Məhkəmə qərarları › İş №2(102)-3644/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3644/2023

04.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3644/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdehlər Cavabdeh1, X1 və Binəqədi rayonu Xocəsən qəsəbə bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdehlər Cavabdeh1, X1 və Binəqədi rayonu Xocəsən qəsəbə bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1 068/2023 nömrəli, 2023-cü il 31 may tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 2004-cü 29 sentyabr il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siansor yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında saziş imzalanmış, Saziş 2005-ci il 1 sentyabr tarixdə qüvvəyə minmişdir. Saziş üzrə Əməliyyat Şirkəti qismində X8 Şirkəti (bundan sonra – iddiaçı) fəaliyyət göstərir.

2. Xocəsən qəsəbə bələdiyyəsinin 13/12 saylı, 2006-cı il 3 iyul tarixli qərarı ilə Cavabdeh1 600 kv.m torpaq sahəsi ayrılmış, 480 manat torpaq haqqı qismində bələdiy yənin hesabına ödənilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 1 avqust tarixli Qərarı ilə Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 13/12 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə X4 Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçüvə ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması ilə əlaqədar alqı-satqı aktının təsdiq edilmiş surətinin təkrar olaraq (dublikat) Cavabdeh1 verilməsi Binəqədi rayon Xocəsən Bələdiyyəsinə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə müraciət edərək Şirkətə məxsus 4 saylı Neft və Qazçıxarma sexinin 1-ci sahəsində yerləşən 410075 saylı quyunun təhlükəs izlik zolağı daxilində cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi və Binəqədi qəsəbə bələdiyyəsinin həmin ərazidən Cavabdeh1 torpaq sahəsinin ayrılmasına dair sərəncamının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 saylı Neft və Qazçıxarma sexinin 1-ci sahəsində 410075 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində cavabdeh tərəfindən tikili inşa olunmuş və digər cavabdehə satılmışdır. Tikili quyunun gələcəkdə əsaslı təmiri üçün əngəl törədir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2899/2006 nömrəli iş üzrə 2006-cı il 20 dekabr tarixli qətnaməsi ilə (hakim Ə.Sarıyev) iddianın təmin edilməsi, Binəqədi rayon Xocəsən qəsəbə bələdiyyəsinin İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialın ın 4 saylı Neft və Qazçıxarma sexinin 1-ci sahəsində yerləşən410075 saylı quyunun təhlükəsizlik zolağı daxilində yerləşən 600 kv. metr torpaq sahəsinin Cavabdeh1 ayrılmasına dair 3/12 saylı 03 iyul 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı Neft və Qazçıxarma sexinin 1-ci sahəsində yerləşən410075 saylı quyunun təhlükəsizlik zolağı daxilində yerləşən 600 kv. metr torpaq sahəsində cavabdehlər Cavabdeh1 və X2 tərəfindən inşa edilmiş qanunsuz tikililərin onların vəsaiti hesabına sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Xocəsən qəsəbə bələdiyyəsi neft quyusunun təhlükəsizlik zolağı daxilində 600 kv.m torpaq sahəsinin cavabdehə ayrılmasına dair 13/12 saylı, xx.xx.2 006-cı il tarixli qərarı qəbul etməklə səlahiyyət həddini aşaraq dövlət mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermiş, bununla da iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt qəbul etmişdir.

8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 68, 111-ci, Mülki Məcəllənin 19, 68, 180.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında iştirakı təmin edilməyib. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla 2006-cı ildən onun istifadəsinə verilmişdir. Maddi imkanı olmadığından orada hər hansı tikinti işləri görməyib.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.

12. İşin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/1422 saylı rəyi ilə Xocəsən qəsəbə bələdiyyəsinin 13/12 saylı, 03 iyul 2006-cı il tarixli qərarı ilə Cavabdeh1 ayrılmış 600 kv.m torpaq sahəsinin Xocəsən bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi, torpaq sahəsində hər hansı tikili inşa edilmədiyi, torpağın yalnız 400 kv.m hissəsinin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

13. Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1068/2023 nömrəli iş üzrə 2023-cü il 31 may tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır.

15. Birinci instan siya məhkəməsində işə baxılarkən iş üzrə heç bir araşdırma aparılmamış, mübahisəli torpaq sahəsinin statusu müəyyən edilməmiş, Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarının mötəbərliyi nəzərə alınmamışdır. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/1422 saylı rəyi ilə Xocəsən qəsəbə bələdiyyəsinin 13/12 saylı, 03 iyul 2006-cı il tarixli qərarı ilə Cavabdeh1 ayrılmış 600 kv.m torpaq sahəsinin Xocəsən bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi, torpaq sahəsində hər hansı tikilii inşa edilmədiyi, torpağın yalnız 400 kv.m hissəsinin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. 1

6. Beləliklə, ekspert rəyindən də göründüyü kimi Xocəsən Bələdiyyəsi öz mülkiyyətində olan torpağa dair sərəncam verməklə mübahisəli torpaq sahəsinin Cavabdeh1 ayrılması barədə qərar qəbul etmişdir və həmin qərar hazırda qüvvədədir.

17. Bundan əlavə, ekspert mübahisəli əraziyə yerində baxış keçirərkən orada hər hansı tikili inşa olunmasını müəyyən etməmişdir.

18. Bu baxımdan Kollegiyanın qənaətinə görə iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur və iddiaçının sərəncamın ləğvi və tikilinin sökülməsi barədə tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur.

19. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelər ə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə və ya onun bir his səsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Lakin apellyasiya baxışı zamanı müəyyən edildi ki, mübahisəli tikili cavabdehin mülkiyyətində, həmin tikilinin yerləşdiyi torpaq sahəsi qanuni istifadəsindədir. Belə olan halda iddiaçının tələbinin hüquqi əsası yoxdur. 22. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Həmin Məcəllənin 153.4-cü maddəsinin tələbinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə olunur.

26. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və ca vabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

28. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları süb uta yetirə bilməmiş, cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 153.4, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə təkrar ekspertizanın keçirilməsi və şikayətə təkrar baxılması üçün iş materiallarının apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassas iya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmaqla yanaşı, Şirkətə qarşı qərəzli mövqe nümayiş etdirərək, ilk öncə Mülki Məcəllənin tələblərinə, eyni zamanda torpaq sahəsinin təyinatına, ümumiyyətlə cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə dair hər hansı hüququnun mövcud olub-olmamasına və eləcə də bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasına, cavabdeh tərəfindən özbaşına tikilinin inşa edilməsi ilə iddiaçı Şirkətə Dövlət tərəfindən verilmiş, hüquq, təminat və öhdəliklərin pozulmasına əhəmiyyət verməmiş, bir sözlə Şirkətin xeyrinə olan bütün dəlillərə hüquqi qiymət vermədən, cavabdehin qanunsuz və hü quqpozan əməllərinə hüquqi don geyindirən əsassız qətnamə qəbuletmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini nəzərdən keçirərkən ilk öncə aydın şəkildə görmək olur ki, məhkəmə qətnamədə iddiaçının xeyrinə mövcud olan heç bir qanunvericilik normasına istinad etməmiş, yalnız iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizanın ekspert rəyinə əsaslanaraq, cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə hüququnun tanınması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyasının bu mövqeyi tamamilə yalnışdır.

33. Şirkət ekspertin sözügedən 10/1422 nörməli, xx.xx.2023-cü il tarixli rəyinə tamamilə etiraz edir ona görə ki, həmin rəy heç də həqiqəti əks etdirmir. Belə ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Şirkətin məlum “X7” haqqında Saziş üzrə qanuni istifadəsinə verilmiş ko ntrakt sahəsinin hüdudları daxilindədir və bu ərazi heç bir vaxt Xocasən Bələdiyyəsinin mülkiyyətində olmamışdır (ərazinin xəritəsiəlavə olunur).

34. Bundan başqa, iş üzrə ekspertiza keçirilərkən Şirkətin nümayəndəsinin ekspertizada iştirakı təmin edilməmiş, ekspertiza yalnız cavabdehin iştirakı ilə və onun təqdim etdiyi, iddia predmetinə aidiyyəti olmayan torpaq sahəsində aparılmışdır. Bu səbəbdən də hesab edirlər ki, Şirkətin nümayəndəsinin də iştirakı ilə mübahisəli torpaq sahəsində iş üzrə təkrar ekspertiza keçirilməlidir.

35. Göstərilənlərdən əlavə olaraq Məhkəmə Kollegiyasının nəzərinə çatdırırlar ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin yaxınlığında Şirkətə məxsus 160075 saylı işlək quyu da mövcuddur, yəni həmin tikili sözügedən quyunun mühafizə zolağının daxilinə düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

38. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

39. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

40. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi

41. Maddə

4. Bənd

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyy ətləri) əhatə edir.

42. Maddə

22. Bənd

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

43. Maddə

49. Bənd

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

44. Maddə

50. Bənd

4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər.

45. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

46. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlə rinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

47. Maddə

111. Bənd

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bənd

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bənd

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

48. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın “Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarının ləğv edilməsi” tələbinə dair hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməli, qətnamə iddianın “ərazidə qeyri-qanuni tikilən obyektlərin sökülməsi” tələbinə dair hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarının ləğv edilməsi” tələbi araşdırılarkən məhkəmə aidiyyətinə dair prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

60. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 torpaq sahəsinin ayrılmasına dair Xocəsən qəsəbə bələdiy yəsinin 13/12 saylı, 2006-cı il 3 iyul tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı araşdıraraq təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

61. Bu səbəbdən də hazırda iddianın “Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarının ləğv edilməsi” tələbinə dair hissəsinə mülki icraat qaydasında baxı lması yolverilməzdir. O da qeyd edilməlidir ki, iddiaçının bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati icraat qaydasında iddia qaldırmaq hüququ vardır.

62. Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən də qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

63. Sözügedən mövqe birmənalı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarında göstərilmişdir.

64. MPM-in 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Görün düyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən bələdiyyə qərarının etibarsızlığı məsələsinə baxılarkən prosessual pozuntuya yol verilmiş, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan mübahisəyə baxmaqla məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Bu səbəbdən də həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.

65. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə əsasən iddianın “Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarının ləğv edilməsi” tələbinə dair hissəsində iş üzrə icraata xitam verməli idi.Lakin işə həmin hissədə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır.

66. Məhkəmə kollegiyası, qətnamənin qalan hissəsi (tikilinin sökülməsinə dair mübahisə) ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən həmin hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Kassasiya şikayətinin dəlillərində tikilinin sökülməsi ilə bağlı qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və torpaq sahəsinin Cavabdeh1 Ağlalı qızına ayrılması barədə Xocəsən Bələdiyyəsinin qərarının qüvvədə olduğunu və torpaq sahəsində tikili inşa olunmamasını müəyyən etmişdir Kassasiya kollegiyası da göstəriulən hissəsə apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması və gəldiyi nəticə ilə razılaşır.

68. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyy ətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tikilinin sökülməsinə dair hissədə işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

69. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti tikilinin sökülməsinə dair hissədə təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2023-cü il tarixli 2(103)1068/2023 nömrəli qətnaməsi iddianın “Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarının ləğv edilməsi” tələbinə dair hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına “Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarının ləğv edilməsi” tələbinə dair müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2023-cü il tarixli 2(103)1068/2023 nömrəli qətnaməsi iddianın “ərazidə qeyri-qanuni tikilən obyektlərin sökülməsi” tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar