Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3631/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin boşaldılaraq sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-71/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şamaxı rayonu Şəhriyar qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 37 saylı qərarına əsasən X4 fərdi yaşayış evi tikmək üçün Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır.
2. Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin rəyinin surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsinin X1 etiraz edilməmişdir.
3. DTXK-nin Şamaxı rayon şöbəsinin rəyinin surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsinin X2 qanuna müvafiqdir.
4. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 0,06 ha torpaq sahəsi X4 287000 manata satılmışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 81,6 kv.m yaşayış sahəsi 33,9 kv.m, yardımçı sahə 47,7 kv.m, torpaq sahəsi 0,0595 ha olan fərdi yaşayış evi Cavabdeh Mədəmmədəli oğluna məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəməri üzərində inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılara q sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 219 mm-lik qaz kəmərinin üzərində yaşayış evi inşa etmişdir. Tikili diametri 219 mm-lik qaz kəmərinin üzərində yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirə salınmadan sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.
8. Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(074)-30/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası rədd edilib, İddiaçındən ekspert xərci üzrə 100 manat pulun alınaraq X3 kod 210005 VÖEN **********, m\h AZ41NABZ********************, S.V.İ.F.T. BİK CTREZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 6 **********, Hesa b: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi bir mərtəbəli olub, bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Tədqiq olunan ünvanda İddiaçı balansında və istismarında olan 219 mm-lik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4,0 metr hissəsinin və yardımçı tikilinin 1,4 metrə qədər hissəsinin 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəməri nin mühafizə zonasında inşa edildiyi müəyyən olunur.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə və Mülki Məcəllənin 6, 152.1, 157.2, 170.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verib qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi bir mərtəbəli olub, bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hörülərək hasara alınmışdır. Tədqiq olunan ünvanda İddiaçı balansında və istismarında olan 219 mm-lik, aşağı təzyiqli yeraltı kəmərinin çəkildiyini nəzərə aldıqda, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin arxa divarının bir hissəsinin, arxa tərəfdəki sərhəd hasarının 4,0 metr hissəsinin və yardımçı tikilinin 1,4 metrə qədər hissəsinin 219 mmlik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunur.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) 2(105)-71/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhk əmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Həmin qətnamədən iddiaçı (vəkil X6) kassasiya şikayəti vermişdir.
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi formal mülahizələrə əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
19. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
22. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.
23. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.
24. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
25. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüq uqunun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
26. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.
1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
41. İddia tələbi tikilinin cavabdehin öz vəsaiti hesabına boş aldılaraq sökülməsi barədədir. İşdən görünür ki, iddia tələbi sübuta yetirilməməsi əsası ilə rədd edilmişdir.
42. Məhkəmə kollegiyası məhkəmələrin qeyd edilən əsasla iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini düzgün hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Apellyasiya məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-71/2022 nömrəli, 09 mart 2022-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.