Məhkəmə qərarları › İş №2(102)-3633/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3633/2022

07.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3633/2022 07.06.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Abbasqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Abbasqulu oğlu Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsindənn kassasiya şikayəti vermişdir. Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1 və 407.1.4-cü maddələrinin tələblərinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Verilmiş kassasiya şikayətində maddi və prosessual normaların pozulmasının nədən ibarət olması göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası işin faktiki hallarını araşdırmır. MPM-nin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə k assasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda, iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermiş, lakin apellyasiya instansiyası vəsatətə münasibət bildirməmişdir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 407.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Abbasqulu oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-643/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəb ul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar