Məhkəmə qərarları › İş №2(102)-3638/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3638/2021

07.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3638/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddia tələbi: qanunsuz tikilinin sökülməsi Açar sözlər: hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə dair işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576 C ünvanında yerləşən 0,0942 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X3 qarşı iddiası təmin edilmiş, X2 Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576 C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəyə son qoyulması, onun həmin evdən və torpaq sahəsindən çıxarılması, evin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən X2 veridyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə X2 Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576 C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəyə son qoyulması, onun həmin evdən çıxarılması, evin boşaldılması hissəsində ləğv edilmiş, iddia həmin hissələrdə rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 12 iyun 2019-cu il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5873/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qətna məsi ilə (hakim C.B.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı qeyd edilən tikilinin deyil, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir. Digər tərəfdən, hətta iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuş olsa belə, qeyd edilən tikilinin dəyəri həmin tikilinin faktiki sahiblərinə ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-271/2020 nömrəli iş üzrə 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov, A.Ə.Abbasov, T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, onlara məxsus əşyaların həmin sahədən çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası hesab etmişd ir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının belə bir tələb irəli sürmək üçün subyektiv hüququ olmaması səbəbilə iddianı rədd etmiş, bununla da səhv nəticəyə gəlmişdir. Əvvəla, qeyd olunduğu kimi cavabdehlər mübahisəli tikilinin mülkiyyətçisi deyildirlər. Mülki qanunvericilik isə hazırki mübahisə halında yalnız əmlakın mülkyyətçisinin hüquqlarına təminat verir Başqa sözlə, cavabdehlər hazırda iddia etdikləri tikilinin altında yerləşən torpaq sahəsinə o vaxt iddia edə bilərdilər ki, həmin tikili onların mülkiyyətində olmuş olsun. Hazırki halda isə bu istisna olunur. Digər tərəfdən, işdən görünür ki, cavabdehlər öz dəlillərini əsaslandırmaq üçün mübahisəli tikilinin, qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ iddiaç ıya keçməzdən daha əvvəl mövcud olduğunu bildirirlər Apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan dəlillər cavabdehlərə həmin tikilidən istifadə üçün əsas vermir. Çünki, Mülki Məcəllənin 244-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. İşin tədqiq olunan halarından göründüyü kimi mübahisəli tikilinin altında yerləşən torpaq sahəsi mərhum Tahir Mollayevə məxsus olmuş və onun tərəfindən özgəninkiləşdirilmişdir. Bu fakt tərəflər arasında bundan əvvəl olmuş məhkəmə çəkişməsi nəticəsində təsdi q edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hüquqi varisi olduqlarını iddia etdikləri (bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir) şəxsin satdığı torpaq sahəsində tikdiyi tikiliyə istifadə hüququna əmlak özgəninkiləşdirilərkən artıq xitam verilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3117/2020 saylı iş üzrə 25 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Dəmirov, Ə.A.Əhmədov və V.T.Həsənov) Cavabdeh1 verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisə pred meti təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olsa da, həmin torpaq sahəsində yerləşən cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi üzərində hər hansı bir hüququ yaranmadığından həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, cavabdehin çıxarılması üçün iddiaçının ilk növbədə onun həmin əmlaka qanunla müəyyən edilmiş qaydada subyektiv hüququ olmalıdır. Lakin iddiaçı həmin fərdi yaşayış evinə münasibətdə heç bir hüquqa malik deyil. Qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə işin müəyyən olunmuş faktiki halını, yəni mübahisə predmeti təşkil edən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi satılarkən alqı-satqının predmetinin olmamasını, həmin alqı-satqı müqaviləsindən əvvəl tikil ib inşa edilməsini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 179.3-cü maddəsinə görə, əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-493/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə, L.M.Məmmədova, T.O.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və onlara məxsus əşyaların həmin sahədən çıxarılması qət edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsinə son qoyulmasını və ərazinin boşaldılaraq ona qaytarılması üçün orada olan özbaşına tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi uzun müddətdir ki, cavabdehlərin sahibliyindədir. İddiaçı isə sonradan həmin evin yerləşdiyi torpaq sahəsinə hüquq əldə etmişdir. Məhkəmə kollegiyası iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldi yi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, işə yenidən baxan məhkəmə əvvəlki apellyasiya baxışında yol verilmiş nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinin işə yenidən baxan mə hkəmə üçün məcburiliyi barədə Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə riayət etməyərək belə nəticəyə gəlmişdir ki, iddiaçı 25 sentyabr 2014-cü ildə Saray bağlar massivi, 4576C ünvanında yerləşən 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarış əldə etmişdir. Həmin torpaqda özbaşına tikili olmuş, həmin tikilinin pulu iddiaçı tərəfindən ödənilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu isə ümumiyyətlə nəzərə almamışdır. Həmin məhkəmə qətnaməsi ilə İddiaçı cavabdelərin sahibliyində olan fərdi yaşayış evinə hər hansı bir hüququnun olmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərin ə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qər arlarında göstərilmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin və eləcə də Konstitusiya Məhkəməsinin qərarlarında əks edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qə t edilmiş nəticənin başqa məhkəmə posesində mübahisələndirilməklə fərqli nəticə əldə edilməsinə əsas vermir. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir Apellyasiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallara ümumiyyətlə hüquqi qiymət vermədən, həmin hallarla ziddiyyət təşkil edən nəticəyə gəlməklə, hüquqi müəyyənliyin pozulmasına səbəb olan, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar