Məhkəmə qərarları › İş №2(102)-3650/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3650/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3650/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh X3 vəkili Vəkil iştirak ilə, İddiaçı Rafiq qızının cavabdeh X1rşı “müqavilə öhdəliklərinin icra edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-618/2020 nömrəli qətnaməsindən cavabdeh X3 kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclası nda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rafiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərin əvəzi olaraq 13400 ABŞ dolları pulun və hər gecikdirilmiş gün üçün illik uçot fazi dərəcəsi 5 % nəzərə alınmaqla gecikdirilmiş 3 il üçün 2010 ABŞ dolları əldən çıxmış faydanın əvəzinin tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3908/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,cavabdeh X2 13400 (on üç min dörd yüz) ABŞ dolları vurulmuş zərərin tutularaq İddiaçı Rafiq qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Natavan Tağıyeva) Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya baxışında ləğv prosesində olan “xxxxxxxxx” ASC iş üzrə üç üncü şəxs qismində cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-618/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3908/2209 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) Azad İmanov, Vahid Sadıqov). Cavabdeh X3 vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi fa ktiki və hüquqi baxımdan əssasız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli “bank əmanəti müqaviləsi”nə əsasən iddiaçı illik 8.75% dərəcəsilə 13000 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. X3 Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixindən 12 faiz müəyyən edilmiş, xx xxxx 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. İddiaçı tərəfindən yerləşdirilmiş əmanət cəlb edildiyi tarixdə qorunan əmanət statusunda olsa da, X3 Himayəçi lik Şurasının xx xxxx 2016-cı il tarixli qərarına uyğun olaraq xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən (3%- dən) yuxarı olduğuna görə həmin qərarın qüvvəyə mindiyi andan etibarən qorunmayan əmanət statusunda olmuşdur. Bundan başqa, xx xxxx 2016-cı il tarixində Əmanət müqaviləsi üzrə müddət bitmiş və müqavilənin 5.2-ci maddəsinə müvafiq olaraq müddət 1 il müddətinə müqavilə şərtlərinə müvafiq olaraq Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmışdır. xx xxxx 2015-ci il tarixli Əmanət müqaviləsinin 5.2-ci bəndinə görə müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olun maqla uzadılmış hesab edilir. Hazırki mübahisə edilən əmanət müqaviləsi üzrə illik faiz dərəcəsi əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsindən (3%-dən) yuxarı dərəcədə uzadılmışdır. İddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin xarici əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılınası barədə müraciət daxil olmamışdır. Lakin nəzərə alınmalıdır ki, hazırki əmanət müqaviləsi ilkin faizlə yəni 8,75 % dərəcəsi ilə uzadılsa idi belə, yenə də qorunmayan statusda qalmaqda davam edəcəkdi. Göründüyü kimi, İddiaçı əmanəti xx xxxx 2016-cı il tarixli bank əmanət müqaviləsi üzrə 13000 ABŞ dolları məbləğində əmanəti faiz dərəcəsinin yuxarı həddindən (3%-dən) çox olduğundan qorunan əmanət hesab edilməmişdir. Apellyasiya məhkəməsi isə şikayəti buna əhəmiyyət v erməyərək “Əmanətlərin tam Sığortalanması” haqqında Qanunun tələblərini kobud şəkildə pozmuşdur. Həmin Qanunun 5.1-ci bəndinə görə X3 iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1 -ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Buna görə də məhkəmənin qeyd edilən Qanunun 26.1 -ci maddəsinə istinad edərək iddianı təmin etməsi əsassız və qanunsuz olmuşdur. Müddəti bitməyən əmanət müqavilələri üçün əmanətin tam sığortalanmış hesab edilməsi üçün qanunverici konkret qayda müəyyən etmişdir ki, iddiaçı bu qaydaya əməl etməmişdir. Hazırki halda yalnız iddiaçı tərəfindən müraciət edilərək faiz dərəcəsinin Qanunla müəyyən olunmuş faiz dərəcəsinə uyğunlaşdırıl dığı təqdirdə əmanətə görə kompensasiya ödənilməli idi. İddiaçı tərəfindən də belə bir müraciət olunmamışdır. Həmçinin iddiaçının tələbi kreditor tələbi kimi qeydə alınmışdır. Belə olan halda, iddiaçının tələbi “Banklar haqqında” Qanuna uyğun həll edilməlidr. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı və üçüncü şəxs ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıcavabdehin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh X3 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, “xxxxxxxxx” ASC ilə bağladığı xx xxxx 2015-ci il tarixli Bank əmanəti (“Göy Əmanət”) müqaviləsinə əsasən 13000 ABŞ dolları pulu illik 8,75 faiz dərəcəsi ilə 12 ay müddətinə depozitə qoymuşdur. Müqavilə şərtinə əsasən qoyduğu əmanət sığortlanmışdır. Əmanət ini götürmək istədikdə, məlum olmuşdur ki, bank müqavilə şərtlərini birtərəfli qaydada dəyişdirmiş və onun əmanəntini sığortalanmamış əmanət kimi qeydə almışdır. Müqavilənin 6-cı bəndinə görə isə əmanəti sığortalı əmanət olmuşdur. Müqavilə şərti yalnız iki tərəfin razılığı ilə dəyişdirilə bilərdi. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli Bank əmanəti (“Göy Əmanət”) müqaviləsinə əsasən iddiaçı əmanətçi olaraq 13000 ABŞ dolları pulu illik 8,75 faiz dərəcəsi ilə 12 ay müddətinə banka depozitə qoyub. Depozit yerləşdirilərkən tərəflərin razılaşdıqları illik faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsində müəyyən edilmiş həddən y uxarı olmadığı üçün həmin əmanət qorunan əmanət olub, xx.xx.2016-cı il tarixdə tərəflər arasında bağlanmış əmanət müqaviləsinin müddəti bitib. Müqavilənin 5.2-ci bəndinə görə həmin müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Həmçinin müəyyən edilmişdir ki, əmanət müqaviləsi bitdikdən sonra iddiaçının əmanəti geri götürməməsi işin mübahisəsiz halıdır və bu baxımdan tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin əqd eyni şərtlərlə uzadılmış hesab edilir. Apelyaisya məhkəməsi həmin günə bankda qüvvədə olan faiz dərəcəsinin fərqli olmasının sübuta yetirlməməsiniə istinad edərək, m üqavilənin istinad olunan şərtinə əsasən əmanətin faiz bəndinin də eyni şərtlərlə (8,75 %) uzadılmasını, eləcə də xx.xx.2016-cı il tarixdə isə istinad olunan faizin X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən (xarici valyutalar üçün 3 %) çox olduğundan iddiaçının əmanətinin tam sığortalı əmanətlərə aid edilə bilməməsini müəyyən etmişdir. Eyni zamanda apelyasiya məhkəməsi “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvəyə minməsi ilə “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədən düşmədiyi üçün, sonuncu qanunun qüvvədə olduğu dövrdə bağlanmış, o cümlədən sonradan uzadılmış əmanət müqavilələrinin qismən sığortalı (30000 manat həddinədək) əmanət statusunu itirməməsi, həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən əmanətin sığortalanmış əmanət hesab olunması üçün on un faiz dərəcəsinin cəlb edildiyi günə X5 müəyyən etdiyi həddi aşmayan illik faiz dərəcəsi ilə qəbul edilməsi və Qanunun əmanətin qismən sığortalı əmanət hesab olunmasını onun cəlb edildiyi günə müəyyən edilmiş faiz dərəcəsindən asılı etməsinə istinad edərək, iddiaçının qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə əsasən bağlanmış və qismən sığortalı olan əmanət müqaviləsi üzrə istinad olunan həddi aşmayan kompensasiya məbləğini Fonddan tələb etməkdə haqlı olması, bu səbəbdən də iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 950.1, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2, 2.1.11, 2.1.2.6, 2.1.3, 8.1.20 və 26.1-ci maddələri ilə əsaslandırmışdır. Mə hkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, xx xxxx 2015-ci il tarixli Bank əmanəti (“Göy Əmanət”) müqaviləsinə əsasən iddiaçının “xxxxxxxxx” ASC-yə 13000 ABŞ dolları pulu illik 8,75 faiz dərəcəsi ilə 12 ay müddətinə banka depozitə qoyması, depozit qoyulan zaman tərəflərin razılaşdıqları illik faiz dərəcəsinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsində müəyyən edilmiş faiz həddindən yuxarı olmadığı üçün həmin əmanətin qorunan əmanət olması işin mübahisəsiz halı kimi müəyyən edilib. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üs ullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanət sayılmır. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvəyə minməsi ilə “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədən düşməmişdir. İşin müəyyən edilən halına görə hazırki iş üzrə əmanət müqaviləsi “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədə olduğu dövrdə bağlanmışdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə g örə fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Göründüyü kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsi 30 (otuz) min manatdan çox olmayan əmanətlər üzrə kompensasiya ödənilməsini nəzərdə tutur. İşin müəyyən edilmiş halı da ondan ibarətdir ki, iddiaçının əmanəti 13 min ABŞ dolları olmaqla həmin həddi aşmamışdır, başqa sözlə, qismən sığortalı olan əmanət olmuşdur. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qeyd edilən maddi hüquq normalarına əsasən gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər apelyasiya şikayətini dəlilləri ilə eynidir. Həmin dəlillərə apelyasiya məhkə məsi tərəfindən qiymət verilib. Məhkəmə kollegiyası bu qiymətləndirməni əsaslı hesab edərək, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət görmür. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, cavabdeh X3 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Gö stərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh X3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)618/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar