Məhkəmə qərarları › İş №2(102)-3631/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3631/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3631/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı; "xxxx" MTK-nın İddiaçı1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilənin etibarsız sayılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 vəkili X6, "xxxx" MTK-nın vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1la "xxxx" MTK arasında 07 iyun 2012-ci il tarixli «kooperativ binanın mənzil tikintisi haqqında» müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci girişinin, 5-ci mərtəbəsindəki, 31 saylı mənzili "xxxx" MTK-nın ona verməsi, İddiaçı1 isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyərini tam olaraq ödəmiş və sonuncuya bu barədə kassa mədaxil orderi verilmişdir.

2. Tərəflər həmin müqaviləyə və mənzilə dair aşağıdakı iddia tələblərini irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" MTK ilə arasında 07 iyun 2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq MTK-ya məxsus X ünvanında yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilin onun sahibliyinə və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı1 sonradan tələbini dəqiqləşdirərək qeyd edilən binanın 2-ci giriş, 4-cü mərtəbə 31 saylı mənzilin onun sahibliyinə və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı1 tələbini belə əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 07 iyun 2012ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən, tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində, 31 saylı mənzili payçıya verməli, payçı isə həmin mənzili qəbul etməli və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 58.39 kv.m., ümumi dəyəri isə 23.356 manat müəyyən olunmuşdur. O, müqavilə bağlayan vaxtda mənzilin dəyərini tam olaraq, yəni 23.356 manat ödəmişdir, bu barədə ona kassa mədaxili orderinin qəbzi verilmişdir. Həmin binada mənzil almış digər payçılar öz mənzillərini təhvil alaraq təmir etdirmiş, bəziləri hətta köçüb yaşayır. Onun haqqını tam olaraq ödədiyi 31 saylı mənzil isə bu günə kimi ona təhvil verilməyib və o, öz mənzilinə buraxılmır. 6. "xxxx" MTK, İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx " MTK arasında 07 iyun 2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq MTK-ya məxsus X ünvanında yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilin onun sahibliyinə və mülkiyyətinə verilməsi barədə iddia tələbinin rədd edilməsi, həmin mənzilə dair 07 iyun 2012-ci il tarixdə bağlanmış kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, "xxxx" MTK ilə "xxxx" MMC-nin təmsilçisi X7, icraçı direktoru X2 və fiziki şəxs X11 arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə görə Abşeron RİH Başçısının 09.12.2009-cu il tarixli, 1180 saylı sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış AX ünvanında yerləşən 0,45 ha torpaq sahəsində təsdiq edilmiş layihə əsasında inşası nəzərdə tutulan 3 girişli, 12 mərtəbəli yaşayış evinin 3-cü girişinin 12-ci mərtəbəsinin bütün mənzilləri "xxxx" MMC tərəfindən inşa olunmalı idi. Qeyd olunan müqavilə üzrə tərəf olan T.Ş.Alaverdiyev tikintinin həyata keçirilməsi üçün tikinti materiallarına ehtiyac olduğundan təklif etmişdir ki, 23356 manat dəyərində X ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 saylı mənzil İddiaçı1 adına rəsmiləşdirilsin və onları 23356 manat dəyərində tikinti materialları ilə təmin etsin. Bu təklifdən sonra tərəflər arasında müqavilə bağlanaraq İddiaçı1 kassa-məxaric orderi verilsə sonuncu cəmi 600 manat dəyərində tikinti materialları ilə təmin etmədiyindən, qalıq borcunu ödəməyindən "xxxx" MMC-də müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yeri nə yetirməmiş və qeyd edilən binanın tikintisini həyata keçirməmişdir. İddiaçı1 T.Ş.Allahverdiyev və "xxxx" MTK arasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək 23356 manat dəyərində tikinti materialları ilə təmin etməməsi nəticəsində "xxxx" MTK-ya maddi zərər yetirmişdir.

8. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 03 iyun 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" MTK ilə İddiaçı1 arasında Abşeron rayonu, X ünvanında yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilinə dair bağlanmış 07 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı1 qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumuna görə pulun alınıb "xxxx" MTK-ya ödənilməsi qət edilmişd ir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nin nümayəndəsi 01 oktyabr 2013-cu il tarixli "xxxx" MTK ilə "xxxx" MMC-nin təmsilçisi X7, icraçı direktoru X8, fiziki şəxs X12 və X1 arasında bağlanmış birgə fəaliyyət haqqında müqaviləsinə istinad edərək tərəf olan X8 tikintinin həyata keçirilməsi üçün tikinti materiallarına ehtiyac olduğundan təklif etməsi ilə əlaqədar 23.356 manat dəyərində X ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 saylı mənzil İddiaçı1 adına rəsmiləşdirilməsi və İddiaçı1 tərəfdən x adlı şəxs onları 23356 manat dəyərində tikinti materialları ilə təmin etməsini göstərsələr də bu öhdəlik icra edilməmiş, tərəflər müqaviləni 02.02.2014-cu il tarixdən ləğv edilmiş hes ab etmişlər. Şahid ifadələrindən görünür ki, İddiaçı1 həmin münasibətlərdə iştirak etməmişdir. İddiaçı1 07 iyun 2012-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə üzrə 23.356 manat pulu "xxxx" MTK-ya ödəmişdir. Müqavilə onun adına bağlansa da birgə fəaliyyət haqqında müqavilə icra edilmədiyindən, ilkin iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilə formal olaraq qalmış, ötən müddət ərzində iddiaçı həmin müqavilə üzrə cavabdehə müraciət etməmiş, yalnız hazırkı iddia ilə məhkəməyə müraciət edəndən sonra cavabdeh qarşılıqlı-iddiaçı ilkin iddiaçının niyyətini başa düşüb və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə qeyd edilən hüquqi nəticəyə gələrkən cavabdehqarşılıqlı iddiaçı tərəfin sübutlarına qiymət verərkən İddiaçı1 ilə "xxxx" MTK ilə onun arasında 07 iy un 2012-ci il tarixdə bağlanmış “kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin sonunda tərəflərin imzalarından əlavə 3-cu bir imzanın da mövcudluğuna əhəmiyyət verir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi həmin imza iş üzrə şahid qismində dindirilmiş X3 məxsusdur. Hansı ki, iş materiallarından göründüyü kimi həmin şahid birgə fəaliyyət haqqında müqavilənin bağlanmasında iştirak etmişdir və onun ifadəsindən göründüyü kimi İddiaçı1 adına qeyd edilən müqaviləyə görə MTK-ya hər hansı məbləğdə pul ödənilməmişdir. Nəzərdə tutulan öhdəlik isə icra edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) 30 oktyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) X nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli, Xnömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

13. Kassasiya instansiyası mövqeyini belə əsasland ırmışdır ki, apellyasiya məhkəməsi qarşılıqlı iddiaçının mövcud müqaviləni (07.06.2012-ci il tarixli müqaviləni) hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün və ya digər əqdi pərdələmək məqsədilə bağlandığını deyil, müqavilə tərəfi olan İddiaçı1 öhdəliyini icra etməməsi nəticəsində mübahisələndirməsini nəzərə almamışdır. Bununla yanaşı, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin təfsirində də yanlışlığa yol verərək, həmin müqavilənin bağlanmasının hər hansı şərtlə, o cümlədən üçüncü şəxs tərəfindən veriləcək tikinti materialları ilə şərtləndirilməməsinə, həmin müqavilənin üçüncü şəxslə "xxxx" MTK arasında deyil, sonuncu ilə cavabdeh İddiaçı1 arasında bağlanmasına əhəmiyyət vermədən və cavabdeh tərəfindən mənzilin dəyərinin müqavilə bağlanan gün tam məbləğdə iddiaçı təşkilata ödənilməsini, bu faktın MTK-nın 07.06.2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə təsdiq edilməsinə diqqət yetirmədən, cavabdehin hansı öhdəliyini icra etməməsinin, iddiaçı təşkilatın nəyə görə 07.06.2012-ci ildən 7 il müddət ərzində həmin müqaviləni mübahisələndirməməsinin səbəbini araşdırmadan etibarsız hesab etmişdir. Digər tərəfdən, İddiaçı1 tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilməməsi mülki iş materialları, o cümlədən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də istisna olunur. Belə ki, mənzilin dəyərinin həqiqətən iddiaçı təşkilata ödənilməməsi müqavilənin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas sayıla bilər. Digər tərəfdən, İddiaçı1 öhdəlyini icra etməməsi barədə "xxxx" MTK-nın istinad etdiyi 01.10.2013-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə nəzər saldıqda müəyyən edilir ki, müqavilə sonuncu ilə Avro Qrand MMC, onun nümayəndələr x, x və x arasında bağlanmış və həmin müqavilənin şərtində Abşeron RİHB-nin 09.12.2009-cu il tarixli, 1180 saylı sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış X ünvanında yerləşən 0.15 ha torpaq sahəsində təsdiq olunmuş layihə əsasında 3 girişli 12 mərtəbəli yaşayış evinin 3-cü girişinin 12-ci mərtəbəsinin bütün mənzillərinin tikilməsi və istismara hazır mənzillərin satışı öhdəliyi nəzərdə tutulmuşdur. Lakin mübahisələndirilən 07.06.2012-ci il tarixli müqavilənin tərəfləri "xxxx" MTK və İddiaçı1 olmaqla, müqavilənin predmeti "xxxx" MTK-ya ayrılmış Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsində təsdiq olunmuş layihə əsasında 3 girişli 12 mərt əbəli yaşayış evinin 2-ci girişinin 4-cü mərtəbəsindəki 31 saylı mənzil təşkil edir. Göründüyü kimi, İddiaçı1 01.10.2013-cü il tarixli müqavilənin tərəfi olmamış, həmin müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmiş, o yalnız 07.06.2012-ci il tarixli müqavilənin tərəfi olaraq həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş və müvafiq olaraq pul vəsaitini kassa mədaxil orderinə əsasən MTK-ya ödəmişdir. Beləliklə, apelyasiya kollegiyası işdə olan sübutları düzgün təhlil etmədən, onların mötəbərliyini yoxlamadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlə r-G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) 12 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 03 iyun 2019-cu il tarixli X saylı qətnaməsi ləğv edilmiş, İddiaçı1 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair ilkin iddianın təmin edilməsi, "xxxx" MTK-nin İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında 07 iyun 2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq X ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 5-ci mərtəbəsində 31 saylı mənzil İddiaçı1 sahibliyinə verilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı1 tərəfindən götürülmüş öhdəliyi icra edilməməsi mülki işin materialları ilə gəldiyi nəticə ilə istisna olunur. Belə ki, mülki qanunvericiliyinin mənasına görə, mənzillərin dəyərinin cavabdehlər tərəfindən həqiqətən iddiaçı təşkilata ödənilməməsi müqavilələrin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas sayıla bilər. Həmçinin ilkin İddiaçı1la cavabdeh "xxxx" MTK arasında 07 iyun 2012-ci il tarixli «kooperativ binanın mənzil tikintisi haqqında» müqavilə bağlanmış, həmin müqaviləyə əsasən X ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci girişinin, 5-ci mərtəbəsindəki, 31 saylı mənzili "xxxx" MTK-nın ona verməsi, İddiaçı1 isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdə sinə götürmüş, mənzilin dəyərini tam olaraq ödəmiş və sonuncuya bu barədə kassa mədaxil orderi verilmişdir. Lakin hazırkı iş üzrə İddiaçı1 tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MTK mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 16. "xxxx" MTK kassasiya şikayəti verərək qətnamənin ləğv, iş üzrə yeni qərar qəbul eidlməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası maddi hüquq normalarını və hazırki mübahisə ilə bağlı mövcud olan qərarları düzgün tətbiq etməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, “Abşeron-A1’ MTK ilə "xxxx" MMC-nin təmsilçisi X7, icraçı direktoru X2 və fiziki şəxs X11 arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə görə Abşeron RİH Başçısının 09.12.2009-cu il tarixli, 1180 saylı sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış X ünvanında yerləşən 0,45 ha torpaq sahəsində təsdiq edilmiş layihə əsasında inşası nəzərdə tutulan 3 girişli, 12 mərtəbəli yaşayış evinin 3-cü girişinin 12-ci mərtəbəsinin bütün mənzilləri "xxxx" MMC tərəfindən inşa olunmalı idi. Qeyd olunan müqavilə üzrə tərəf olan T.Ş.Alaverdiyev tikintinin həyata keçirilməsi üçün tikinti materiallarına ehtiyac olduğundan təklif etmişdir ki, 23.356 manat dəyərində X ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 saylı mənzil İddiaçı1 adına rəsmiləşdirilsin və on ları 23.356 manat dəyərində tikinti materialları ilə təmin etsin. Bu təklifdən sonra tərəflər arasında müqavilə bağlanaraq İddiaçı1 kassa-məxaric orderi verilsə sonuncu cəmi 600 manat dəyərində tikinti materialları ilə təmin etmədiyindən, qalıq borcunu ödəməyindən "xxxx" MMC-də müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və qeyd edilən binanın tikintisini həyata keçirməmişdir. İddiaçı1 T.Ş.Allahverdiyev və "xxxx" MTK arasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək 23.356 manat dəyərində tikinti materialları ilə təmin etməməsi nəticəsində “Abşeron-A1’ MTK-ya maddi zərər yetirmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlə r ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisələndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

19. Etiraz onunla əsaslandırlmışdır ki, o, müqavilə bağlayan vaxtda mənzilin dəyərini tam olaraq yəni 23.356 manatı ödəmişdir, bu barədə ona kassa mədaxil orderinin qəbzi verilmişdir. İddiaçı1 "xxxx" Mənzil Tikinti Kooperativi ilə 07 iyun 2012-cı il tarixdə müqavilə bağlamışdır, müqaviləyə əsasən Kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 4-ci mərtəbəsində 31-saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməli və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. İddiaçı1n həmin vaxt Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev Prospekti 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binasının həyətində olan cavabdehin ofis kimi istifadə etdiyi dəmir tikilidə ( vaqonda) mənzilin dəyərini tam olaraq yəni 23.356 manatı "xxxx" Mənzil Tikinti Kooperativinin sədrinə ödəmişdir, həmin vaxt orada olan mü hasib pulu sayaraq götürmüş və ödənişlə bağlı kassa mədaxil orderi yazılmış, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri və mühasib tərəfindən imzalanmış, möhürlə təsdiq olunaraq pulun qəbul olunması barədə kassa mədaxil orderinin qəbzi ona verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında bağlanılmış 07 iyun 2012-ci il tarixli müqavilədə İddiaçı1 kiməsə tikinti materialları verməyi barədə hər hansı bənd yoxdur və o, üzərinə bu barədə hər hansı öhdəlik götürməmişdir, İddiaçı1 həmin gün mənzilin dəyərini tam olaraq yəni 23.356 manatı ödəmişdir, bu barədə ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Abşeron A1” Mənzil Tikinti Kooperativi ilə X -nin təmsilçisi X7, icraçı direktor X8 və fiziki şəxs X14 arasında birgə fəaliyyətlə bağlı müqavilə 01 oktyabr 2013-cü ildə bağla nılmışdır. İddiaçı1la "xxxx" Mənzil Tikinti Kooperativi arasında, cavabdehə məxsus X ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 4-ci mərtəbəsində 31-saylı mənzil barəsində 07 iyun 2012-cı il tarixdə bağlanılmış və dəyəri İddiaçı1 tərəfindən tam olaraq ödənilmiş müqavilədən 1 il 4-ay sonra "xxxx" Mənzil Tikinti Kooperativi ilə Avro Qrand MMC və digərləri arasında birgə fəaliyyətlə bağlı bağlanılmış müqavilənin İddiaçı1 müqaviləsinə nə aidiyyətı var. T.X21 MMC-ni və onun təmsilçisi X4, icraçı direktor X5 və fiziki şəxs X9 tanımır, onlarla hər hansı bir tanışı ilə onun heç bir münasibəti olmayıb və bu şəxsləri ilk dəfə məhkəmədə görmüşdür. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən "xxxx" MTK-nın vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdaf iə edərək, onun təmin olunmasını xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili x kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətç i həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

25. Maddə 324.1, 324.2, 342.4 və 342.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişidirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri z amanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisələndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

30. Maddə

576. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdə sinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəməl ər iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 38. "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 07 iyun 2012-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən müəyyən edilir ki, "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci giriş, 4-cü mərtəbə, 31 saylı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı İddiaçı1 isə mənzili qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada mənzilin dəyəri olan 23356 manat pulu MTKya ödənilməsini öhdəsinə götürmüşdür. 39. 07 iyun 2012-ci il tarixli kassa mədaxil orderindən müəyyən edilir ki, İddiaçı1 07 iyun 2012-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə üzrə 23356 manat pulu "xxxx" MTKya ödəmişdir. 40. 01 oktyabr 201 3-cü il tarixli "xxxx" MTK ilə "xxxx" MMC-nin təmsilçisi x, icraçı direktoru T.Ş.Allahverdiyev, fiziki şəxs R.S.Kərimov və V.Ş.Müslümov arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilədən müəyyən edilir ki, Abşeron RİH Başçısının 09.12.2009-cu il tarixli, 1180 saylı sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən 0,45 ha torpaq sahəsində təsdiq edilmiş layihə əsasında inşası nəzərdə tutulan 3 girişli, 12 mərtəbəli yaşayış evinin 3-cü girişinin 12-ci mərtəbəsinin bütün mənzilləri "xxxx" MMC tərəfindən inşa olunmalı və 24 aydan gec olmayaraq tikinti işləri tam başa çatdırılmalıdır. Həmin müqavilənin arxasında tərəflərin imzaları ilə təsdiq edilmiş 02.02.2014-cü il tarixli qeyddən müəyyən edilir ki, T.Allahverdiyev səhhəti ilə əlaqədar işi dayandırır və müqavilə ləğv olunmuş sayılır.

41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia predmetinin müqavilənin etibarsızlığı, əsasını isə öhdəliyin icra edilməməsi (müqavilə üzrə pulun ödənilməməsi, tikinti materiallarının verilməməsi), müqavilənin formal olaraq bağlanması təşkil edir.

42. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərar).

43. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, "xxxx" MTK tələbinin maddi hüquqi əsası kimi 340.1, 340.2-ci maddələrində istinad etmiş və məhkəmə tərəfindən 07 iyun 2012-ci il tarixli müqavilədə bu maddi hüququ normalarına əsasən etibarsız hesab edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əhəmiyyətsiz əqdlər qrupuna daxil olan uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanırsa, yalan əqd də uydurma əqd kimi görünüş xarakteri daşısa da, lakin uydurma əqddən fərqli olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir maddəsindən də aydın olduğu kimi, yalan əqddən söhbət getməsi üçün bir neçə şərtin mövcudluğu tələb olunar. Birincisi eyni tərəflər arasında iki fərqli əqdin (görüntüdə bağlanmış olan əqd və həqiqətdə bağlanmış (pərdələnmiş əqdin) bağlanması, tərəflərin hər ikisinin pərdələmək niyyəti ilə hərəkət etməsi. Hazırkı mübahisədə isə, bu şərtlər mövcud deyil. Lakin iddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının mövcud müqavilən hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün və ya digər əqdi pərdələmək məqsədilə bağlandığını deyil, müqavilənin tərəfi olan İddiaçı1 öhdəliyin icra etməməsi nəticəsində mübahisələndirməsini nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası tərəflərin sözügedən müqavilələr üzrə hüquq və vəzifələrin əmələ gəlməsini üçüncü şəxs tərəfindən veriləcək tikinti materiallarının verilməsi ilə şərtləndirmədikləri üçün, həmin müqavilənin İddiaçı1 iddiaçı təşkilata verməli olduğu hər hansı tikinti materiallarının veril məməsinə görə etibarsız sayıla bilməz.

45. İddiaçı1 tərəfindən götürülmüş öhdəliyi icra edilməməsi mülki işin materialları ilə gəldiyi nəticə ilə istisna olunur. Belə ki, mülki qanunvericiliyinin mənasına görə, mənzillərin dəyərinin cavabdehlər tərəfindən həqiqətən iddiaçı təşkilata ödənilməməsi müqavilələrin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas sayıla bilər. Mülki Məcəllənin 421-ci maddəsinin mənasına görə, müqavilə üzrə tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, yəni digər tərəf müqavilə əhəmiyyətli dərəcədə pozan tərəfə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə deyil, ləğv barədə iddia qaldıra bilər.

46. Birinci instansiya məhkəməsinin İddiaçı1 sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni həmin müqavilədə göstərilən mənzilin dəyərini iddiaçı təşkilata ödəməmələrini qeyd edib, gəldiyi nəticəni tikinti materialları təmin edilməməsini şahid ifadələri ilə əsaslandırmağa çalışsa da, bununla da məhkəmə kollegiyası razılaşmayaraq qeyd etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin şalları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mənzilin dəyəri cavabdeh tərəfindən tam məbləğdə iddiaçı təşkilata ödənilmiş və həmin müqavilə üzrə cavabdehin iddiaçı təşkilata ödənilməmiş borcları yoxdur. Həmin müqavilə bilavasitə iddiaçı təşkilatın sədri A. xtərəfindən imzalanmaqla, iddiaçı təşkilatın dairəvi möhürü ilə təsdiq edilmişdir.

48. Həmçinin ilkin İddiaçı1la cavabdeh "xxxx" MTK a rasında 07 iyun 2012-ci il tarixli «kooperativ binanın mənzil tikintisi haqqında» müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci girişinin, 5-ci mərtəbəsindəki, 31 saylı mənzili "xxxx" MTK-nın ona verməsi, İddiaçı1 isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyərini tam olaraq ödəmiş və sonuncuya bu barədə kassa mədaxil orderi verilmişdir. Lakin hazırkı iş üzrə İddiaçı1 tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MTK mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

49. Göründüyü kimi, İddiaçı1 müqaviləyə əsasən yuxarıda qeyd olunan mənzilin tam dəyərini "xxxx" MTK-nə ödəməklə həmin mənzilə sahiblik və istifadə hüququ əldə etdiyindən, mənzilin onun sahibliyinə verilməsini cavabdeh "xxxx" MTK-dan tələb etməkdə ilkin iddiaçı haqlı olmuşdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflə rə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar