Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3654/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-718/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxar aq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxx» ASC tərəfindən ünvan 2 saylı ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 3137.07 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4453/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «xxxxxxxx» ASC tərəfindən ünvan 1 saylı ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 616.51 manat məbləğində borcun silinməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Natavan Tağıyeva) İddiaçı qətnamədən apelyasiya şikayəti şikayəti vermiş dir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1069/2019 saylı, xx xxx 2019-cu iltarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4453/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi(akta əsasən hesablanmış borcun silinməsi) hissəsində dəyişdirilmiş və akta əsasən hesablanmış borcun 2886.87 (iki min səkkiz yüz səksən altı manat. Səksən yeddi qəpik) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Zaur Əliyev) «xxxxxxxx» ASCqətnamədən kassasiya şikayəti şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qərarı ilə cavabdeh “xxxxxxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1069/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-718/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4453/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “3137,07 manat borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı cavabdeh “xxxxxxxx” ASC tərəfindən akt əsasında hesablanmış 2520,56 manat məbləğində borcun silinməsi,iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakimlər Xəyalə Cəmi lova (sədrlik edən və məruzəçi) İsmayıl Xəlilov, İlham Kərimli) Cavabdeh “xxxxxxxx” ASC (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişldir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, əvvəla, borc akt əsasında hesablanmayıb. Nəticədə “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.33-cü bəndini tətbiq etməklə apelyasiya məhkəməsi maddi hüquq normasını pozub. Çünki həmin bənd aktın tərtib olunmasına dair qaydaları müəyyən edir. Bundan başqa, apelyasiya məhkəməsinin istinad etdiyi Azə rbaycan Respublikası Energetika Nazirliyinin xx xxxx 2019-cu il tarixli məktub 26244 kvts elektrik enerji sərfiyyatının dəyərinin səhv hesablanması yönündədir. Məhkəmə bu zaman borcu mövcud tariflərə uyğun hesablamaq, yəni borcu 1 kvts=0,07 manat hesabı ilə müəyyən etmək əvəzinə, heç bir araşdırma aparmadan 2886,87 manat borcu silmişdir. Həmçinin məhkəmə “Elektrik enejisindən istifadə Qaydaları”nın 9.1 və 9.10-cu maddələrini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçıməhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinl ənilmədi. İŞİN HALLARİ: İddiaçı tələbini əsası kimi ona istinad edir ki, 2018-ci ilin fevral ayında “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən ona məxsus mənzilə aid elektirk sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacda qüsur aşkar olunduğu qeyd edilib. Halbuki həmin sayğaca nəzarəti birbaşa cavabdeh qurum həyata keçirir, bu səbəbdən kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyil. Baxışın nəticələrinə dair “xxxxxxxx” ASC-nin əməkdaşları akt tərtib ediblər. Həmin akt ona təqdim olunmayıb və akt tərtib edilərkən şahidlər iştirak etməyib. Bununla da “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Sonra da həmin qanunsuz akt əsasında ona qanunsuz olaraq 3137,07 manat məbləğində borc hesablanmışdır. İddiaçı aktın etibarsızlığını və həmin akt əsasında yazılmış borcun si linməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi iddiya etiraz olaraq iddiaçının adına olan birinci abonent kodu ilə hazırki kodun birləşdirilməsi barədə ərizə ilə müraciət etməsini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıcavabdehin vəkilini dinləyib kassasiyaşikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası nın qətnaməsi iddianının təmin edilən hissəsində mübahisələndirilir. Buna görə də kollegiya qətnaməni mübahisələndirilən həmin hissədə yoxlayır. İddianın təmin olunmayan hissəsi hazırki kassasiya baxışının predmeti deyil. Qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına və tərəflərin izahatına əsasən borc məbləğinin iddiaçıya məhz etibarsızlığı tələb olunan akt əsasında hesablanmasını, lakin həmin aktın mövcud olmamasını, belə olan halda cavabdeh tərəfindən borcun mübahisələndirilən və mövcud olması sübuta yetirilməyən akt əsasında hesablanmasının düzgün olmamasını, eləcə də borcun məbləğinin abunə haqqında məlumata və cavabdehin nümayəndəsinin izahatına əsasən 2520,56 manat olmasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı yuxarıda gös tərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyaisya məhkəməsinin gəldiyi nəticəni şin müəyyən edilmiş hallrına uyğun hesab edir. Hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Yasamal rayonu, Ağayev küçəsi ev 11 saylı ünvanda yerləşən mənzilə dair tərtib edilmiş aktın etibarsız hesab edilməsi zamanı hansı aktın ləğv edilməsinə qiymət verilməmiş, akta əsasən hesablanmış 616.51 manat məbləğində borcun sil inməsinin meyarları göstərilməmiş, həmin aktın iş materiallarında olmamasına qiymət verilməmiş, borcun yaranma əsasını təşkil edən aktın olub-olmaması araşdırılmamış, Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubun (rəyin) məzmununda göstərilənlərlə bağlı araşdırma aparılmamış, iddiaçının sayğacının başqa bir şəxsin adına olması, ödəmələrin həmin şəxsin adından olması barədə dəlillərə qiymət verilməmiş, qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq olduğu göstərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qətnamədən görünür ki, apelyasiya instansiyası Mülki Prosessual Məcəllənin 420ci maddəsinə uyğun olaraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl etmişdir. Belə ki, borcun yaranma əsasını təşkil edən aktın olub-olmaması araşdırılmış,cavabdeh təşkilatın nümayəndəsi həqiqətən də borcun yaranmasına əsas kimi iddiaçı barəsində tərtib edilmiş aktın olmasını təsdiq etsə də, həmin aktı məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə isə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bir halda ki, işin müəyyən edilmiş halına görə cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə borcun akt əsasında yazılmasını bildirib və həmin aktın da mövcudluğunu Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən sübut etmək vəzifəsi daşısa da, bunu sübut edə bilməyib, belə olan halda, mövcud olmayan akt əsasında borcun silinməli olması barədə apelyasiya instansiyasını gəldiyi nəticə işin halına uyğun olmuşdur. Çünki borcun hesablanmasının əsasını təşkil edən aktın mövcudluğu müəyyən edilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və ak tın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enejisindən istifadə Qaydaları” məişət abonentinin elektrik enerjisindən istifadəsində pozuntuya yol verməsinin müvafiq aktla fiksə edilməsini müəyyən etmişdir. Lakin hazırki işdə belə bir aktın olması müəyyən edilmədiyi üçün apelyasiya məhkəməsi borcun əsassız hesablanması barədə düzgün nəticəyə gəlmişdir. Həm çinin apelyasiya məhkəməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubuna istinad etmişdir. Həmin məktubda qeyd edilib ki, xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində "xxxxxxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən hesablaşma uçot cihazlarının vəziyyətinə baxış keçirilərkən hesablaşmaların aparılmadığı və abonent kodunun passiv olduğu aşkar edilərək NDM 010963 nömrəli akt tərtib edilmişdir. Yaşayış evində quraşdırılmış, "xxxxxxxx" ASC-nin elektron məlumat bazasında Emin Ağayevə məxsus Yasamal rayonu, Ə.Əİəkbərov küçəsi, ev (bina) 32, mənzil 4 ünvanına aid olan hesablaşma elektrik sayğacı ("Makel" M5xx xxxxx 15591257 nömrəli, göstəricisi 36128) işlək vəziyyətdə olmasına baxmayaraq abonent kodunun passiv olması səbəbindən hesablaşmalarda sayğac göstəriciləri nəzərə alınmamışdır. Sonradan qeyd olunan sayğac sxemdən çıxarılmış və iddiaçının mənzilində yeni sayğac quraşdırılmışdır. Sxemdən çıxarılmış sayğacın qeyd etdiyi 26244 kVts elektrik enerjisi sərfiyyatı iddiaçının abonent hesabına əlavə edilmişdir. Təqdim olunan sənədlər araşdırılarkən və yerində baxış keçirilərkən həmin sayğacın iddiaçının mənzilinə hansı tarixdə quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. "xxxxxxxx" ASC tərəfindən hesablaşma aparılarkən xx.xx.2017-ci il tarixdən qüvvədə olan elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 17 nömrəli Qərarına əsasən elektrik enerjisinin (əhali üçün aylıq istehlak həcmi 30 0 kVts-a qədər (300 kVts daxil) olan hissəsi 0,07 manat, aylıq istehlak həcmi 300 kVts-dan çox olan hissəsi üçün 0,11 manat) tarifləri nəzərə alınmamışdır. Belə ki, 26244 kVts elektrik enerjisi sərfiyyatı bütövlükdə limitdən artıq hesab edilərək, dəyəri hər kVts üçün 0.11 manatdan hesablanaraq iddiaçının abonent hesabına 2886.87 manat əlavə edilmişdir. Eyni zamanda silinən borcun məbləği hissəsində də apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı 3137,07 manat borcun silinməsini tələb etsə də, apelyasiya məhkəməsi iş materiallarında olan abunə haqqında məlumata əsasən iddiaçının borcunun 2520,56 manat olmasını, həmin məbləğin apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilməsini müəyyən edərək, silinməli borcun düzgün olaraq 2520,56 manat olması qənaətin ə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin düzgün tətbiq edilməməsi, 9.1 və 9.10-cu bəndlərinin nəzərə alınmaması, Energetika Nazirliyinin xx xxxx 2019-cu il tarixli məktubunun enerji sərfiyyatının dəyərinin səhv hesablanması yönündə olmasına baxmayaraq, məhkəmənin həmin məktuba düzgün qiymət verməməsi – əsassız sayır. “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.33-cü bəndi məişət abonentinin elektrik enerjisindən istifadəsində pozuntuya yol verməsinin müvafiq aktla rəsmiləşməsini müəyyən etmişdir. Apelyasiya instansiyası da abonent tərəfindən pozuntu olduğu halda məhz bu normaya əsasən cavabdeh təşkilat tərəfindən akt tərtib edilməli olduğunu, lakin buna əməl edilmədiyini göstərmişdir. Qaydaları”n ın 9.1 və 9.10-cu bəndlərinin nəzərə alınmaması barədə dəlil də əsassızdır. Çünki bu normalar istehlakçının sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə məsuliyyət daşıması və sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında ödənilməsi ilə bağlıdır ki, bunların da hazırki işin halları ilə heç bir əlaqəsi yoxdur. Energetika Nazirliyinin xx xxxx 2019-cu il tarixli məktubunun enerji sərfiyyatının dəyərinin səhv hesablanması yönündə olması barədə dəlilə gəldikdə, yuxarıda qeyd edilən həmin məktubun məzmunundan da görünür ki, 26244 kVts elektrik enerjisi sərfiyyatı bütövlükdə limitdən artıq hesab edilərək, dəyəri hər kVts üçün 0.11 manatdan hesablanaraq iddiaçının abonent hesabına 2886.87 manat əlavə edilmişdir. Bu məktubda enerji sərfiyyatının dəyərinin səhv hesablanması qeyd edi lməmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarında şərh olunan göstərişlərə əməl edərək, iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “xxxxxxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)718/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3654/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3654/2020
21.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver