Məhkəmə qərarları › İş №2(102)-3658/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3658/2019

29.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3658/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı vəkili RKnın, cаvаbdeh Cavabdeh оğlunun, vəkili X17 oğlunun və üçüncü şəxsin vəkili MMnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 yanvar 2019-cu il tarixli qətnaməsindən cаvаbdeh Cavabdeh оğlu və üçüncü şəxs YM tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 29 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 1 3 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.M.Hüseynov, iş 2(051)-1800/2018) İddiaçı Cavabdeh оğluna (üçüncü şəxs: YM) qаrşı vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması, vərəsəlik hüququnun tanınması, miras pay bölgüsü barədə iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 yanvar 2019-cu il tarixli, 2(107)-179/2019 saylı qətnaməsi ilə (Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər İ.F.Quliyev və M.A.Əsədli) Mingəçevir Şəhər Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən, yəni İddiaçı Cavabdeh qarşı mərhum X6 mirası olmuş Mingəçevir şəhəri, ÜNVANinə Mingəçevir şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 mart 2010-cu il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması, Cav abdeh adına verilmiş 01 aprel 2010cu il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, X1 X6 və X7 mirası qəbul etmiş vərəsələri sayılması, Mingəçevir şəhəri,ÜNVANinin və ÜNVAN1inin 2/4 hissəsinə atası ŞMdən qalan miras əmlak kimi, ¼ hissəsinə anası QMdan qalan miras əmlak kimi mərhum əri ŞMin miras payının müəyyən olunması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı mərhum X6 mirası olmuş Mingəçevir şəhəri, ÜNVANinə Mingəçevir şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 mart 2010-cu il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması, Cavabdeh adına verilmiş 01 aprel 2010-cu il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, X1 X6 və X7 mirası qəbul etmiş vərəsəsi sayılması, Mingəçevir şəhəri,ÜNVANində və ÜNVAN1ində X1 payı 2/1 hissədə müəyyən edilməsi qət edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cаvаbdeh Cavabdeh оğlunа qаrşı mərhum X6 mirası olmuş Mingəçevir şəhəri, ÜNVANinə Mingəçevir şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 mart 2010-cu il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması, Cavabdeh adına verilmiş 01 aprel 2010-cu il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh ləyaqətsiz vərəsə sayılması, X1 X10 və X7 mirası qəbul etmiş vərəsəsi sayılması, ünvan 1 evin 5 saylı mənzilinin və ÜNVAN1inin 2/4 hissəsinə atası ŞMdən qalan miras əmlak kimi, ¼ hissəsinə anası QMdan qalan mira s əmlak kimi mərhum əri ŞMin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh оğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs YM apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzg ün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cаvаbdeh Cavabdeh оğlu və vəkili X17 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili MM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili RK kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxs YM məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə ə sasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşə əlavə olunmuş 00027 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri, ÜNVANi 11 iyun 2004-cü il tarixdə 5850 nömrə ilə reyestr kitabına X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX Yevlаx rаyоn Ərаzi İdаrəsi tərəfindən verilmiş MA seriyalı, ******* sаylı çıxаrışın surətindən məlum olur ki, Mingəçevir şəhəri, ÜNVANi tam mülkiyyət hüququ üzrə ½ hissədə X13 və ½ hissədə Cavabdeh adına 01.10.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan X2 tərəfindən yazılmış ərizələrdən görünür ki, X2, Cavabdeh оğlu və X13 yaşadıqları mənzili X6 adına özəlləşdirilməsinə razı olmuşdur. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyаt şöbəsinin 12.05.2018-ci il tarixli arayışından görünür ki, X14 22 noyabr 2007-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyаt şöbəsinin 12.05.2018-ci il tarixli arayışından görünür ki, X13 18 noyabr 2013-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 24 mart 2018-ci ildə vəfa t etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X3 və İddiaçı arasında nikah qeydi 11 dekabr 2004-cü il tarixdə 229 № ilə Mingəçevir şəhər nikah evində qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində Notariat Kontorunun 523 saylı, 23 iyul 2018-ci tarixli məktubundan görünür ki, X5 miras əmlaka dair Mingəçevir şəhər 2 saylı notariat kontorunda və Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində Notariat Kontorun vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində Notariat Kontorunun 676 saylı, 30 avqust 2018-ci tarixli məktubla məhkəməyə daxil olmuş sənədlərindən görünür ki, X6 Mingəçevir şəhəri,ÜNVANi vərəsələri X13 və Cavabdeh keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n MBun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası q əbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. M iras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun GQnın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı) Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Konstitusiyanın 29-cu m addəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), va lideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. -1243.2-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Apellyasiya instansiyası məh kəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı həmin tələbi irəli sürməkdə subyektiv hüququ olmaması barədə gəldiyi nəticə tamamilə əsassızdır. İşin mübahisəsiz halına görə miras qoyanlar, yəni X14 və X13 nikahlarını 24 iyun 1971-ci ildə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından iki oğlu, bır qızı olmuşdur. Valideynlər birgə yaşadıqları dövürdə, yəni 19.02.1997-ci ildə Mingəçevir şəhəri, ÜNVAN1ini satın almış və həmin mənzil X7 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. X8 adına olan ünvan 1 evin 5 saylı ünvanındakı mənzil 11 iyun 2004-cü il tarixdə onun adına özəlləşdirilmiş və adına mülkyyət hüququna dair 00027 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil özəlləşdirilərkən ailə üzvlərindən Şahabüddin, Nahid və Qənifə Mustafayevlər ərizələrində mənzilin ŞMin adına özəlləşməsinə razı olduqlarını bildirmişlər. X14 22 noyabr 2007-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra arvadı, iki oğlu və bir qızı qalmasına baxmayaraq Cavabdeh və X9 şəhər notariat kontoruna ərizə ilə müraciət edərək ŞMin iki vərəsəsi, yəni özləri qaldığını qeyd etməklə öz adlarına 17.03.2010-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, sonradan isə, yəni 01.10.2016-cı il tarixdə ünvan 1 evin 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh, 1A hissədə isə QMnın adına reyestrdən çıxarış verilmişdir İş materiallarından məlum olur ki, X3 və İddiaçı arasındakı nikah 11 dekabr 2004-cü il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahından uşaqları olmamışdır. Onlar ailə qurduqdan sonra QMnın adı na olan Mingəçevir şəhəri, ÜNVAN1ində yaşamışlar. X3 24 mart 2018-ci ildə vəfat etmişdir. Onun yeganə vərəsəsi İddiaçı qalmışdır və o, qaynanasının adına olan mənzildə yaşamaqda davam etmişdir. İş materiallarından görünür ki, X13 18 noyabr 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra xüsusi mülkiyyət hüququ ilə adına qeydə alınmış mənzildə X15 arvadı ilə birlikdə yaşamaqda davam etməklə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməsə də, ancaq mənzildə yaşamaqla miras əmlaka faktiki sahiblik etmişdir. Eyni zamanda Cavabdeh də anasının ½ hissədə payı olan ünvan 1 evin 5 saylı mənzilində yaşamaqla o, miras qalmış əmlaka faktiki sahiblik etmişdir. İş materiallarından aydın olur ki, X7 adına olan mənzil ŞMlə birgə nikah dövründə alındığından onların birgə ümumi mülkiyyəti hes ab olunur. ŞM ölərkən öz adına olan mənzili miras kütləsinə daxil olduğu kimi, arvadı QMnın adına olan mənzildəki payına da miras açılmışdır. X15 həmin mənzildə yaşamaqda davam etdiyi üçün o, Mingəçevir şəhəri, Nizami küçəsi 5 nömrəli evin 13 saylı mənzilində atasından qalmış miras əmlaka da faktiki sahiblik etmişdir. Qanunvericiliyin tələbinə görə miras əmlakın bir hissəsinin qəbul edilməsi, mirasın tam həcmdə qəbul edilməsi hesab edilir. İş materiallarından görünür ki, ŞMin atası 2007-ci ildə, 2013-cü ildə anasının ölümündən sonra onların hər ikisindən qalmış miras əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi səhvə yol verərkən iddiaçının əri ŞMin valideynlərindən qalmış miras əmlakı qəbu l etmədiyi üçün İddiaçı həmin iddianı qaldırmağa subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. İşin faktiki hallarından görünür ki, ŞMin ölməsi ilə ondan qalmış miras əmlakı onun vərəsələrindən arvadı QM, oğlanları Şin və Cavabdehlər faktiki qəbul etmişlər. Buna baxmayaraq N və QMlər sonralar Notariat Kontoruna müraciət edərək öz adlarına 17 mart 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Həmin şəhadətnamə əsasında ünvan 1 evin 5 saylı mənzilinə 01.10.2010-cu il tarixdə reyestrdən çıxarış alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin ŞMdən miras qalmış ünvan 1 evin 5 saylı mənzilinə Mingəçevir şəhəri, 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 mart 2010-cu il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnaməsi qismən, yəni Cavabdeh aid hissədə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş 01 aprel 2010-cu il tarixli, **********9 nömrəli reyestrdən çıxarış ləğv edilməlidir. İş materiallarından aydın olur ki, Nahid və ŞMlər valideynlərindən qalmış miras əmlakı faktiki qəbul etmişlər. Ona görə də hər iki miras qoyandan miras qalmış əmlakda X1 payı 74 hissədən ibarətdir. Şahid və Qənifə Mustafayevlərdən qalmış miras əmlakın kütləsinə Mingəçevir səhəri, ÜNVANi və Mingəçevir şəhəri, ÜNVAN1i daxildir. İddiaçı tələblərindən biri də qaynı Cavabdeh ləyaqətsiz vərəsə sayılması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tələbin bu hissəsi ilə bağlı düzgün nəticəyə gəlmiş və maddi hü quq normasını həmin hissə ilə bağlı düzgün tətbiq etdiyindən qətnamənin Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X1 birinci növbə vərəsəsi iddiaçı X4r. Ondan başqa birinci növbə vərəsəsi olmadığından və ŞMdən qalmış miras əmlakı faktiki qəbul etdiyindən İddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinciinstаnsiyаməhkəməsi iddiаnı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və maddi hüquq normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından Mingəçevir Şəhər Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçıCavabdeh qarşı mərhum X6 mirası olmuş ünvan 1 evin, 5 saylı mənzilinə Mingəçevir şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 mart 2010-cu il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması, Cavabdeh adına verilmiş 01 aprel 2010-cu il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, X1 X6 və X7 mirası qəbul etmiş vərəsəsi sayılması, Mingəçevir şəhəri, ÜNVANinin və ÜNVAN1inin 2/4 hissəsinə atası ŞMdən qalan miras əmlak kimi, ¼ hissəsinə anası QMdan qalan miras əmlak kimi mərhum əri ŞMin miras payının müəyyən olunması hissəsi ləğv olunmalı, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməli, İddiaçıCavabdeh qarşı m ərhum X6 mirası olmuş ünvan 1 evin, 5 saylı mənzilinə Mingəçevir şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 mart 2010-cu il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması, Cavabdeh adına verilmiş 01 aprel 2010-cu il tarixli, ********** nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, X1 X6 və X7 mirası qəbul etmiş vərəsəsi sayılması, ünvan 1 evin 5 saylı mənzilində və ÜNVAN1ində X1 payı 2/1 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətlərinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikay ətləri təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cаvаbdeh Cavabdeh оğlunun və üçüncü şəxs YMnın kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar