Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3632/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mül ki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-4496/2019) iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), İ.Xəlilov və X.Cəmilova, iş № 2(103)-14146/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4496/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili X7 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki halları nın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə X4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli nizamnamə kapitalındakı payların alqı-satqısı müqaviləsinə əsasən İddiaçı "X8" MMC-də ona məxsus olan 100% paydan 25% payı İran İslam Respublikasının vətəndaşı olan X2 satmışdır. İddiaçı Azar X9 ilə xx xxxxxxx 2017-ci il tarixli pay alqı-satqı müqaviləsi bağlayaraq "X8" MMC-də ona məxsus payın 65%-ni İran İslam Respublikasının vətəndaşı olan Azar X9a satmışdır. Sonuncu müqavilə Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir. Apelyasiya instansiya məhkəməsi həmç inin müəyyən etmişdir ki, mübahisəli pay alqı-satqı müqaviləsi xx xxxxxxx 2017-ci il tarixdə bağlandığı halda, həmin müqavilənin etibarsızlığına dair iddia tələbi ilə məhkəməyə xx xxxx 2019-cu il tarixdə müraciət olunmuşdur. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı tələb üzrə Bakı şəhəri 43 saylı notariat kontoru deyil, Azar X9 cavab verməli şəxs olduğundan mülki prosessual hüquq normalarının tələbləri pozularaq iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilmişdir. Bu cür prosessual pozuntu ilə qəbul edilmiş qətnamə əsaslı və qanuni ola bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci, Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1-ci maddəsini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında bütün tərəflərin iştirakı təmin edilməmiş, bununla da çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlənilməsinə önəm verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki, ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərə f bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mülki işin 92-ci səhifəsində olan xx xxxxxxx 2019-cu il tarixli bildirişə əsasən, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Kassator və qarşı tərəf onlara ünvanlanmış bildirişləri qəbul etmiş və bu barədə iş materiallarının 96 və 97-ci vərəqlərində olan xəbərnamələrə imza etmişlər. Həmçinin mülki işin 106-cı vərəqində olan xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasının protokolundan görünür ki, işə kassatorun nümayəndəsinin iştirakı ilə baxılmış, onun izahatı dinlənilmiş və məhkəmə iclas protokolunda qeyd olunmuşdur. Digər tərəflərin isə apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilibedilməməsi yalnız onların özü tərəfindən mübahisələndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avr opa Məhkəməsi “X3rşı işdə” qeyd etmişdir ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin kassasiya icraatında işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Apelyasiya məhkəməsinin mübahisə ilə bağlı gəlmiş olduğu nəticəsindən görünür ki, xx xxxxxx 2016-cı il tarixdə İddiaçı “X8” MMC-də ona məxsus olan 100% paydan 25% payı İran İslam Respublikasının vətəndaşı olan X2 satdıqdan sonra həmin MMC-də 75% paya malik olmuşdur. İddiaçı həmin əqdin ləğv edildiyini düşünərək etibarsız hesab edilməsi tələb edilən alqısatqı müqaviləsini bağladığını iddia edir. Lakin iddiaçı tərəfindən məhz mübahisəli müqavilənin artıq ləğv edilmiş olduğunu düşünüb hə rəkət etdiyini, xx xxxxxx 2016-cı il tarixli müqavilə ləğv edilmədiyi təqdirdə “X8” MMC-də ona məxsus payın alqı-satqısına dair növbəti əqdi bağlamayacağını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. xx xxxxxx 2016cı il tarixli müqavilənin imzalanmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, X1 almış olduğu 25% payı dövlət orqanında qeydiyyatdan keçirməməsi faktı mövcud olsa da, məhkəmə baxışı zamanı iddiaçı tərəf özünün bu müqaviləni nəyə görə qeydiyyatdan keçirməməsini, ya da həmin müqavilənin ləğv edilib-edilmədiyini yoxlamamasını tutarlı səbəblərlə izah edə bilməmişdir. Alqı-satqı müqaviləsinin təsdiq edilməsinə dair notariat əməliyyatı aparan orqan kimi notariat kontorunun hər hansı hüquqazidd hərəkətlərə yol verməsi də iş materialları ilə öz təsdiqini tapmamışdı r. İddiaçı hazırkı iddianın predmeti olan xx xxxxxxx 2017-ci il tarixli müqavilənin etibarlılığını xx xxxx 2019-cu il tarixdə mübahisələndirməklə bunun üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab ed ilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3632/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3632/2020
22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver