Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3659/2024 23.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsi, əqdin etibarsız sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4055/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin ha lları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. C74HVRFY9 nömrəli pasporta əsasən xx.xx.1999-cu il tarixdə doğulmuş X5 X6 kimi xx.xx.2022-ci il tarixdən Almaniya Federativ Respublikasının vətəndaşı kimi qeydiyyata alınmışdır;
3. X3 ilə Cavabdeh1 nikahları xx.xx.2018-ci il tarixdə pozulmuşdur;
4. Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129-un (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin) mülkiyyətçisi 25 sentyabr 2020-ci il tarixdən etibarən İddiaçı olmuşdur;
5. Daşınmaz Əmlakın Bağışla nması barədə 21 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129-u (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili) Cavabdeh2 bağışlamışdır;
6. Daşınmaz Əmlakın Bağışlanması barədə 11 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129-u (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili) Cavabdeh1 bağışlamışdır;
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın Dövlət reyestrindən 611925 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin) mülkiyyətçisi 21 oktyabr 2022-ci il tarixdən etibarən Cavabdeh1dır; 8. "xxxx" MMC-yə İddiaçı tərəfindən ödənişlərin edilməsi barədə 969702 və 835873 nömrəli qəbzlərə əsaəsn, İddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərində 94,50 manat və 191,25 manat məbləğində mənzil-kommunal xidməti üçün kommunal xərclər ödənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə aralarında 21 sentyabr 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışın, həmin çıxarışın əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında 11 oktyabr 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 21 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nöm rəli mənzil xüsusi mülkiyyətində olmuşdur. İş üzrə cavabdehlər Cavabdeh2 nəvəsidir, Cavabdeh1 isə oğlunun keçmiş həyat yoldaşı olmuşdur. 2021-ci ilin avqust ayında Almaniyada təhsil alan nəvəsi Cavabdeh2 Bakıya gələndən sonra bir müddət onunla birlikdə qalmağa başladı. Söhbət əsnasında nəvəsi Azərbaycan vətəndaşlığından çıxmadan Almaniya dövlətinin vətəndaşlığını qəbul etmək istədiyi və bunun üçün Azərbaycanda onun adına daşınmaz əmlakının olması şərt olduğunu bildirdi. Nəvəsi Cavabdeh2 Bakıxanov qəsəbəsində olan evini Almaniyada vətəndaşlıq alana kimi müvəqqəti olaraq onun adına keçirməyi xahiş etmişdir. Nihad andaman etmişdir ki, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcək və həmin vaxta qədər evin sənədləri onda qalacaq. O, da bir nənə kimi nəvəsinin xahişini yerə salmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzili onun adına keçirməyə razılaşmışdır. Bununla bağlı Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsini bağlamışdır. Bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına **********54-05301- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Nəvəsi evin sənədlərini tərcümə mərkəzində olması bəhanəsi ilə ona verməmiş və geri Almaniyaya qayıtmışdır. Onda düşünmüşdür ki, heç nə olmaz nəvəsidir, geri qayıdanda verər. Belə də ki onsuzda razılaşmışdır ki, ev bir müddətdən sonra yenidən onun adına keçiriləcək. Bir daha nəvəsini görməmiş, onun Bakıya gəlməsindən xəbəri olmamış, onunla əlaqə yaratmağa ç alışsa da uğursuz olmuşdur. 2023-cü ilin fevral ayının 2-si oğlunun keçmiş həyat yoldaşı Cavabdeh1 onunla əlaqə saxlayaraq Bakıxanovdakı evin artıq onun olduğunu bildirmişdir. Onda başa düşmüşdür ki, nəvəsi anası ilə birləşərək Almaniyada vətəndaşlıq məsələsi ortaya ataraq bir oyun qurublar. Dərhal notariat ofisinə müraciət etmişdir. Məlum olmuşdur ki, nəvəsi Cavabdeh2 evini anası Cavabdeh1 bağışlayıb. Evin qaytarılması ilə bağlı onlara müraciəti nəticəsiz qaldığından məcburiyyətdə qalaraq məhkəməyə müraciət etmişdir. 2023-cü ilə qədər evin bütün kommunal xərcləri tərəfindən ödənilib. O da qeyd olunmuşdur ki, Cavabdeh1 oğlundan çoxdandı boşanıb. Belə şəxsə ev bağışlamaq qeyri-mümkündür. Atdığı addım yalnız nəvəsinə görə onun Almaniyada vətəndaşlıq məsələsini həll etmək üçün müvəqqəti olmuş dur.
11. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 ilə aralarında 21 sentyabr 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın, həmin çıxarışın əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında 11 oktyabr 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 21 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda izahat verərkən iddiaçı tərəfin vermiş olduğu suala cavab olaraq bil dirmişdir ki, bəli Cavabdeh2 Almaniya Federativ Respublikasının vətəndaşlığını 2021-ci ildə dəqiq xatırlamadığı tarixdə qəbul etmişdir. Lakin Almaniyada vətəndaşlığın qəbulu üçün şəxsin adına daşınmaz əmlakın olmasına dair heç bir şərt yoxdur. O, 2023-cü ilin əvvəlində həmin mənzilin yerləşdiyi binaya yaxınlaşaraq artıq mənzilin ona aid olduğunu bildirmiş və bundan sonra həmin mənzildə təmir işləri görərək orada yaşamağa başlamışdır.
13. Cavabdeh2 məhkəməyə yazılı etiraz ərizəsi ilə müraciət edərək bildirişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Nənəsi İddiaçı 2021-ci ilin yaz ayında ona zəng edib ona təntənəli tonda “Niko, sənə sürprizim var, sənin üçün ev almışam” bildirərək, yuxarıda qeyd olunan mənzili onun adına keçirmək istədiyini bi ldimişdir. Bunu ona, nənəsi avqust aylarında Azərbaycana gələndə də bir daha bildirmiş və sentyabrda birinci onu “ASAN” xidmətə aparıb (qeyd etmişdir ki, o uzun illərdir ki, təhsilini Birləşmiş Krallıq, ABŞ da və Almaniyada başa çatdırmış deyə, Bakını yaxşı tanımır) onu ilk növbədə yuxarıda qeyd olunan mənzilə qeydiyyata salıb, sonra ona həmin günü demişdir ki, ona yeni nəsil şəxsiyyət vəsiqəsi çıxartmaq lazımdır ki, sonradan notariusa gedib məzili onun adına keçirsin. Şəxsiyyət vəsiqəsini aldıqdan sonra onlar nənəsinin dediyi ve istədiyi kimi notariusa gedib bağışlama müqaviləsi bağlamışlar. Notarius hətta nənəsinə çoxlu suallar vermişdir. Nənəsi heç bir şərt qoymadığını söyləmiş və mənzili ona hədiyyə etməsini istədiyini notariusa bir neçə dəfə bildirmişdir. Yanında hətta şahid kimi dövl ət işinin əməkdaşı tanışı belə var idi. O, belə bunları təsdiq edə bilər. ASAN xidmətə getdiyi gün belə nənəsi onu notariusa aparmışdı, lakin bütün sənədlər yanında olmadıqdan həmən gün bağışlanma müqaviləsi bağlaya bilməmişlər. Onun nənəsi məhkəmə işlərində çox təcrübəli və savadlı qadındır. O, da Almaniyada hüquqşünas təhsili alır və Azərbaycanda olanda nənəsi ilə axşamlar oturub hüquqi mövzular haqqında və Azərbaycanın mülki və cinayət məcəllələri haqqında maraqlı söhbətlər aparmışlar. Burada sual yaranır ki, əgər nənəsi ona mənzili bağışlamaq və ya şərt altında bağışlamaq isteyirdisə, niyə görə bunu notariusa bildirməyib? Və yuxarıda qeyd etdiyi kimi mənzili bağışlamamışdan əvvəl də nənəsi onu “ASAN” xidmətə aparıb bağışlanma müqaviləsi bağlamağa cəhd göstərmişdir. Buradan açıq aydın bilinir ki, nənəsi heç bir təzyiq altında olmadan, öz istəyi ilə və heç bir şərt qoymadan mənzili ona bağışlamaq niyyətində idi və bunu öz istədiyi kimi də etdi. Əlavə etmişdir ki, bu nənəsinin bağışlanma müqaviləsi ilə olan ilk məhkəmə ərizəsi deyil. Nənəsi eyni səbəblər ilə doğma qızı Lalə Cavadova ilə də neçə ildir ki, məhkəmə davaları aparır. Nənəsinin evində Azərbaycan Respublikasının qanunlarına dair kitabları belə var və qanunlardan çox gözəl xəbərdardır. Nənəsinin onun X4nı sevməməyi həmişə məlum idi. X1 azyaşlı bacısı ata evində bir neçə ailə üzvləri ilə böyüdürdü. Anası işsiz qadındır və anasının atası 2021-ci ilin dekabr ayında rəhmətə getdikdən sonra bacısına baxmaqda çətinlik çəkir. Babasıgilin evində iki yeniyetmə dayısının oğulları böyüyür və bacisına qarşı münasibətləri he çdə yaxşı deyil. O, bir qardaş və oğul olaraq əlbətdəki bunu gözə ala bilməyərək yuxanda qeyd olunan mənzili anasına hədiyyə etmək gərarına gəlişmişdir. Nənəsi İddiaçı bundan xəbər tutduqdan sonra dərhal məhkəməyə müraciət etmiş, anasi sevmədiyi üçün onunla prinsip aparmağa başlayıb. İddiaçı iddia ərizəsinə etirazını qəbul edib iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-2674/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında 21 sentyabr 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında 11 oktyabr 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın b ağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına 21 oktyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim Nilufər Cəfərli).
15. Birinci instansiya məhkəməsi iddianın ilkin hissəsinə - Cavabdeh2 ilə iddiaçı aralarında 21 sentyabr 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi - hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflərin vermiş olduğu izahatlardan habelə mülki işin matriallarına əlavə edilmiş mənzilin komunal xidmətlərin ödənilməsinə dair qəbzlərə əsasən, iddiaçı öz xüsusi mülkiyyətindəki evi 21 sentyabr 2021-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlasa da Cavabdeh2 və onun ailə üzvülərindən heç kim Cavabdeh2 ilə digər cavabd eh arasında bağışlama müqaviləsi bağlananadək sözügedən mənzildə yaşamamış, mülkiyyətçi kimi mənzilə dair hər hansı bir aktiv hərəkətlər icra etməmişlər. Əksinə 2022-ci ilin dekabr ayınadək, yəni iddiaçının ikinci bağışlanma müqaviləsinin olmasından məlumatı olandək mənzilə dair komunal xərclər məhz iddiaçı tərəfindən ödənilmişdir.
16. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, mülki işin matriallarına əlavə edilmiş C74HVRFY9 nömrəli pasporta əsasən, Cavabdeh2 Almaniyada vətəndaşlıq alması məhz onunla iddiaçı arasında bağışlama müqaviləsi bağlandığı tarixdən ikinci bağışlama müqaviləsi bağlandığı tarix aralığında, yəni 29 sentyabr 2022-ci il tarixdə olmuşdur.
17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildə yaşamaması, mübahisəli mənzilə dair münasibətdə h eç bir aktiv hərəkət etməməsi, həmin dövr ərzində iddiaçıya məxsus kirayəçilərın orada yaşaması və kommunal xərclərin iddiaçı tərəfindən ödənməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğuna əsas verdiyindən iddia tələbi ilkin hissədə əsaslı hesab edilərək təmin edilməlidir.
18. Bundan sonra məhkəmə iddia tələbinin “həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi bağlanaraq cavabdeh Natavan Kərimovanın adını yeni çıxarış verilərkən Cavabdeh2 adına verilmiş çıxarış artıq ləğv edildiyindən iddia tələbinin bu hissədə təmin edilməsi zərurəti aradan qalxmışdır.
19. Məhkəmə iddia tələbinin “Cavabdeh2 ilə Cavabdeh1 arasında 11 oktyabr 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, ilkin bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Həmin müqavilədən sonra bağlanmış əqdlər (xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi) də həmçinin etibarsız hesab edilməli və onun hüquqi nəticələri (Natavan Kərimovanın adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) ləğv edilm əlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini xahiş etsə də, hazırki mülki işdə müqavilənin ləğv əsasları deyildə etibarsızlığı əsasları mövcud olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.4, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.2, 340.1, 394, 399.1, 404.1, 404.2, 666.1, 667.1-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Mürşüd oğlu apellyasi ya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbi nəzərə almamışdır. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddənin tələbindən göründüyü kimi əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində sürülə bilər. Hazırkı işin hallarına əsasən iddiaçı 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 saylı mənzili Cavabdeh2 mülkiyyətinə vermiş, üstündən bir il 4 ay keçəndən sonra, yəni 15 fevral 2023-cü il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddəti keçirmiş bu səbəbdən də məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Məhkəmə qanunun bu normasını mübahisəyə tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, guya “iddiaçı öz xüsusi mülkiyyətindəki evi 21 sentyabr 2021-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlasa da Cavabdeh2 və onun ailə üzvülərindən heç kim Cavabdeh2 ilə digər cavabdeh arasında bağışlama müqaviləsi bağlanadək sözügedən mənzildə yaşamamış, mülkiyyətçi kimi mənzilə dair hər hansı b ir aktiv hətəkətlər icra etməmişdir”. Cavabdeh tərəfi məhkəmənin müəyyən etdiyi bu halları qəbul etmir və heasab edirlər ki, məhkəmənin iş üçün əhəmiyyətli olan bu hallar heç bir dəlil və mötəbər sübutla təsdiqin tapmır. Belə ki, əvvəla iddiaçı mənzili nəvəsinə bağışlayarkən həmin mənzili cavabdehə göstərərək onun mülkiyyətinə verdiyini bildirməklə cavabdehə həmin mənzil boş qalmasın deyə kirayə verəcəyini bildirmişdir. Belə olan halda Almanıyada yaşayan cavabdehin mülkiyyətinə verilmiş həmin mənzildə yaşamasına və mənzilində hər hansı bir aktiv hərəkətlər etməsinə ehtiyac qamamışdır. İddiaçı mənzili cavabdehə göstərərkən mənzili bir müddət kirayə verəcəyini və kirayədən aldığı pullarla da mənzilin kommunal xərclərini ödəyəcəyini bildirmişdir. Belə olan halda məhkəmənin müəyyən etdiyi di gər hallardan biri olan “iddiaçıya məxsus kirayəçilərın orada yaşaması və kamunal xərclərin iddiaçı tərəfindən ödənməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğu” barədə gəldiyi nəticə tamailə əsasızdır. Məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək iş üzrə heç bir marağı olmayan, lakin iddiaçı və cavabdehi öz maşını ilə notariat ofisinə apararkən nənə və nəvənin bağışlama müqaviləsi mövzusunda yol boyu söhbətin şahidi olan X2 şahid qismində dindirilməsini tələb etsələr də məhkəmə əsassız olaraq həmin şahidin dindirilməsini təmin etməmişdir. Lakin iş üzrə maraqlı olan iddiaçının qızının dindirilməsi barədə iddiaçının vəsatətini təmin etməklə məhkəmə çəkişmə prinsipini pozmuşdur. Buna görə də apellyasiya məhkəməsində həmin şahidin dinlənilməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6582/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər İkram Şirinov-sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Elşən Kazımov).
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülki iş materiallarında olan tədqiq olunan sübutlarla mənzilin iddiaçı tərəfindən Cavabdeh2 bağışlanmasından sonra da həmin mənzilin Cavabdeh2 təhvil verilməməsi, Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamaması, mənzilin iddiaçının idarəsində qalması, mənzilin kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi, qeyd edilən müqavilənin bağışlama müqaviləsinin dispozitiv şərtlərinə uyğun olmaması, yəni görünüş üçün bağlanmış müqavilə olması qənaətinə gəlməyə əsas vermişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin hazırlıq iclasında şifahi vəsatət verərək iş üzrə heç bir marağı olmayan, lakin iddiaçı və cavabdehi öz maşını ilə notariat ofisinə apararkən nənə və nəvənin bağışlama müqaviləsi mövzusunda yol boyu söhbətin şahidi olan X2 şahid qismində dindirilməsini tələb etsələr də məhkəmə əsassız olaraq həmin şahidin dindirilməsini təmin etməmişdir, bu səbəbdən həmin şahidinin apellyasiya məhkəməsində dinlənilməsini xahiş etmişlər.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halları, o cümlədən mənzilə dair bağışlama müqaviləsini n bağlanması və onun notarial qaydada təsdiq edilməsi müəyyən edilmişdir. Belə olan halda həmin mübahisəsiz halın təsdiqi üçün şahid ifadəsinin dinlənilməsinə lüzum qalmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə tədqiq edilmiş sübutlar, o cümlədən tərəflərin əqdə qədər, əqddən sonrakı davranışları tərəflər arasında həqiqi münasibətlərin müəyyən edilməsi üçün yetərli olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsində onun dindirilməsindən imtina edilməsi, prosessual qənaət prinsipi baxımından düzgün olmuşdur. Həmin şahidin apellyasiya məhkəməsində dindirilməsi barədə vəsatəti də eyni əsaslara görə təmin edilməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddəti keçirməsi, bu səbəbdən də məhkəm əyə müraciət etmək hüququnu itirməsi, məhkəmənin qanunun bu normasını mübahisəyə tətbiq etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi mənzili nəvəsinə bağışlaması müqaviləsinin görünüş üçün bağlanmış müqavilə olduğunu iddia etmiş, onun əslində nəvəsinə ev bağışlamaq niyyətinin olmadığını, mənzili nəvəsinin Almaniyada vətəndaşlıq alması üçün formal olaraq bağışladığını, daha sonra mənzilin yenidən onun adına rəsmiləşdiriləcəyini qeyd etmişdir. Bunun təsdiqi kimi isə evin bütün kommunal xərclərinin özü tərəfindən ödənilməsi, qarşı tərəfin həmin evdə bir gün də yaşamaması ilə bağlı sübutlarını təqdim etmişdir. İddiaçı nəvəsinin mənzili 11 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənən kimi, yən i Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırkı iddiasını onun icrasına başlanıldığı gündən bir il ərzində (mənzilin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlandığı tarixdən başlamaqla), yəni xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür. Bununla da müəyyən olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində qeyd edilən bir illik müddət ötürülməmişdir.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 404.1, 404.2, 666.1, 666.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 372, 380, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Cavabd eh Natavan Kərimova (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayətində qeyd olunmuşdur ki, həm birinci instansiya məhkəməsi zamanı, həm də apellyasiya instansiyası zamanı məhkəmə araşdırması səthi aparılmış, işin faktiki halları araşdırılmamış, iddia tələbinin təmin olunmasının əsası kimi iddiaçının qızının birinci instansiya məhkəməsi zamanı heç bir sübuta əsaslanmayan şifahi şahid ifadəsini mötəbər sübut olaraq qəbul etmiş, həmin şahidin işin fatkiti hallarına uyğun olaraq ifadə verməyərək həmin bağışlamanın ləğv edilməklə mənzilin ona bağışlanılması üçün bu ifadəni verdiyini məhkəmə araşdımamışdır. İddianın təmin edilməsinə digər əsas kimi isə Cavabdeh2 mübahisəli mənzildə yaşamaması, mübahisəli mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi qeyd edilsə də, tərəflər arasında bağlanılmış bağışlama müqaviləsində həmin hal xüsusilə şərtləndirilməmiş, gələcəkdə Nicatın orada yaşaçamaması və aktiv hərəkəti olmayacağı təqdirdə bağışlanmanın ləğvi üçün əsas ola biləcək hal kimi həmin müqavilədə qeyd edilməmiş, bağışlanma həmin halla şərtləndirilməmişdir. Məhkəmə isə işi araşdırarkən həmin halı da araşdırmamış, ifin faktiki halı kimi həmin halların araşdıılmamasına hansı səbəbdən zərurətin olmamasını da qətnamədə əsaslandırmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi işi tam və hərtərəfli araşdırmamamış, iddiaçı ilə aralarında yaranmış mübahisənin onların hüquqlarının pozulmamasını və bağlanmış bağışlama müqaviləs inin Mülki Məcəllənin tələblərinə uyğun olmaqla notarial qaydada təsdiqləndiyini və müqavilə bağlanan zaman hər hansı bir qeyd, şərt və öhdəliyin qoyulmaması hallarını araşdırmamış, müqavilədə nəzərdə tutulmamyan öhdəliyi məhkəmə özünün fantaziyası əsasında öz beyninin məhsulu kimi icad etməklə həmin icadı əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir.Eyni zamanda həmin müqavilə “ASAN” Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofislərindən birində rəsmiləşdirilməklə hazırki iş üzrə iddiaçıya bütün hüquq və vəzifələri izah edilmiş və iddiaçı da həmin vəzifələrindən məlumatlı olmuşdur. İddia tələbində qeyd edilənlərə gəldikdə isə iddiaçının vəkili və nümayəndəsinin uydurmasıdır. Lakin iddia ərizəsində yazılanlara aid məhkəməyə heç bir subut təqdim edə bilməmişlər. Birinci instansiy a məhkəməsi yalnız bir şahidin ifadəsi ilə, həmin şahid də iddiaçının doğma qızı olduğundan qabaqcadan onu təlimtlandırmaqla məhkəməyə şahid qismində çağırmış və məhkəmə də iddiaçının yaxın qohumu olan şahid ifadəsi əsasında iddia tələbini heç bir sübuta əsaslanmadan formal mülahizələr əsasında təmin etmişdir. Eyni zamanda məhkəmə kəsici müddətə münasibətdə də prosessual pozuntuya yol verməklə iddia müddətinin iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 arasında bağlanılmış bağışlanma müqaviləsinə münasibətdə hesablamaqla tətbiq etməli olduğu halda bunu etməmiş, həmin kəsici müddəti isə tamamilə ayrı mülkiyyətçi ilə digər şəxs arasında bağlanılmış müqavilənin rəsmiləşdirdiyi vaxtdan hesablamışdır. Kifayət qədər ziddiyyətli olan məqamlara apeyasiya instansiyası tərəfindən də nəinki hüquqi qiymət v erilməmiş, həmin hallara dair heç bir münasibət bildirilməmişdir. Halbuki, həmin hallar araşdırılmış olsaydı iddia tələbinin rəddi barədə qətnamə qəbul edilmiş olardı. Məhkəmə tərəfindən heç bir sübuta əsaslanmayan, iddiaçının mülahizəsi əsasında verilmiş iddia tələbi, heç bir əsaslandırma aparılmadan qiymətləndirilməmiş və iddia təmin olunmuşdur.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 aprel 2024-cü il tarixli, 2(102)-1002/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (hakimlər Zəki Babayev - məruzəçi, Əhməd Nurməmmədov və Abiddin Hüseynov).
32. Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi müqaviləni Cavabdeh2 hədiyyəni qəbul etməməsi əsası ilə etibarsız saymışdır. Bu zaman apellyasiya instansiya məhkəməsi iddiada irəli sürülmüş əsasa, yəni onun müqavilə bağlanılması məqsədi ilə Cavabdeh2 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, həmçinin müqavilənin şərtlə bağlanması ilə bağlı iddia ərizəsində qeyd olunan halların hər hansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.
33. Digər tərəfdən, hazırkı mübahisənin həlli üçün iddiaçının mənzili Cavabdeh2 bağışlamasının hər hansı şərtlə bağlı olmasına düzgün hüquqi qiymət verilməli, bağışlamamın öhdəliklə şərtləndirilməsi təsdiqini tapmadığı halda, hədiyyənin qəbul edildiyi nəzərə alınmalıdır.
34. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi, iddiaçının nəvəsi Cavabdeh2 mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənən kimi, yəni Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırkı iddiasını onun icrasına başlanıldığı gündən bir il ərzində (mənzilin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlandığı tarixdən başlamaqla), yəni xx.xx.2023-cü il tarixdə irəli sürməsini qeyd edərək, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətinin ötürülmədiyini göstərmişdir. Halbuki, hazırkı iş üzrə iddia tələbinin düzgün həll edilməsinin təməlində iddiaçının mənzili Cavabdeh2 bağışlaması barəd ə xx.xx.2021-ci il tarixli birinci bağışlama müğaviləsinin etibarsızlığı durduğu və məhkəmələrin də qeyd etdikləri kimi, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığından asılı olduğundan, kəsici müddətin axımının əvvəlinin xx.xx.2021-ci il tarixli müqaviləyə tətbiq olunması (Mülki Məcəllənin 354.2-ci maddəsi) müzakirə olunmalı idi.
35. Beləliklə, kassasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.
36. Kassasi ya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3,337.1-337.3, 340.1, 340.2, 354.2, 390.1, 404, 405.1, 421.1, 421.2, 666.1, 666.2, 668.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4055/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apelyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia apellyasiya baxışının predmeti olan hissədə təmin edilməmişdir.
38. Apellyasiya instansiyası məhkməsinin mövqeyinə görə, Rayon Məhkəməsi, iddiaçının mənzili Cavabdeh2 sonuncunun Almaniya dövlətinin vətəndaşlığını qəbul etməsi üçün onun adına Azərbaycanda daşınmaz əmlakının olması şərtinin olması, nəvəsi Cavabdeh2 mübahisəli mənzili Almaniyada vətəndaşlıq alana kimi müvəqqəti olaraq onun adına keçirməyini xahiş etməsi, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcəyi və həmin vaxta qədər evin sənədlərinin onda qalacağı barədə iddia ərizəsində göstərdiklərinə, həmin mülahizəni təsdiq edən yeganə sübut kimi iddiaçının hazırki işdə maraqlı olan qızı Təranə İsmayılovanın şahid qismində verdiyi ifadəsinə əsaslanmış, bununla da dolayısı ilə iddiaçının mənzili Cavabdeh2 yuxarıda qeyd olunun şər tlə bağışlanması nəticəsinə gəlmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 hədiyyəni qəbul etmədiyindən, müqavilə görünüş üçün bağlanmış müqavilə olmaqla, etibarsızdır. Bu zaman Rayon Məhkəməsi qətnaməsini ümumi normalar olan Mülki Məcəllənin 337.1 və 666.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin.... etibarlılığı, yəni ar zu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (“N.Əsədovanın şikayəti üzrə” xx.xx.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarları).
40. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (“Ə.İbrah imovun şikayəti üzrə” xx.xx.2004-cü il tarixli qərar).
41. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini Cavabdeh2 tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması, habelə bağışlamanın öhdəliklə şərtləndirilməsi və hədiyyə alanın hədiyyəni qəbul etməməsi ilə əsaslandırmışdır.
42. Rayon Məhkəməsi isə müqavilənin etibarsızlığı əsasını təsbit edən konkret normaya istinad etməsə də, yuxarıda qeyd olunan mövqeyindən görünür ki, o, müqaviləni Cavabdeh2 hədiyyəni qəbul etməməsi əsası ilə etibarsız saymışdır. Bu zaman Rayon Məhkəməsi iddiada irəli sürülmüş əsasa, yəni onun müqavilə bağlanılması məqsədi ilə Cavabdeh2 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, həmçinin müqavilənin şərtlə bağlanması ilə bağlı iddia ərizəsində qeyd olunan halların hər h ansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.
43. Məhkəmə hesab etmişdir ki, Rayon Məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsinin dispozisiyasını düzgün şərh etməmiş və nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilələr Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən notarial qaydada bağlanmış və mübahisələndirilən xx.xx.2021-ci il tarixli ilkin bağışlama müqaviləsinin mətnində və ikinci müqavilədə də, hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt nəzərdə tutulmamışdır. Yəni, xx.xx.2021-ci il tarixli ilkin bağışlama müqaviləsinə əsasən Cavabdeh2 öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir.
44. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək lazımdır: - bağışl ama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; - hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur; - bağışlama öhdəliklə şərtləndirilmədiyi halda, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
45. İşdə olan sübutlara əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının mənzili Cavabdeh2 bağışlaması hər hansı şərtlə bağlı olmamış və bağışlama öhdəliklə şərtləndirilməmişdir. Belə olan halda, hədiyyənin Cavabdeh2 tərəfindən qəbul edilmədiyini deməyə əsas verəcək hər hansı hal müəyyən edilməmişdir.
46. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2,152.4, 324.4, 324.5, 337.1, 337.4, 339.2, 340.1, 404.1, 666.1, 667.1-ci madddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
47. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti iddia ərizəsinin dəllilərinə uyğun məzmunda və Mülki Məcəllənin 339.2, 340.1-ci və MPM-nin 217.3-cü maddələri ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4055/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri:
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
53. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
54. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
55. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tə rəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
56. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
57. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, hədiyyənin Cavabdeh2 tərəfindən qəbul edilmədiyini deməyə əsas verəcək hər hansı hal müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticə ona dəlalət edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin uydurma əqd olduğu, dolayısı ilə iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya i nstansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4055/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.