Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3646/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmanət müqaviləsi, əqdin etibarsızlığı, apellyasiya baxışında yeni sübutlar və tələblər, əqdin təmsilçi vasitəsilə bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X15 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-257/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1. "xxxx" X8 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank, yeni adı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmanət müqaviləsinə əsasən sonuncu tərəfindən Banka 3-83478130-41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5000 manat əmanət yerləşdirilmişdir.
2. Bankın 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 3-83478100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25000 A BŞ dolları məbləğində əmanət yerləşdirilmişdir.
3. Məhərrəmov Məhərrəm Yasin oğlu xx.xx.2016-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili, Bankın 5 saylı filialına Müqavilə № D13/218, hesab nömrəsi 15-83478101-41220; Müqavilə № D14/023, hesab nömrəsi 15-83478-110-41220; xx.xx.2015-ci il tarixli Müqaviləsi hesab nömrəsi 3-83478-130-41210, Müqavilə № 1430 hesab nömrəsi 333478-100-41220; "xxxx" ASC-nin 1 saylı filialı Müqavilə № 2021 hesab nömrəsi 2-999962, “Unibank” Kommersiya Bankı” ASC-nin Müqavilə № D0015815 hesab nömrəsi AZ29UBAZ**********1210AZN001 olan depozitləri qızı İddiaçı vəsiyyət etmişdir.
4. Məhərrəmov Məhərrəm Yasin oğlu xx.xx.2016-cı il tarixdə ölmüşdür. 5. xx.xx.2017-ci il tarixli vəs iyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məhərrəmov Məhərrəm Yasin oğlundan vəsiyyətnamə üzrə qalan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili, Bankın 3 saylı filialında hesab nömrə 3-83478-100-41220 yerləşən 25000 ABŞ dolları və faizindən; Bankın 5 saylı filialında hesab nömrə 15-83478-110-41220 yerləşən 28500 ABŞ dolları və faizindən; Bankın 5 saylı filialında hesab nömrə 15-83478-10141220 yerləşən 50000 ABŞ dolları və faizindən; Bankın 3 saylı filialında hesab nömrə 383478-130-41210 yerləşən 5000 manat və faizindən; "xxxx" ASC-nin 1 saylı filialında hesab nömrə 2-99996-2 yerləşən 25000 ABŞ dolları və faizindən; “Unibank” Kommersiya Bankı” ASC-nin hesab nömrə AZ29UBAZ**********1210AZN001 yerləşən 6000 manat və faizindən i barət olan əmlakın vərəsəsi İddiaçı tanımışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-(006)-3183/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Banka və X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və X16 göstərilməklə) iddiası təmin edilərək, Bankın 5 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankın 5 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış xx.xx.2015ci il tarixli, 15-D-1-0-158-15 saylı Əmanətin girov müqaviləsi və Ban kın 5 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankın 5 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-2-0-180-15 saylı Əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, D13/218 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabına qoyulmuş 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və D14/023 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabına qoyulmuş 28500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin Bankdan tu tularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
7. İddiaçı Bankın 3 saylı filialına ünvanladığı və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş ərizədə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları əmanətin, 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 manat əmanətin və onların üzərinə hesablanmış faiz məbləğinin ona verilməsini, eyni zamanda həmin vəsaitlərin Banka əmanət qoyulması ilə əlaqədar bağlanmış bank əmanət müqavilələrinin və bu barədə aparılmış sənədləşmə ilə əlaqədar materialda olan bütün sənədlərin surətinin rəsmi qaydada ona təqdim olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qət naməsi ilə Bankın cavabdeh Məhərrəmov Məhərrəm Yasin oğluna qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunaraq xx.xx.2013-cü il tarixli, 3-D5-120-250- 13 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdeh Məhərrəmov Məhərrəm Yasin oğlunun hüquqi varisi İddiaçı Bankın xeyrinə həmin müqavilə üzrə 1900.46 manat faiz borcunun tutulması qət edilmiş, həmin qətnamədən cavabdehin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilmiş, X14 Yasin oğlunun mirası qəbul etmiş vərəsələrinə qarşı ümumi qaydada ayrıca iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilmişdir.
9. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı
10. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra – iddiaçı) Banka qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 ABŞ dolları əmanətin və Bankın 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 manat əmanətin, həmçinin əmanətlərin Banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25.000 ABŞ dolları əmanə tin üzərinə illik 12.1 faiz və 5.000 manat əmanətin üzərinə isə illik 13.3 faiz hesablanmaqla faiz məbləğlərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli vəsiyyətnamə ilə 25.000 ABŞ dolları və 5.000 manat əmanət, onların üzərinə hesablanmış faiz məbləğləri mərhum atası Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən ona vəsiyyət edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Banka rəsmi qaydada müraciət edərək, əmanətlərin və onların üzərinə hesablanmış faizlərin ona verilməsini, eyni zamanda həmin vəsaitlərin banka əmanət qoyulması ilə əlaqədar bağlanmış bank əmanəti müqavilələrinin və bu barədə aparılmış sənədləşmə ilə əlaqədar materialda olan bütün sənədlərin surətinin rəsm i qaydada ona təqdim edilməsini xahiş etmişdir. Lakin bu günədək sözügedən əmanət məbləğləri ona ödənilməmiş və müraciətinə rəsmi qaydada cavab verilməmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1737 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlunun adlarında olan xx.xx.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və 97-101 -ci vərəqlərində olan xx.xx.2013cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsində “Girovqoyan” qrafalarındakı imzalar Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/285 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqlərin "Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində "Alıcı” qrafasındakı və "Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar; 87-ci vərəqində olan xx.xx.2010-cu il tarixli 36 nömrəli məxaric orderində "Müştərinin imzasi" qrafasındakı imza – eyni şəxs tərəf indən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "Nikoil” İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında olan 24 may 2013-cü il tarixli, 3-D5-12-0-25013 nömrəli kredit müqaviləsində "Borcalan” qrafalalarındakı və 97-101-ci vərəqlərində olan xx.xx.2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) "Girovqoyan” qrafalarındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqlərin "Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində "Alıcı” qrafasındakı və "Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar, 87-ci vərəqində olan xx.xx.2010-cu il tarixli 36 nömrəli məxaric orderində "Müştərinin imzasi" qrafasındakı imza ilə mülki işin 95-96-cı vərəqlərində "Nikoil” İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında olan 24 may 2013-cü il tarixli 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində "Borcalan” qrafalarındakı imzalar, 97-101-ci vərəqlərində olan 24 may 2013-cü il tarixli 3-D5-12-0- 250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) "Girovqoyan” qrafalarındakı imzalar - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının atası Məhərrəmov Məhərrəm Yasin oğlu xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi əsasında Bankdan 89000 manat kredit götürmüş, iddiaçının tələb etdiyi əmanət müqavilələri üzrə vəsaitlər həmin kredit müqav iləsi üzrə öhdəliyin təminatı kimi girov qoyulmuş, öhdəlik yerinə yetirilmədiyindən xx.xx.2015-ci il tarixdə 25.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 5000 manat əmanət məbləğləri kredit müqaviləsi üzrə borca silinmişdir. Kredit və girov müqavilələrindəki imzaların kimin tərəfindən imzalandığı onlara da məlum deyildir. Bu səbəbdən də xüsusi qərardad çıxarılmasını istəyirlər. Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Məhərrəmov Məhərrəm Yasin oğlu cavabdehin istinad etdiyi kredit müqaviləsini imzalamamış və həmin müqavilə üzrə Bank tərəfindən ona pul verilməmişdir. Məhərrəmov Məhərrəm Yasin oğlun un sağlığında imzaladığı rəsmi sənədlərdəki imzalar ilə müqayisə etdikdə vizual şəkildə kredit müqaviləsindəki imzanın Məhərrəmov Məhərrəm Yasin oğluna aid olmadığını, hətta heç onun imzasına oxşamadığını asanlıqla müəyyən etmək mümkündür. Sözü gedən hal ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Beləliklə, sözügedən kredit müqaviləsi Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən imzalanmadığından həmin müqavilə və bu müqavilənin icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girovu müqavilələri etibarsız hesab edilməlidir. Cavabdehin iddia etdiyi müqavilələrdə əmanətlərin depoziti və məbləğləri fərqli olsa da, sözü gedən müqavilələr eyni tarixdə, eyni nömrələr altında bağlandığından, tərəflərindən də 24 may 2013-cü il tarixli, 3-D5 -120-250-13 nömrəli əmanətin girovu müqaviləsinin etibarsızlığı qoyulmuşdur. Həmçinin, Bankın təqdim etdiyi sənədlərə görə əmanət məbləğləri 2015-ci ildə kredit borcuna görə silinmişdir. Məhərrəmov Məhərrəm Yasin oğlu isə vəfat etməmişdən əvvəl 16 avqust 2016-cı il tarixdə notariusun iştirakı ilə vəsiyyətnamə qoyaraq 25.000 ABŞ dolları və 5000 manat əmanət məbləğlərini qızı olan iddiaçıya miras əmlak olaraq vəsiyyət etmişdir. Bu xüsusat da Məhərrəmov Məhərrəm Yasin oğlunun kredit müqaviləsini bağlamadığına və belə bir müqavilədən xəbərsiz olduğuna açıq-aşkar dəlalət edir. Çünki, əmanət məbləği silindiyi halda onu qızına vəsiyyət edərək, miras qoyması ağlabatan məntiqə uyğun deyildir. Bu mənada sözügedən kredit müqaviləsi Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən imzalanmadığına, eləcə də müqavilənin bağlanılmasında onun düzünə və ya dolayı yolla iradəsi ifadə olunmadığına görə ona münasibətdə əqd mövcud deyildir. Ona görə də həmin müqavilə bağlanmamış hesab edilməlidir. Mübahisələndirilən kredit müqaviləsi məhkəmədə onlara təqdim edildikdən sonra araşdırma apararaq müəyyənləşdirmişlər ki, X19 Yasin oğluna qarşı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə borcun tutulmasını xahiş etmişdir. Məhkəmə hazırkı iş üzrə iddiaçının iştirakını təmin etmədən iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. İddiaçı artıq həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin hüquqi varisi İddiaçı ap ellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı Bankın 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli müddətli əmanət müqaviləsinin 4.6-cı bəndinə əsasən 25.000 ABŞ dolları əmanət illik 12.1 faiz dərəcəsi ilə 3-83478-100-41220 nömrəli bank hesabına, həmin tərəflər arasında bağlanmış 16 iyul 2015-ci il tarixli müddətli əmanət müqaviləsinin 4.6-cı bəndinə əsasən 5000 manat əmanət isə illik 13.3 faiz dərəcəsi ilə 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuşdur. Həmçinin sözügedən müddətli əmanət müqavilələrinin 2.1-ci bəndində əmanətin məbləğinə faizlərin bu məbləğlərin banka daxil olduğu günün er təsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanılması qaydası müəyyən olunmuşdur. Bu baxımdan, qeyd olunan əmanət məbləğləri ilə yanaşı, 25.000 ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5.000 manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğləri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-177/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim X17) iddia təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələbinin 24 may 2013-cü il tarixli, 3-D5-12-0250-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müq aviləsinin (müqavilələrinin) etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə istinadla qeyd etmişdir ki, cavabdeh tərəfinin iddiaya etirazın əsası olaraq istinad etdiyi, sözü gedən xx.xx.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və eləcə də, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində “Girovqoyan” qrafalarındakı imzalar Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyindən, X11 Yasin oğlu arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və 3-D5-12-0- 250-13 saylı, xx.xx.2013-cü il tar ixli əmanətin girov müqavilələri etibarsız hesab edilməlidir.
20. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, hətta xx.xx.2013-cü il tarixli, 3D5-12-0250-13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələri Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən icra edilmiş olsaydı belə, sözü gedən bu hal iddianın əmanətlərin və ona hesablanmış faiz məbləğlərinin qaytarılması tələbinə dair hissəsində rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, məhkəmə araşdırması zaman Bankın 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanıldığı iddia edilən 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus, Bankda olan 3-83478-18 saylı hesabındakı 15000 manat, 3-83478-54 saylı hesabındakı 17500 ABŞ dolları, 3-83478-21 saylı hesabındakı 40000 manat, 3- 83478-71 saylı hesabındakı 25000 manat və 3-83478- 84 saylı hesabındakı 6000 manat məbləğində pul vəsaitinin girov qoyulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisəli xx.xx.2015-ci il tarixli və xx.xx.2014-cü il tarixli əmanət müqavilələri üzrə qoyulmuş pul məbləğlərinin Məhərrəmov Məhərrəm Yasin oğlunun 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləği üzrə silinməsini bildirsə də, məhkəməyə bu barədə sübutlar təqdim etməmiş, bunun əksi olaraq iş materialları ilə həmin müqavilələr üzrə olan məbləğlərin Məhərrəmov Məhərrəm Yasin oğlunun Bankda olan digər əmanətlər üzrə qoyulmuş məbləğlər ilə fərqlilik təşki l etdiyi müəyyən edilmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 337.4, 359.1, 359.3, 365.1.7, 442, 445.1, 445.2.1. 439.1, 439.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı atasının adına bankda əmanətin olmasından məlumatlı olmuş və həmin əmanət üzrə onun adına vəsiyyətnamə olmasına baxmayaraq, bu barədə Bankı məlumatlandırmamış və əmanət ilə bağlı Ban ka rəsmi müraciət etməmişdir. Vəsiyyətnamənin verilməsindən və əmanətin kredit borcuna silinməsinədən bir neçə il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da, kəsici iddia müddətini tətbiq etməklə iddia rədd edilməlidir. Qeyd olunan maddələrin tətbiqindən də göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən hərtərəfli araşdırma aparılmamış, təqdim edilən sübutlara qiymət verilərkən kredit və əmanətin girov müqavilələrinin iddiaçının qardaşı X3 atası Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən verilən etibarnamə ilə imzalanması nəzərə alınmamış, bu səbəbdən məhkəmə xəttşünaslıq ekspertizası zamanı X14 Yasin oğlu tərəfindən imzalanmadığı aşkar edilsə də, imzanın oğlu X5 tərəfindən imzalanması faktı aydınlaşdırılmamışdır.
24. Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin 2-(006)-3183/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə də təsdiq olunur ki, iddiaçı hazırkı iddia tələbi üzrə əmanət müqavilələrindən xəbərdar olmuş, müqavilənin etibarsızlığına dair 1 illik kəsici müddəti buraxmışdır. Həmçinin hazırkı apelyasiya şikayətinə əlavə edilmiş əmanətinin girov müqavilələrindən və iddia tələbi üzrə qeyd edilən 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən də göründüyü kimi hər bir müqaviləni X14 Yasin oğlunun etibarnamə üzrə nümayəndəsi və iddiaçının qardaşı X5 tərəfindən imzalanmışdır. Hazırkı iddia tələbi üzrə əsl cavabdeh Bank yox, X5 olmalı və sonuncu barədə xüsusi qərardad çıxarılmaqla araşdırma üçün hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Bütün bunları nəzərə alaraq qətnamə ləğv edilməli və iddianın r ədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-257/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim X7 (sədrlik edən və məruzəçi), X20 və X6) Bankın apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmiş pul vəsaitinin (ödəniş günü ABŞ d ollarının manata məzənnəsinə uyğun manatla) Bankdan iddiaçının xeyrinə tutulması, qalan hissələrdə iddia tələbinin təmin edilməməsi, iş üzrə (apellyasiya icraatı zamanı) keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul vəsaitinin Bankdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır, apellyasiya şikayəti və onun sübutedici dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, müqavilələrin bağlandığı anda etibarsızlılığına dəlalət edən və bu hissə də bankın cavabdehlik daşımasına dair hallar müəyyən edilmir. İddianın əsası müqavilələrin Məhərrəmov Məhərrəm tərəfindən imzalanmaması olmuşdursa, apellyasiya icraatı zamanı (ekspert rəyi ilə) mübahisələndirilən müqavilələrin Məhərrəmov Məhərrəmin vəkalətli nümayəndəsi – oğlu Məhərrəmov İsmayıl tərəfindən imzalanması müəyyən edilmişdir. Kredit və əmanətin girov müqavilələrinin iddiaçının qardaşı X3 atası Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən verilən etibarnamə ilə imzalanması nəzərə alınmamışdır. Hazırkı mülki münasibətlər üzrə mülki məsuliyyəti mərhumun verdiyi etibarnamə ilə hərəkətlər edən təmsilçisi (delikt sübuta yetirildiyi təqdirdə) daşıya bilər. Lakin belə tələblər olmadığından məhkəmə bu hissədə tələbin əhatəli araşdırılması və prosessual səlahiyyətlər həddində (tələbdən kəna r) qiymət verilməsini yolverilməz hesab etmişdir.
27. Göründüyü kimi, iddiaçının mövqeyinə görə də Məhərrəmov Məhərrəm Yasin oğlunun adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətinin X3 etibar edilməsi qeyd olunsa da, əqdlərin bağlanması səlahiyyəti məhz Məhərrəmov Məhərrəm Yasin oğlunun əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi ilə bağlıdır. Bu müstəvidə yanaşanda belə və pul vəsaitlərinin dövriyyəsinin şəxsin əmlak hüquqlarına aid olduğunu nəzərə alaraq, müqavilədə vəkalətli şəxsin adının qeyd edilməsindən asılı olmayaraq, onun etibarsızlığına aidiyyətin olmadığı müəyyən edilir.
28. Ekspert rəyi ilə 5000 manat məbləğində müddətli (nömrəsiz) əmanətin 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə borca silindiyi, 1430 nömrəli müddətli 25000 ABŞ dolları məbləğində əmanətin isə silinmədiyi (təyinatının müəyyən etmək mümkün olmadığı) müəyyən edilmişdir. Qeyd edilən ekspertizanın nəticəsinə uyğun, habelə xx.xx.2014-cü il tarixli, 3-D-6-0-828-14 saylı əmanətin girov müqaviləsi nəzərə alınmaqla xx.xx.2014-cü il tarixli, 3-D-6-0-828-14 saylı (yaxud digər) kredit müqaviləsi əsasında xx.xx.2014-cü il tarixli 1430 nömrəli müddətli əmanət müqaviləsi (3-83478-100-41220 saylı əmanət hesabı) üzrə məhz 25000 ABŞ dolları məbləğində əmanətin aidiyyəti (silinməsi) müəyyən edilmir.
29. Beləliklə, apellyasiya şikayəti üzrə əlavə araşdırmanın nəticəsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaətin əsasları düzgün müəyyən edilməmiş və işin halları əhatəli araşdırılmamışdır. Ona görə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməklə, “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmış pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) Bankdan iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 135.1, 135.2, 324-336, 337-354, 359.1, 362.1, 366, 384.0.2, 425, 943, 944, 945.2, 948.1, 948.2, 948.3, 949.1, 949.2, 950.1, 950.3, 950.4, 951, 952.1, 952.2, 9 52.3, 953, 963.1, 963.2, 964.1, 964.2, və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kasasiya şikayətlərinin və onlara etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri
31. İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi etibarnamədə Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən X3 onun adından kredit müqaviləsi bağlamaq (imzalamaq) səlahiyyəti etibar olunmamışdır. Etibarnamədə qeyd olunur ki, “... Məhərrəmov Məhərrəm Yasin oğlunun bütün əmlakını idarə etm əyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri..." bağlamaq səlahiyyəti etibar olunmuşdur. Göründüyü kimi, Məhərrəmov Məhərrəm Yasin oğlunun adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətinin X3 etibar edilməsi qeyd olunsa da, əqdlərin bağlanması səlahiyyəti məhz Məhərrəmov Məhərrəm Yasin oğlunun mövcud əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi ilə bağlıdır. Kredit müqaviləsi isə əmlakın idarə edilməsi və ya sərəncam verilməsi barədə müqavilə deyildir. Yəni, İsmayıl Məhərrəmov kredit müqaviləsini bağlamaqla etibarnamədə ona verilən səlahiyyətlərdən kənar hərəkət etmişdir. Lakin, apellyasiya məhkəməsi bu dəlilə münasibə tdə öz mövqeyini pul vəsaitlərinin dövriyyəsinin şəxsin əmlak hüquqlarına aid olması ilə əsaslandırmışdır. Məhkəmənin bu mövqeyi əsaslı hesab edilməz. Çünki, işdən də göründüyü kimi, etibarnamədə verilən səlahiyyətlər etibar edənin mövcud əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsi ilə bağlı olduğu və kredit müqaviləsinin bağlanılması barədə konkret səlahiyyət göstərilmədiyi halda, məhkəmə etibarnamədə qeyd olunan səlahiyyətləri geniş təfsir edərək, etibarnamədə İsmayıl Məhərrəmovun kredit müqaviləsini bağlamaq səlahiyyətinin də olması barədə düzgün olmayan qənaətə gəlmişdir.
33. Digər tərəfdən kredit müqaviləsindən göründüyü kimi, X5 həmin müqavilələri Məhərrəmov Məhərrəm Yasin oğlunun səlahiyyətli nümayəndəsi kimi deyil, birbaşa onun adından imzalamış və müqavilənin məzmun unda hər hansı etibarnaməyə istinad olunmamışdır. Bir sözlə, bu müqavilə təmsilçiliklə bağlanılan müqavilə olmamışdır. Sözügedən etibarnamə heç kredit dosyesinə də əlavə edilməmişdir. Çünki, bank tərəfindən birinci instansiya məhkəməsinə kredit müqaviləsi ilə bağlı kredit dosyesindəki bütün sənədlər təqdim edilmiş, lakin həmin sənədlər içərisində etibarnamə olmamışdır. Elə bu səbəbə görə də bankın nümayəndəsi birinci instansiya məhkəməsində kredit müqaviləsinin etibarnamə əsasında nümayəndə tərəfindən imzalanması barədə məhkəməyə heç bir məlumat verməmiş və sübut qismində etibarnaməni təqdim etməmişdir. Bu da onu göstərir ki, nəyin bahasına olursa-olsun məhz bu işin öz xeyrinə həll edilməsinə nail olmaq üçün Bank apellyasiya mərhələsində yeni taktika seçərək X2 etibarnamə əsasında X13 Yasi n oğlunun adından çıxış etdiyi digər dosyedən etibarnaməni götürərək, bu işə sübut kimi təqdim etmiş və kredit müqaviləsinin məhz bu etibarnamə əsasında imzalandığını bildirmişdir. Göründüyü kimi, Məhərrəmov Məhərrəm Yasin oğlu etibarnaməni bu kredit müqaviləsinin bağlanılması üçün verməmişdir. Ona görə də belə bir etibarnamənin mövcudluğu Məhərrəmov Məhərrəm Yasin oğlunun kredit müqaviləsindəki iradə ifadəsi kimi qəbul edilə bilməz.
34. Məhərrəmov Məhərrəm Yasin oğlunun vəfatından əvvəl vəsiyyətnamə tərtib edərək əmanət məbləğlərini qızına vəsiyyət etməsi və həmin əmanətlərin yüklü olması barədə qızına heç bir məlumat verməməsi, habelə vəsiyyətnamədə əmanət məbləğlərinin yüklü olması barədə hər hansı qeydin olmaması halı kredit və girov müqavilələrinin bağlanmasında onun (etibar edənin) i radəsinin ifadə olunmamasını və ümumiyyətlə Məhərrəmov Məhərrəm Yasin oğlunun bundan xəbərsiz olmasını və X5 ona verilmiş etibarnamədən sui-istifadə etməsini göstərir. Halbuki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin, apellyasiya məhkəməsi hüquqdan suiistifadə edilməklə həyata keçirilən hərəkətlərə də düzgün hüquqi qiymət verməmiş və tətbiq etməli olduğu halda Mülki Məcəllənin 560.2-ci maddəsini mübahisəyə tətbiq etməmişdir. Eyni tərəflər arasında olan digər mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X1 Məhərrəm Yasin oğlunun ona verdiyi etibarnamədən sui-istifadə etmiş və vəsiyyətnamədə qeyd olunan əmanət məbləğləri barəsində qanunsuz sərəncamlar v ermişdir.
35. İddiaçı, həmçinin qeyd etmişdir ki, məhkəmə işdə sübut qismində çıxış edən ekspert rəyi ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ekspertiza rəyində müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə 13.704,83 manat məbləğində artıq ödəniş edilmişdir. Həmin artıq ödəmələr isə əmanət məbləğlərinin silinməsi hesabına yaranmış və 5000 manat məbləğində əmanət sonuncu silinən əmanət olmuşdur. Bu da o deməkdir ki, hətta girov müqaviləsi olsaydı belə, 5000 mamat məbləğində əmanət hər hansı zərurət olmadan kredit borcu adı ilə əsassız olaraq silinmişdir. Heç digər dəlillər olmasa belə, bu faktın mövcudluğu da 5000 manat məbləğində əmanətin geri qaytarılması üçün əsasdır. Lakin, apellyasiya məhkəməsi özünün istinad edərək mötəbər hesab etdiyi ekspertiza rəyin i hərtərəfli araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir.
36. Qətnamədən cavabdeh (vəkili Vəkil2 Valeh oğlu) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda məhkəmənin Bankdan tutduğu 25000 ABŞ dolları məbləğində əmanət hələ xx.xx.2015-ci il tarixində xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə kredit ödənişinə yönəldilmişdir. Qeyd edilən kredit müqaviləsi tərəflərin könüllü razılığı əsasında bağlanmışdır. Bu səbəbdən apelyasiya instansiya məhkəməsi düzgün qənaətə gəlməyərək, faktiki olaraq mövcud olmayan və 2015-ci ilin fevral ayında kredit ödənişi olaraq silinmiş əmanəti müqaviləsi üzrə hesabda olan pulu Bankdan tutmuşdur. Göründüyü kimi Bankın iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Belə ki, iddia tələbi əsasında təmin edilən əmanət müqaviləsi üzrə hesaba qoyulmuş 25000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2015-ciil tarixdə miras qoyanın kredit borcuna silinmişdir. X14 Yasin oğlunun kredit öhdəlikləri üzrə 25000 ABŞ dolları məbləğində əmanət mərhumun 22500 ABŞ dolları məbləğində krediti üzrə silinmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə qərar qəbul edərkən xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının ap arılmasından imtina edilməsi barədə məlumata istinad etməklə 25000 ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış faizlərin Bankdan tutulması qənaətinə gəlmişdir. Ekspert imtina barədə məlumatda qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışın təkrarı olması səbəbindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Lakin iş materiallarında olan və ekspertin qeyd etdiyi hesabdan çıxarış iddiaçının mübahisələndirdiyi 89000 manat məbləğində kredit üzrə hesabdan çıxarışdır. Lakin məhkəmənin xx.xx.2022-ci il tarixdə ekspertiza təyin etməsinin əsas səbəbi 25000 ABŞ dolları məbləğində əmanətin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş 22500 ABŞ dolları məbləğində kreditin təminatı olaraq həmin kreditin ödənilməsinə yönəlməsi, bunun müəyyən edilməsi məqsədilə eksper tiza keçirilməsi olmuşdur. Lakin məhkəmə özünün təyin etdiyi ekspertizanın rəyini almadan yekun məhkəmə aktı qəbul etməkdə haqlı olmamış, qanunun tələblərini pozmuşdur. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Göründüyü kimi məhkəmə tərəfindən 25000 ABŞ dolları məbləğində əmanətin 22500 ABŞ dolları məbləğində kreditin silinməsinə yönəlməsi barədə təyin etdiyi ekspertiza qərardadı icra edilmədən, işin halları müəyyən edilmədən qətnamə qəbul etmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi dey ildir. Buna baxmayaraq məhkəmə qeyri-dəqiq olan ekspertin rəy verilməsindən imtina edilməsinə dair məlumatına istinad etməklə 25000 ABŞ dolları məbləğində əmanətin kreditə silinməməsi barədə əsassız nəticəyə gəlmiş, təyin etdiyi ekspertizanın rəyini almadan yekun məhkəmə aktı qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kasasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
39. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
40. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
41. Maddə 945.2. Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır.
42. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.
43. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.
44. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanə tin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.
45. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.
46. Maddə 963.1. Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizl ərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir.
47. Maddə 963.2. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir.
48. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.
49. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya ban kla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Mülki Prosessual Məcəllə
50. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
51. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
55. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
56. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əh əmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
60. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apel lyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya baxışının hədləri
64. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
65. Hazırkı kasasiya şikayətləri əsasında qətnamə iş üzrə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasi bətdə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsindən məhz cavabdehdə olan tədqiqat obyektlərinin təqdim olunması barədə ekspert vəsatəti təmin edilmədiyi üçün imtina olunmuşdur. Belə olan halda MPM-in 97.5-ci maddəsinə əsasən tərəf zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməklə ekspertizanın keçirilməsinə mane olduğuna görə məhkəmə ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab etməkdə haqlı olmuşdur.
68. Cavabdeh tərəfindən mübahisələndirilən hissə ilə bağlı kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən – iddianın təmin olunmayan hissəsinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
70. Baxılan iş üzrə iddiaçı kredit və girov müqavilələrinin etibarsızlığı tələblərini onunla əsaslandırmışdır ki, həmin müqavilələr onun atası tərəfindən imzalanmamış, atası bu müqavilələrdən xəbərsiz olmuşdur. Məhkəmə keçirilmiş ekspert rəyləri ilə müəyyən etmişdir ki, mübahisələndirilən müqavilələrdə əks olunmuş imzalar həqiqətən də miras qoyan tərəfindən icra edilməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə etiraz etsə də, müqavilələrdəki imzaların iddiaçının atası Məhərrəmov Məhərrəm Yasin oğl una aid olmadığını qəbul etmiş, müqavilələrin əslində kim tərəfindən imzalandığının onlara (cavabdeh tərəfə) da məlum olmadığını bildirmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
71. Cavabdeh tərəf yalnız apellyasiya şikayətində mübahisələndirilən müqavilələrin Məhərrəmov Məhərrəm Yasin oğlunun verdiyi etibarnamə əsasında oğlu X5 tərəfindən imzalandığını bildirmiş və miras qoyan tərəfindən ümumi səlahiyyətlərlə 10 il müddətinə sonuncuya verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin surətini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.
72. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla apellyasiya baxışında yeni tələblərin və sübutların təqdim edilməsinin yolverilməz olduğu barədə qayda MPM-də həmişə mövcud o lmuşdur (372-ci maddə). xx.xx.2021-ci il tarixdə MPM-ə edilmiş dəyişikliklərlə isə sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək təqdim edilməsi ilə bağlı yeni qayda müəyyən edilmişdir. Yeni sübutlar və tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 372.2-ci maddəsi). İşdə iştirak edən şəxslər tərəfindən belə əsaslandırma təqdim olunmadığı və ya məhkəmənin bunu əsassız hesab etdiyi halda birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra, o cümlədən, apellyasiya baxışı zamanı yeni sübutlar və yeni tələblər qəbul edilə və məhkəmə araşdırmasının predmeti ola bilməz.
73. Lakin hazırkı iş üzrə apellyasiya baxışı zamanı cavabdeh apelyasiya instansiyası məhkəməsinə birinci instansiya məhkəməsində irəli sürmədiyi yeni etiraz dəlilləri və həmin dəlilləri əsaslandıran yeni sübutlar təqdim etmiş, məhkəmə həmin sübutların apellyasiya baxışı zamanı verilməsinin mümkünlüyü barədə məsələni müzakirə etmədən və bununla bağlı mövqeyini əsaslandırmadan həmin sübutları qəbul etmiş, işə əlavə etmiş və onlar əsasında işə baxmışdır.
74. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Mülki Məcəllə əqdin təmsilçi vasitəsilə də bağlana bilməsini nəzərdə tutur. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladı ğı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Maddə 359.1).
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli qərarında etibarnamə əsasında bağlanan əqdlərə münasibətdə ifadə edilmiş hüquqi mövqelərə görə belə mübahisələr üzrə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin müəyyənləşdirilməsidir. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
76. Baxılan iş üzrə mübahisələndirilən müqavilələrin borcalan (girovqoyan) qismində birbaşa Məhərrəmov Məhərrəm Yasin oğlunun adından imzalandığı, müqavilələrin mətnində sonuncunun nümayəndəsinə və hər hansı etibarnaməyə istinad olunmadığı mübahisəsiz hallardır.
77. Lakin apellyasiya instansiyası məhkəməsi sadalanan hallarla bağlı heç bir hüquqi dəyərləndirmə aparmadan belə qənaətə gəlmişdir ki, mübahisələndirilən müqavilələr Məhərrəmov Məhərrəm Yasin oğlunun ümumi səlahiyyətlərlə 10 il müddətinə oğluna xx.xx.2008-ci il tarixdə verdiyi etibarnamə əsasında vəkalətli nümayəndəsi – oğlu İsmayıl Məhərrəmov tərəfindən imzalanmış, bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki münasibətlər üzrə mülki məsuliyyəti mərhumun verdiyi eti barnamə ilə hərəkətlər edən təmsilçisi (delikt sübuta yetirildiyi təqdirdə) daşıya bilər.
78. Halbuki məhkəmənin gəldiyi bu qənaət cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmunu, mübahisələndirilən müqavilələrdə və kredit dosyelərində nümayəndəliyə və hər hansı etibarnaməyə istinad olunmadığı barədə işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə açıq-aşkar ziddiyyət təşkil edir.
79. İddia tələbinin 5000 manat həcmində əmanətə dair tələbi də kredit və əmanət müqavilələri tələbinin mahiyyəti üzrə həllindən asılı olduğu üçün Məhkəmə kollegiyası həmin hissədə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Lakin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı ekspert rəyinə istinad edərək, qeyd olunan məbləğin kr edit borcuna silindiyi ilə əsaslandırsa da, işə baxılarkən cavabdeh tərəfindən həmin əmanət müqaviləsi ilə bağlı ümumiyyətlə hər hansı girov müqaviləsinə istinad olunmadığı, məhkəmənin əsaslandığı ekspert rəyində 13704 manat artıq ödəmə olduğunun müəyyən edildiyi barədə iddiaçı tərəfin dəlillərinə qiymət verməmiş, bununla bağlı ortaya çıxan ziddiyyətlərə aydınlıq gətirməmişdir.
80. Halbuki məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
81. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
82. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməkl ə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidır. Eyni zamanda cavabdehin kassasiya şikayəti təmin olunmamalı, qətnamə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmal ıdir.
84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-257/2023 nömrəli mülki iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.