Məhkəmə qərarları › İş №2(102)-3653/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3653/2019

27.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3653/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh1 və onun vəkili Kərimli Ruhiyə Neymət qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2(107)-15/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərəsinə 6000 manat kompensasiya verilməklə mülkiyyətində olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 34 № li evin 28 № li mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə ərizə verərək Cavabdeh1 veriləcək kompensasiyanı artıraraq, 8000 manat kompensasiya verməklə onun mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 17 fevral 2017-ci il tarixli, 2(051)328/2017 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı tərəfindən Cavabdeh1 8000 (səkkiz min) manat kompensasiya verilməklə onun Mingəçevir şəhəri N.Nərimanov küçəsi 34 № li evin 28 № li mənzilinə istifadə hüququna xitam verilmə si, İddiaçı tərəfindən Cavabdeh2 oğluna 6000 (altı min) manat kompensasiya verilməklə onun Mingəçevir şəhəri N.Nərimanov küçəsi 34 № li evin 28 № li mənzilinə istifadə hüququna xitam verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 09.01.2019-cu il tarixli, 2(107)-15/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası Cavabdeh1 münasibətdə rədd edilmişdir. İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu iş üzrə Şəki Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən verilmiş rəyə əsasən mənzilin likvid dəyəri 29000 manat, aylıq icarə haqqı isə 100 manat təşkil edir. Lakin məhkəmə qətnaməsində bu rəy öz əksini tapmamışdır. Bundan başqa, mənzilin özəlləşdirilməsində iştirak edən Cavabdeh1 mənzildən istifadə hüququna xitam vermək mülkiyyətçinin qanuni hüququdur. Buna baxmayaraq apellyasiya inst ansiyası məhkəməsi bu hüquqdan qanusnuz olaraq onu məhrum etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Kərimli Ruhiyə Neymət qızı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Digər cavbabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 09.01.2019-cu il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsini Cavabdeh1 aid hissədə ləğv edib həmin hissədə iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edi lmiş işin hallarından göründüyü kimi, iddiaçı mübahisəli Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 34 № li evin 3 otaqlı 28 № li mənzilin mülkiyyətçisidir. Cavabdeh1 isə iddiaçının keçmiş gəlinidir və mənzildən istifadə hüquqları vardır. Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən yaşayışa uyğun şəraitdə olan 1 otaqlı mənzilin kirayə haqqı 80 manat, 2 otaqlı mənzilin kirayə haqqı 100 manatdır. Mingəçevir şəhərində mənzillərin yuxarıda göstərilən kirayə haqqlarını nəzərə almaqla iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildəki şəraitə oxşar şəraitdə kirayədə yaşamaları mümkündür. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli Mingəçevir şəhəri N.Nərimanov küçəsi 34 № li evin 28 № li mənzili hazırki iş üzrə Cavabdeh1 razılığı ilə hazırki iş üzrə İddiaçı adına özəlləşdirilmişdir. Mənzil iddiaçının adına özəlləşdirilərkən cavabdehlərdən buna razılıq ərizələri alınmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qənaətini aşağıdakı maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Belə ki, “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 228.2-ci maddəsinə əsasən y aşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən, mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və y axud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər; 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Yuxarıda göstərilən qanunun maddələrinin tələblərini şərh edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” A zərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun məhdudlaşdırılması yalnız konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi məqsədi ilə mütənasib şəkildə tətbiq olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi, həmin Qanunun əsas məqsədlərindən biri özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında gö stərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Beləliklə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi, özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mü lkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onu vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Həmin məqsədə nail olunması, şübhəsiz ki, bütün cəmiyyətin maraqlarına cavab verir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməklə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh1 mənzildən istifadə hüququna onun razılığı olmadan kompensasiya verməklə xitam verilməsini tələb etməkdə haqlı olmamışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı xüsusi m ülkiyyətində olan mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ pozula və məhdudlaşdırıla bilməz. Onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşıarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və ya qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ vardır; 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülk iyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Apellyasiya instansiyası məhkəməsi bu normaya istinad edərək iddiaçının hazırki tələblə iddia qaldıraraq, Cavabdeh1 yaşayış sahəsindən onun istifadə hüququna xitam verə biləcəyini istisna etmişdir. Lakin, Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli “Azərbaycan Respublikasınd a mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununu 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Həmin Qərarda qeyd edilmişdir ki, Q anunun yuxarıda qeyd olunan ikinci prinsipdən irəli gələn digər mühüm məqsədi isə özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir: onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüd udları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir Beləliklə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar K onstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi, özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onu vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Həmin məqsədə nail olunması, şübhəsiz ki, bütün cəmiyyətin maraqlarına cavab verir. Bununla belə, qanunverici tərəfindən qəti və mütləq şəkildə bütün hallarda belə razılığın alınmasının zəruriliyinin müəyyən olunması mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsi həmçinin mülkiyyətçi olmayan şəxslərə yalnız mülkiyyətçiyə məxsus olan mənzil üzrə sərəncam vermək səlahiyyətinin verilməsi kimi başa düşülə bilər. Burada xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququnun özünəməxsus xüsusiyyəti və onu başqa əşya hüquqlarından fərqləndirən cəhəti məhz sərəncam vermək səlahiyyətidir. Mülkiyyətçi tərəfindən bu səlahiyyətin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq sərəncam səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində b ir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Həmçinin qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin ilk cümləsindəki müddəaların hərfi mənada şərh edilməsindən aydın olur ki, özəlləşdirilən mənzil bir şəxsin mülkiyyətinə verildikdə, həmin mülkiyyətçinin mənzillə bağlı səlahiyyətləri, paylı mülkiyyətçilərin səlahiyyətlərindən daha məhdud olur. Digər tərəfdən isə belə şərh mülkiyyətçi olmayan və özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə paylı mülkiyyətçilərin hüquqlarından daha geniş səlahiyyətlər verir. Belə ki, mənzilin öz adlarına özəlləşdirilməsindən imtina edən ailə üzvləri, paylı mülkiyyətçidən fərqli olaraq, mənzillə bağlı sərəncam və istifadə məsələlərində, o cümlədən onun vəsiyyət edil məsi məsələsində mülkiyyətçiyə və ya paylı mülkiyyətçilərə həlledici təsir imkanına sahib olacaqlar. Beləliklə, Qanunun 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsinin müddəalarına əsasən mülkiyyətçinin özəlləşdirilmiş mənzil üzrə bağladığı əqdlərin yetkinlik yaşına çatan ailə üzvlərinin razılığının alınmaması səbəbindən etibarsız sayılması və bununla da ailə üzvlərinin yalnız mülkiyyətçiyə məxsus olan sərəncam vermək səlahiyyətinin tanınması, mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ ilə uzlaşmır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, özəlləşdirilmiş mənzilin mülkiyyətçisi ilə həmin mənzildə yaşayan ailə üzvləri arasında yaranan münasibətlər cəmiyyətdə sosial tarazlığın hərtərəfli təmin edilməsi baxımından əhəmiyyət kəsb etdiyi üç ün məhz qanunvericilik qaydasında tənzimlənməlidir. Kollegiya qeyd edir ki, bu münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitus iyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həy ata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Odur ki, qeyd edilənlərə əsasən kassasiya kollegiya belə qənaətə gəlir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi mülki qanunvericilikdə nəzərdə tutulmaqla hazırkı halda cavabdehin mənzildən istifadə hüququnun sadəcə xitamını deyil, əvəzləşdirilməsini nəzərdə tutur ki, bu da “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərb aycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Bu səbəbdən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi arasında ziddiyyətin olduğu güman edilərsə belə, Mülki Məcəllə tətbiq edilməlidir. Halbuki, Mülki Məcəllədə, mənzilin özəlləşdirilməsinə razılıq vermiş ailə üzvlərinə kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini istisna edən hər hansı bir norma mövcud deyildir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçını Cavabdeh1 münasibətdə hazırki iddianı irəli sürməsi ni istisna etməklə maddi hüquq normasının tətbiqində və təfsirində səhvə yol verdiyindən qətnamə ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün təklif edilən kompensasiyanın məbləğinin ədalətli və ağlabatanlığının qiymətləndirilməsi ilə bağlı işin faktiki hallarının araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2(107)15/2019 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid rədd edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar