Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3649/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi, təkrar satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq S əhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3988/2024 nömrəli 3 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 5, xx.xx.3019-cu il tarixli icra vərəqəsinə əsasən “Nikoyl”İKB ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, İddiaçı ümumilikdə 61.564,36 manat borc tutularaq, tutma X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə (sonradan – mübahisəli mənzil) yönəldilməli, mənzilin ilkin satış qiyməti 110.*** manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına İddiaçı banka olan borcu ödənilməlidir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 hüquqi varisləri İddiaçı və X1 müştərək qaydada ümumilikdə 11037,20 manat "xxxx" ASC-yə ödənilməli, tutma X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə (sonradan – mübahisəli mənzil) yönəldilməli, mənzilin ilkin satış qiyməti 59400 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, 11037,92 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nə ödənilməli, satışdan əldə edilmiş vəsait artıq olarsa, artıq məbləğ cavabdehin hüquqi varislərinə qaytarılmalıdır.
3. Sabunçu rayon İcra Şöbəsi tərəfindən 7318-24948-3\4 №-li, xx.xx.2020-ci il tarixli məktubu ilə ünvan 5, xx.xx.3019-cu il tarixli icra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin ilkin satış qiyməti 110.*** manat müəyyən edilməklə açıq hərracdan satılması toplanmış materiallar "xxxx" MMC-yə göndərilmişdir.
4. Sabunçu rayon İcra Şöbəsi tərəfindən 1028-4171/-3 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin ilkin satış qiyməti 59400 manat dəyərində əmlakın hərrac vasitəsilə satılması üçün toplanmış materiallar Cavabdeh1 MMC-yə göndərilmişdir.
5. İlkin hərrac Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X3 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanına bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə “köçüb” qeydi ilə geri qaytarılmışdır.
6. İlkin hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir.
7. Təkrar hərrac 15% aşağı qiymətə, 50.490 man ata xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X3 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə eyni ünvana bildiriş göndərilmiş, həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin bildirişin iddiaçıya çatıb çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir.
8. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir.
9. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC təkrar hərracdakı satış qiymətindən 25% aşağı 37867,5 manat satış qiyməti ilə mənzili almaq barədə Banka təklif göndərmiş, təklifin surəti iddiaçıya yenə eyni ünvana göndərilmiş, həmin təklifin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qo vluğa əlavə edilmiş, lakin təklifin iddiaçıya çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir.
10. Bank xx.xx.2022-ci il tarixli məktubunda təklifi qəbul etdiyini bildirmiş və mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir.
11. Cavabdeh1 MMC-nin, Sabunçu rayon İcra Şöbəsinin və Cavabdeh2 ASC-nin iştirakı ilə tərtib edilmiş 148/22 №-li, xx.xx.2022-ci il tarixli X6 barədə Protokola əsasən mənzil tələbkar Cavabdeh2 ASC-yə 37867,5 manata satılmışdır.
12. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli borclulara göndərilmiş xəbərdarlıqdan görünür ki, evin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi üçün qalıq borcu, yəni 34.734,72 manat borcu tələbkara ödəmək tələb edilmişdir. İş üzrə qəbul edilmiş m əhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Sabunçu Rayon İcra şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X6 barədə” protokolun və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Sabunçu r ayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin Cavabdeh2 ASC-nin adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin və məlumatların ipoteka qoyana (hüquqi varislərə) verilməməsi ilə yanaşı müddətlərin gözlənilməsində də qanunsuzluğa yol verilmişdir. Nə hərracın birinci, nə də ikinci mərhələsi ilə bağlı mülkiyyətçiyə heç bir məlumat verilməmiş, qeydiyyatda olduğu ünvana hər hansı bir bildiriş göndərilməmiş, nə özü, nə də ailə üzvləri tərəfindən bu barədə hər hansı bir rəsmi məlumat alınmamışdır. Hərrac keçirilərkən hətta, daha öncədən – xx.xx.2021-ci il tarixdən iddiaçı Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla yaşayır, hərrac mərkəzindən əldə etdiyi birinci və təkrar hərracın keçirilməsi barədə bildirişlərin üzərində isə onun ünvanı ünvan 2min ünvan onun deyil, mərhum atasının qeydiyyatda olduğu ünvan olmuşdur. Hərracın keçiriləcəyi barədə məlumat almış olsaydı, istər hərracın birinci mərhələsində, istərsə də ikinci mərhələdə ipoteka predmetini hüquqi varis kimi elə özü əldə edə bilərdi. Bütün bu hallardan təşkil olunmuş hərracın qanunsuz şəkildə aparıldığı aşkar görünmüşdür. Nəticədə isə onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur.
15. Birinci instansiya məhkəməsində Cavabdeh2 ASC iddiaya etiraz və iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, hərracın nəticələri üzrə protokol xx.xx.2022-ci il tarixdə imzalanmış, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki, həmin kateqoriya iddialar üzrə iddia müddəti 1 il müəyyən edilmişdir.
16. Birinci instansiya məhkəməsində Cavabdeh1-nin iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən ünva nına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas olmamışdır.
17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddianın təmin edilməməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərrac təşkilatı hərracı bütün qaydalara riayət etməklə hərracın keçirmiş, lakin birinci hərraca dair bildiriş “köçüb” qeydi ilə geri qaytarıldıqdan sonra, sonrakı bildirişi və təklifi eyni ünvana göndərmiş, bu da bildirişlərin iddiaçıya çatdırılmaması ilə nəticələnmişdir və iddiaçı bu mövqeyindən çıxış edərək hesab edir ki, hərracın nəticələri etibarsız hesab edilməlidir.
19. Lakin məhkəmə iddiaç ının bu mövqeyi ilə razılaşmır və buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə hesab etmişdir ki, iddiaçı ünvanının dəyişdirilməsi barədə icra şöbəsinə məlumat verməli idi. Belə ki, iddiaçı qətnamə, evin hərraca çıxarılmalı olması barədə tam məlumatlı olmuş, iddiaçı bu zaman rəsmi birja məlumatlarını izləmək imkanına malik olmuşdur. Qeyd edildiyi kimi, hərracın keçirilməsi tərəflərə tək bildiriş vasitəsilə deyil, eyni zamanda mediada və rəsmi internet saytında elan dərc etdirilməklə çatdırılır. Hazırkı işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir.
20. Birinci instansiya məhkəməsi Cavabdeh2 ASC tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlm iş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi ona qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Lakin hazırkı mübahisədə cavabdeh ona qarşı irəli sürülən tələbə görə məsuliyyət daşımamış və onun həmin iddiadan müdafiə olunmasına zərurət yaranmamışdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 415.2, 416.1, 416.2-ci maddələrinə, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.7, 43.7-1, 43.8, 44-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadə nin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, təkrar hərrac 15% aşağı qiymətə xx.xx.2022- ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində yenə də “Birjanyus” X3 (mediyada və özünün internet saytında deyil) dərc olunmuş, bu barədə mənə güya xx.xx.2022 -ci il tarixdə eyni (qeydiyyatda olmadığım və yaşamadığım) ünvana bildiriş göndərilmiş, güya həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin, bildirişin mənə göndərilib-göndərilməməsi, o cümlədən çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilsə də hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında 3 təqvim günü ərzində məlumat dərc etdirməmişdir. Həmçinin, ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar satış qiymətinin müəyyən edilməsi də düzgün olmamışdır. Çünki, 15 faiz aşağı olan qiymətlə icra sənədi üzrə tutulmalıməbləğ ödəniləcəyi təqdirdə qalan məbləğ hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün kifayət etməyəcəkdir. “İpoteka haqqında” qanunun 43.4-cü maddəsinə görə birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5- ci maddəsinə görə təkrar hərrac buQanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətl ə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bundan əlavə mənzilin bazar qiyməti olduqca aşağı qiymətləndirilmiş, icra məmuru tərəfindən mənzilin orta bazar və likvid dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmamış, mənzilin ilkin satış qiyməti ilə razı olmamasına baxmayaraq çox aşağı həddə qiymətləndirilmişdir ki, bu da bankın maraqlarına xidmət edir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli, 2(103)-3988/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq öz mövqeyini oxşar məzmununda ifadə etmiş və əlavə olaraq bildirmişdir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatdırılması ilə şərtləndirilmir. Hazırkı işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərd ə tutulmamışdır.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.5, 43.7, 43.8-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 61.1, 61.2, 62.2, 89-cu, MPM-in 14.2, 77.1, 82.3, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti Mülki Məcəllənin 415.1, 415.2, “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.2, 43.4, 43.5-ci, MPM-in 88, 106.1, 217.1, 217.2, 217.3, 217.4, 22 0.4 və 418-ci maddələrinə istinadən və apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiym əti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
31. Maddə
320. Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir.
32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
33. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişini aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hər racın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
37. Maddə 42.3 İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
38. Maddə 42.4 Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
39. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərba ycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
40. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
41. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan i poteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
42. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
43. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
44. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə (“hərracın etibarsız sayılması”) əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddia nın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmal ıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
57. Maddə
420. Kassas iya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
61. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir.
62. Belə ki, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələblərinə əsasən təkrar hərrac zamanı ipoteka qiymətinin 15 % aşağı salınması və təkrar hərracdan sonra daha 25% aşağı qiymətlə ipotekasaxlayana təklif edilməsi bu şərtlə mümkündür ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
63. İşdən görünür ki, hərracda satılan ipoteka predmeti olan mənzil cavabdeh bankla bağlanmış 2 kredit müqaviləsi üzrə borcun təminatı olmuş və hər iki kredit müqaviləsi üzrə məhkəmə qətnamələri əsasında icra vərəqələri verilmişdir. Eyni mənzilin ilki satış qiyməti ünvan 5, xx.xx.3019-cu il tarixli icra vərəqəsinə əsasən 110.*** manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən isə 59.400 manat müəyyən edilmiş, hər iki icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İc ra Şöbəsinə göndərilmiş, birinci icra vərəqəsi üzrə xx.xx.2020-ci ildə ilkin satış qiyməti 110.*** manat olmaqla açıq hərracın keçirilməsi sifariş edilmiş, lakin onun nəticəsi barədə işdə hər hansı məlumat yoxdur. İkinci icra vərəqəsi üzrə isə mənzilin ilkin satış qiyməti 59.400 manat olmaqla xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsi sifariş edilmiş və hərrac keçirilmişdir.(bax iş v.15-24) 64. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, ünvan 5, xx.xx.3019-cu il tarixli qətnaməsində tərəf apellyasiya şikayəti verdiyindən icra hərəkətləri dayandırılmış, sonradan qətnamə dəyişdirilmədən saxlanılmışdır və bank hər iki icra vərəqəsinin icrasını təmin etmək üçün mənzilin açıq hərracda satılması üçün tədbir görülməsini xahiş et mişdir.(iş v.14)
65. Yuxarıda qeyd edilən sənədlər iş materiallarında mövcud olsa da, məhkəmələr tərəfindən həmin sənədlər üzrə tam araşdırma aparılmamış və “İcra haqqında”Qanunun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində olan iki icra sənədinin ümumi icraatda birləşdirilib-birləşdirilməməsi və hər iki icra sənədi üzrə ümumi borcun məbləği nəzərə alınmaqla mənzilin ilkin satış qiymətini birinci icra vərəqəsi üzrə müəyyən edilmiş 110.*** manatla deyil, ikinci icra vərəqəsi üzrə müəyyən edilmiş 59.400 manatla hərraca çıxarılmasının səbəbləri araşdırılmamış, həmçinin hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların (eyni ipotekasaxlayan olsa belə) tələblərinin ödənilməsi üçün kifa yət qədər olmadığı halda, təkrar hərrac zamanı mənzilin ilkin satış qiyməti 15%, təkrar hərrac baş tutmadıqdan sonra isə daha 25% aşağı salınmiş, bununla da “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələbləri pozulmuş, nəticədə borclu İddiaçı banka hələ 34.734,72 manat borcu ödənilməmiş qalmışdır.
66. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hərracın sifarişi və keçirilməsi zamanı yol verilmiş bu pozuntular ipoteka qoyanın və borclunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur.
67. N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqa mlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
68. Buna görə də, kassasiya kollegiyası hesab edir ki, qeyd edilən halın aydınlaşdırılması üçün apellyasiya instansiya məhkəməsində təkrar araşdırma zamanı hər iki icra sənədi üzrə icra işi tələb edilərək yoxlanılmalı, yuxarıda qeyd edilən hüquqi məsələlər aydınlaşdırılmalı və iş üzrə ədalətli və obyektiv qərar qəbul edilməlidir.
69. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilməlidir.
70. Azərbaycan Respublikası MPM-in 416, 417, 418 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli 2(103)3988/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.