Məhkəmə qərarları › İş №2(102)-3649/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3649/2022

13.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3649/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cav abdeh nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş və həmin aktlar əsasında iddiaçıya məxsus ünvan 1 ünvana qazdan qeyri-qanuni istifadə ilə bağlı aktlar tərtib edilmişdir. Həmin aktların heç biri iddiaçı tərəfindən imzalanmamış və aktlarda “imtina etdi” qeydi ilə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, x x.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlarının ləğv edilməsi və Cavabdeh İB tərəfindən 2016-2020-ci illər üzrə hesablanmış cəmi 8036,9 manat məbləğində borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qaz sayğacının göstəricisinə əsasən istehlak olunmuş qazın dəyərini tam ödəmişdir. Ödənişlərinin bir hissəsinin ona məlum olmayan istiqamətdə silindiyini aşkar etdikdə bunun səbəbi ilə maraqlanmış və ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona müxtəlif vaxtlarda əsassız borclar hesablanmışdır və ödənişlərin istehlak etdiyi qazın dəyəri ilə yanaşı həmin borcların da ödənilməsinə yönəldilir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 0 2 aprel 2021-ci il tarixli, 2(003)1217/2021 nömrəli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlarının ləğv edilməsi, İddiaçı **********05420 saylı abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış 8036,90 (səkkiz min otuz altı manat doxsan qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından və əlavə edilən fotoşəkillərdən göründüyü kimi, qeyd olunan kənar xətt iddiaçının evində yox, ordan iki ev məsafəsində küçədə fotoşəkli çəkilmiş və həmin xəttin iddiaçının evinə daxil olunan hissəsi müəyyən edilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli mənzil halhazırda tikilməkdə davam edir.

6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.7-ci bəndləri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

7. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, iş üçün əhəmiyyətli hallar araşdırılmamış, cavabdehin qazdan qeyri-qanuni istifadə edilməsinə dair aktlar tərtib edilmiş, fotoşəkillər təqdim edilsə də, həmin sübutlara düzgün qiymət verilməmişdir. Bu səbəbdən, i ddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2(103)-7524/2021 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/6464 saylı rəyinə əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-354/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.Şirin ov (sədrlik edən və məruzəçi), R.Həsənov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Kollegiya tərəfindən aparılmış araşdırmalar nəticəsində, eyni zamanda ekspert rəyi ilə də təbii qazdan iddiaçı tərəfindən qeyri-qanuni istifadə edilməsi sübuta yetirilmədiyindən, həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlilləri ilə bağlı əsaslı, şübhədənkənar, təkzibedilməzlik və mötəbərliklə bağlı tələblərə cavab verən sübutlar təqdim edilmədiyindən, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, ekspert qarşısında qoyulan sual ünvan 1 ünvanda (abonent kodu: **********05420) qaz sayğacından kənar qeyri-qanuni qaz xətti qoşulmasının olub-olmaması ilə bağlı olmuşdur. Bildirilmişdir ki, iddiaçıya məxsus ünvanda təbii qaz xətti üzərində mövcud olan qeyri-qanuni qoşulma faktı əvvəlki illərdə onlar tərəfindən müəyyən olunaraq aradan qaldırılmışdır. Sonrakı dövrdə təbii ki, ekspert həmin ünvan üzrə hər hansı qeyri-qanuni (əlavə kənar xətt) qoşulma halı aşkar etməyəcəkdi. Çünki, ekspert tərəfindən 12/2021-ci il tarixində rəy verilən zaman artıq həmin ünvanda qeyri-qanuni qoşulma f aktı və halları tərəfimizdən aradan qaldırılmışdır. Bu, onlar tərəfindən tərtib edilmiş kəsim aktları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası hazırkı iş üzrə verilmiş yekun ekspert rəyini sübut qismində qəbul etmişdir. İddia ərizəsinə nəzər yetirdikdə görmək olar ki, sanki iddiaçıya 8036,90 (səkkiz min otuz altı manat 90 qəpik) manat məbləğində borc məbləği iddia ərizəsində ləğv edilməsini tələb etdiyi 5 akt əsasında hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən ümumiyyətlə abonent saldosuna nəzər yetirməmişdir. Belə ki, məhkəmə 01/2015-ci ildən məhkəmə qətnaməsi çıxarılan dövrə qədər qazdan istifadə etdiyi halda, heç bir ödəniş etmədiyini araşdırmamışdır. Məhz bunun nəticəsidir ki, iddia ərizəsində tələb kimi göstərilən 8036,90 manat pulun silinməsi barədə əsassız qətnamə qəbul etmişdir. Halbuki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 5 akt üzrə hesablanmış dəymiş ziyan məbləği 1323 AZN təşkil edir. Belə olan halda, 8036,90 manat pulun hansı aktları əhatə etdiyi araşdırılmamış və abonentin sərf etdiyi qaza görə yaranmış real borcunun da silinməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlili

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməs i haqqında Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı Azərbaycan 15. 4.6-cı bəndi. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 16. 4.7-ci bəndi. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 17. 4.8-ci bəndi. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərb aycan Respublikası Qanunu

18. Maddə.

3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

19. Maddə.

18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.

31. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmiş, cavabdeh tərəf isə öz etirazlarının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Beləliklə, məhkəmələr tərəfindən aparılmış araşdırmalarla cavabdeh tərəfindən 2016-2020-ci illər üzrə hesablanmış borcun təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində yaranması öz təsdiqini tapmamışdır.

34. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolle giyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar