banka pul ödənilmişdir. Bu səbəbdən Cavabdeh1 MMC Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmış və iddianın təmin olunmasına dair qətnamə çıxarılıb qanuni qüəvvəsini aldıqdan sonra "xxxx" ASC onlarla əldə olunmuş şihafi razılığı kobud surətdə pozaraq, həmin mübahisəli mənzilə dair alqısatqı müqaviləsini 30.000 manat artıqına yəni 130.000 manata Cavabdeh2 həyat yoldaşı olan Aidə Babayeva ilə bağlayır.

67. O da qeyd olunmalıdır ki, hal-hazırda "xxxx" ASC-nin mübahisəli mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi "xxxx" ASC-nin heç bir hüquqları pozulmur. Çünki İddiaçı ASC mövcud olmayan mübahisəli mənzili 130.000 manata Aida Babayeva s atmış və satışdan əldə olunan pulu təyinatı üzrə istifadə etmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab olunsada, qətnamə icraya yönəlməmiş, müqavilə notariat konturunda ləğv olunnamış və "xxxx" ASC 130.000 manat məbləğində pulu Aidə Babayevaya geri qaytarmamışdır. "xxxx" MMC-nin iddia tələbi təmin olunduğu halda və sökülmüş mənzilə görə kompensasiya kimi verilən 130.000 manat pul "xxxx" ASC tərəfindən qəbul oilunaraq Aidə Babayevaya qaytarılacaq və bununla da bütün mübahisələrə son qoyulacaq. Odur ki, apellyasiya instansiyası məhkəməsi işi qeyriobyektiv və natamam araşdıraraq tam əsassız və qanunsuz qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

68. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

69. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

70. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

71. Maddə 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.

72. Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.

73. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

74. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

75. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

76. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

77. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

78. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

79. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

80. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

81. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqıs ı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

82. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

83. Maddə

18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.

85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

86. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

87. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

89. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

90. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

91. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

92. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır.

93. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

94. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

95. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

96. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin iş ə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

97. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

98. Hazırkı kassasiya şikayətində qətnamə "xxxx" MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

99. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

100. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə təkrarən mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

101. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.3-cü maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş əs aslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə.

102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəlləsinin 203.3-cü maddəsinə əsaslanmaqla qətnamədə düzgün olaraq qeyd etmişdir ki, "xxxx" MMC bankın mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsini tələb edə bilməz. Belə ki, MMC bankın hüququnu pozub, yəni bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mənzili onun razılığı olmadan söküb. MMC mənzili sökməmişdən əvvəl onun ipoteka ilə yüklülüyünə dair dövlət reyestrindən məlumat ala bilərdi, lakin bunu etməyib. Artıq mənzil üzərində bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Bu qeydin hər hansı əsasla (daşınmaz əmlakın məhv olmasına görə və s.) ləğvi tələb olunmayıb. Odur ki, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə, maddə 140). Mülkiyyətçinin iradəsinə zidd olaraq onun mülkiyyət hüququna xitam verilməsi üçün Mülki Məcəllədə müəyyən edilmiş əsaslar hazırkı işdə mövcud deyil. Əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir.

103. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 61-ci paraqrafında göstərilən hissədə gəldiyi nəticə və hü quqi əsaslandırması ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində sadalanan dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

104. Bununla belə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya şikayətində mübahisələndirilən hissəsinə münasibətdə, apellyasiya məhkəməsinin hazırkı qərarın 58, 59 və 60-cı paraqraflarında göstərilən əsaslandırması ilə razılaşmır və iddianın qeyd olunan hissədə rədd edilməsi üçün əsas kimi hazırki qərarın 61-ci paraqrafında göstərilən əsaslandırmanı yetərli hesab edir.

105. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillər ində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası yuxarıda göstərdiyi kimi həmin əsaslandırılma ilə qismən razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassas iya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 106. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

107. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

108. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı “İnteks MMC) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/23 nömr əli, 05 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar