Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3643/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 və İddiaçı1 (Qanuni nümayəndə1) cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 405.0.1, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “30” avqust 2024-cü il tarixli 2(103)-5449/202 4 saylı qərardadından iddiaçı Qanuni nümayəndə1 (İddiaçı2 və İddiaçı1) cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən verilmiş kassasiya şikayətlərini mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Qanuni nümayəndə1 (İddiaçı2 və İddiaçı1) cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2023-cü ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X1 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019-cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək rey estrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı Qanuni nümayəndə1 ərizə verərək onun İddiaçı2 və İddiaçı1 ilə əvəz edilməsini xahiş etmiş, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək 03 noyabr 2022-ci ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X1 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019-cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək reyestrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 15 may 2024-cü il tarixli, 2(007)-590/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin (X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev F.H.Qasımov) 30 avqust 2024-cü il tarixli, 2(103)-5449/2024 nömrəli qərardadı ilə, iddiaçıların apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Həmin qətnamədən iddiaçılar (Qanuni nümayəndə1) ( vəkili Nümayəndə) kassasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(103)-5449/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sis teminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
7. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
8. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
9. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 10.Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
11. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 12.Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 13.Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405.0.2-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə verilmişdir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2024-cü il tariuxli 2(103) 5449/2024 nömrəli qərardadı iddiaçı tərəfin vəkil və nümayəndəsi Nümayəndə elektron kabinetinə 30 avqust 2024-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmiş, kassasiya şikayəti verilə bilmənin son günü 09 sentyabr 2024-cü il tarixi olmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 10 günlük prosessual müddət ötürülməklə 10 sentyabr 2024-cü il tarixdə elekt ron kabinet vasitəsilə verilmişdir
18. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi MPM-in 409-cu maddəsinin tələbinə riayət etməyərək, müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
19. Odur ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata qəbul edilə bilməz. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 20.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “30” avqust 2024-cü il tarixli 2(103)-5449/2024 saylı qərardadından iddiaçılar İddiaçı2 və X2 (Qanuni nümayəndə1 ASbdulmurad qızı) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.