Məhkəmə qərarları › İş №2(102)-3647/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3647/2019

31.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3647/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, vəkili X3, Cavabdeh3 X oğlu və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(107)-291/2019 saylı qətnaməsindən Cavabdeh3 X oğlu və vəkili X2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(014)-1737/2018 saylı qətnaməsi ilə (sə drlik edən, hakim F.H.Nəsibov) İddiaçı Cavabdeh3 X oğlu və digərlərinə qarşı “mirasın qəbul edilməsi ilə bağlı buraxılmış müddətin uzadılması, mirasın qəbul edilməsinin müəyyən edilməsi, bunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsi” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh3 X oğlunun və digərlərinin İddiaçı qarşı “mirasın qəbulu ilə bağlı buraxılmış müddətin uzadılması, miras əmlakda hər birinin payının 1/6 hissədə müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, mərhum X1 miras qalmış əmlakın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, m ərhum Xdan miras qalmış ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, 3 otaqlı, ümumi sahəsi 132,6 kv.metr olan fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, bunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas hesab edilməsi və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin notariat orqanına tapşırılması qət edilmişdir. Cavabdeh3 və X qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2019-cu il tarixli, 2(107)291/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağdaş rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır. Cavabdeh3 və vəkili Ehtibar Abdullayev qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, İddiaçı Cavabdeh3, X, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Ağdaş rayon Notariat Kontoruna qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mirasın qəbul edilməsi ilə bağlı buraxılmış müddətin uzadılması, mirasın qəbul edilməsinin müəyyən edilməsi, bunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsi” barədə, Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4, Cavabdeh5 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mirasın qəbulu ilə bağlı buraxılmış müddətin uzadılması, miras əmlakda hər bir inin payının 1/6 hissədə müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı vərəsəliyin qəbulu ilə bağlı müddəti üzrsüz səbəblərdən ötürmüş və mirası qəbul etməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı və vəkili Mehman Paşayevin kassasiya şikayətinə dair etiraz ərizəsind ə kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh3 və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı və vəkili XX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh1, X, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Ağdaş rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instan siyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli evin və torpaq sahəsinin mərhum Xdan miras qalmasına, İddiaçı miras əmlakı faktiki idarə etməyə başlamaqla mirası qəbul etməsinə, Cavabdeh3 və digərlərinin mirası qəbul etməmələrinə və ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160, 1243.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instan siyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 20 yanvar 2017-ci il tarixli Çıxarışa əsasən, Ağdaş şəhəri, H.Əliyev prospekti, 3-cü dalan, 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,6 kv.metr olan 10 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Xnın adına qeydə alınmışdır. Evin yerləşdiyi 0,08 ha həyatyanı torpaq sahəsi isə Ağdaş rayon AİK-nın 05 yanvar 200 6-cı il tarixli, 01 saylı qərarına əsasən Xnın mülkiyyətinə verilmiş və sonuncu 15 noyabr 2012-ci il tarixdə sonuncu ölmüşdür. Ağdaş rayon Notariat Kontorunun 22 fevral 2018-ci il tarixli “notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair” qərarından görünür ki, İddiaçı ilə digər vərəsələr arasında miras əmlakın bölüşdürülməsinə dair mübahisə olduğundan onun adına “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsindən imtina edilmişdir. Daha sonra işə əlavə edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, mərhum X ölənədək qardaşı qızı İddiaçı ilə birlikdə mübahisəli evdə yaşamış və sonuncunun atası X da həmin evdə yaşamış və 21 mart 2004-cü il tarixdə ölmüşdür. Ağdaş rayon məhkəməsinin 30 iyul 2012-ci il tarixli qətnaməsi ilə X8 Kərimovaya qarşı “evə köçürülmə, qanunsu z hərəkətlərə son qoyulması” barədə iddiası təmin edilərək, Xnın mübahisəli evə köçürülməsi və həmin evdən, evin köməkçi sahələrindən İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, yaşayış evinin köməkçi və kommunal-məişət sahələrindən onunla bərabər hüquqda istifadə etməsinin təmin edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1159.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.2-ci maddəsinə əsasən, ölənin bacıları və qardaşları ikinci növbədə vərəsə sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşları uşaqları və onların uşaqları o, halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci məddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiy ası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini əsas tutub, işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, Xnın 15 noyabr 2012-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılmış və onun birinci növbəli vərəsələri olmamışdır. Miras evdə yalnız mərhum Xnın qardaşı qızı İddiaçı qeydiyyatda olmaqla yaşamış və bibisi Xnın ölümündən sonra miras əmlaka sahiblik etməyə, həmin əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, İddiaçı bibisi Xnın ölümündən sonra qeydiyyatda olmaqla miras evdə yaşadığından və beləliklə də faktiki qəbul edilmiş miras ona vərəsəlik açıldığı gündən İddiaçınanın mülkiyyəti sayıldığından və digər vərəsələrin, yəni mərhum Xnın bacısı uşaqları Ə.Baramov və digərlərinin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələrinə dair ərizə vermələri və ya miras əmlaka sahiblik etməyə və ya həmin əmlakı idarə etməyə faktiki başlamaları və bununla da mirası qəbul etmələrini şəksiz nümayiş etdirmələri mülki iş materialları ilə təsdiq edilməlidyi üçün, ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəb ul etdiyini şəksiz nümayiş etdirməklə miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi qanuni qüvvəyə minmiş Ağdaş rayon məhkəməsinin 30 iyul 2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunur. Belə ki, həmin qətnamədən görünür ki, mirası qoyan Xnın ölümünədək və onun ölümündən sonra da miras evdə yalnız İddiaçı yaşamışdır və Xnın iddia tələbinə dair həmin mülki işə baxılarkən İddiaçı iddia tələbini qəbul etmiş və bibisi Xnın mübahisəli evə köçürülməsinə etiraz etmədiyini bildirmişdir. Kassator kassasiya şikayətində qeyd olunan qətnamənin surətinə istinad edərək, İddiaçı mirası qəbul etməməsini, mərhum xalası Xnın ölümündən sonra ondan miras qalmış əmlakın bir hissəsini, yəni 1 ədəd xalçanı, 1 dəst yorğan-döşəyi, qızıl boynbağını və sair əşyaları, həmçinin mərhum Xnın özündə olan 2.200 manat pul vəsaitini qəbul etməklə, miras əmlaka faktiki yiyələnməsini və sair göstərsə də, tələb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və müb ahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan büt ün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh3 X oğlu və vəkili X2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 09 yanvar 2019-cu il tarixli, 2(107)-291/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar