Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3634/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3674/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakılar ı müəyyən etmişlər:
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətinə əsasən, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli, ******* salı akta əsasən və xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən abonentin təbi qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir.
3. Abonentin saldosuna əsasən, verilən qaz xətti üzrə **********00510 sayla qeydiyyata alınmış abonent koduna (abonent X2) 2022-ci ilin iyul ayında 2928,96 manat və 2022-ci ilin dekabr ayında 2928,96 manat olmaqla, ümumilikdə 2 akt əsasında 5857,92 manat zərər hesablanmışdır.
4. AZ-İ seriyalı, 569850 nömrəli, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X2 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat etmişd ir. 5. “Garep” proqram təminatından çıxarışına əsasən, abonent 2011-ci ildən halhazıradək istifadə etdiyi təbii qaza görə aralıqsız ödənişlər etmişdir.
6. İddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” və işdə olan digər sənədlərinə əsasən, yuxarıda qeyd edilən aktlara və tələbnamələrə əsasən iddiaçıya əlavə sərfiyyat kimi cəmi 5.883,66 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Birliyə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana cavabdeh tərəfindən ona (abonent kodu: **********00510) əsassız hesablanmış 5856,34 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki o, Bakı şəhəri, Yasamal rayonu, Dekabrist küçəsində yerləşən 7 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Maqomayev küçəsi, bina 1-də yerləşən 51 saylı mənzil iddiaçının atasına – mərhum X1 məxsus olmuşdur. Birlik həmin mənzili təbii qazla təchiz edir və bununla bağlı ünvanda qaz sayğacı quraşdırımışdır (abonent kodu: **********00510). Həmin mənzildə yaşayış yoxdur. İddiaçı arabir mənzilə baş çəkir. 2022-ci ildə cavabdeh Birliyin əməkdaşları həmin mənzillə bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib etmişlər. Aktlarda qeyd edilmişdir ki, həmin mənzildə təbii qazdan sayğacdan kənar istifadə edilir və ona görə də iddiaçının xəbəri olmadan ona 5.856,34 manat mə bləğində borc hesablanmışdır. Saldoda göstərilən samovar, qızdırıcı radiator və dəmir peç deyilən qızdırıcı cihazlar həmin ünvanda yoxdur. Aktlar və aktlara görə hesablanmış borc əsassızıdır. Çünki qeyd olunan ünvanda hər-hansı sayğacdan kənar qaz xəttindən istifadə olunmayıb və istifadə olunan təbii qaza görə yaranmış borclar da vaxtlı-vaxtında ödənilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixli aktla əlavə olunmuş fotoşəkildə göstərilən darvaza ona məxsus olmayıb qonşusuna məxsus darvazadır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(003)-1058/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia təmin edilmiş, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Maqomayev küçəsi ev 1 51 saylı mənzilə məxsus abonent kodu **********00510 (X1) olan sayğaca hesablanmış 5856,34 manat məbləğində borcun silinməsini və cavabdehdən 78,57 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsini qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasəlandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şüb hə doğurur.
12. Məhkəmə qeyd edib ki, tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
13. Məhkəmə hesab edib ki, iddiaçı tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı tələb edilən 5856,34 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8, 13.8-1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 3.4.1, 3.4.4, 6.5, 6.6 və 6.7-ci bəndlərinə və AR Mülki Prosessual Məcəlləsinin 119.2ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(003)1058/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti on unla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən cavabdeh Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan istifadə etməsi, yəni təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində cavabdeh Birliyə yuxarıda qeyd edilən məbləğində madd i ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3674/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər M.A. Məmmədov – sədrlik edən və məruzəçi, F.Ş. Talışinski və A.N. İmanov) cavabdehin apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsini qət etmişdir.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birliyin əməkdaşlarının tərt ib etdikləri və yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi qeyd edildiyindən, cavabdeh Birlik, yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırkı halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetirməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin cavabdeh Birliyi iddiaçının təbii qazdan qeyriqanunu istifadə etməsi, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir.
19. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə e tməsini təsdiq edən hər hansı sübut (istehlakçının təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarı) cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilib ki, birinci instansiya Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşıyır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 11.6, 13.8 və 13-8-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.5, 4.7, 4.8, 4.9-cu bəndlərinə və Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
21. Cavabdeh (onun vəkili Vəkil Əlisab oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(103)-3674/2024 saylı qətnaməsini ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi tamamilə yanlışdır. Ona görə ki, apellyasiya instansiya məhkəməsi dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. İddiaçı həmin ünvanda yaşamadığını qonşuların a ncaq su quyusundan istifadə etməsini qeyd etsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə baxmayaraq məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı məhkəmə qətnaməsində aktlara olan münasibətini öz mülahizəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər heç biri uyğunluq təşkil etməmişdir. Bu da onu ifadə etməyə əsas verib ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, ekspert həqiqətən tədqiqat obyektini tədqiq etməsi şübhəyə səbəb olub. Bundan əlavə təqdim edilmiş saldoya diqqət yetirilsə aydın olur ki, aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır. Məhkəməyə cavabdeh Birliyi tərəfindən təqdim edilmiş ödəniş cədvəlində hər şey aşkar sürətdə görünsə də, məhkəmə qətnamə qəbul edərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır.
23. Cavabdeh kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”–nın 6.5-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77 və 88-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək h üququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
31. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazp aylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassas iya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
41. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaş ır. Belə ki, məhkəmənin qənaəti yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
42. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3674/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.