Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3649/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxxxxxxxxxxx” MMC-nin vəkili Osmanov Zaur Məzahir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Lizing Şirkəti QSC-yə qarşı “pul tələbi”nə dair ilk, iddiaçı Cavabdeh Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər İddiaçına və X3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia iddias ı üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-969/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı və vəkili Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına köçürtdüyü 184774,96 ABŞ dolları məbləğində pulun Cavabdeh Lizinq Şirkəti QSC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxxxxxxxxxx” MMC də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lizinq Şirkəti QSC ilə bağlanmış xx xxxx 2013-cu il tarixli 942T/13/S saylı X8 Müqaviləsinəəsasən cavabdehlər İddiaçı və X2 öhdəliklərinin yerinə yetirməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 8715,30 ABŞ dollarıəsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ dolan dəbbə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi isə təmin edilməklə, cavabdehlər İddiaçı və X2 müştərək qaydada dəymiş ziyan üzrə 8715,30 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ dolan dəbbə borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim Kəmalə Əmirxanova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-969/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək, İddiaçı və X2 müştərək qaydada Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulan faiz borcunun 2174,40 ABŞ dolları (iki min bir yüz yetmiş dörd ABŞ dolları, qırx sent) məbləğində (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilməsi, qətnamənin qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına İddiaçı 145 (bir yüz qırx beş) manat məbləğində pulun tutularaq Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. (hakimlər Elşad Şamayev(sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Rəşad Abdulov) İlk iddia üzrə İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-969/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının p ozuntuları ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxxxxxxxxxxx” MMC-nin vəkili Osmanov Zaur Məzahir oğlu kassasiya şikayətini dəlillərini qəbul etməyərək, onun təmin edlməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ilk İddiaçı, onun vəkili və digər cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İlk İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, Cavabdeh Lizinq Şirkəti QSC ilə xx xxxx 2013-cü il tarixdə 942T/13S saylı m üqavilə bağlamışdır. Müqaviləyə əsasən lizinq obyekti olan “Hyundai R 260 LC -9S” markalı tırtırlı ekskavator müəyyən edilmiş haqq müqabilində ona verilmişdir. xx xxxxxx 2015-ci il tarixədək Cavabdeh Lizinq Şirkəti QSC-nin hesabına 184774,96 ABŞ dolları məbləğində pul ödəmişdir. Cavabdeh Lizinq Şirkəti QSC iddiaçının onun hesabına keçirdiyi 184774,96 ABŞ dolları məbləğindən əsas məbləğə 115147,72 ABŞ dolları məbləğində pulu saxlamış, 69627 ABŞ dollarını əsassız olaraq faiz borcuna, dəbbə puluna hesablayaraq onun üçün süni borclandırmaya şərait yaratmışdır. Lizinq obyektini “xxxxxxxxx” MMC-dən Azərbaycan manatı ilə almaq barədə razılaşmış, lakin sonradan cavabdeh onu aldadaraq, lizing müqaviləsində ABŞ dolları ilə hesablamışdır. Həmin halı ödəniş zamanı aşkar etmişdir. Manatın birinci deval vasiyasında razılığa gəlib ödənişləri davam etdirsə də, manatın ikinci devalivasiyasında cavabdeh onu aldadatmışdır. Cavabdeh izinq obyektini gətirib şirkətin saxlanc yerində saxlamasını, bununla da fazilərin dayanmasını, çatışmayan ödəniş məbləğini isə ödəyib, lizinq obyektini saxlancdan geri götürməsini təklif etmişdir. Razılaşmaya uyğun olaraq, çatışmayan ödəniş məbləğini götürüb ödəmək məqsədi ilə cavabdehin ofisinə getdikdə, məlum olmuşdur ki, həmin texnika dəyərindən çox-çox aşağı qiymətə satılıb. Bütün bunlar sübut edir ki, o, aldadılmışdır. Cavabdehin qanunsuz hərəkətlərinəticəsində küllü miqdarda maddi ziyan çəkmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Lizinq Şirkəti QSC tələbinin əsası kimi ona istinad etmişdir ki, İddiaçı ilə bağlanmış xx xxxx 2013-cüil tarixli X8 Müqaviləsinə əsasən Cavabdeh Lizinq Şirkəti QSC ümumi dəyəri 181971,93 ABŞ dolları olan, 10-0-176 dövlət qeydiyyat nişanlı “Hyundai R260LC-9S” tırtıllı ekskavatoru öz mülkiyyətinə əldə edərək, onu İddiaçı müvəqqəti istifadəsinə vermişdir. İddiaçı 47319,31 ABŞ dolları avans olmaqla, 181971,96 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxx 2013-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti cavabdehə təhvil verilmişdir. İddiaçı lizinq ödənişlərini qrafikə uyğun olaraq hər ay etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra İddiaçı xx xxxxxx 2016-cı il tarixdə lizinq obyektini şirkətə təhvil verilmiş dir. X5 Lizinq Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə, yəni xx xxxxxx 2016-cı il tarixinə cavabdhein 8715,30 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz və 201 ABŞ dolan dəbbə pulu borcu yaranmışdır. Eyni zamanda öhdəliyin icrasının təmini üsulu olaraq X4 ilə də xx xxxx 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətiqismən təmin edilməli, Bakı Apellyasiya Məhk əməsinin 2(103)-969/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə əsasən lizinq şirkətinin öz mülkiyyətinə ekskavator əldə edib, həmin lizınq obyektini illik 21 faizlə 36 ay müddətinə xx xxxxxx 2016-cı il tarixli təhvil-təslim aktı ilə cavabdeh İddiaçı lizinqə verməsini, cavabdeh İddiaçı borcunun yaranmasını, eləcə də lizinq müqaviləsinin şərtlərinin lizinq verən tərəfindən deyil, məhz lizinq alan İddiaçı tərəfindən pozulmasını, məhz bu səbəbdən Lizinq Şirkətinin lizinq obyektini geri almasını müəyyən edə rək, ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini tutulan məbləğ hissəsində yuxarıda göstərilən qaydada dəyişdirmiş, ilk iddianın rədd eilməsi hissəsində isə qətnaməni dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 442, 443.1, 443.5, 449.1, 449.4, 747.1, 747-2, 748-1.12.4, 748-2.1, 748-2.2, 748-10.1, 748-11.1 və 750-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk iddianın rədd edilən hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericiliyə uyğun sayır. Belə ki, ilk iddia tələbi lizinq müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması barədədir. İlk iddiaçı bu tələbini lizinq obyektinin ondan geri alınması ilə əsaslandırmışdır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 1. lizinq obyektinin amortizasiya ödənişləri; 2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 4. lizinq verənin mükafatının məbləği; 5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İlk iddia üzrə İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən edilən halına görə lizinq müqaviləsinin şərtləri lizinq verən tərəfindən deyil, məhz lizinq alan İddiaçı tərəfindən pozulmuş və “Lizinq Şirkəti izinq obyekti olan ekskavatoru geri almışdır. İlk iddiaçı tərəfindən lizniq ödənişlərinin vaxtında və lazımi qaydada həyata keçirilməməsi işin müəyyən edilən mübahisəsiz halıdır. İş in müəyyən edilmiş bu halına görə də apelyasiya məhkəməsi ilk iddiaçının ziyan çəkməsində lizinq şirktətinin təqsirli olmaması və bu səbəbdən Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinə əsasən ilk iddiaçının lizinq şirkətindən həmin zərərin əvəzini tələb etməsinin əsasız olması nəticəsinə gəlmişdir. Göründüyü kimi, apelyasiya instansiyasının ilk iddianın təmin edilməməli olması hissəsində tətbiq etdiyi maddi hüquq normaları işin həmin hissədə müəyyən edilmiş hallarına uyğun olmuşdur. Bu baxımdan, qeyd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozuntuları ilə çıxarılması barədə kassasiya şikayətinin dəılilləri əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın təmin edilməyən hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bununla belə, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə apelyasiya instansiyası düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X2 müştərək qaydada dəymiş ziyan üzrə 8715,30 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ dolan dəbbə borcu tutmuş, apelyasiya instansiyası məhkəməsi isə ekspert rəyinə əsasən yalnız faiz boircunu azaldıb 2174,40 ABŞ dolları müəyyən etmişdir. Lizinq Şirkəti ilə İddiaçı arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən lizinq obyektinin dəyəri 142757 manatdır. Ödəniş cədvəlində isə lizinq obyektinin bazar dəyəri 181971,96 ABŞ kimi göstərilmişdir. Lizinq müqaviləsində lizinq obyektinin qiyməti manatla göstərilsə də, şərti pul vahidinin Mərkəzi Bankın müəyyən etidiyi məzənnəyə uyğun olaraq ABŞ dolları olması müəyyən edilib. Eyni zamanda ödəniş cədvəlində də pul vahidinin ABŞ dolları olması müəyyən edilib. Baxmayaraq ki, müqavilədə şərti pul vahidinin xarici valyuta kimi ABŞ dolları müəyyən olunub, bu halda həmin valyuta ilə pul məbləğinin tutulması istisna olunur. Əvvəla, lizinq obyektinin dəyəri müqavilədə manatla ifadə edilib. İkincisi, lizinq müqaviləsində lizinq obyektinin dəyərinin xarici valyuta ilə göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konsitutsiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində pul öhdəliyinin manatla ifadə edilməsi, əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirilə bilər. Hazırkı işin halları baxımından qeyd edilməlidir ki, müqavilə tərəfləri, o cümlədən iddiaçı təşkilat xarici hüquq şəxs deyil, bağlanmış lizinq müqaviləsində və ödəniş cədvəlində lizinq alanın pul öhdəliyi xarici valyuta ilə ifadə oluna bilməz. Üstəlik, lizinq obyektinin dəyəri manatla ifadə olunub. Məhkəmə kollegiyası qeyd edir ki, lizinq müqaviləsi kredit müqaviləsi deyildir. Lizinq müqaviləsi mahiyyət etibarı ilə kirayə müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun mü qabilində istifadə haqqı ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququ əldə edir. Ona görə də borc münasibətlərindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarda istinad olunan maddi hüquq normalarının tələbinə görə həmin öhdəlik yalnız manatla ifadə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında da Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəasının yalnız kredit (borc) müqavilələri üzrə öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmaması qeyd edilib. Hazırki işdə isə öhdəlik kredit müqaviləsindən deyil, lizinq müqaviləsindən yaranıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında isə o d a qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddianı qanunvericiliyin qeyd edilən normaları baxımından qiymətləndirməmiş, qarşılıqlı iddia üzrə cavabdehin xarici valyutada ödədiyi (ABŞ dolları ilə) məbləğin ödənildiyi anda manata məzənnəsi nəzərə alınmaqla, manatla ifadə olunan borcunun nə qədər olmasını, ümumiyyətlə, borcunun qalıbqalmamasını müəyyən etməmiş, apelyasiya məhkəməsi də tam hüquqlu məhkəmə kimi bu pozuntunu aradan qaldırmamış və cavabdehin borcunu ABŞ dolları ilə müəyyən etm əklə maddi hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 419.2-ci maddəsinin görə isə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, lizinq müqaviləsində qeyri-müəyyənlik həmin şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin, yəni Li zinq Şirkətinin ziyanına təfsir edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissəsinin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-969/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk idd ia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)969/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissəsə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3649/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3649/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver