Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-365/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X9, X18 Xidmət Mərkəzinin Notariat ofisinə və DƏDKR 15 saylı Tovuz ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, X9, X18 Xidmət Mərkəzinin Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Azərbaycan Respublik asının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 15 saylı Tovuz ərazi idarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, mirasın faktiki qəbulu faktının müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-19*9/2*22 nömrəli iş üzrə *8 avqust 2*22-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DTXK Tovuz rayon şöbəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair 25.*3.2**5-ci il tarixli JN-*86A nömrəli (kod 5*3*3*18) şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətinə görə, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə *.28 ha torpaq sahəsi ünvan 2 sakini X3 mülkiyyətinə verilmişdir. Şəhadətnamənin “adı, soyadı və ailə üzvləri” hissəsində yalnız XXXnın adı göstərilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair 25.*3.2**5-ci il tarixli JN-*86A nömrəli (kod 5*3*3*18) şəhadətnamənin işdə olan digər kserosurətində X7 ilə yanaşı X8 adı qeyd edilmişdir. 3. *5.*3.2*21-ci il tarixli AZ-İİ 156185 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə görə, X7 15.1*.2*12-ci il tarixdə vəfat etmişdir. 4. 1*.*3.2*21-ci il tarixli AA 54*79* nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətinə əsasən, ünvan 2ində 5*3*13132*68 reyester nömrəli *.281*5 ha torpaq sahəsi X8 adına Torpağın mülkiyyətə verilməsinə dair 25.*3.2**5-ci il tarixli JN-*86A nömrəli şəhadətnamə əsasında tərtib edilmişdir. 5. 11.*3.2*21-ci il tarixli 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyester nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın DƏDRX 15 saylı Tovuz ərazi idarəsi tərəfindən təsdiq edilmiş surətinə görə, ünvan 2ində *.28 ha torpaq sahəsi X8 və X3 ümumi birgə xüsusi mülkiyyəti kimi dövlət qedydiyyatına alınmışdır. 6. 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə görə, 15.1*.2*12-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan1 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak 11.*3.2*21-ci il tarixdə X4 verilmiş 5*3*13132*68 reyestr nömrəli 2621**486 8 qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i ünvanda yerləşən ümumi sahəsi *.28 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hssəsindən ibarətdir. 7. *3.*4.2*21-ci il tarixli 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyester nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə görə, ünvan 2ində *.14*5 ha torpaq sahəsi Cavabdeh1 tam xüsusi mülkiyyəti kimi dövlət qedydiyyatına alınmışdır. 8. *3.*4.2*21-ci il tarixli 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyester nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 2ində *.14*5 ha torpaq sahəsi X8 tam xüsusi mülkiyyəti kimi dövlət qedydiyyatına alınmışdır.
9. Tovuz Rayon Dövlət Arxivinin 1*.*6.2*21-ci il tarixli 112 nömrəli Arx iv arayışına görə, Alakol kənd icra nümayəndəliyinin 1996-2***-ci il tarixli 13 nömrəli Təsərrüfatbaşına kitabda X3 adına ünvan 2ində *.28 ha torpaq sahəsi, 1981-ci ildə tikilmiş yaşayış evi ümumi sahəsi 76 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m. olması göstərilmişdir.
10. Tovuz RİH başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *4.*8.2*21-ci il tarixli 599 nömrəli arayışına əsasən, İddiaçı *7.*1.1937-ci tarixdə anadan olub, ünvan 2ində yaşayır. Cavabdeh1 1953-cü ildə anadan olub, ünvan1 ünvanda yaşayır. Onların atası X1, anası isə X5r.
11. Tovuz Regional “ASAN Xidmət Mərkəzi” notariat ofisinin 31.*8.2*21-ci il tarixli 1693 nömrəli arayışına əsasən, 15.1*.2*12-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair 13.1*.2*17-ci il tarixdə mərhumun oğlu Cavabdeh1 müraci əti əsasında V-578 nömrəli vərəsəlik iş açılmışdır. Mərhumdan miras qalmış torpaq sahəsinə dair 13.1*.2*17-ci il tarixdə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, mərhumun vərəsəsi ünvan 2ində yaşayan oğlu İddiaçıdur.
12. Tovuz RİH başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.12.2*21-ci il tarixli 82* nömrəli arayışına əsasən, qonşuların deməsinə görə İddiaçı 2**6-cı ildən mərhum anası X7 ilə ona məxsus evdə yaşamışdır və hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır.
13. Tovuz RİH başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25.*2.2*22-ci il tarixli 15* nömrəli arayışına görə, X7 15.1*.2*12-ci il tarixdə vəfat etdikdən sonra onun dəfn xərcini onunla birgə təsərrüfatda yaşayan doğma oğlu İddiaçı çəkmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh1, X18 Xidmət Mərkəzinin Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 nömrəli Tovuz ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 Xidmət Mərkəzində tərtib olunmuş 16.*3.2*21-ci il tarixli 2V-313 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında tərtib olunmuş çıxarışın ləğv olunması, miras əmlakın onun tərəfindən qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 2 tarixsiz ərizə təqdim edib, işə tikilmə ardıcıllığına görə 1-ci ərizədə X1* da cavabdeh qismində göstərməklə, 16.*3.2*21-ci il tarixli 2V-313 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında tərtib olunmuş Cavabdeh1 məxsus reyestr nömrəsi 5*3*1315*444 olan çıxarışın ləğv olunması, X9 məxsus reyestr nömrəsi 5*3*1315*445 olan çıxarışın və ona əsas olmuş ilkin sənədlərin ləğv olunması, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını, 2-ci ərizəsində isə torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamənin qismən, yəni sonradan adı şəhadətnaməyə qanunsuz yolla əlavə edilmiş X12 qeydinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**4 868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarışın qismən - X9 aid hissədə etibarsız hesab edilməsi, 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyster nömrəli çıxarışın etibarsız hesab edilməsi, Tovuz Rayon Aqrar İKnın *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə mərhum anası XXXya ünvan 2i ərazisində verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən *.28 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi onu n tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddianın əsaslarına görə, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999cu il tarixli 3* nömrəli qərarı ilə mərhum anası XXXya ünvan 2i ərazisindən *,28 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-*86A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Anası XXX 15.1*.2*12-ci il tarixdə vəfat etmişdir. O, anasına məxsus təsərrüfatda anası ilə birlikdə yaşamış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Anasının vəfatından bu günədək həmin əmlak onun istifadəsindədir. Qardaşı olan Cavabdeh1 isə ümumiyyətlə 198*-ci ildən Tovuz rayonundan çıxmış, Tovuz rayonu ərazisində yaşamamış və anasından qalan mirası qəbul etməmişd ir. Bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, mərhum anasının adına tərtib edilmiş JN-*86A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə sonradan qanunsuz yolla Cavabdeh1 oğlu XXXun adı əlavə edilmiş və torpaq sahəsinin ikidə bir hissəsi qanunsuz olaraq XXXun adına dövlət qeydiyyatına alınmışdır. Onun məlumatı olmadan onun sahiblik və istifadəsində olan əmlakın qalan ikidə bir hissəsinə, yəni mərhum anasının adında qalmış qalan hissəsinə dair 16.*3.2*21-ci il tarixdə qardaşı Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş, həmin şəhadətnamə əsasında isə əmlakın qalan ikidə bir hissəsi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, yəni mərhum anasına məxsus olmuş və onun istifadəsində olan əmlak cavabdehlər tərəfindən qanunsuz yolla öz aralarında böl üşdürülmüşdür. Əslində isə həmin miras əmlak sadəcə birinci dərəcəli vərəsə olaraq onun tərəfindən qəbul edilmiş və hazırda da onun istifadəsindədir.
17. Tovuz Rayon Məhkəməsinin (hakim N.Mustafayev) 2(*62-454/2*22 nömrəli iş üzrə 21.*4.2*22-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamə qismən, yəni sonradan adı şəhadətnaməyə əlavə edilmiş “X12” qeydi etibarsız hesab edilmiş və həmin şəhadətnamədə torpaq sahəsinin tək mülkiyyətçisi XXX kimi qəbul edilmiş, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarış qismən - XXXa aid hissədə etibarsız hesab edilmiş və həmin çıxarışda torpaq sahəsinin tək mülkiyyətçisi XXX kimi qəbul edilmiş, 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə XXXya ünvan 2i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən *,28 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materiallarından görünür ki, həmin şəhadətnaməyə X8 adı sonradan əlavə edilmişdir. Hüquqların dövlət reyestrindən 2621**4868 qeydiyyat nömrəli, 5*3*13132*68 reyestr nömrəli çıxarış tərtib edilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamə əsasında X8 və X3 adına ünvan 2i ərazisində *,28 ha həyətyanı torpaq sahəsi 11 mart 2*21-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. XXX 15 oktyabr 2*12-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum anası X7 ilə bir təsərrüfatda yaşamış və hal-hazırda da həmin əmlakda ailəsi ilə birlikdə yaşayır. X7 vəfat etdikdən sonra onun dəfn xərcini onunla birgə təsərrüfatda yaşayan doğma oğlu İddiaçı çəkmişdir. 16 mart 2*21-cı il tarixl i 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 15 oktyabr 2*12-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 hesab edilmişdir. Şəhadətnamə verilən miras əmlak 11 mart 2*21 -ci il tarixdə X4 verilmiş 2621**4868 qeydiyyat nömrəli, 5*3*13132*68 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2i ünvanında yerləşən *,28 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarət olması göstərilmişdir. Yekunda mərhum X3 mülkiyyətində olmuş *,*28 ha torpaq sahəsinin ikidə bir hissəsi X8, ikidə bir hissəsi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Hər iki çıxarış qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. İşin bu halı iş materialları və şahid ifadələri ilə də öz təsdiqini tapmışdır.”
19. Birinci instansiya məhkəməsi g əldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4, 1159, 1243.2, 1243.3, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər.
21. Apellyasiya şikayətinin dəlillərinə görə, qarşı tərəf məhkəmə prosesində saxta sübut təqdim etmiş, orada XXXun adını şəhadətnamədən silməklə məhkəmədə rəy yaratmağa çalışmışdır ki, guya sənədin əslində yalnız XXXnın adı olmuşdur. Mübahisələndirilən torpaq sahəsində XXXun mərhum nənəsi XXX və babası XXX yaşamışlar. Babası torpaq islahatları aparılmamışdan qabaq 1991-ci ildə dünyasını dəyişmişdir. Həmin torpaq sahəsində olan evdə XXX nənəsi il ə birlikdə yaşadıqları üçün torpaq onların adına qeydiyyata alınmış, bu səbəbdən də torpağa dair mülkiyyət hüququ barədə şəhadətnaməyə hər ikisinin adı daxil edilmişdir. XXX 16.*3.2*12-ci il tarixdə ölmüş, onun vəfatından sonra X18 Xidmət Mərkəzində vərəsəlik işi açılmış və Cavabdeh1 adına qanun üzrə vərəsəsi kimi qanun üzrə vərəsəlik haqqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında *3.*4.2*21-ci il tarixli çıxarış verilmiş və ona aid olan torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. Birinci instansiya məhkəməsi həmin hüquq müəyyənedici sənədlərin ləğv edilməsinə əsaslar və mötəbər sübutlar olmadığı halda tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə qanunsuz qətnamə qəbul edilmişdir.
22. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məmmədov, F.Mehtiyev, Ş.Rzaquliyev) 2(1*4)19*9/2*22 nömrəli iş üzrə *8.*8.2*22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə XXXya və XXXa ünvan 2i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamədə göstərilən *,28 ha həyətyanı torpaq sahəsinin mərhum XXXnın payına düşən *.14 ha hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum XXXdan miras qalmış əmlak barəsində 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın döv lət reyestrindən 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddia cavabdeh XXXa aid hissədə əsassızdır. Belə ki, mübahisəli torpağın cavabdeh XXXun mülkiyyətində olmasını təsdiq edən dövlət reyestrindən çıxarış hazırda qüvvədədir. Eləcə də, iş materiallarından görünür ki, həmin çıxarışın verilməsinə əsas olmuş JN-*86A seriyalı 5*3*3*18 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsızlığı barədə iddiaçı tərəfindən verilmiş iddia Gəncə İnzibati Məhkəməsinin *6.*4.2*22-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Belə olan halda mübahisəli torpaq sahəsinə dair XXXun adına olan hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi hissəsində təmin olunması yolverilməzdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 14*, 1159, 1243.2, 1243.3, 1255-ci, Torpaq Məcəlləsinin 67-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və Cavabdeh1 ondan kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin ləğv edilib, şikayətin təmin olunmasını, cavabdeh qətnamənin iddia təmin olunan hissədə ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər.
26. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, şəhadətnamə yalnız anasının adına verilmiş, s onradan həmin sənədə saxta yollarla düzəliş edilmişdir.
27. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə onun təqdim etdiyi sənədləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı tərəflərin təqdim etdiyi etirazları hər birinin öz şikayətinin dəlilləri ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Mad də 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə
53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir; Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının,... cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları...; 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərar dad çıxarmaqla prokurora xəbər verir; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 4*7.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2**5-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” *8.*6.2**6-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.12.2**7-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə mü vafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *9 fevral 2**6-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.*6.2**8-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tər əfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının *2 avqust 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2*.11.2**8-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlay ışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2*.*5.2*11-ci il tarixli Qərar: “Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.”
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları “Məhkəmə qətnaməsi haqqında” 24.11.2**5-ci il tarixli 4 nömrəli Qərar: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələr indən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 33. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 1*.*4.2*15-ci il tarixli 5 nömrəli Qərar: - 8.3.... iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14.1*.2*2*-ci il tarixli *4/2*2* nömrəli Qərardadı: -
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 42*-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndi rilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər p rosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X13rşı iş üzrə 21.*1.1999-cu il tarixli qərarlar: “Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27.*9.2**1-ci il tarixli Qərar: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.” Kuznetsov və digərlərinin işi üzrə 21.* 1.2**7-ci il tarixli və Hiro Bilani işi üzrə *9.12.1994-cü il tarixli qərarlar: “Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətlərində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətlərində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, iddiaçının vəsatətini təmin etməmiş və kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
40. İlk olaraq, cavabdehlərin apellyasiya və iddiaçının kassasiya şikayətlərində xüsusilə qabardıldığı, habelə iş materiallarından məlum olduğu kimi, hazırkı mülki işin tərəflər arasında ən mübahisəli məqamı DTXK Tovuz rayon şöbəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair 25.*3.2**5-ci il tarixli JN-*86A nömrəli (kod 5*3*3*18) şəhadətnamənin məzmunu ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehləri saxtakarlıqda günahlandıraraq, bildirir ki, həmin şəhadətnamədə yalnız onun anası XXXnın adı göstərilsə də, cavabdeh XXXun adı sənədə sonradan əlavə edilmişdir. Eyni qaydada, cavabdehlər də iddiaçının şəhadətnamədən cavabdeh XXXun adının çıxardığını irəli sü rürlər. Öz mövqeyinin əsası kimi iddiaçı Məhkəməyə JN-*86A nömrəli şəhadətnamənin yalnız onun anası XXXnın adı qeyd olunan notariat təsdiqli surətini, cavabehlər isə cavabdeh XXXun adı da əks olunan adi kserosurətini təqdim etmişlər. Halbuki, bu cür hallarda MPM-in 89.4-cü maddəsi, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə, sənədlərin əslinin təqdim edilməli olduğunu açıq tələb etmişdir.
41. İşin bu Qərarın 4*-cı bəndində müzakirə edilən prosessual hüquqi hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin sözügedən şəhadətnaməyə istinad edən tələb və etirazlarının əsasını təşkil edən hallara, yalnız adıçəkilən sənədin əsli işə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən bilavasitə məhkəmə iclasında tədqiq edilmək yolu ilə hüquqi qiymə t verilə bilərdi.
42. Məhkəmə qətnamələrindən isə bu nəticə hasil olur ki, birinci instansiya məhkəməsi JN-*86A nömrəli şəhadətnaməyə XXXun adının sonradan əlavə edildiyini bildirsə də, cavabdehlərin bununla bağlı istinad etdiyi iş materiallarında olan sübutları niyə mötəbər saymadığını və qəbul etmədiyini əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi isə eyni şəhadətnamənin etibarsızlığı barədə iddiaçı tərəfindən qaldırılmış iddianın Gəncə İnzibati Məhkəməsi tərəfindən mümkün sayılmamasını qeyd etməklə kifayətlənərək, məsələyə birbaşa hüquqi qiymət verməkdən qanunsuz olaraq imtina etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin bu Qərarın 42-ci bəndində istinad olunan mövqeyinə əsas kimi çıxış edən halla bağlı Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlü yünə dair” 1*.*4.2*15-ci il tarixli Qərarında izah edilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (bu Qərarın 33-cü bəndi).
44. Ali Məhkəmə Plenumunun bu Qərarın 43-cü bəndində istinad olunan izahından çıxış edən məhkəmə kollegiyası bildirir ki, inzibati məhkəmənin iddianın mümkün sayılmaması haqqında qərardadı mahiyyəti üzrə məhkəmə baxışında olan digər (hazırkı) məhkəmə mübahisəsinə münasibətdə preyudisial hüquqi qüvvəyə malik olmadığından, iddianın cavabdeh XXXa qarşı bu əsasla rədd edilməsi qanuni olmamışdır.
45. İddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh XXXa aid hissədə mübahisəli torpağın cavabdeh XXXun mülkiyyətində olmasını təsdiq edən dövlət reyestri ndən çıxarışın hazırda qüvvədə olması səbəbindən əsassız sayılması da düzgün olmamışdır. Belə ki, iddianın cavabdeh XXXa yönəldilən tələblərindən ikisi məhz həmin dövlət reyestrindən çıxarışların etibarsız sayılması ilə bağlı idi. Digər tərəfdən, iddia ilə 11.*3.2*21-ci il tarixli 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın XXXa aid hissədə, *3.*4.2*21-ci il tarixli 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyester nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın isə bütövlükdə etibarsız sayılması tələb edildiyindən, apellyasiya instansiyası məhkəməsinin hansı tələbi rədd etdiyi də qətnamədən anlaşılmır. Bu isə özlüyündə o deməkdir ki, hər bir hald a apellyasiya instansiyası məhkəməsi XXXa yönəldilən iki tələbdən birinə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
46. Bundan əlavə, işdən görünür ki, həm XXXun işə cavabdeh qismində cəlb olunması, həm də iddianın dəyişdirilməsi işə məhkəmədə baxılmağa başlandıqdan və məhkəmə iclasları bir neçə dəfə təxirə salındıqdan sonra baş vermişdir. Həmçinin, işə yeni cavabdehin cəlb olunması, habelə iddianın dəyişdirilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən ayrıca akt şəklində tərtib olunan yaxud protokola yazılan qərardad qəbul olunmamışdır. Bunun nəticəsidir ki, birinci instansiya məhkəməsinin MPM-in 53-cü maddəsi anlamında hansı mərhələdə hansı cavabdehlərə qarşı hansı iddia ərizəsinə (iddianın dəyişdirilməsi ərizələrinə) baxdığı, apellyasiya instansiyası məhkəməsinin isə sual doğuran sö zügedən məsələlərdən hansılarla razılaşıb-razılaşmadığı işdən aydın olmur.
47. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə də konkret münasibət bildirməmiş, hüquqi qiymət verməmiş, hansı dəlillərlə razılaşdığını, hansılarla razılaşmadığını öz aktında əsaslandırmamış, bu məqsədlə sadəcə “Apellyasiya şikayətinin dəlilləri qismən təsdiq edilməli” məzmunda ümumi ifadədən istifadə etmişdir.
48. Lakin bu Qərarın yuxarıda müvafiq bəndlərində mətnləri verilən MPM-in normaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun qərarları ilə tələb (şərh, izah) olunmuşdur ki, yuxarı instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlar da verilən şikayətlərin dəlillərinə mütləq qaydada hüquqi qiymət verməlidirlər.
49. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
50. İşin sadalanan bu halları da məhkəmə kollegiyasını o qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən as ılı olmayaraq yoxlamalı olan apellyasiya instansiyası məhkəməsi bu vəzifəsini yerinə yetirməmiş və eyni müstəvidə özü də prosessual hüquq normalarının tələblərini pozmuşdur.
51. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
52. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 4*-5*-ci bəndlərində qeyd edilən hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, iş üzrə sübut qismində təqdim edilən sənədlərin saxtalaşdırılması ilə bağlı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkar olunarsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi məsələsi müzakirə edilməlidir.
53. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-19*9/2*22 nömrəli iş üzrə *8 avqust 2*22-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçı və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.