Məhkəmə qərarları › İş №2(102)-3629/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3629/2022

14.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3629/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Quba regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cav abdeh2 (Quba regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1868/2020 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ikinci cavabdehin adına ver ilmiş etibarnamənin və cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-381/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1868/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərə k, birinci instansiya məkəməsinin qətnaməsi ləğv, iddia isə rədd olunmuşdur.

4. İddiaçı (vəkili Vəkil) 30 noyabr 2021-ci il tarixdə həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

5. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada xx.xx.2021-ci il tarixdə almışdır. Qətnamənin surəti yaşadığı ünvana göndərilsə də, ona təqdim olunmamış, kimsə əvəzinə qəbzə imza etməklə qətnaməni götürmüşdür. İşdə olan imzaları ilə sözügedən poçt qəbzindəki imza müqayisə edildikdə qəbzdəki imzanın ona aid olmadığını aydın şəkildə görmək olar.

6. Apellyasiya instansiyası məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə prosessual müddə tin bərpası barədə ərizə təmin olunmamış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

7. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti poçt vasitəsilə iddiaçının qeydiyyatda olduğu və yaşadığı Quba rayonu, XXX kəndinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə alınmışdır. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada verilmiş hesab edilir.

8. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində qətnamənin surətinin onun əvəzinə başqa şəxs tərəfindən imza edilməklə qəbul edildiyini bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Ona görə də, həmi n dəlillər qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılması üçün əsas ola bilməz.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 135.2, 135.3, 135.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, iddiaçı faktiki olaraq başqa ünvanda yaşadığından onun qeydiy yat ünvanı üzrə göndərilmiş qətnamənin surəti ünvanda yaşayan digər şəxslər tərəfindən alınsa belə, ona təqdim olunmamış, apellyasiya məhkəməsi isə ərizəni formal rədd etməklə, onun dəlilləri, o cümlədən işdə olan iddiaçıya məxsus imzaların müqayisəli yoxlanılması barədə heç bir araşdırma aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

16. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildiriş ləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

20. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər:

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. İşdən görünür ki, iddiaçı iddia ərizəsində, apellyasiya məhkəməsinin qətnaməsinin surətinin təkrarən ona təqdim olunması barədə ərizəsində, həmin qətnamədən verdiyi kassasiya şikayətində prosessual müddətin bərpası barədə ərizəsində və son olaraq həmin ərizənin rədd olunması barədə apellyasiya məhkəməsinin qəradadından verdiyi kassasiya şikayətində eyni ünvanı (Quba rayonu, XXX kəndi) qeyd etmişdir. Hətta, hazırda baxılan kassaiya şikayətində prosessual m üddətin buraxılmasını faktiki olaraq başqa ünvanda yaşaması ilə əlaqələndirsə də, bu şikayətin giriş hissəsində də yazışmaların aparılmasını istədiyi ünvan kimi eyni ünvanı göstərmişdir. Qətnamə həmin ünvanda alınmışdır. Cavabdeh qətnaməni başqa şəxsin aldığını və ona verilmədiyini bildirsə də, yaşadığı ünvanda qətnamənin kimin tərəfindən almasına dair heç bir sübut təqdim etməmişdir.

28. Digər tərəfdən, qanunun tələbinə görə prosesdə iştirak edən şəxslər ünvanlarını dəyişdikdə bu barədə işə baxan məhkəməni xəbərdar etməlidir. Tərəflərdən hər hansı biri bu prosessual vəzifəsini icra etmədikdə, məhkəmə tərəfindən işdə olan köhnə ünvanı üzrə ona göndərilmiş məhkəmə sənədləri rəsmi qaydada çatdırılmış hesab edilir.

29. Bundan başqa, işdən görünür ki, iddiaçı həmin ünvan üzrə göndərilmiş məhkə mə bildirişlərini almış, iş üzrə birinci instansiya və apellyasiya icraatlarında keçirilmiş məhkəmə iclaslarında, o cümlədən qətnamənin çıxarıldığı son məhkəmə iclasında iştirak etmişdir.

30. Qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1868/2020 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar