Məhkəmə qərarları › İş №2(102)-366/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-366/2020

21.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-366/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətitərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10739/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-3976/18 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia tələbi təmin edilərək cavabdeh tərəfindən Bakı şəhəri, Zabrat İİ qəsəbəsi, N.Aslanov küçəsi 18 A saylı mənzilinə dair yazılmış xx.xx.2016-cı il tarixli SN 044496 №-li və xx.xx.2018-ci il tarixli SN 079187 №-li aktların etibarsız hesab edilməsi və 8023,95 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Tofiq Səmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmə klə, iddia ərizəsi rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üşün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə mün asibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Zabrat İİ qəsəbəsi, N.Aslanov küçəsi 18 A saylı mənzilinə dair yazılmış xx.xx.2016-cı il tarixli SN 044496 №-li və xx.xx.2018-ci il tarixli SN 079187 №-li aktların etibarsız hesab edilməsi və 8023,95 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməs i mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mübahisəli borcun heç də hamısı akt əsasında hesablanmamışdır. 8023,95 manatın 86,52 manatı xx.xx.2016-cı il tarixli, 044496 nömrəli akta, 1060,51 manatı xx.xx.2018-ci il tarixli, 079187 nömrəli akta əsasən hesablanmış borcdur. Məhkəmənin sildiyi məbləğin 1667,18 manatı orta sərfiyyat əsasında istehlak olunmuş elektrik enerjisinin dəyəri, 5641,74 manatı sırf sayğac göstəricisi əsasında abonent tərəfindən istifadə olunmuş elektrik enerjisinin dəyəridir. Bu hal iş materialları ilə və ya sadəcə abunə haqqında sənədlə aydın olsa da, məhkəmələr israrla müb ahisəli borcun akt əsasında hesablanması və "akt əsasında hesablanmış borcun" iddiaçıya məxsus abunə hesabından silinməsi ilə bağlı əsassız nəticəyə gəlmişlər. Halbuki məhkəmənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini göstərdikləri xx.xx.2016-cı il tarixli, 044496 nömrəli və xx.xx.2018-ci il tarixli, 079187 nömrəli aktlara əsasən cəmi 1147,03 manat borc hesablanmışdır və qeyd olunan aktlar ləğv edilsə belə, cəmi 1147,03 manat borc silinməli idi. Lakin apellyasiya məhkəməsi istehlakçının sayğac göstəriciləri əsasında yaranmış borcunu da heç bir hüquqi əsas olmadan silmişdir.Yuxanda göstərilənlərdən məlum olur ki, birinci və apellyasiya instansiva məhkəmələri tərəfindən heç bir araşdırma aparılmamış, iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materialları na əlavə olunmuş sənədlər təhrif edilmiş, bununla da borcun silinməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdirlər. Tərəflərin izahatları: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı Bakı şəhəri, İİ Zabrat, N.Aslanov küçəsi, 18 “A” saylı ev də yaşayır, xx xxxxxx 2008-ci ildən həmin evdə daimi qeydiyyatdadır. Evə xidmət göstərən sayğacın **********A0001 saylı abonent kodu iddiaçının atası xxxxx adına qeydiyyatdan keçib və sonuncu xx xxxxxxx 2013-cü ildə ölüb. xx xxxxxxx 2016-cı il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən evdə elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq sayğaca baxış keçirilərkən müəyyən olunub ki, elektron sayğac işləmir və sayğacın elektron tablosu oxunmur və bu barədə cavabdeh təşkilatın əməkdaşları tərəfindən 044496 saylı akt tərtib edilib. Eləcə də, xx xxxxxx 2018-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən evdə elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq sayğaca baxış keçirilərkən müəyyən olunub ki, sayğacın elektron tablosuna məqsədyönlü müdaxilə edilib və bu barədə cavabdeh təşkilatın əməkdaşları D.Əliyev, İ.Dadaşov, E.Əliyev və məişət abonenti İddiaçı iştirakları ilə 079187 saylı aktı tərtib edilib. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli arayışdan məlum olur ki, onun xx xxxxxx 2018-ci il tarixə məişət abonentinin elektrik enerjinin sərfiyyatı üzrə cavabdeh təşkilata 8023,95 manat borcu vardır. Belə ki, məişət abonentinə sayğac oxunması üzrə 5641,74 manat, aktlar üzrə 2814,21 manat borc hesablanmışdır. Bundan da 507 manat ödənilib, qalıq borcu isə 7948,95 manat təşkil edir. Bakı şəhəri, İİ Zabrat, N.Aslanov küçəsi, 18 “A” saylı mənzil “xxxx” ASC-nin elektron məlumat bazasında **********A0001 saylı kod üzrə qeydiyyata alınmış və həmin abunə hesabına xx.xx.2016-cı il tarixli 044496 saylı və xx.xx.2018-ci il tarixl i 079187 saylı aktlara əsasən 8023,95 manat cərimə hesablanmışdır. İddiaçı hazırki tələbində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktların etibarsız hesab edilməsini və hesablanmış borcun silinməsini tələb etdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 8.33-cü bəndinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehtəşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş akt “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə uyğun deyil,Belə ki, həmin akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir.Bu səbəbdən iddia tələbi təmin edilərək aktlar etibarsız hesab edilməli, əsassız hesablanmış 8023,95 manat borc silinməli dir. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nətiucə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə, yəni aktların etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi aktların etibarsız hesab edilməsi hissədə düzgün nəti cəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini gös tərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki işdə cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin aktların hal şahidlərinin iştirakı olmadan tərtib edilməsi müəyyən edildiyindən məhkəməninaktların etibarsız hesab edilməsi barədə gədiyi nəticə düzgün olmuşdur. Lakin məhkəmə 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə bu nəticəyə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Belə ki, məhkəmə 8023,95 manatın hansı hissəsinin cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmasını, hansı hissəsinin iddiaçı tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə hesablandığını müəyyən etməmiş, ümumilikdə borcun silinməsi barədə düzgün nəticəyə g əlməmiş, apellyasiya instansiyası məhkəməsi də bu hala əhəmiyyət verməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus Sayğac göstəriciləri barədə “Abunə Haqqında” cədvəlin çıxarışından görünür ki, (iş v. 22) iddiaçı tərəfindən Bakı şəhəri, İİ Zabrat, N.Aslanov küçəsi, 18 “A” saylı mənzildə hansı tarixlərdə, hansı həcmdə elektrik enerjisindən istifadə edilməsi, istifadə edilmiş elektrik enerjisinə görə hansı məbləğlərdə ödənişlərin edilməsi və hesablanmış borclar öz əksini tapmışdır. Lakin nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi bu göstəricilərə qiymət verməyərək səhv nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab e dir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə, həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddə sinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10739/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə, yəni Bakı şəhəri, Zabrat İİ qəsəbəsi, N.Aslanov küçəsi 18 A saylı mənzilinə dair yazılmış xx.xx.2016-cı il tarixli SN 044496 №-li və xx.xx.2018-ci il tarixli SN 079187 №-li aktların etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar