Məhkəmə qərarları › İş №2(102)-3648/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3648/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3648/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Mustafayev Elçin Tapdıq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə(sədrlik edən hakim N.Bağırov) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), F.Talışinski və R.Eyvazov, 2(103)-764/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2lə aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli hazır biznesin satışı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəfindən ödənilmiş 30.000 ABŞ dolları məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1, qarşılıqlı iddia verərək, cavabdeh İddiaçı xx.xx.2018-ci il tari xdə bağlanmış hazır biznesin satışı müqaviləsi üzrə ödənilməmiş 70.000 ABŞ dollarının tutularaq ona və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində göstərilən dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, hətta təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Cavabdehin vəkili Mustafayev Elçin Tapdıq oğlu kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qayd ada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə ba xan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüqu q normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən X, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 kv.m. qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixədək;xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən XX, mülkiyyətində olan Bakı şəhəri, X nömrəli mənzili xx.xx.2018- ci il tarixədək Cavabdeh2 icarəsinə vermişdir. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında sadə yazılı formada bağlanılmış xx.xx.2018-ci il tarixli hazır biznesin satışı müqaviləsinə əsasən, satıcılar Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanındakı “xxxx” adı ilə fəaliyyət göstərən restoranı, içərisindəki bütün avadanlıqları ilə bir yerdə, 100.000 ABŞ dol ları qarşılığında, hazır biznesin alıcısı olan İddiaçı satmış və ümumi məbləğin 30.000 ABŞ dolları hissəsinin ilkin ödəniş kimi Cavabdeh1 ödənilməsi, yerdə qalan 70.000 ABŞ dollarının 5 bərabər hissəyə bölünərək aylıq 14.000 ABŞ dolları olmaqla alıcı tərəfindən Özkan Çakıroğluna EFT yolu ilə köçürülməsi, restoranın kiçik dükanının icarə müqavilələri və kassa qeydiyyatının Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı adına ödəniş bitdiyində keçirilməsi, böyük dükanının kirayə müqaviləsinin İddiaçı adına keçirilməsi razılaşdırılmışdır. Müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. İddiaçı tərərəfindən Cavabdeh1 müqavilə üzrə 30.000 ABŞ dolları ilkin ödəniş edilmişdir. Qeyd edilənlər, iddia ərizələri, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli icarə müqavilələri, xx.xx.2018-ci il tarixli hazı r biznesin satışı müqaviləsi və işdə olan digər sənədlərlə təsdiqlənir. Tərəflər aralarında xx.xx.2018-ci il tarixli müqavilənin bağlandığını bildirirlər. İddiaçı, Cavabdeh1 və Cavabdeh2lə aralarında bağlanmış hazır biznesin satışı müqaviləsinin etibarsız hesab edilməsini və tərəfindən ödənilmiş 30.000 ABŞ dollarının geri qaytarılmasını tələb edir. Cavabdeh1 isə qarşılıqlı iddia verərək həmin müqavilə üzrə İddiaçı 70.000 ABŞ dollarının tutularaq ona və Cavabdeh2 ödənilməsini tələb edir. İşə baxan Apellyasiya Məhkəməsi hər iki tələbin düzgün hüquqi həlli üçün tərəflər arasında bağlanmış müqavilənin etibarlı olub-olmamasına hüquqi qiymət vermişdir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. AR Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi, müqavilənin mühüm şərtləri barədə razılaşma tərəflərin imzası (iradə ifadəsi) ilə təsdiqləndikdə bağlanmamış hesab edilir. Bu hal, yoxluq səbəbilə əqdin etibarsızlığına dəlalət edir. Baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan daşınmaz əşyalar xx.xx.20 17-ci il və xx.xx.2017-ci il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh2 icarəsinə verilmişdir. Belə olan halda, icarə hüququnun sahibi Cavabdeh2 olduğu üçün, bu hüquqa sərəncam vermək səlahiyyəti bilavasitə ona məxsusdur. Buna baxmayaraq, mübahisə predmeti olan müqavilə Cavabdeh2 tərəfindən imzalanmamış və o, həmin əqdi sonradan bəyənməsinə dair iradə bəyan etməmişdir. Bundan əlavə, “Ziyafet Kebab” əmtəə nişanının müvafiq dövlət orqanında cavabdehlərdən birinin adına qeydiyyatdan keçməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh1 nümayəndəsinin təqdim etdiyi, Kommersiya qurumlarının dövlət reyestrindən çıxarış isə əmtəə nişanı barədə deyil, "xxxx" MMC-nin qeydiyyatı haqqında məlumatdır. Mülki Məcəllənin 357-358-ci maddələrinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan v erilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Göstərilənlərə əsasən, Kollegiya bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsızdır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Et ibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi əgər bağlanmış əqd etibarsızdırsa həmin müqavilə hər hansı hüquqi nəticə, yəni tərəflər üçün hüquq və öhdəlik yaratmır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə onlar üçün pulun və ya əşyanın icarəsinin verilməsi öhdəliyi yaratmamışdır. Başqa sözlə, İddiaçı Xa 30.000 manat ödəməsinin, sonuncunun isə 70.000 manat məbləğində pulu ilkin iddiaçıdan tələb etmək hüququnun əsası yoxdur. Ona görə də, qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilməmişdir. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin müqaviləni keçərsiz sayaraq, etibarsızlığın nəti cələrinin tətbiqi kimi 30.000 manat pulu cavabdehlərdən tutması əsaslıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə almaq lazımdır ki, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar