Məhkəmə qərarları › İş №2(102)-3652/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3652/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3652/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14838/2019 nömrəli qətnaməsindən İddiaçı MMC və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ ddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014 ABŞ dolları əsas borc və 302 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2316 ABŞ dolları borcun və 20 manat dolları dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4325/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 2014 ABŞ dolları əsas və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2034 ABŞ dolları borcun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun 16,5 manatı iddiaçının xeyrinə tutulması qət edilmişdir.(hakim Fərid Yaqubov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14838/2019 saylı, xx x xxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4325/2019 saylı iş üzrə xx xxx 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh 1581,80 manat qalıq borcu, 20 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, cəmi 1611 (min altı yüz on bir) manat 80 (səksən) qəpik pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun çatışmayan 10 (on) manat hissəsinin Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakimlər Abiddin Hüseynov(sədrlik edən və məruzəçi) Azad İmanov, Vahid Sadıqov) İddiaçı MMC və vəkili Vəkil kassasiya ş ikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Apellyasiya instansiyası şikayəti qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddələrinə əsaslanmışdır.Hesab etmişdir ki, iddiaçı xarici hüquqi şəxs deyil və onunla cavabdeh arasında bağlanmış “Nisyə alqı-satqı” müqaviləsi üzrə cavabdehin pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Halbuki Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına görə Mülki Məcəllənin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”, “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilsə də, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh i sə məhkəməyə teleqram vuraraq, xidməti tapşırıqla əlaqədar xidməti yerini tərk edə bilmədiyini göstərmiş, bu səbəbdən məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı (satıcı) İddiaçı MMC ilə cavabdeh (alıcı) Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, SUM6443 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı ümumi dəyəri 2250 manat olan əşyaları alıcıya verməyi, alıcı isə ilkin ödəniş etməyi və qalan məbləği 23 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə və onun tərkib hissəsi olan ödəniş cədvəlində malların dəyəri 2203 ABŞ dolları, ilkin ödəniş 189 ABŞ dolları, aylıq ödəniş 83 ABŞ do lları, sonuncu ödəniş isə 105 ABŞ dolları göstərilmişdir. Əşyaların cavabdehə təhvil verilməsi barədə qaimədə əşyaların ümumi dəyəri 2250 manat göstərilmişdir. Müqavilə üzrə cavabdeh iddiaçıya xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə hər dəfə 50 manat olmaqla cəmi 250 manat, xx.xx.2016-cı ildə 220 manat ödəniş etmiş, iddiaçı həmin ödənişləri müvafiq günün kursuna uyğun olaraq ABŞ dolları ilə hesablamaqla bütövlükdə cərimə borcuna silmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014 ABŞ dolları əsas borc və 302 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2316 ABŞ dolları borcun və 20 manat dolları dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabde h borcunu ödəməyib və sonuncunun iddia ərizəsində göstərilən məbləğdə borcu yaranıb. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi iş materiallarına əsasən tərəflər arasında bağlanmış müqavilədə və ödəniş cədvəlində satılan əşyaların qiyməti və aylıq ödənişlərinin ABŞ dolları ilə göstərilməsini və iddiaçının isə xarici hüquqi şəxs o lmamasını müəyyən etmiş, müəyyən etdiyi işin bu halına uyğun olaraq, tərəflər arasında alqı-satqı münasibətləri üzrə əşyanın qalıq dəyəri və cərimə məbləğinin manatla qəbul edilməli olması və borc məbləğinin də manatla hesablanmalı olması, bu səbəbdən də bağlanmış alqı-satqı müqaviləsi üzrə borclunun pul öhdəliyinin xarici valyutada ifadə oluna bilməməsi nəticəsinə gəlib, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı yuxarıda göstərilən qaydada, yəni tutulan pulun manatla ifadə edilməli olmasını qət etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi, Mülki Məcəllənin 337.1, 427, 439.1, 600-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə əsaslandırm ışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi nisyə alqı-satqı müqaviləsindən doğur. İddiaçı həmin müqaviləyə əsasən cavabdehdən nisyə satdığı malın qalıq dəyərini və dəbbə pulunu tələb edir. Cavabdeh isə etirazının əsası kimi malın dəyərini tam ödədiyinə istinad edir. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı tərəflər arasında bağlanmış müqavilədə və ödəniş cədvəlində satılan əşyaların qiymətinin və aylıq ödənişlərin ABŞ dolları ilə göstərilməsi, onların alqı-satqı münasibətlərində olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödə niş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manat işlədilməlidir. Tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduğu halda, üstəlik, qanunla qadağan edilməyibsə, onlar pul öhdəliyini xarici valyutada da müəyyənləşdirə bilər. Başqa sözlə, pul öhdəliyinin xarici valyutada müəyyənləşdirilməsi üçün Mülki Məcəllənin 439.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər olmalıdır. Hazırki iş üzrə isə tərəflərdən hər hansı birinin xarici hüquqi şəxs olması müəyyən edilmədiyi üçün apelyasiya məhkəməsi düzgün olaraq bağlanmış alqı-satqı müqaviləsi üzrə borclunun pul öhdəliyinin xarici valyutada ifadə olunmasını istisna etmişdir. Əks halda, bu, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə zidd olardı. Bu baxımdan, müqavilənin öhdəliyin xarici valyutada ifadə olunması şərtinin etibarsızlığı barədə gəlinən nəticə də düzgün olmuşdur. Çünki həmin şərt Mülki Məcəllənin 439.1-ci maddəsinə uyğun olmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə də bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tutulan məbləğə gəldikdə, apelyasiya instansiyası məhkəməsi qaiməyə istinadən müəyyən etmişdir ki, əşyaların ümumilikdə 2250 manatdır, cavabdeh iddiaçıya 189 ABŞ dolları ilkin ödəniş etmiş, həmin məbləğ ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq (189x1,0487=198,20) 198,20 manat olmuşdur. İddiaçının təqdim etdiyi arayışa əsasən cavabdeh xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə hər dəfə 50 manat olmaqla, cəmi 250 manat ödəniş etmiş, xx.xx.2016-cı ildə iddiaçının əmək haqqından 220 manat tutulmuşdur. Bununla da cavabdeh müqavilə üzrə (198,20+250+220=668,20) cəmi 668,20 manat ödəniş etmişdir. Mülki Məcəllənin 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Apelyasiya məhkəməsi qeyd edilən maddədə ödənilmiş pul məbləğinin ilk növbədə dəbbə puluna hesablanması qaydası nəzərdə tutulmamasını, bu səbəbdən də həmin normada nəzərdə tutulan “xərclər” anlayışına dəbbə pulunun da daxil edilməsi üçün əsas olmamasını qeyd edərək, müqavilə üzrə faizlərin ödənilməsi nəzərdə tutulmadığından, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrasının əsas öhdəliyin hesabına daxil edilməli olması nəticəsinə gəlib, nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya qalıq borcunun (2250-668,2=1581,8) 1581,8 manat olmasını müəyyən etmiş, eləcə də dəbbə pulunu tənasübsüz surətdə yüksək qiymətləndirib, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmin məbləği azaldıb 20 manat göstərmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin tutulan məbləğlə, o cümlədən dəbbə pulunun “xərclər” anlayışına aid olmaması ilə bağlı dəyərləndirməsini işin hallarına və Mülki Məcəllənin 432.4-cü maddəsinə uyğun hesab edir. İşin müəyyən edilmiş halına görə müqavilədə faiz ödənilməsi nəzərdə tutulmayıb, müqavilədə yalnız cərimə ödənilməsi nəzərdə tutulub. Belə olan halda da qanunun tələbinə görə cavabdehin ödədiyi bütün məbləğin əsas öhdəliyin hesabına daxil edilməli olması düzgündür. Həmçinin alınmış malların ümumi dəyərinin 2250 manat olması müəyyən edildiyi üçün cavabdehin 668,20 manat ödənişindən sonra borcunun 1581,8 manat qalması barədə gəlinən nəticə də düzgün hesab olunmalıdır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iddiaçının dəlilini – müqavilədə ödənişin ABŞ dolları ilə nəzərdə tutulmasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi ilə ziddiyyət təşkil etməməsi – əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəasının yalnız kredit (borc) müqavilələri üzrə öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmaması qeyd edilib. Hazırki işdə isə öhdəlik kredit müqaviləsindən deyil, alqı-satqı müqaviləsindən yaranıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında isə o da qeyd edilmişdir ki, Azərbaycan Respu blikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14838/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar